“Müdir desə ki, Köçəryana gecə keçirin - keçirəcəksinizmi?..”
Oxunub: 3834
01 Nov 2019 | 12:31
“Müdir desə ki, Köçəryana gecə keçirin - keçirəcəksinizmi?..”
Mətbuatın, sosial şəbəkələrin gündəminə çevrilmiş bir olay Azərbaycan ictimai şüurundakı, düşüncə, əqidə sistemimizdəki  bir sıra əcaib və atom bombası qədər təhlükəli çatışmazlıqları üzə çıxardı. Söhbət  məşhur ali təhsil ocaqlarımızdan birinin rəhbərliyinin xeyir-duası  və kollektiv üzvlərinin  iştirakı ilə bu Azərbaycan(!) universitetində  Rusiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığıyla  20 Yanvar qətliamının siyasi-ideoloji  iştirakçısı Yevgeni Primakova həsr edilmiş esse müsabiqəsinin keçirilməsindən, eləcə də Rusiya mədəniyyət mərkəzində eyni mövzuda təşkil edilmiş  sərgidə və xatirə tədbirində müəllim, tələbə və deputatların iştirakından   gedir...

***

Bəhs edilən olay öncə onu göstərdi ki, Azərbaycan xalqının gələcəyi üçün çox strateji olan təhsil ocaqlarının başında milli təfəkkürdən uzaq, müstəqil dövlətçiliyimizə sadiq olmayan kəslər var...

*** 

Eyni zamanda bir daha məlum oldu ki, ölkəmizdəki iş kollektivlərində, xüsusən elitar sayılmalı olan təhsil ocağı kollektivlərində, o cümlədən tələbələrimiz arasında azad, müstəqil düşüncəli, yeri gələndə DÖVLƏT, VƏTƏN, XALQ, MİLLİ DƏYƏRLƏR, ÜMUMMİLLİ MƏNƏVİYYAT, ƏXLAQ naminə kimliyindən asılı olmayaraq hər kəsə SÖZÜNÜ AÇIQ DEMƏYƏ CƏSARƏTİ VƏ BACARIĞI, ELMİ, BİLİYİ ÇATAN ziyalılarımız, gənclərimiz çox azdır. Olsaydı, bu olay heç cür baş verməzdi... Ən azı, bütün kollektiv bilməsə də,  müavinlər-filanlar, fakültə dekanları, esse yazan tələbələrin müəllimləri, eləcə də qrup yoldaşları, dostları 20 Yanvar faciəsində əli olan məxluq barədə tədbir keçirilməsini eşidən kimi, əvvəla, bu haqda tapşırıq verən müəllimə, bunu təşkil edən rəhbərliyə öz qəti etirazını bildirməli, nəticə olmadığı təqdirdə müvafiq yuxarı qurumlara müraciət etməli, məsələni ictimailəşdirməli idi...

*** 

Nə yazıqlar ki, bunların heç  biri baş vermədi və  ermənilərə əsrlərlə açıq-aşkar dəstək verərək Qərbi Azərbaycanın və ən son Qarabağın işğalına şərait yaradan,  bizlərə isə yalandan “dost”, “müttəfiq”  deyən bir dövlətin səfirliyinin təşkil etdiyi, onun imperialist siyasətinin həyata keçirilməsində böyük xdimətləri olan  bir  ölü kadrına həsr edilmiş tədbir baş tutdu... 

****
 
Elə yüz illərlə, on illərlə belə “xırda” hesab etdiyimiz məsələlərə göz yuma-yuma, problemləri malalaya-malalaya yazıq günə qalmışıq...

*** 

Azərbaycanın ictimai şüur səviyyəsinin, düşüncə, əqidə sisteminin gerçək durumunu dərk edənlər üçün həddindən artıq acınacaqlı, deyərdik ki, faciəvi bir haldır: bu qədər kölə xislətlilik, bu  qədər laqeydlik, susqunluq.... Və təəssüf ki, bu, yeganə hal deyil. Etiraf edək ki,  hər birimiz gündəlik həyatımızda həm fərd, həm kollektivlər səviyyəsində  belə hallarla çox rastlaşırıq...

***  

Hökumət tabeçiliyində olan, eləcə də bir sıra özəl müəssisələrdə, o cümlədən xalqın beyni sayılmalı olan elm, təhsil kollektivlərində nə qədər totalitar düşüncə tərzli, rəhbərin qanun, əxlaq çərçivəsndən kənar  dediklərini də “qanun” bilib  “bir tikə çörək”, bir “donqli” vəzifə  xatirinə “baş üstə” deyən, müstəqil, azad fikri, düşüncəsi olmayan kadrlar, işçilər toplanıb... Deməli, sabah hansısa müdir rəis, rektor, direktor çaşıb, dövlətə, xalqa, xəyanət edib desə ki, Leninə, Stalinə,  Qorbaçova, nə bilim, Şaumyana, Köçəryana, Balayana həsr olunmuş tədbir, yaradıcılıq gecəsi, sərgi keçirməliyik, belələri susacaqlar?..

*** 

Bəhs edilən olaya bir çox etiraz edənlər dərhal sözügedən təhsil müəssisəsinin rektorunun azad edilməsini tələb edirlər. Amma bu, əsla çıxış yolu deyil.  Toplananların yerini dəyişəndə cəm dəyişmir... Rektoru, direktoru, nə bilim, müdiri, rəisi, başçını, naziri dəyişdirdin... Həmin kadrların çoxu da on illərdir oxşar düşüncəli kollektivlərdə yetişməyibmi? Kollektivlərin, yəni onları təşkil edən adamların əqidəsini, xarakterini ki, dərhal dəyişmək mümkün olmayacaq...

*** 

Deməli, müəssisə, bölgə rəhbərlərini dəyişməklə problemlər həll olunmayacaq. Bütövlükdə kütlələrin, kollektivlərin əqidə, təfəkkür sistemini dəyişmək, beyinlərdə, qəlblərdə, ruhlarda inqilab etmək gərəkdir. Bunun üçün öncə  yüksək vəzifəlilərin qanunlara uyğun, rüşvətdən, korrupsiyadan uzaq işləməsini təmin etməli, sonra isə xalq arasında ali səviyyədə təşkil olunmuş milli, əsl demokratik ruhlu maarifləndirmə işləri aparılmalıdır... Kütlələr, kollektivlər arasında kök salmış bu "nazir", başçı", "rəis","rektor","direktor", "müdir" xofu aradan götürülməlidir...

***

“Sistemi dəyişmək” dedim, yadıma “yenidənqurma” illərində məşhur olan bir lətifə düşdü.Bakıda  o vaxt “domsovet” deyilən hökumət evinin kanalizasiya sistemini təmir etdirən bir mühəndis rəhbərliyə məlumat verir ki, heç bir nəticə yoxdur- gərək bütövlükdə sistemi dəyişək. Yazığı dərhal tutub türməyə basırlar ki, guya o, sovet sisteminin dəyişdirilməsini nəzərdə tutub... Təəssüf ki,  bu gün  hələ də bu cür nadan, cahil, totalitar məfkurəli, “domsovet” düşüncəli rəhbərlər, müdirlər, rektorlar, başçılar xeylidir. Onların rəhbərlik etdiyi kollektivdə bir əməkdaş, bir fəhlə sözün düzünü deyib, haqqını tələb edən kimi, dərhal ona “təxribatçı”, “prezidentin kursuna, dövlətçiliyə qarşı çıxan”, “radikal müxalifətçi” damğalarını vurdururlar. Bax, insanları qorxudan, gözüqıpıq edən amillərdən  biri də budur. Və inkişaf etməmiz, gerçək islahatlar keçirməmiz üçün bunu da təcili aradan qaldırmaq gərəkdir...

***

Əcəba, axı deyəsən, totalitar dediyimiz SSRİ, sovet hökuməti, Kommunist Partiyası, “NKVD”, “KQB” çoxdan tarixin zibilliyinə gömülüb, bizə hər şeyi, hamama necə və neçə dəfə getməyi belə diqtə edən Sovet İttifaqı artıq 28 ildir ki, dağılıb. Bəs bizlər nədən fikrimizi müstəqil ifadə etməyə, sözümüzü açıq deməyə qorxuruq? Bu sual aşağıdan yuxarı hər birimizi düşündürməli, öncə özümüzdən başlayaraq ciddi tədbirlər görməyə vadar etməlidir... Əks halda biz totalitar, kölə xislətli, gözükölgəli, gözüqıpıq məxluqlarla  nə müasir ölkələr səviyyəsindəki gerçək iqtisadi-sosial rifaha çata biləcəyik, nə  dövlət başçısının dediyi kimi, “korrupsiyaya qarşı amansız mübarizə aparmağı bacaracağıq, nə də  torpaqlarımızın erməni işğalından azadlığına nail olacağıq...

Sultan Laçın


Oxşar xəbərlər
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
24 Apr 2024 | 16:52
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
24 Apr 2024 | 16:50
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
24 Apr 2024 | 16:48
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
24 Apr 2024 | 16:46
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
24 Apr 2024 | 16:44
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
24 Apr 2024 | 16:40
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
24 Apr 2024 | 16:37
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
24 Apr 2024 | 16:36
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
GÜNLÜK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:34
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
24 Apr 2024 | 08:22
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi
24 Apr 2024 | 08:22
Xocalı canisi Sərkisyan Paşinyanı devirməyin ən sərfəli yolundan danışdı…
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 07:56
Sumqayıtda gənc oğlan itkin düşüb