Ermənistandakı PKK tərəfdarları bu ölkədəki ABŞ səfirliyi qarşısında aksiya keçirib.
Moderator.az erməni mənbələrinə
istinadən xəbər verir ki, aksiyada məqsəd Türkiyənin Suriyada həyata keçirdiyi
anti-terror əməliyyatalrına diqqət çəkmək, bu əməliyyatların dayandırılması
üçün ABŞ-ın hərəkətə keçməsinə nail olmaqdır.
Aksiyada ABŞ-dan türkləri
dayandırmağı tələb edən PKK-çılar, Türkiyənin hər zaman milli azlıqlara qarşı
zorakılıq siyasəti yürütməsi ilə bağlı da əsassız və böhtan dolu ittihamlar səsləndirib.
Aksiyada Ermənistan bayraqları ilə yanaşı, PKK bayraqları və Öcalanın portretləri yüksəldilib.
Məlumat üçün qeyd edək
ki, Suriyada türklərə qarşı vuruşan terrorçu dəstənin tərkibində ermənilərin
olması ilə bağlı da çoxsaylı informasiyalar mövcuddur. Ermənistandakı bugünkü
aksiya terroru dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın PKK-nı dəstəklədiyinin
bariz nümunəsi sayıla bilər. Bundna başqa, PKK tərəfdarlaırnın ABŞ səfirliyi qarşısında
keçirdiyi aksiya türk ordusundan ölümcül zərbələr alan terror təşkilatların
ümidsiz vəziyyətdə olduğunu göstərir.
Seymur ƏLİYEV