"Heç bir məqaləmi oxumayan Əlisa Nicat məni I Pyotrun Vəsiyyətnaməsini bilməməkdə suçlayır"
Oxunub: 2163
23 Oct 2019 | 21:55
Yazıçı Əlisa Nicat (40 cild kitab yazan və vaxtilə Turan jurnalını nəşr etmiş Əlisa Nicat) "Hürriyyət" qəzetində "Yasəmən Qaraqoyunlunun ağ qoyunları" başlığı ilə mənim haqqımda təhqiramiz məqalə çap etdirib. Məqalədə olan əsaslandırmalara, tezislərə, fikirlərə və mənə belə bəsit dərsvermələrə güldüm. Doyunca güldüm. Siz də oxuyun, gülün. 

Əlisa Nicat yazır. "Hazırda dünyada nə görürük? Dünya üç, indi isə artıq dörd qüvvəyə bölünüb. 4 qütbdə, 4 siyasi – hərbi və etik qüvvə üz-üzə dayanıb. Dördüncü qüvvə kimi yenicə meydana çıxan və birinciliyə can atan Çinin hansı məqsədlər güddüyü, hansı prinsiplərə əsaslandığı bir az dumanlıdır. Lakin bu dumanın arxasında məkrli torpaq hərisliyi gizləndiyi görünür və hiss olunur. Xüsusilə onların ucsuz-bucaqsız, ərazilərə, ehtiyatları bol olan əhalisi isə az olan Rusiyanın uzaq Şərq və Sibir bölgələrinə göz dikməsi və bura nüfuz etməsi açıq-aşkardır". 

Əlisa Nicatın Dünya bölgüsü ilə razılaşmasaq da prinsipcə qəbul etmək olar. Əlisa Nicat fikirlərinə davam edir." O biri üç qüvvə isə Rusiya, Avropa və ABŞ-dır. Avropa və Amerikanın heç yerdə gözü və iştahası yoxdur. Onlar yalnız hər yerdə azadlıq, müstəqillik, firavanlıq və stabillik görmək istəyirlər. Lakin Rusiya buna imkan vermir və bu istəklərin bərqərar olmasına mane olur". Diqqət edin yazır ki, Avropa və Amerikanın heç yerdə gözü və iştahası yoxdur. Onlar yalnız hər yerdə azadlıq, müstəqillik, firavanlıq və stabillik görmək istəyirlər". Bu da Əlisa Nicatın siyasət bilgisi. Əlisa Nicatın XVI əsrdən etibarən yüksələn Avropanın Orta əsrlərdəki xaç yürüşlərini ( Yeri gəlmişkən Xaç yürüşlərini məğlub edən, durduran,İslamı müdafiə edən yeganə güc türklər idi) XVIII əsrdən etibarən Afrikaya, Hindistana, Ərəb Yarımadasına, Osmanlı və Qacarlara, bütünlükdə Türk-Turan torpaqlarına, Orta Doğuya qarşı həyata keçirdiyi müstəmləkəçilik və işğalçılıq müharibələrini, qul ticarətini, Peru və Meksika sivilizasiyalarını bütünlükdə yer üzündən silməyini, Amerika qitəsində 80 milyon yerli Qızıl Dərilini xəstəliklərə yoluxduraraq soyqırıma uğratmalarını, İngilislərin Yeni zellandiyada,Avstraliyada,Amerika qitəsində yerli xalqları məhv edərək yayıldıqlarını, Osmanlını böldüklərini, Hindistanda və Türk Qacar dövlətində qıtlıq, aclıq yaradıb 10 milyon insanı aclıqdan məhv etdiklərini, I və II dünya müharibələrini, ABŞ və Avropanın Böyük Orta Doğu projelərini, Vyetnamı, Əfqanıstanı,Suriyanı, İraqı işğal etmələrini, İranı,Türkiyəni, Azərbaycanı erməni və kürd projeləri ilə bölmək istədiklərini görməzdən gələrək yazır. "Avropa və Amerika yalnız hər yerdə azadlıq, müstəqillik, firavanlıq və stabillik görmək istəyirlər". Bu da Əlisa Nicatın tarix və siyasət anlayışı. 

