Türkiyənin Suriyada həyata keçirdiyi və hələlik dayandırdığı “Sülh çeşməsi” anti-terror əməliyyatının təcrübəsinin Azərbaycan ordusu üçün də faydalı ola biləcəyi ilə bağlı çoxsaylı fikirlər səslənməkdədir.
Bəs “Sülh çeşməsi” əməliyyatının
ardınca Azərbaycanın Qarabağda erməni faşizminə qarşı anti-terror əməliyyatına
start verməsi mümkündürmü?
Moderator.az-a açıqlama
verən hərbi ekspert Şair Ramaldanov, Qarabağda hər an müharibənin başlaya biləcəyini
vurğulayıb. Ekspert qeyd edib ki, bu baxımdan “Sülh çeşməsi” anti-terror əməliyyatı
Azərbaycan ordusunun təcrübəsini zənginləşdirməsi baxımından sonuncu fürsət ola
bilər:
“Hazırda vəziyyət çox gərgindir.
Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı aparılan danışıqlar bir nəticə
vermir. Belə olan halda problemin hərbi yolla həlli məsələsi daha çox aktuallıq
qazanır. Bu səbəbdən də Türkiyənin Suriyada həyata keçirdiyi “Sülh çeşməsi”
anti-terror əməliyyatı Azərbaycan üçün təcrübə qazanmaq baxımından sonuncu
imkan ola bilər. Bu, Azərbaycan hərbçilərinin öz təcrübələrini zənginləşdirməsi
üçün son fürsət ola bilər. Çünki Qarabağ uğrunda müharibə istənilən an başlaya
bilər və belə olarsa, ordumuzun qazandığı hər bir təcrübəyə bu müharibədə böyük
ehtiyac olacaq”.
Seymur ƏLİYEV