Bizi sosial şəbəkələrdən izləyin:
İsrailin Milli Sığorta Təşkilatı ("Bituah Leumi") 15 oktyabr çərşənbə axşamı təqaüdçülər üçün qızınma xərclərini də köçürüb.
Moderator.az yerli mediaya istinadla xəbər verir ki, adambaşına 562 şekel məbləği 273,5 min təqaüdçünün bank hesablarına köçürülüb.
Həmin pensiya vəsaitini almaq hüququ yaşa görə müavinət, dul qadına verilən müavinət alan və ya 2019-cu ildə pensiya yaşına çatmış və oktyabr, noyabr və ya dekabr ayları üçün əlavə vəsait almaq hüququna sahib olan insanlar üçün mümkündür.
Dekabr ayında daha 2 min ahıl insana istilik pulu ödəniləcək.
Sultan Laçın