Məni Pyotrun Vəsiyyətnaməsini bilməməkdə suçlayan Əlisa Nicat Rusiyanın bizə əsas düşmən güc olduğunu yazır ki, bu fikirlə də əlbəttə ki, razıyam "Mən hələ 30 il qabaq ilk dəfə əldə edib bu vəsiyyəti oxuyanda hər şey mənə aydın oldu. Oradan qırmızı xətlə bir fikir keçirdi: Türkiyəni – yəni Osmanlı imperiyasını məhv edib onun ətrafındakı ölkələri və xüsusən Orta Asiya türk ölkələrini və hətta Hindistanı belə, işğal etmək. O vaxtdan bu konsepsiya bütün Rusiya çarlarının, sonra da çarizmi yıxıb hakimiyyəti ələ keçirən sovet Rusiyasının, eləcə də bugünkü Putin Rusiyasının qan damarlarından keçən arzu, istək və planıdır. Bəli tamamilə doğrudur. Lakin mənim tarix anlayışım Əlisa Nicatınkından bir az fərqlidir. Mənim fikrimə görə, Rusiya Avropanı ələ keçirmək üçün Baltik dənizinə və Qara Dənizə, Qafqazı,İranı və Türküstanı,Xorasanı ələ keçirmək üçün Xəzər Dənizinə , İstanbulu ələ keçirmək üçün Bosfor boğazını ələ keçirmək istəyirdi. Avropa, özəlliklə də İngilislər, Kolumbun Amerikanı kəşfindən sonra Amerika qitəsini, Fransızlar Aralıq Dənizinə hakim olmaqla Afrikanı,Misiri, yenə İngilislər Ərəb yarımadasını, Hindistanı və İranı ələ keçirmək üçün Kəngər (Bəsrə) körfəzi- Ümman Dənizi və Hörmüz boğazını ələ keçirmək, Hind Okeanına çıxmaq siyasəti yürüdürdülər. Və bu hegemonluq savaşları nəticəsində Rusiya və İngiltərə arasında XVIII əsrdə "Böyük Oyun" siyasəti şəkillənmişdi və Osmanlının,Türk Qacarların işğalında Rusiya və İngilislər ikisi də iştirak etmişdi. Rusiya da Avropa da Orta Doğu xalqlarını çökdürən məhv edən güclərdir. Yazıqlar olsun ki, Əlisa Nicat Rusiyanın adını çəkir, Avropanın, indi isə Amerikanın adını çəkmir.
Əlisa Nicatın güc mərkəzlərini sıralaması ilə də razı deyiləm. Beləki, ayrı-ayrı istisnalarla Amerika və Avropa arasında bəzi fərqliliklərin olduğuna baxmayaraq, hər ikisi eyni mədəniyyəti və sivilizasiyanı- Yunan, Roma, Xristian (protestant və katolik) dəyərlərini paylaşırlar. Qərb sivilizasiyası dedikdə Avropa və Amerika cütlüyü nəzərdə tutulur və uluslararası siyasətdə də, planetar hegemonluq siyasətində də kiçik istisnalarla əsasən müttəfiq kimi çıxış edirlər. 
Heç bir məqaləmi oxumayan Əlisa Nicat məni I Pyotrun Vəsiyyətnaməsini bilməməkdə suçlayaraq yazır. "Bütün bunlardan xəbərsiz olan və ya xəbərdar olsa da mahiyyətinə enə bilməyən, çünki bunun üçün qapıları nəinki bağlı, hətta yerli-dibli olmayan Yasəmən Qaraqoyunlu xanım necə deyərlər, bu soxhasoxda pantürkizm xülyasına yoluxub. Və bir-birləriylə etinasız düşmənçilikdə olan, hərəsi öz köləliyindən məst olan türkdilli xalqları birləşdirib Azərbaycanın başçılığı ilə yeni bir türk imperiyası yaratmaq xülyasına düşüb. Xanım köhnə bayatıları təkrar edərək bilmir ki, böyük sensasiya kimi ortaya atdığı bu fikir, konsepsiya və mübahisələr təzə deyil, çoxdanın söhbətləridir. Əvvələn xanım Atatürkün dilindən gətirib iddia edir ki, türkün türkdən başqa dostu yoxdur və zərrəcə hadisələrə və faktlara baxmır, nə keçmişi, nə də indini görür. Halbuki keçmiş də, indi də bu fikrin ziddinə olan, əleyhinə olan faktlarla doludur. Çünki həqiqət orasındadır ki, TÜRKÜN TÜRKDƏN BAŞQA DÜŞMƏNİ YOXDUR!" sağ olsun, haqqımda dediyi bütün fikirlərin hamsı çaçma sapan deyil. Məsələn düz deyir ki, mən Azərbaycan mərkəzli Turan yaratmaq fikrinə düşmüşəm. Çox doğru bir təsbitdir. Onu da doğru deyir ki, TÜRKÜN TÜRKDƏN BAŞQA DÜŞMƏNİ YOXDUR!". Avrasiya milləti olan Türk millətini, Türk İmperiyalarını dağıdan da Türkdür, quran da Türkdür. Razıyam. Türk bir olsa Yer üzündəki heç bir millət, heç bir dövlət onu əsla çökdürə bilməz.Elə mən də Türkləri məhz bax o birliyə çağırıram. Türklərin yeni bir güc mərkəzinə çevrilmək üçün birləşməkdən başqa yolu yoxdur. Erməni kimdir, kürd kimdir, fars kimdir, rus kimdir ki, Türk onlara yenilə. Birləşəcəyik, qazanacağıq, yüksələcəyik. Yenə oxu: Əlisa Nicat yazır. "Turan ideyası - türkdilli xalqların vahid dövlət şəklində yaranma ideyası yalnız güc hesabına yarana bilərdi. Bu da ki hazırda fantastik bir əsərin mövzusu ola bilər". 
Burada əziz oxucuya onu da xatırladım ki, Əlisa Nicat Türk ölkələri yox, SSRİ və İran tarixçiliyinin uydurması olan "Türkdilli ölkə" sözlərindən istifadə edir. Diqqət edin. Türk yox, Türkdilli.
Təkcə bu deyil. 80 yaşlı Əlisa Nicat həm də cavab verdiyi opponentini təhqir edir, adına sanına yaraşmayan ifadələr işlədir. Heyf. Oysa ki mən, hesab edirdim ki, ondan çox şeylər öyrənə bilərəm. 
Mən Alp Ər Tonqanın, Atillanın, Oğuz Xaqanın, Çengizin,Teymurun nəvəsi, Qara Yusifin varisiyəm. Həm Ağqoyunlu dövlətinin, həm Qaraqoyunlu dövlətinin varisiyəm. Bəs sən kimsən Əlisa Nicat ?
Mən Türkçülüyü, Turançılığı Alp Ər Tonqadan, Əmir Teymurdan, Nadir Şahdan, Sultan Mahmud Qəznəvidən, Çingiz xandan,Atilladan, Bilgə Xaqandan, Bilgə Tonyukukdan, Orxan Qazidən, Şah İsmayıldan, Dədə Qorquddan, Əli Bəy Hüseynzadədən, Əhməd Ağaoğlundan, Sədri Maqsudi Arsaldan,Yusuf Akçuradan, İsmayıl Qaspıralıdan, Musa Garullah Biqiyevdən, Əlimərdan Bəy Topçubaşovdan, Ziya Gökalpdan, M.Ə.Rəsulzadədən, Ənvər Paşadan, Atatürkdən, Zəki Vəlidi Toğandan, İbrahim Qafəsoğlundan, Cavad Heyətdən öyrəndim. 
Mən Əlisa Nicatdan Türkçülüyü yox, İrançılığı öyrəndim. İran ənənələrinə bürünmüş Azərbaycanı öyrəndim.
Əlisa Nicat mənə dərs keçir, Turanın bir Şahnamə uydurmasından ibarət  olan  əfsanə olmasından  danışır. Şumeri Elam yıxdı deyir. Yalandır. Şumerlə Elam arasında müharibələr olub, lakin Şumeri sami kökənli Akkadlar yıxdı. Mən çox müəllimlər gördüm və əksəriyyətinin bilgi səviyyəsinə güldüm. İranı- Turanı mənə öyrədənə bax, opponentini belə bəsit aşağılamalarla bilgisizlikdə suçlayan mənim ağ saçlı filosofuma bax. Dərd elə Əlisa Nicat deyil ki...Bir gün Bakı Dövlət Universitetində mənə Azərbaycan tarixindən dərs verən müəllimim yolda qarşımı kəsib mənə etiraz etdi ki, sən axı niyə gecə-gündüz Türkdən, Türkçülükdən danışırsan? Bu qəzəb yaradır, faşizm yaradır. Müəllimimə heç nə demədim, amma ağladım , acıdım müəllimimə. O hansı Azərbaycan tarixini tədris edirdi. İqrar Əliyevin yazdığı tarixi, Sumbatzadənin yazdığı etnogenez nəzəriyyələrinin əsasında formalaşmış tarixi. Mənim müəllimim etnik kökəncə türk, düşüncə və təfəkkürcə İqrar Əliyevin davamçısı. Mənim müəllimim Türkü tanımır. (Və hələ də BDU da balalarımıza Azərbaycan tarixindən dərs deyir)
Əlisa Nicat Turanın yaradılmasının qeyri mümkünlüyünü əsaslandırmaq üçün Türk dövlətləri arasındakı müharibələrdən misal çəkir, amma yazmır ki, Yunanlı Afina və Sparta arasında çoxillik müharibələrin olmasına baxmayaraq, hər iki şəhər Ellin mədəniyyətinə mənsub idi. Elə Şumer şəhər dövlətləri də daim bir biri ilə müharibə ediblər, lakin birlikdə Şumer mədəniyyətini yaradıblar. Avropa dövlətləri və krallıqları 100 il bir biri ilə din savaşları aparıblar, bir birinin ölkəsini işğal ediblər, lakin Avropa Birliyi var, Vahid Avropa mədəniyyəti, Qərb sivilizasiyası var. Turan sivilizasiyası da belədir. Türk dövlətləri , Xaqanları bir-biri ilə savaşsalar da vahid bir Turan mədəniyyəti, Turan sivilizasiyası var. Turan elə mən özüməm Əlisa Nicat. Turan mənim qanımda, qəlbimdə, ruhumdadır. Yazılarında qadını bir varlıq kimi daim aşağılayan Əlisa Nicat, Sən heç Turan qadınını gördünmü, Onun ruhunu, duydunmu. Biz Çengiz xanları və Atillaları, qara Yusufları bətnimizdən yox, ruhumuzdan doğurduq, doğuracağıq. Turan kültüründə bir törə var. Turanlı bəy Turanlı Bəyimi aşağılamaz, yüksəldər. Sənin fəlsəfəndə qadın ən aşağı varlıqdır. Sən Turanlı deyilsən, Turanı dərk etməmisən. Sən Turan adından istifadə edərək İran dəyərlərini təbliğ edən, İran Azərbaycanı yaradan bir fikir və düşüncə adamısan. 
Eyni zamanda sən böyük adamsan, böyük yazarsan  Əlisa Nicat. İki diktatorluq çağında yaşadın, amma heç birisinə boyun əymədin, heç bir sistemə, şaha, pula, şöhrətə boyun əymədin. Səndən öyrənəcəyim bax bu xarakterindir, bu əzmindir Əlisa Nicat. 
Əlisa Nicatın Hürriyyət.orq saytında yayınladığı məqalənin ikinci hissəsi də var imiş. Təəssüf ki, internetdən tapa bilmədim. 

Yasəmən Qaraqoyunlu, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı
Oxşar xəbərlər
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO