Əli Əlirzayev YAP-a üsyan etdi
Müsahibə
Oxunub: 5030
10 Jun 2013 | 23:31
Əli Əlirzayev YAP-a üsyan etdi
İyunun 7-də hakim Yeni Azərbaycan Partiyası (YAP) qurultay keçirərək partiya sədri, prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü. Partiyanın qurucuları olan şəxslərin, köhnə YAP-çıların ali tədbirə dəvət almaması isə onların bəzilərində sərt reaksiya doğurub. YAP-ın Siyasi Şura üzvü, professor Əli Əlirzayev də narazılardan biridir. Telefon açdığımız zaman kafedrada işləri ilə məşğul olduğunu deyən Ə.Əlirzayev “Yeni Müsavat”ın suallarını cavablandırdı.

- Əli müəllim, YAP-ın qurultayına dəvət olunmamağınız sizin üçün təəccüblü olmadı ki?

- Mənə bir gün əvvəl qəzetlərdən kimsə zəng elədi ki, bəs sabah YAP-ın qurultayıdır. Qurultayın olacağını mən jurnalistlərdən eşitmişəm. Amma məni heç kim dəvət etməyib. Hər halda, mənim mobil və ev telefonlarım dəyişməyib, nömrələrimi bütün respublika bilir. Qurultay olacağını bilməmək mənimçün gözlənilməz oldu. Amma qurultayda iştirak etməyə haqqım var idi. Mən qurultay nümayəndəsi olmalı idim, amma çağırmadılar.

- Qurultayda qəbul olunan qərarlarla bağlı münasibətiniz necədir?

- Yəqin ki, bundan sonra Siyasi Şuranın da üzvləri dəyişəcək. Mən həm də Siyasi Şuranın üzvüyəm. Qurultaya nümayəndə deyiləmsə, yəqin ki, yeni tərkibdə məni seçməzlər. Hər halda, mən bu işləri elə belə qəbul edirəm. Başqa nə edə bilərəm ki.

- YAP-ın qurucularından birinin, “91-lər”in, Siyasi Şura üzvünün ali toplantıdan kənarda saxlanılmasında əsas səbəb nədir?

- Bunun səbəbini siz onlardan soruşun. Mən tərəfdən bir problem yoxdur. Mən həmişə sakit adam olmuşam, Heydər Əliyevi dəstəkləmişəm, öz işimlə məşğul olmuşam. Mən heç vaxt fırıldaqçı olmamışam, indi də fırıldaq-fırıldaq, boğazdan yuxarı danışmıram. Heydər Əliyevin ağır günlərində, partiyanın yaradılmasında daim onun yanında olmuşam. O rayon təşkilatı yoxdur ki, onun təsis konfransında iştirak etməyim. YAP-ın tarixində birinci iclası Naxçıvanın kəndində mən keçirmişəm.   Axşam da gedib Heydər Əliyevə məruzə eləmişəm ki, konfransı necə keçirdik, kim, nədən narazı idi. Partiyanın üzvləri, İdarə Heyəti və digər strukturlarla bağlı prosedurların hamısını Heydər Əliyevlə bir yerdə müzakirə etmişəm. Mən 1993-cü ilin oktyabrında Bakıya gəldim, ümumiyyətlə, mən Bakıda yaşayırdım, iki illiyə Naxçıvana getmişdim. Bundan sonra Tovuz, Qazax, Şəmkir, Gədəbəy və digər rayonlarda olmuşam, partiya quruculuğunda iştirak etmişəm.

- Köhnə YAP-çılardan olan Maksim Musayev Əli Əhmədovu günahlandırmışdı. Sizin fikriniz necədir, YAP qurucularının kənarda qoyulmasında onun nə dərəcədə rolu var?

- Heç o vaxt Əli Əhmədov YAP-da yox idi. Şəhriyar adına klubda YAP-ın iclası keçiriləndə da Əli Əhmədov yox idi. Heç “Motodrom”dakı tədbirdə də yox idi. “Motodrom”dan lent yazıları qalıb, Heydər Əliyev orda siyasi mitinq keçirir, onun arxasında dayanan adamların bir neçəsi ölüb. Fərəməz Muqsudov və digər bir neçə nəfər. Biz qabaqda dayanmışdıq, Heydər Əliyev də danışırdı. Mən orda Əli Əhmədovu görməmişəm, o, YAP-a sonradan gəlib. Qısqanclığa gəldikdə, mən bu məsələni bir nəfərin adına yaza bilmərəm. Mən heç kəsin adını çəkmək istəmirəm. Həmçinin ayrı-ayrı adamların səviyyəsinə də düşmək istəmirəm.  Mən mənəvi cəhətdən, şəxsiyyət kimi formalaşmağıma, respublikada qazandığım hörmətimə görə ancaq özümə, ailəmə, dədə-babama minnətdaram. Onu da deyim ki, mən hazırda heç kimə qibtə eləmirəm. Lap bu gün yüksək vəzifələrdə çalışan, böyük imkanların sahibi olan, ölkənin iqtisadiyyatının 20-30 faizi əllərində olan şəxslər var, onlara da qibtə eləmirəm. Çünki vaxtilə onlar mənim yanımda dolanmağı özlərinə şöhrət sayırdılar. Lap istəyirlər böyük vəzifədə olsunlar, yaxud döşünə döysünlər. Mənim keçdiyim yolları onlar keçməyiblər axı. Mən keçdiyim yolla fəxr eləyirəm, odur ki, heç kəsə qibtə eləmirəm. Amma həm də düşünürəm ki, niyə belə olmalı idi, axı ən azı mən dəvət olunmalıydım. Bu saat fiziki cəhətdən də sağlamlığım pis deyil, ağlım özümdədir, yaxşı tədqiqatlarım var. Eyni zamanda mən demirəm ki, bu, filankəsin səhvidir. Bu, bir sistemdir, sistem belə olmalıdır. YAP özü bir adamlıq deyil axı, bu partiya kollektiv məhsuldur. Düzdür, şəxsiyyət ətrafında toplanan, Heydər Əliyevin şəxsiyyəti ilə qurulan bir partiyadır. Ancaq bu partiya bir gündə yaranmayıb ki, illərlə formalaşıb. Vaxtilə Heydər Əliyev özü də partiya ilə bağlı qərarını bir gündə verməyib. Yayda gəldilər yanına, dedi ki, payıza kimi baxarıq. Yadımdadır, partiya məramnaməsinin əlyazmasını gətirib qoydular Heydər Əliyevin qabağına, mən onda Naxçıvanda, Heydər Əliyevin kabinetində idim, Heydər bəy də Ali Məclisin sədri idi. Heydər bəy dedi ki, məramnaməni qoyun qalsın. O variant qaldı, amma özü öz variantını işlədi, YAP-ın məqsəd, vəzifələri, əsas istiqamətləri kimi məsələlərə toxundu.

- Necə bilirsiniz, sizdən başqa qurultayda daha kimlər olmalı idi?

- Birinci növbədə YAP-ın yaradılmasında balaca xidməti olan adamlar da dəvət olunmalı idi. Lap inciklik olsa da belə. Bunlar elə fikirləşirlər ki, mən gedib orda oturardım, birdən söz alıb nələrsə danışardım. Tutaq ki, mən qəzetlərdə münasibətlərin yeni formasını təzahür etdirirəm. Ancaq bu o demək deyil ki, mən gedib orda camaat içində kimisə tənqid edəcəkdim. Bununla belə, onlar mənim adımı kölgədə qoyurlar və bununla münasibətləri daha da dərinləşdirirlər, özlərinin mahiyyətini açırlar. Hər halda, sistemdir, sistem belə də olmalıdır.

- YAP sədrinin yeni seçilən müavinləri ilə bağlı fikrinizi bilmək istərdim...

- Mehriban xanımın seçiləcəyi mənimçün gözlənilən idi. Hələ əvvəldən sizə demişdim ki, İlham Əliyev seçkiyə getməsə, Mehriban xanım prezident olacaq. Akif Əlizadə əvvəl YAP-çı olmayıb, indi bilmirəm, bəlkə YAP-a girib. Ancaq sədr müavinləri hamısı ölkədə bir, iki, üç nömrəli insanlardır, tanınmış şəxslərdir. Düzdür, onların heç biri YAP-da olmayıb, hamısı sonradan gəliblər. YAP-ı yaradanlar kənarda qalıb, bu, artıq birmənalı qəbul olunmalıdır. Bunlar gedib özlərinin memuarlarını yazmalıdırlar ki, biz bu işləri görmüşük, tarixə düşmüşük. Daha onları heç kəs qabağa çıxmağa qoymayacaq. YAP-ı yaradanlar keçdiyi yollarla fəxr eləməlidirlər. Onlar xəyala dalmalıdırlar ki, biz doğrudan da belə kişilər olmuşuq. (gülür) Heydər Əliyevin arxasınca getməyən, onu tənqid edən, əleyhinə məqalə yazan, onunla heç vaxt kəlmə kəsməyən adamlar indi YAP-ın yaradıcıları olublar. Xalq belələrini qəbul eləmir, bunu başa düşmək lazımdır.

- YAP qurultayı partiya sədri İlham Əliyevin namizədliyini üçüncü dəfə irəli sürdü.

- Mən bir dəfə demişəm, yenə deyirəm, YAP kimi namizəd olaraq irəli sürürsə, o, keçəcək, prezident olacaq. Çünki bu partiyanın 600 min üzvü var. Mən demirəm ki, İlham Əliyev hamıdan güclüdür. Sadəcə, YAP-ın qüvvəsi böyükdür. Düzdür, prezidentdir, çoxlu işlər görüb, yarımçıq qalan işlər var. Odur ki, İlham Əliyevdən başqa variant yoxdur. Ancaq unutmaq olmaz ki, bu, həmin millət, həmin xalqdır. İlham Əliyev özü Azərbaycana birbaşa gələ bilmirdi, Türkiyədən Naxçıvana gəlirdi. Şəxsən mən Heydər Əliyevin yanında olanda Türkiyədən gələrkən onunla görüşmüşəm. Heydər Əliyev o vaxt soruşdu ki, İlham Əliyevi tanıyırsan? Dedim, əlbəttə, tanıyıram, görüşmüşəm. Bu mənada o vaxtları da nəzərə almaq lazımdır. Özü də deyirdi ki, elə adamlar var idi ayaqlarını yerə döyürdü. O vaxt ayaqlarını yerə döyən adamlar indi vəzifədədir. Mən Əli Həsənovun haqqında heç bir şey deyə bilmərəm. Amma o, açıq Heydər Əliyevçi olmayıb axı. Mən onu Heydər Əliyevin ətrafında görməmişəm. Heydər Əliyevin ağır günlərində mən onların heç birini görməmişəm, bu, faktdır. Heydər Əliyevin elə ağır günləri olub ki, adam o günləri xatırlayanda dəhşətə gəlir, deyir İlahi, bu millət niyə onu bu günə salırdı. O zaman bir çoxları vəzifədəydi, deyə bilərdilər ki, Heydər Əliyevə ev verin, şərait yaradın. Heydər Əliyev aeroportda düşdü, Bakıda iki gün qala bilmədi, getdi Naxçıvana. Rəhmətlik Rəfaeli də göstərirlər hərdən. O zaman bu adamlar heç bir addım atmadı. Amma mən “Aydınlıq”, “Azərbaycan” qəzetində gündə məqalə yazırdım ki, Heydər Əliyevin siyasəti belədir. Qarabağa nə qədər əsassız vəsait qoydular, dedim ki, bu, lazım deyil. Yaxud ittifaq müqavilələri, referendum məsələsini Naxçıvanda ləğv elədik. O zaman bunlar harda idi?

- YAP-ın qurultayı ilə eyni gündə müxalifətin böyük birliyi - Mili Şura təsis olundu. Mümkündürmü ki, YAP-ın ögey münasibətilə üzləşməyiniz sizin bu qurumda təmsilçiliyinizlə nəticələnsin? Ümumiyyətlə, bu təşkilatla bağlı fikriniz necədir?

- Mən bundan sonra heç bir təşkilata daxil olmaq istəmirəm və olmayacağam da. Amma milli maraqlara xidmət edən hər bir fikrə, ideyaya münasibətim normaldır. Mən Azərbaycan xalqının, öz balalarımın gələcəyi, inkişafı, Azərbaycan milləti, xalqı üçün fəaliyyət göstərməyə, ölkəmizin müstəqilliyini qorumağa daim hazıram. Mən hər zaman bu istiqamətdə fəaliyyət göstərmişəm. Heydər Əliyevin yanında olanda torpaq islahatları konsepsiyasını, proqramını yazmışam, özəlləşdirmə komissiyasının üzvü olmuşam, Heydər Əliyevin şəxsi tapşırığı əsasında bu sahə ilə bağlı təkliflərimi vermişəm. Mən də vaxtilə müxalifətdə olmuşam. 90-cı illərdə, Vəzirovun, Mütəllibovun vaxtına etiraz səsimi qaldırmışam. İndi isə iqtidar içərisində obyektiv danışığıma görə məni o həndəvərə qoymurlar. Bu gün hər hansı bir təşkilatın yaradılması demokratiyanın, azadlığın, fikir ayrılığının əlamətidir. Mən özüm də daim həyat səviyyəsində, iqtisadiyyata, dövlətçiliyə, kadr potensialının inkişafına aid öz fikirlərimi demişəm, iqtidar tədbirlərində də, Milli Məclisdə oturanda da.

- Sizin bir məsələ ilə bağlı da fikriniz maraqlıdır, necə bilirsiniz, Milli Şura seçkilərə hansı şəkildə, kimin namizədliyi ilə getsə, uğur qazana bilər?

- Mən o təşkilatın üzvü deyiləm. Amma bu təşkilat yaranıbsa, onun hüquqi statusu varsa, yaxşı olar onlar da razılaşıb bir nəfərin namizədliyini irəli sürsünlər. Necə ki, YAP bir nəfərin namizədliyini irəli sürür. Hər halda, bu qurumun məramnaməsi, əsasnaməsi var. Vahid fikrə dəstək olmaq həmrəylik, birlikdir. Bu qurumda da iki namizəd olanda təbii ki, problem yaranacaq, parçalanma olacaq. İndi kimi məsləhət bilirlərsə, buyursunlar.

Müsahibə başa çatandan az sonra öyrəndik ki, Ə.Əlirzayev YAP Siyasi Şurasından çıxarılıb. Buna görə də onunla yenidən əlaqə saxlayıb fikirlərini öyrəndik:

"Bu mənimçün gözlənilən idi. Onlar elə hesab edirlər ki, guya mən partiyanın siyasətinə zidd getmişəm. Nə olar, canları sağ olsun. Bu, onların verdiyi qiymətdir. Mən tamamilə bu qərarın əleyhinəyəm. Əgər partiya xalqın partiyasıdırsa, mən də xalqa xidmət eləmiş adamam, partiyanı yaradanlardan biriyəm. Zaman gələr görərlər ki, kim partiyaya sadiq olub, kim sadiq olmayıb. Bu partiyanın əziyyətini çəkən adamlardan biri də mənəm. Amma bu partiya özgə ələ düşəndən sonra təbii ki, partiya təmizlənəcək, ora öz adamlarını salacaqlar. Onsuz da mən bu qərarı gözləyirdim, onlar məqam axtarırdılar. Mən kimisə tərifləməmişəm, heç tərifləməyəcəyəm də. Mən YAP-ın yaradıcısıyam və YAP-ın yaradıcısı olaraq tarixdə qalacağam. Düz 21 il Siyasi Şuranın üzvü olmuşam. Onların heç ömrü də çatmaz 21 il Siyasi Şura üzvü olmağa. Mən bütöv, sözü deyən adam olmuşam, yaltaqlıq etməmişəm, cızığımdan çıxmamışam, xalqın mənafeyini qorumuşam. Görünür, elə adamlar lazımdır ki, yeri gələndə cızığından çıxsınlar. Çıxarıblar, qoy çıxarsınlar. Yəqin daha fəal adamlar olacaq, bunları da görəcəyik inşallah".
Oxşar xəbərlər
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ÖZƏL-AÇIQLAMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”