“Məktəbi demək olar oxumamışam, müəllimlər yola verib” - FOTO/VİDEO
Oxunub: 1494
16 Oct 2019 | 11:56
“Məktəbi demək olar oxumamışam, müəllimlər yola verib” -  FOTO/VİDEO
Dünya karatesinin “Qara brilliant”ı, 5 qat dünya, 10 qat Avropa çempionu olan Rafael Ağayevi qarşıda daha məsul yarış gözləyir. Belə ki, ilk dəfə karate Yay Olimpiya Oyunlarının siyahısına salınıb. Dünya miqyasında öz sözünü demiş 34 yaşlı idmançımızdan hər kəs Tokio-2020-də qızıl medal gözləyir. Rafaelin də arzusu dünyanın ən böyük idman yarışından çempion kimi qayıtmaqdır.  

“Qafqazinfo”ya müsahibə verən idmançı Minskdəki Avropa Oyunlarının finalında uduzub ağlamasından, “Yaxşıların yaxşısı” seçilmək şansından və Olimpiya Oyunlarından danışıb:

- 34 yaşda hələ də idmana davam edirsiz. Artıq karyeranızı bitirmək haqqında düşünürsünüz?

- Kim hansı işlə məşğul olursa onu sevməlidir. Sevgi olduqda uğur da gəlir. Çempion olmaqdan çox onu qorumaq lazımdır. Mənim həm işimə sevgim var, həm də uğurlara doymuram. Buna görə hələ də davam edirəm. 

- Sizcə, Rafael Ağayev yeni uğurlar qazana biləcəkmi?

- Özümü 26-27 yaşda hiss edirəm. Düşünürəm ki, hələ də bacararam. Kənardan səslənən fikirlər isə belədir ki, artıq idmandan getməliyəm. Lakin bir qızıl medal qazanan kimi hamı bu fikri unudur. İdmançının hər zaman formada qalmasının yaşla əlaqəsi yoxdur. Düzgün məşq və sistem formada qalmağıma kömək edir. 

- Minskdə keçirilən Avropa Oyunlarında finalda uduzduğunuz üçün ağladınız.  Gümüş medalı uğursuz nəticə sayırdız?

- Hər kəs qızıl medal qazanmaq istəyir. Bundan öncə də 2013/2014-cü illərdə belə hadisə olmuşdu. Zədə almışdım və yarışa çıxmışdım. Yenə eyni hal oldu. Çox eşidirəm ki, deyirlər karyeranı bitirməlisən. Hər şeyi deməyin qaydası var. İdmançını “sındırmaq”, sıxmaq olmaz. Əgər bu gün Rafael Ağayev 75 kq çəkidə dünyanın 100 idmançısı arasında top üçlükdədirsə, deməli davam etməyə dəyər. Artıq karate 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına salınıb. Əvvəlcə ora lisenziya qazanmağa çalışacam. Məqsədim Olimpiya Oyunlarında medal qazanmaqdır. Qızıl olsa, çox sevinərəm. Olmasa da medal qazanmaq lazımdır. 

- Minskdəki yarışdan sonra çox tənqid edildiniz. Ümumiyyətlə, sizi tənqid edənlərə hər hansı cavab vermək istədiniz? 

- Həyatda pislik etmək, kiminsə adına söz çıxarmaq çox asandır. Neçə illərdir ki, haqqımda yazırlar. Elə olub ki, instaqramda nəsə yazıblar və onlara mesaj yazıb sonra silmişəm. Cavab vermək istəməmişəm. Düşünmüşəm ki, səbr etmək lazımdır. Kompüter arxasında şirə dönən insanlar var. Yazırlar və düşünmürlər ki, nə cavab alacaqlar. Mənim üçün insanların fikirləri, azarkeşlərin dəstəyi önəmlidir. Amma kiminsə fikri ilə yaşamıram. Biz məğlub da ola, qalib də gələ bilərik. Əsas odur ki, kişi kimi uduzasan. Biz də insanıq, robot deyilik. Çalışırıq ki, himnimizi səsləndirək. Avropa Oyunlarından öncə hamının bilmədiyi şeylər var idi. Yarışdan iki ay əvvəl zədə almışdım və əzələlərimdə yırtıq var idi. Həkimlər hətta yarışa çıxmağa icazə vermirdilər. 17 iynə vurulmuşdu mənə. Elə də döyüşlərə çıxdım. Finalda rəqib mənə çox gözəl zərbə endirdi və mən də həmin zərbəni “buraxdım”. Bir az məni bu sıxdı. Əlbəttə ki, birinci olmaq istəyərdim. Avropa Oyunlarının ikiqat qalibi olardım. Hər şeyin öz ləzzəti var.   

- Olimpiya Oyunlarında qızıl medal qazanıb karyeranı bitirmək haqqında düşünmürsünüz?

- Hər kəsin istəyi var. Ən böyük arzularımdan biri Azərbaycana Olimpiya Oyunlarında qızıl medal qazandırmaqdır. Özüm heç vaxt bu turnirin iştirakçısı olmasam da, dostlarımdan Olimpiya medalının başqa olduğunu eşitmişəm. Hacı Əliyev və başqaları həmişə bildirir ki, bu medal başqa daddır. Həmin idmançılar mənə deyir ki, 3-4 dəfə dünya çempionu olmaqdansa, bir dəfə Olimpiya medalı qazanmaq yaxşıdır. Heç kimə paxıllıq etmirəm, təki hamısı medal qazansın, amma mən də bunu əldə etmək istəyirəm. 

- Bu il “Yaxşıların yaxşısı” seçilməyə Azərbaycandan iki namizəd var. 75 kq çəkidə siz və xanım idmançımız İrina Zaretska...

- Hər il belə bir seçim edilir. Zaretska da dünya çempionudur. Ötən il bu mükafatı almışdım. Qarşıda cəmi 1 yarış var. Təəssüf ki, cari ildə 4 finalda uduzmuşam. Mənim çəkimdə yapon Ken Nişimura 2 dəfə qızıl medal qazanıb. İspaniyada keçiriləcək turnirdə mən qalib olsam, “Yaxşıların yaxşısı” adını yenidən qazana bilərəm. 

- Razısız ki, karate Bakıda keçirilən ilk Avropa Oyunlarından sonra məşhurlaşdı?

- Karateçilərimiz həmişə ölkəyə medal qazandırıb. Lakin Avropa Oyunları bayram idi və daha çox medal əldə etməli idik. Hər müğənninin bir klipi olur ki, onu məşhurlaşdırır. Bizim də idmançılarımız Avropa Oyunlarında “partlatdı”. Nəticədə məşhur olduq və karate daha çox sevilməyə başladı. 

- Bir müddət karate müəllimi kimi çalışmısınız. Niyə davam etmədiniz?

- Bir müddət gənclər millisində çalışdım. Həmin vaxt Avropa çempionatı Bakıda keçirilirdi. Hər şey yaxşı oldu. Ayxan Mamayev və Asiman Qurbanlı qızıl medal qazandılar, İlahə Qasımova isə bürünc medal əldə etdi. Öz karyeramı bitirdikdən sonra Azərbaycanda “Ağayev karate məktəbi” açmaq istəyirəm. Karateni davam etdirib idmançı yetişdirmək fikrindəyəm. 

- “Qara brilliant” ləqəbi sizə motivasiya verir?

- Heç vaxt ləqəbim olduğuna görə xüsusi nəsə düşünməmişəm. Kimsəyə də deməmişəm ki, filan ləqəb mənimdir. 2004-cü ildə Avropa çempionatından sonra Beynəlxalq Karate Federasiyasının prezidenti Antonio Espino demişdi ki, bundan sonra karatenin “Qara brilliant”ı Rafael Ağayevdir. Ondan sonra “Karatenin Maradonası”, “Karatenin Messisi”, “Karatenin Ronaldosu” da eşitmişəm. Məndə “Pantera” ləqəbi də var. Brilliantın necə yüksək dəyərli olduğunu bilirsiniz. Hər halda kim nəyə layiqdirsə, o ləqəbi də verirlər. Dünyanın bütün məşhur idmançılarında ləqəblər var. Bu ləqəblə razıyam (gülür).

- Sizə bir çox klublardan təklif gəlsə də, “Qəbələ”də qalmısız. Niyə xarici klublara üz tutmamısınız?

- Xarici klublardan çox təkliflər gəlib. Azərbaycanda qalmaq istədim. Tale Heydərova, Fariz Nəcəfova təşəkkür edirəm. Bu klubun şərəfini qorumaqdan çox şadam. Bir ailəyik, hər bir işçi bizim üçün dəyərlidir. Bu klub üçün əlimdən gələni edəcəm. Üzərimdə əziyyətləri böyükdür. 

- Uzun müddət əvvəl verdiyiniz müsahibələrin birində demişdiniz ki, gələcəkdə millət vəkili olmaq istəyərəm.

- Yadımda deyil, amma niyə də olmasın. Gələcəkdə əgər belə bir şey mümkün olsa, təbii ki, millət vəkili olaram. Azərbaycan adına, hansı işlə ölkəmə kömək olacağamsa buna hazıram. 

- Rafael Ağayev haqqında ən çox vurğulanan məqam özündənrazı olmasıdır. Bu barədə xeyli yazılır, danışılır...

- Çox gözəl şeydən söz açdınız. Düzdür, indiyə qədər kimsə gəlib üzümə deməyib ki, “Rafael, səndən zəhləm gedir”, amma danışılanları bilirəm. İnanırsınız ki, hardasa bir məkanda oturmuşam və yanımdakı stolda oturanlar deyib ki, “Rafael özündənrazıdır”. Fikir verməmişəm. Çünki hər insanın fikrinə normal yanaşıram. 5 barmağın 5-i də bir deyil. Hamı məni sevə bilməz. Hər şey istədiyimiz kimi olsa, həyat mənasız olar. Allah məni belə yaradıb. Boyum, üz quruluşum, qaşqabaqlı olmağım Allah verdiyidir. Özündənrazı görünürəm, amma insanı tanımadan qərar vermək olmaz. Məndə də belə şey olub. Bir insandan xoşum gəlməyib, amma tanış olduqdan sonra elə düşündüyümə peşman olmuşam. Əvvəllər belə düşünənlər daha çox idi. İndi də var, lakin o qədər deyil. Gərək hər kəsi yaxından tanıyasan. 

- Bu yaxınlarda sizinlə bağlı maraqlı bir şey olmuşdu. Fransada insanlar sizdən avtoqraf almaq üçün uzun bir növbə gözləyirdilər.

- Demək olar ki, bir çox ölkələrdə bu olur. Hər zaman insanlar avtoqraf almaq istəyirlər. İnsanın enerjisini alsalar da, heç kəsə “yox” demək istəmirəm. Allaha təşəkkür edirəm ki, milyonlarla insanın içindən məni seçib və çempionluqlar yaşamışam. Portuqaliya və Serbiyada yarışdan əvvəl 400-ə yaxın insanla şəkil çəkdirmişdim. Yalnız döyüşə çıxmağıma az qalmış insanlar yaxınlaşanda “yox” deyirəm. Bir çox ölkələrdə idman zallarında şəkillərim var. Maraqlısı odur ki, xarici ölkələrdə sıravi vətəndaşlar yol gedərkən mənə yaxınlaşıb şəkil çəkdirmək istəyiblər. Buna çox sevinirəm.

- “Adidas”la müqavilə imzalayan tək-tük idmançılarımızdansız. Adətən belə böyük şirkətlər xarici idmançılarla müqavilə imzalayır...

- 4 illik müqavilə imzalamışdıq. Ötən il müqaviləmiz bitmişdi. Elə bilmişdilər ki, karyeramı başa vururam (gülür). Həmin il Avropa çempionu oldum, dünya 3-cülüyünü qazandım. Müqaviləni daha 2 il müddətinə yenilədik. Artıq 6 ildir ki, birlikdəyik. Azərbaycanda səhv etmirəmsə, məndən başqa yalnız Hidayət Heydərovun onlarla müqaviləsi mövcuddur. 

- Oğlunuz da sizin yolunuzu davam edəcək?

- O, mənim tək oğlumdur və onu çox istəyirəm. Elə bir insanam ki, hisslərimi biruzə verməkdə çətinlik çəkirəm. Hələ cəmi 2 yaş 6 aylıqdır. Mənim  yolumu gedəcəyini indidən demək olmaz. Bütün valideynlər kimi əsas istəyim oğlumun xoşbəxt olmasıdır. Yəqin ki, 3 yaşından gimnastika ilə məşğul olmağa başlayacaq. 6 və ya 7 yaşından hansı idman növünə marağı olduğunu soruşacam. Əsas istəyim odur ki, oğlum futbolçu olsun. İtaliyanın “Yuventus” klubunda çıxış etməsini arzulayıram. Özümə futbolçu olmaq qismət olmayıb. Oğlumdan bunu görmək istəyərdim. Ümid edirəm ki, futbolu sevməsə, karate ilə məşğul olar. İstəyərəm ki, az da olsa, oğlum əziyyətlə böyüsün. Hər şeyi əldə etmək onun üçün asan olmasın. Çətin gün görsün. 

- Valideynləriniz siz idmanla məşğul olarkən qarşı çıxmadılar?

- Mən orta məktəbi demək olar ki, oxumamışam. Lakin burdan mənə dəstək olan bütün müəllimlərimə təşəkkür edirəm. Çox dəcəl olmuşam. Yola veriblər, deyiblər ki, heç olmasa, 3 dərsdə otur sənə qiymət yazacağıq. Cəmi 2 fəndən özüm qiymət almışam. İki beşim olub, biri əmək, digəri bədən tərbiyəsi dərsindən.  

- Son zamanlar ölkədə qadın zorakılığı müzakirə olunur. Xarici ölkələrdə bu cür hallarda tanınmış simalar qadınlara dəstək olur. Bizdə isə aktivlik görünmür...

- Fikrimcə, ehtiyacı olan, köməyi olan hər kəsə dəstək olmaq lazımdır. Lakin bunu reklam etmək lazım deyil. Heç kim bilmədiyi şeyi yazmasın, deməsin. Lakin vətəndaşlarımıza dəstək hər kəsin borcudur. 







Oxşar xəbərlər
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO