Hər zaman ermənipərəst mövqe sərgiləyən, zaman-zaman işğalçı ölkəyə ciddi maliyyə yardımları göstərən ABŞ, bu kəs işğalçı Ermənistan ordusu ilə bağlı yeniliyə imza atıb.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu günlərdə ABŞ-da istehsal olunan ilk tibbi yardım dəstlərinin Ermənistana göndərilməsi prosesi həyata keçirilib. ABŞ-dan göndərilən ilk yardım dəstləri bilavasitə ön xətdəki erməni hərbi hissələrinə göndərilib.
Ilk tibbi yardılm dəstləri ilə yanaşı, bəzi tibbi avadanlıqların da Ermənistana yola salındığı bildirilir.
Məlumat üçün qeyd edək ki, maliyyə baxımından böyük sıxıntılar yaşayan Ermənistanda hərbçilərin sosial təminatı ilə yanaşı, tibbi təminatı ilə bağlı da ciddi problemlər mövcuddur. Məhz bunun nəticəsidir ki, rəsmi İrəvan ordu üçün gərəkli olan ilk tibbi yardım dəstlərinin ianələr hesabına təşkilinə çalışır, bu yolla dövlətin üzərinə düşən maliyyə yükünü azaltmağa cəhd edir.
ABŞ istehsalı olan ilk tibbi yardım dəstlərinin Ermənistaan göndərilməsində də bu ölkədəki erməni diasporunun fəal rol oynadığı vurğulanır.
Seymur ƏLİYEV