“İdarəetmə xalqın sosial inkişaf indeksinə uyğun olmayanda nəticələr ölkə üçün çox ağır olur”
Oxunub: 2997
31 Oct 2019 | 10:48
“İdarəetmə xalqın sosial inkişaf indeksinə uyğun olmayanda nəticələr ölkə üçün çox ağır olur”
Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsini oxucularımıza təqdim edir:

- Qüdrət bəy, son kadr dəyişikliklərini necə qiymətləndirirsiniz?

- Hər kəs kimi mən də dəyişiklikləri müsbət qiymətləndirirəm.Amma dəyişikliklərin sürəti və miqyası məni qane etmir. Biz qısa müddətdə ciddi nəticələrə nail olmalıyıq. Bunu bizdən ölkəmizin mövcud durumu və qarşımızda duran, həllini gözləyən problemlər tələb edir.

- Sizcə sürətli islahatların baş tutmamasının səbəbi nədir?

- Buna həm iqtidarın daxilində mane olan qüvvələr var, həm də cəmiyyətimiz dəyişiklik istəsə də həmin dəyişikliklərin dinc və sabitlik şəraitində uğurla həyata keçirilməsinə ciddi töhfə vermək gücündə deyil.
İnsanlarımız siyasətdən uzaq olduqları üçün hər şeyin ölkənin siyasi rəhbərliyi tərəfindən edilməli olduğunu düşünürlər. Onların bu cür mövqedə qalmasına “fit müxalifəti” də rəvac verir. Heç görmüsünüz onlar vətəndaşları iqtisadiyyatımızı inkişafdan saxlayan, mənəvi mühiti deqradasiyaya uğradan korrupsiya və rüşvətxorluğa qarşı fərdi mübarizəyə səsləsinlər? Sözsüz ki, yox.Yalnız iqtidara nifrət aşılayır və insanlara onların fərdi mübarizəsinin heç bir nəticə verməyəcəyini aşılamağa çalışırlar. Bəyan edirlər ki, “Prezident hər şeyə görə günahkardır, mitinqə gəlin, onu devirək”. Anlamırlar ki, öz hüquqları uğrunda fərd olaraq mübarizə apara bilməyənlərlə inqilab etmək olar, amma onlarla demokratik cəmiyət qurmaq olmaz.

Biz isə deyirik ki, hüquqlarınızı öyrənin, hüquqlarınız uğrunda mübarizə aparın, Prezidentin çağırışına cavab olaraq nöqsanlar barədə ona yazın, məmurların qəbuluna gedin, hüquq pozuntuları barədə sosial şəbəkələr üzərindən müraciətlər edin. Hər yerdə, hər zaman yorulmadan problemlərinizi qonşuya, dost-tanışa, istənilən həmsöhbətə danışın. Biz danışmaqla şüurları dəyişəcəyik. Əgər biz şüurlarda dəyişiklik edə bilsək, cəmiyyətimiz də ağrısız, qansız-qadasız dəyişəcək.
Ona görə hər bir vətəndaşı demokratik cəmiyyətin qurucusu kimi hazırlamaq, maarifləndirmək lazımdır.


-Bəs necə oldu ki, Gürcüstanda niyə bunu həyata keçirə bildilər?

