Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD CƏFƏR PİŞƏVƏRİ
Siyasət
Oxunub: 1013
28 Oct 2019 | 16:00
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:  SEYİD CƏFƏR PİŞƏVƏRİ
IV Yazı

Milli dilin əhəmiyyəti ilə bağlı başqa bir məqaləsində Seyid Cəfər Pişəvəri çox doğru qeyd edirdi ki, ölümə hazır olmayan, qurban verməyən bir millət yaşaya bilməz, ona yaşamaq haqqı verilmir və bu yolda əsas məsələ dil problemidir: “Xalqı mübarizəyə cəlb etmək yolunda dil məsələsi də olduqca önəmli təsir buraxan məsələdir. Yarıfars və yarıazərbaycanca yazmağa başladığımız “Azərbaycan” qəzeti çox tez bir zamanda farscadan xilas olub, yalnız azərbaycanca nəşri xalqın hörmət və məhəbbətini tez bir zamanda özünə cəlb etdi. Xalqın birbaşa ana dilini işlətməyə başlamsı fövqalədə maraq kəsb etmiş oldu. Məsələn, 12 şəhrivər bəyannaməsində şüarlarımız meydana çıxan gündən xalqın məhəbbətini qazandı. Misli görülməmiş və kimsənin ağlına gəlməyən bir məsələ də teleqrafın Azərbaycan dilində yazılması idi”. 
O, dəfələrlə qeyd edirdi ki,  milli dil məsələsi azərbaycanlılar üçün çox mühüm və əsasdır. O, yazırdı: “Məlumdur ki, əhalimiz qərinələrdən bəri öz ana dili ilə danışmış və danışmaqdadır. Bu dilə qarşı qaba, heç bir dəlill və sübuta söykənməyən, həqiqətləri danmağa çalışanların əllərində qane edici heç bir şey yoxdur. Altı, yeddi yaşında təzə dil açmış bir uşağa yabançı bir dili zorla qəbul etdirmək cinayətdir. Təlim-tərbiyə ilə məşğul olanların əksəriyyəti azərbaycanlıların əsəbiliyini bunda görürlər. Ana dilində yazıb oxumağı qadağan etmək  maariflənmənin qabağını almaq, onun təkamülünə mane olmaqdır. Beş milyondan çox kənd və şəhərlərdə yaşayanlarımız bir tərəfə qalsın, hətta məhəlli məktəblərdə təhsil alanlarımız belə ömürlərinin axırına qədər fars dilini düzgün tələffüz etməkdə çətinlik çəkirlər”. 
Pişəvəri xatırladırdı ki, Pəhləvilər hakimiyyətə gəlib (1925) Azərbaycanı parçalamaq siyasəti yürütməzdən əvvəl, Azərbaycanda ana dilində məktəblər, teatrlar var idi və milli dil inkişaf edirdi. Ancaq türk dilinin qadağan olması siyasəti ilə Azərbaycanda vəziyyət dəyişməyə başladı. Pişəvəri deyirdi ki, bu gün onların əsas tələblərindən biri də Qacarlar dövründə olduğu kimi, ana dilində tədrisin yenidən bərpa edilməsidir. 
Onun fikrincə, zorla, “milli vəhdət” adı altında bir xalqın dilini dəyişmək, yəni ana dilindəın məhrum edib başqa bir dilə, o cümlədən fars dilinə bağlamaq mümkün deyildi. Pişəvəri yazırdı: “Bunlar bilmirlər ki, dilin rişəsi anaların sinəsindən və xalqın adab və rüsumu olan ocaqlar başından qalxır. Nə qədər analar dili və ocaqları yanmaqdadır, bir xalqın dilini və adab-rüsumunu əvəz etmək mümkün olan iş deyildir. Milli birlik o vaxt müəyyəsər olar ki, xalqın hamısı öz xüsusiyyətini və daxili azadlığını saxlamaqla tərəqqi edib, bir-birilə bərabər ola bilsin. Azərbaycan xalqı mərkəzin çürümüş və çirkin siyasətçilərinin siyasəti sayəsində özünün istedad və qabiliyyətinə baxmayaraq, hər cür azadlıq və ixtiyaratdan məhrum edilmişdir. Onun oğullarının öz ana dilində təhsil almaq imkanları olmamışdır”. 
Pişəvərinin imzaladığı Azərbaycan Milli Hökumətinin (1946-cı il 6 yanvar) dil haqqında qərarı ilə ana dilində təhsil almaq məsələsi kökündən həll olunmuşdur. Həmin qərarın ilk maddəsində yazılmışdır: “Bu gündən etibarən Azərbaycanda Azərbaycan (türkcəsi) dili rəsmi dövlət dili hesab olunur. Dövlətin qərarları və rəsmi elanlar, həmçinin xalq qoşunları hissələrinə verilən əmrlər və qanun layihələri mütləq Azərbaycan dilində yazılmalıdır”. Eyni zamanda, bu qərarda göstərilirdi ki, bütün idarələr öz işlərini Azərbaycan türkcəsində yazmağa məcburdurlar, bu dildə yazılmayan sənədlər rəsmi sənəd hesdab olunmayacaq. Bununla yanaşı, Azərbaycanda yaşayan başqa millətlərin nümayəndələri öz işlərini ana dillərində aparmağa haqlı olsalar da, lakin öz rəsmi elan və yazılarında Azərbaycan dilini işlətməyə məcburdurlar. Eyni şəkildə, Azərbaycanda yaşayan azlıqlar xüsusi milli məktəblərindəki təhsili öz ana dillərində olduğu halda, Azərbaycan dilinin tədrisi də məcburidir.
Pişəvəri yazırdı ki, Milli hökumət dövründə onların dil məsələsi barəsində şüarları olduqca əməli və sadə idi: “Firqə Azərbaycan dilinin rəsmi surətdə qəbul edilməsi tələbini sürməklə iftixar kəsb edə bilmişdi. Dilimiz yeni bir dil deyildir. Onun qədim keçmişi olduğunu kimsə inkar edə bilməz. Bu dildən Dədə-Qorqud hekayələrindən başlayaraq, zəmanəmizədək yazılıb, intişar verilən qiymətli əsərlər o dilin geniş və mədəni bir dil olub qərinələr boyu davam etməsini isbat etmişdir. Xalq isə neçə qərinə fars istilasına məruz qaldığı halda, öz dilini hifz edib ona ürəkdən bağlı oldğunu göstərmişdilər”. Pişəvəri Azərbaycan xalqının qədim bir dil olmasını yazmaqda nə qədər haqlı olsa da, ancaq xalqın əsrlərboyu fars istilasına məruz qaldığını yazmaqda əsasən haqsız idi. Çünki Azərbaycan türkcəsi yalnız Əhəmənilər və Sasanlar dövründə müəyyən qədər sıxıntılar yaşamış, ancaq ondan əvvəlki və sonrakı dövrlərdə ciddi problemlər üzləşməmişdir. Yalnız irançı Pəhləvilərin qeyri-qanuni hakimiyyətə gəlişindən sonra Türk dili bəlkə də, tarixdə bənzəri olmayan bir problemlə üz-üzə qalmışdır ki, bu da, farsların minillik hakimiyyətsizlikdən irəli gələn  şovinistliyinin, barbarlığının təzahürü idi. Bunu, Pişəvərinin aşağıdakı fikirləri də təsdiq edir: “Farslar Azərbaycan dilini inkar etməklə, bizim milliyyətimizi də rədd edirdilər. Onların içərisində elə həyasız adamlar var idi ki, azərbaycanlıların danışdıqları dili fars dilinin bir şöbəsi olduğunu deməkdən belə çəkinmirlər. Azərbaycanda fars dili dövlət dili olduğundan, fəqət qüdrət hesabına məktəblərdə tədris edilir, zorla idarələrdə işlənirdi. Həqiqətdə azərbaycanlılar o dildə təhsil aldıqdan sonra belə dürüst tələffüz edə bilməzlər. Xalqın əksərini təşkil edən zəhmətkeş kütlə isə öz ana dilindən qeyri, məsələn, fars dili ilə öz fikirlərini söyləməyə qadir deyildi. Azərbaycanlılar həmişə öz ana dillərinə nisbət çox təəssübkeş olub, o dili təhqir edənlərə qarşı bəslədikləri nifrəti gizlədə bilməz və bu hissi gizlətmək də istəməzlər”. 
Onun fikrincə, dil və milliyyət məsələsi Azərbaycan xalqının ölüm-dirim məsələsidir. Bu dili fars dilinin bir şöbəsi hesab edənlər isə həqiqəti danmaq yolunu tutublar. O, yazırdı: “Bu dili danmaq həqiqəti danmaq kimidir. Bizim içimizdə elə adamlar var ki, özü fars dilini bilmədiyi halda, deyir mənim dilim fars dilidir. Mən demirəm ki, fars dili pisdir, deyirəm mənim dilim azərbaycan dilidir. Öz dilini danan azərbaycanlı xain deyil, nədir?”.
Pişəvəri hesab edirdi ki, Azərbaycan xalqının dilini fars dilinə, milli kimliyini fars kimliyinə bağlamaq kökündən yanlışdır. Xüsusilə də, fars millətçilərinin iddia etməsi ki, azərbaycanlılar moğolların dövründə dillərini dəyişiblər, bunun heç bir ciddi əsası yoxdur. O, yazırdı ki, Kəsrəvi kimləri nə qədər öz dillərini və kimliklərini danıb farsmənşəli “azəri dili”, “azəri” kimliyinə aldansalar da,  Azərbaycan xalqı heç vaxt fars dilini və fars kimliyini qəbul etməmişdir. Ona görə, Azərbaycan mütəfəkkirlərinin (Nizami, Xaqani və b.) fars dilində əsərlər yazaması da onlar fars olmasına dəlalət edə bilməz, çünki ərəb, fransız, ingilis olmadıqları halda bu dildə yazıb yaradan başqa xalqların mütəfəkkirləri kifayət qədərdir. O, yazırdı: “Azərbaycanlıların fars olmadıqları da tarixdə isbat edilmiş bir hadisədir. Azərbaycan xalqı isə neçə min illik istila və əsarətə baxmayaraq, hər vaxt özünün xüsusiyyətini əldən verməyib...”. 
Burada təəssüf doğuran hal odur ki, Pişəvəri də ən azı min illik Türk dövlətlərinin varlığını bir kənara qoyub,  19-cu əsrdə ortaya atılan “irançılıq/aryaçılıq” ideyasının təsiri altında Azərbaycan xalqının daima “İran” imperiyasının əsarəti altında olduğunu yazır. Yuxarıda da qeyd etdiyimiz kimi, “irançılıq” ideyasının mahiyyətini tam dərk edə bilməyən Pişəvəri “2500 illik İran şahlığı” uydurmasının təsiri altında Azərbaycan xalqını, Azərbaycanı da bu “şahlığ”ın əsarəti altında görmüşdür. Belə anlaşılır ki, F.İbrahimi kimi Pişəvəri də Midiyanın süqutundan 1945-ci ilə qədərki dövrü “İran şahlığı” dövrü hesab edir və Azərbaycanı da onun tərkibində istila, əsarət altındda görür: “Bu xalqın mənşəyi və babalarının (Qeyrətli Midiyalıların) böyük bir dövlət təşkil edib, uzun illərcə müstəqil siyasi həyat sürdüklərini də irəli çəkməliyik. Səfəvi sultanlarının Azərbaycan oğullarından təşkil etdiyi Qızılbaş ordusunun bugünkü İranın təşkilində gördükləri böyük işlər və göstərdikləri böyük qəhrəmanlıqdan da bəhs etməyə geniş vaxtımız yoxdur”. Görünür, məhz uydurma “irançılıq” ideyasının təsiri altında Pişəvəri hedab edirdi ki, Səfəvilər dövlətinin qurucuları azərbaycanlılar-qızılbaşlılar olsalar da, onlar da “İran şahlığ”ına aiddirlər. O, yazırdı: “Əgər indi İran hökuməti varsa, onu icad eyləyən Azərbaycanın qızılbaş ordusu olmuşdur. Bu ölkəni, beş-altı şeyx Azərbaycan kəndlilərinin zoru ilə yaratmışdır”. Bunu, nəzərdə tutaraq o, tez-tez vurğulayırdı ki, “İran” dövləti azərbaycanlılar vasitəsilə təsis olunmuşdur.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
Oxşar xəbərlər
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ÖZƏL-AÇIQLAMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 10:05
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 10:15
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 10:05
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 10:15
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?