Hər zaman qəribə olayların gerçəkləşdiyi ABŞ-da bu dəfə yenə də ağlasığmaz bir hadisə baş verib.
Moderator.az xəbər verir ki, ABŞ-ın Oklahoma əyalətində 44 yaşlı Tina Springer adlı qadın avtomobil idarə edən zaman öz iti tərəfindən güllələnib. Belə ki, itin silah saxlanılan ön qoltuğun üzərinə tullanması silahın tətiklənməsinə səbəb olub. Nəticədə, itin sahibi ayağından güllə yarası alıb. Hadisədən dərhal sonra avtomobildə olan qadının yaxınları təcili tibbi yardıma zəng edərək kömək istəyib.
Hadisə yerinə gələn polis əməkdaşları qadının it tərəfindən güllələndiyini təsdiqləyib. Habelə, polis departamenti bildirib ki, ilk dəfədir ki, belə bir olaya şahidlik edirlər. Polis departamenti bu kimi arzuedilməz hallarla qarşılaşmamaq üçün insanlara silahları etibarlı yerdə saxlamağı tövsiyyə edib.
Seymur ƏLİYEV