- Gürcülər mülki cəmiyyət quruculuğu istiqamətində müəyyən uğurlar qazansalar da, onların da Qərb standartlarına uyğun cəmiyyət qurmaları hələ çox zaman alacaq. Bununla belə bizi gürcülərlə müqayisə etmək doğru deyil. Təqribən yüz il əvvəl, 1915-ci ildə Azərbaycanda 25 ibtidai, 21 ali ibtidai məktəb mövcud idi. Gürcüstanda isə belə məktəblərin sayı 400-dən çox idi. O fərq bu gün də özünü göstərir. Mən Sibirdə Sovet Ordusunda xidmət edərkən gürcülərin 85 % -i rus dilində fikirlərini sərbəst, 15%- i isə çətinliklə ifadə edə bilirdi. Azərbaycanlılar arasında isə tam əksinə idi. İndi isə yəqin ki, dünya dili olan ingiliscə danışanlar arasında da fərq eyni qaydada gürcülərin xeyrinə olar. Sanki heç nə dəyişməyib.
Nəticə əldə edə bilmədikləri üçün ekstremizmə yuvarlanmış və ayrı-ayrı mafioz qrupların əlində əlatə çevrilmiş və “fit müxalifəti” adını qazanmış bəzi partiya sədrləri iddia edirlər ki, guya onların mübarizəsi Azərbaycanı Türkmənistana çevirməyə imkan verməyib. Bu kökündən yalnış yanaşmadır. İqtidar istəsəydi bu çoxdan baş vermişdi. Regionlara baxın, Bakıdan komanda verilməmiş belə bəzi bölgələrdə vəziyyət Türkmənistandan heç də yaxşı deyil. Özü də vaxtilə siyasi fəallığı ilə fərqlənmiş bölgələrdə. Ona görə də azsaylı fəal insanları iqtidarla qeyri-bərabər qarşıdurmaya aparıb xəyal qırıqlığına uğratmaq qəhrəmalıq deyil, demokratik proseslərə böyük zərbədir. Qərb dairələrinin və onların təsir dairəsində olan bir-iki hüquq müdafiə təşkilatının şablon bəyanatlarını, “Qərb Azərbaycanda demokratik prosesləri dəstəkləyir” kimi xalqımıza təqdim etməkdən böyük rəzillik ola bilməz. Qərb Ermənistana görə heç vaxt Azərbaycanda demokratik prosesləri dəstəkləməyib və dəstəkləməz. Elçibəy hökumətinə sanksiya tətbiq edib, onun devrilməsini müdrükcəsinə seyr edən onlar idi. Çünki bilirdilər ki, demokratik islahatlar güclü iqtisadiyyat, güclü ordu deməkdir. Güclü ordusu olan ölkə isə heç vaxt bu cür alçaldıcı işğalla barışmaz. Ramiz Mehdiyevin ABŞ səfirinin hökumətdən seçkinin nəticələrinə etiraz edən insanlara xitabən tələb etdiyi “küçələrdən onları yığışdırın” açıqlamasını yayması nə tez yaddan çıxdı. Hansı ki, heç vaxt təkzib olunmadı. Amma həmin səfirliyin ictimaiyyət üçün verdiyi açıqlama necə idi? Qərbin müəyyən dairələri yerli mafioz qüvvələrlə birlikdə Kərimli dəstəsini bir az canlandıra bilər. Dünən Kərimlini ifşa edəni bu gün onun təyin etdiyi mitinqə dəstək verməyə məcbur edə bilər. Yalnız ona görə ki, iqtidarın başlatdığı islahatları ya dayandırsın, ya da uğusuzluğa düçür edib ölkəni 30 il geri atsın. Bu gün Heydər Əliyevin hakimiyyətdə olduğu zaman buraxdığı “səhvlərdən” danışan adamlar anlamırlar ki, idrəetmə xalqın sosial inkişaf indeksinə uyğun olmayanda nəticələr ölkə üçün çox ağır olur. Heydər Əliyev bunu çox gözəl bilirdi. Cəmiyyət inkişaf etdikcə idarəetmə təkmilləşməlidir, hansı ki, İlham Əliyev bu gün, əgər imkan versələr, bunu etməyə çalışır. 

- Qüdrət bəy, bəzi iqtidar təmsilçiləri özlərini əsl Əliyevçi hesab edir və başqalarının Prezidenti dəstəkləməsini qısqanırlar. Sanki kimsə onların yerini tutacaq. Buna münasibətiniz necədir? 

- Mərhum Prezident Heydər Əliyev ən böyük təzyiqlərlə və mənəvi terrorla Qorbaçovun və Vəzirovun dövründə üzləşib. O zaman onun əleyhinə mətbuatda çoxlu yazılar çap etdirirdilər. Həmin vaxt onun müdafiəsinə qalxanları əsl Əliyevçi saymaq olar. Əgər belələri olubsa. Mütəllibovun dönəmində kommunist rejimi xeyli zəifləmişdi, amma buna baxmayaraq cəbhəçilərdən kənar Heydər Əliyevi açıq müdafiə edənləri barmaqla saymaq olardı. Mənim BAXCP-dəki müavinim Bünyamin Qəmbərli Elçibəyin tövsiyyəsi ilə Nehrəmdə Heydər Əliyevin xeyrinə namizədliyini geri götürdü. Cəbhəçilərin təkidli xahişi və dəstəyi ilə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Heydər Əliyev məhz cəbhəçilərlə birlikdə Azərbaycan SSR Ali Sovetində 1991-ci ilin martında SSRİ-nin saxlanmasının əleyhinə səs verdi. O adamlar niyə həmin vaxt Heydər Əliyevin yanında deyildilər və ya niyə onun kimi səs vermədilər? Heydər Əliyev Kommunist Partiyasının sıralarından istefa verəndə həmin adamlar niyə ona qoşulub partiyadan, komsomoldan istefa vermədilər? Ona görə də abır-həya edib sussalar daha yaxşı olar. Sadəcə, AXC hakimiyyətə gələndən sonra Qarabağ uğrunda müharibəni dayandırmadı və beynəlxalq dəstəyini itirdi. Daxili siyasətdə ciddi səhvlərə yol verdiyi üçün xalqın böyük qismi AXC-dən üz döndərdi, AXC-nin Heydər .Əliyevlə münasibətləri korlandı. Bundan və AXC-nin yaratdığı demokratik mühitdən faydalanaraq, onlar qorxmadan, yaxşı konyukturşiklər kimi perspektivli, təcrübəli siyasətçi və böyük dövlət adamı olan Heydər Əliyevin pencəyinin ətəyindən tutub hakimiyyətə gəldilər. Əlbəttə bu sözlər 80-ci illərin sonu 90-cı illərin əvvəlində siyasətdə olub bu gün yerli-yersiz mən Əliyevçiyəm deyib başqalarını aşağılamaq istəyənlərə aiddir və o dövrdə siyasətlə məşğul olmamış gənc nəslə aid oluna bilməz. İqtidarda olan bu tipli adamların maraqlarına toxunulsa və qorxmasalar görün nələr edərlər. Bu gün bir-birinin ətini yeməyə hazır olan adamların vəzifələrini itirəcəkləri qorxusu səbəbindən necə birləşdiklərini, prezidentə xəyanət edib ali hakimiyyət üçün hansı təxribatlara getdiklərini görürük. Bu səbəbdən keçmişin qalıqları sayıla biləcək belə adamlara çox da fikir vermək lazım deyil. Mən az-çox siyasi savadı olan adamları çağırıram ki, islahatları dərinləşdirə biməsi üçün kimin nə deməsindən asılı olmayaraq Prezidenti dəstəkləsinlər, razılaşdırılmamış aksiyalara yox desinlər, ölkədə sabitliyin pozulmasına imkan verməsinlər.
Oxşar xəbərlər
21:36, Bu gün
"Ukrayna qışadək sağ qalmayacaq, onun cəmi yarım ili qalıb" - "The Telegraph"
21:36, Bu gün
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
21:34, Bu gün
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
21:33, Bu gün
Rusiya və Polşa bir-birini nüvə zərbələri ilə təhdid edib
21:31, Bu gün
Yevlaxda avtomobil aşıb, ölən və xəsarət alan var
21:06, Bu gün
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
21:05, Bu gün
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
20:52, Bu gün
Türkiyəli iş adamlarının növbəti məhkəməsi keçirildi: Dilan Polat gözyaşlarına boğuldu, qızına toxuna bilmədi
20:47, Bu gün
Bərpadan sonra Ağdam Cümə məscidində ilk azan verilib - VİDEO
20:30, Bu gün
Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb
20:08, Bu gün
Şagirdlərin tətil günləri AÇIQLANDI
20:05, Bu gün
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:55, Bu gün
SOCAR: “Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər” - FOTO
19:50, Bu gün
Tanınmış müğənninin həyat yoldaşı iflic oldu - FOTO
19:45, Bu gün
“... millət görsün kim kişidir, kim dişi...” - Talehə AĞIR CAVAB
19:40, Bu gün
İranın 10-dan çox əyaləti daşqınlardan zərər çəkib - FOTO
19:36, Bu gün
Quba sakinlərini qorxuya salan körpü təmir ediləcək? - VİDEO
19:32, Bu gün
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
19:28, Bu gün
Türkiyə kəşfiyyatı PKK-nın iki rəhbər şəxsini ələ KEÇİRDİ
19:25, Bu gün
UNEC-in Kitabxana İnformasiya Mərkəzi yeni layihəyə start verir
19:22, Bu gün
Prezidentin təyyarəsi Füzulidən Berlinə uçdu - FOTO
19:20, Bu gün
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir - FOTOLAR
19:15, Bu gün
Evliliklərinin yeddinci ilini qeyd etdilər - FOTO
19:10, Bu gün
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
19:05, Bu gün
DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi - FOTO/VİDEO
19:00, Bu gün
Ali Radanın deputatı: “Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz”
18:57, Bu gün
Naxçıvan Muxtar Respublikasının yeni baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB + FOTO
18:53, Bu gün
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - FOTO/VİDEO
18:47, Bu gün
Aprelin bütün sosial ödənişləri YEKUNLAŞDI
18:44, Bu gün
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanıldı - VİDEO
18:40, Bu gün
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
18:27, Bu gün
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
18:24, Bu gün
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
18:21, Bu gün
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEO
18:14, Bu gün
Qazaxın kəndləri ilə bağlı vacib qərar: Mayın 15-i... - Polkovnik AÇIQLADI
18:08, Bu gün
Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOLAR
18:02, Bu gün
Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir - ŞƏRH + FOTO
17:59, Bu gün
Naxçıvan DSMF-nin sədri vəzifəsindən azad olunub
17:56, Bu gün
Xocalıda insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + FOTO
17:54, Bu gün
COP29 sülh prosesinin nəticəsidir
17:50, Bu gün
Mavi yanacaqla təmin edilən 50 evdən ibarət yeni yaşayış massivi - VİDEO
17:47, Bu gün
Aleksandr Maslyakov "Şən və Hazırcavablar Klubu"nun aparıcısı postunu tərk edir
17:42, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
17:40, Bu gün
“Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...”
17:38, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO
17:36, Bu gün
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı - FOTO
17:34, Bu gün
Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO
17:32, Bu gün
Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub - FOTO
17:30, Bu gün
“Bakcell” ilə innovasiya dövrü başlayır!
17:29, Bu gün
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxdı - FOTO
17:25, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular - YENİLƏNİB + FOTO
17:24, Bu gün
DGK-da I rübün yekunlarına həsr olunan kollegiya iclası keçirildi - FOTOLAR
17:22, Bu gün
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
17:17, Bu gün
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən bölgələr açıqlanıb
17:15, Bu gün
Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”
17:13, Bu gün
Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq
17:09, Bu gün
Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ
17:07, Bu gün
İlham Əliyev Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
17:05, Bu gün
BDU-nun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib - FOTOLAR
17:00, Bu gün
Kuçino faciəsi – 48 il fəaliyyət göstərən düşərgədə  minlərlə ölüm faktı gizlədilib
16:58, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO
16:57, Bu gün
"Bizimlə qonşu olan ölkələr durmadan silahlanır, bu, onların nəyinə lazımdır ki?" - Lukaşenko
16:53, Bu gün
Politoloq: “Vardanyanlar Cənubi Qafqaz uğrunda böyük oyunda lazımsız kartlardır...”
16:48, Bu gün
"Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir" - Vüqar Rəhimzadə
16:44, Bu gün
Bakıdan olan bir qrup abituriyent BDU-da - FOTOLAR
16:40, Bu gün
Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatdı - FOTO
16:36, Bu gün
Kiçik Vardanyan üçün CNN tribunası: Separatçı caninin milyardları uğrunda savaş - ŞƏRH + FOTO
16:32, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
16:28, Bu gün
Əli Mirəliyevdən İDDİA: “Cavanşir Məmmədova ən böyük zərbəni aparıcı vurdu”
16:24, Bu gün
“Türkiyə və Azərbaycan terrorla mübarizə aparır, amma dəstək görmür” - ŞƏRH
16:22, Bu gün
Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır
16:20, Bu gün
Erməni azlığının arxasında gizlənən Tehran: İranda açılan “soyqırımı” mərəkəsi - ŞƏRH + FOTO
16:16, Bu gün
Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib - YENİLƏNİB
16:14, Bu gün
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
16:13, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
16:12, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
16:10, Bu gün
İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi - FOTO
16:09, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO/VİDEO
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:05, Bu gün
Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOLAR
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
16:02, Bu gün
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib - FOTO
16:00, Bu gün
Məktəblərdə tətil başlayır - 5 günlük istirahət...
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:30, Bu gün
Komitə sədri vətəndaşlarla görüşdü - FOTOLAR
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
GÜNLÜK
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
AYLIQ
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir