“İnsan resursu çatışmazlığı Ermənistan ordusunun əsas problemlərindən biri olaraq qalmaqdadır”.
Bunu Moderator.az-a
açıqlamasıdna hərbi ekspert Şair Ramaldanov bildirib. Ekspertin sözlərinə görə,
bu problemin dərinliyi Ermənistan ordusunda qadınların xidmətə cəlb edilməsi məsələsini aktuallaşdırmaqdadır:
“Ermənistan ordusunda bir
sıra ciddi problemlər mövcuddur ki, bunlardan da biri insan ehtiyatının
çatışmazlığı ilə bağlıdır. Elə bu səbəbdən də qadınların orduya cəlb edilməsi məsələsi
zaman-zaman Ermənistan ictimaiyyətində müzakirəyə çıxarılır.
Son çıxışlarının birində
Ermənistanın baş naziri Nikol Paşinyan da qadınların orduya cəlb edilməsi məsələsinin
diqqət mərkəzində olduğunu vurğulamışdı. Yəni iş o yerə çatıb ki, qadınların
orduya cəlb edilməsi baş nazir səviyyəsində müzakirə edilir. Bunun özü Ermənistan
ordusunun mövcud durumunun nə qədər ümidsiz olduğundan xəbər verir”.
Məlumat üçün qeyd edək ki, son vaxtlar hərbçi çatışmazlığı İrəvanı polis və yanğınsöndürənləri ordu sıralarına cəlb etmək məcburiyyəti qarşısında qoyub. Qadınların orduya geniş şəkildə cəlb edilməsi də İrəvan tərəfindən mümkün xilas yollarından biri kimi qiymətləndirilir.
Seymur ƏLİYEV