Xəyalə Rəis: “Teatr uşaqlar üçün ən gözəl tərbiyə növüdür”
Oxunub: 1779
28 Sep 2019 | 13:17
Xəyalə Rəis:  “Teatr uşaqlar üçün ən gözəl tərbiyə növüdür”
Teatrşünas Xəyalə Rəis “Üç nöqtə”yə açıqlamasında deyir ki, müasir texnologiyanın hökm sürdüyü, hətta uşaqlarımızı belə bizdən əsir aldığı bir zamanda valideynlər övladlarını teatrdan uzaq tuturlar: “Çünki valideynlərin gündəlik qayğıları hər zaman bir addım öndə olub. “Vaxtım yoxdur” – sözü əslində biz valideynlər üçün bir bəhanədir.

Digər tərəfdən uşaqlıdan teatr, kino kultundan məhrum olan valideynlər daxilində teatra olan sevgini boğub. Çünki o valideynin öz valideynləri teatra aparmayıb yəni bizim nəsil, sizin nəsil, bizdən törəmələrin nəsli teatrla iç-içə olmayıb. Teatr təkcə tamaşanı izləyib, bir neçə saatını əyləncəli keçirmək üçün bir vasitə deyil. Teatr ən gözəl tərbiyə növüdür. Əyani şəkildə insanlara kim olduğunu, cəmiyyətdə tutduğu mövqeni göstərir.
Teatr bir güzgüdür ki, siz orda özünüzü görmək imkanına sahibsiniz. Bəzən biz evdə uşaqlara “olmaz”, “eləmə”,  “dalaşma”, “üstünü çirkləndirmə” ifadələri səsləndiririk, ancaq uşaqlarımıza onları nə üçün etməyin qadağan olduğunu izah edə bilmirik. Çünki bizlər ideal valideynlər deyilik. Ancaq teatrda onlar sevdiyi qəhrəmanların dilindən, hazırladığı səhnəcikdən pis vərdişlərdən qurtulmağı və bunu nə üçün etməyin düzgün olmadığını əyani şəkildə oyun şəklində anlamış olurlar.

Belə olduqda bizim işimiz də yüngülləşir. Uşaqları teatra aparmaq kimi mədəni vərdişini biz uşaqlıqdan formalaşdırmalıyıq. Bu gün uşaq tamaşalarına gedən uşaq sabah yeniyetmə, gənclər  üçün hazırlanan tamaşalara gedəcək və beləliklə biz teatral bir cəmiyyət hazırlamış olacağıq”.   

Teatrşünas bizimlə söhbətində məktəblərdə tədris sisteminə teatr sənəti ilə bağlı xüsusi fənn keçirməsinin tərəfdarı olduğunu qeyd etdi: “Müasir şagirdlər ədəbiyyat dərsində kitaba salınan əsərləri məhz teatrda izləyir və onun haqqında öz fikirlərini bildirirlər. Teatrda həmin tamaşanı izləyən şagird isə sərbəst fikir bildirmə, özünə inam, müzakirə mədəniyyəti formalaşdırır. Və bir də unutmayaq ki, heç bir qalın kitab bir tamaşanın verdiyi qədər məsləhət verə bilməz. Hər gün işə gedən, çalışan valideyn övladlarını teatra aparmağa vaxt çatdırmırsa, onda necə edək? Bu işlə məktəblərin tədris proqramı çərçivəsində məşğul olması yaxşı olmazdımı? Məktəblərdə də bu məsələnin üstünə düşmürlər. Ancaq heç cür anlamırlar ki, öz ana dilində təmiz danışmağı bacarmaq sərvətdir, mənəvi ehtiyacdır. Bu baxımdan da Teatr fənninin uşaqlara böyük faydası dəyə bilər. Ən azından, həyata inamı artan adamda həyat eşqi yarandığı halda bir çox irəliləyiş əldə edəcək. Eyni zamanda peşəkar aktyorlarla təmasda olmaqla şagirdlərin dünyagörüşü genişlənəcək. Uşaqlarda özünə inam artacaq. Özünə inanan şagird isə hər şeyə qadirdir”.   

X.Rəis uşaqların təfəkkürünün inkişafı üçün teatrın misilsiz xidmətlərinin olduğunu vurğuladı: “Teatr sehrli bir aləmdir, burada uşaqların dünyagörüşü genişlənir, həyata baxışı dəyişir və bir anlıq özünü nağıl qəhrəmanlarının yerinə qoyur. Bəzən valideynlər işlərinin çoxluğundan övladlarının əlinə telefon, planşet verərək bir neçə saatlıq sakit durmalarını istəyirlər. İçi mən qarışıq elə düşünürük ki, bu telefonlar, orda olan oyunlar, uşaqlar üçün hazırlanmış nağıllar onların dünyagörüşünə təsir edəcək. Ancaq təcrübəmə əsasən deyə bilərəm ki, nağıl danışmaqla nağıl göstərmək tamam başqa dünyadır. Onları bu dünyadan məhrum etməyək. Bilirəm, indi deyəcəksiniz ki, hər işimiz düzəlib, qalıb bircə saqqal darağımız. Vallah, bu daraq sizin bildiyiniz o daraqdan deyil. Bir dəfə “hə” deyin görün, uşaqlarınız sizi sizdən gözəl necə ifadə edir.  Məgər siz istəmirsiniz ki, övladlarınız gözəl danışıq qabiliyyətinə sahib olsun, özünü ifa edə bilsin, əlinə planşet almaq əvəzinə teatrlara gedib tamaşa izləsin?”.

Abdulla Şaiq adına Kukla Teatrının nəzdində olan Oyuq Teatr-studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva deyir ki, teatra gəlib tamaşalara baxan uşaqla teatra gəlməyən uşaqların arasında böyük fərq olur. Bu onların mənəvi inkişafında özünü büruzə verir: “Bizim teatrda nümayiş olunan tamaşaların əksəriyyəti maarifləndirici xarakter daşıyır və uşaqların mənəvi inkişafında mühüm rol oynayır. Yazıçılarımızın, yaxud dünya ədəbiyyatından olan yazıçıların seçilmiş əsərlərini işləyib tamaşaya qoyuruq. Tamaşaların xoşbəxt sonluqla bitməsinə rejissorlarımız hər zaman diqqət edir. Hətta bəzi nağıllar var ki, sonluğu yaxşı olmur. Lakin buna baxmayaraq bizim rejissorlarımız həmin nağılın sonluğunda mütləq dəyişiklik edirlər ki, yaxşı bitsin və uşağın psixologiyasına mənfi təsir göstərməsin”.

S.Haqverdiyeva deyir ki,  teatra gələn uşaqların mənəvi zövqünü  formalaşdırmaq üçün bəzi şeylərə diqqət edirlər: “Tamaşa boyunca uşaq nizamlı, sakit şəkildə əyləşməyi, susmağı və diqqətlə baxmağı öyrənir. Biz uşağa sus, yaxud danışma demirik. Sadəcə  45 dəqiqə tamaşa boyunca uşağa o qədər maraqlı tamaşa göstərməliyik ki, uşaq səhnədəki tamaşaya diqqətlə baxsın. Bundan başqa uşaq ünsiyyət qurmağı öyrənir. Çünki nağıl qəhrəmanları birbaşa səhnədən uşaqlarla ünsiyyətə keçir, söhbət edirlər. Tamaşanın gedişatına uyğun səhnədən uşaqlara suallar verməyə başlayırlar.

Misal üçün, əgər “Cırtdan” tamaşasıdırsa aktyor “Uşaqlar, cırtdanı görməmisiniz? Cərtdan hardadır?” və s. kimi suallar verir. Uşaqlar isə bunu maraqla cavablayırlar. Və nəticədə aktyor uşaqlarla ünsiyyət qurur. Təbii ki, uşaqlar onu aktyor kimi deyil, qəhrəman kimi görürlər. Beləcə uşaqlar öz komplekslərindən çıxmış olurlar. Daha sonra yanlarında olan həmyaşıdları ilə söhbət edirlər, fikirlərini bölüşürlər. Yəni bu uşaqların həm danışıq və paylaşmaq qabiliyyətini ortaya çıxarır, həm də öyrədir. Bundan əlavə uşaqlar müəyyən qorxularını üstələməyi bacarırlar. Bəzi uşaqlar qaranlıqdan qorxurlar.

Tamaşa ərzində bir neçə dəfə səhnə dəyişdiyi üçün işıqlar sönür və qaranlıq olur. Belə olan halda uşaqlar bu fobiyalarını öldürmüş olurlar. Bundan başqa uşaqlar etika və estetika qaydalarını öyrənirlər. Yəni burda kimsə səhnəyə çıxıb bu qaydaları öyrətmir. Sadəcə uşaqlara bunu göstərərək öyrənmələrinə şərait yaradırıq. Uşaqlar tamaşaya baxarkən dostluğun qalib gəldiyini, insanların yaxşı şeyləri paylaşdığını, validyenlərinə hörmətli, sədaqətli, vəfalı olmasını, heyvanları incitməmələrini, ağacları kəsməməli olduqlarını, təbiətə, canlılara ziyan vurmamağı öyrənirlər.
Bir sözlə uşaqların mənəvi inkişafı üçün lazım olan şeylər onlara teatrda, tamaşalarda öyrədilir. Uşağın həyatında və mənəvi inkişafında teatrın o qədər böyük rolu var ki, saymaqla bitməz”.

S.Haqverdiyevanın sözlərinə görə, validyenlər tamaşaları uşaqlarının yaşına uyğun olaraq seçməlidir ki, uşaqlar üçün maraqlı olsun və 45 dəqiqə həmin tamaşaya maraqla baxsın, ordan nəsə öyrənə bilsin:

“Bizim teatrda “Xeyr və şər”, “Ağ və qara”, “Zəng” tamaşaları var ki, bunlar böyük yaş qrupunda olan uşaqlar üçün nəzərdə tutulub. Amma valideynlər 3-6 yaş qrupunda olan uşağı həmin tamaşalara gətirsələr, onlar həmin tamaşadan heç nə öyrənə bilməyəcək. Yaxud 14-15 yaşlı uşağı “Şəngülüm, şüngülüm, məngülüm”, “Qoğal” tamaşasına gətirsələr təbii ki bu tamaşalar da böyük yaş qrupu uşaqlar üçün maraqsız və sıxıcı olacaq. Ona görə də tamaşalar mütləq şəkildə uşaqların yaşına uyğun şəkildə seçilməlidir.  Belə olan halda valideynlər uşaqların mənəvi cəhətdən inkişaf etməsinə zəmin yaratmış olarlar”.

S.Haqverdiyeva bildirir ki, Kukla Teatrının tamaşaları anşlaqla keçir: “Tamaşaçımız çoxdur. Amma təəssüf ki, valideynlərimiz bir neçə tamaşa var ki, onlara uşaqlarını daha çox gətirirlər. Hansı ki, o nağılları özləri bilir. “Tık-tık xanım”, “Cırtdan”, “Göyçək Fatma”, rus nağılından “Qoğal”, fransız nağılından “Qırmızı papaq”, “Çəkməli pişik” və s. kimi məşhur nağılların tamaşaçıları çox olur. Bu da valideynlərin az nağıl bilmələrindən qaynaqlanır.

Yəni valideynlər nə qədər çox nağıl bilərsə, uşaqlarını da çoxsaylı tamaşalara apararlar. Düşünürəm ki, valideynlər gələrkən cəmi 3-4 nağılın adını çəkməsələr daha yaxşı olar. Çünki eyni nağıla neçə dəfə baxmaq olar? Elə valideynlər var ki, eyni tamaşaya uşağını 10 dəfə gətirib. Həmin valideynləri artıq üzdən də tanıyırıq. Daimi tamaşaçılarımız var ki, onlar artıq Kukla Teatrının repertuarını əzbər bilirlər və davamlı olaraq fərqli tamaşalara gəlirlər. Lakin yeni gələn bəzi valideynlər isə uşaqlarını eyni tamaşaya gətirirlər. Bu da təbii ki uşaq üçün sıxıcı və darıxdırıcı olur və eyni tamaşaya baxmaq istəmir”.

S.Haqverdiyeva bildirir ki, Kukla Teatrında uşaqların yaşı, düşüncəsi, istəkləri nəzərə alınaraq tamaşa qoyulur: “Bu gün deməzdim ki, teatrların tamaşaçısı azdır. Teatrların yetərincə tamaşaçısı var. Kukla Teatrdan başqa digər yerli paytaxt teatrları da uşaq tamaşaları hazırlayır. Əgər digər teatrlarda da tamaşalar hazırlanırsa, deməli buna təlabat var və uşaq tamaşalarına çox gəlirlər. Kukla Teatrına tələbat ürəkaçandır”.

İbtidai sinif müəlliməsi Etibarova Yeganə deyir ki, uşaqların dünyagörüşünün formalaşmasında və inkişafında teatr tamaşalarının rolu çox böyükdür: “Mənim fikrimcə, valideynlər bu nüansı hər zaman nəzərlərində saxlamalıdırlar. Çünki nə qədər texnologiyalar əsrində yaşamış olsaq da mütləq şəkildə azyaşlı, hətta məktəbəqədər yaşından başlayaraq uşaqları tamaşalara, sirklərə və s. kimi digər tədbirlərə aparmaq zəruridir.

Bu kimi tədbirlərdə iştirak etmiş uşaqlar daha sosial olur, mənəvi-psixoloji inkişafı hərtərəfli şəkildə formalaşır. Bəzən valideynlər düşünə bilər ki, onsuz da smartfonlarda, kompüterlərdə uşaqlar bütün günü cizgi filmi və s. tipli videolara baxırlar, canlı tamaşaya getməyə, buna pul xərcləməyə nə gərək var? Bu tamamilə yanlış fikirdir. Çünki uşağın mənəvi inkişafının formalaşması üçün xərclənən pullar itib batmır, əksinə onların gələcəyi üçün əhəmiyyətli rol oynayır. Cizgi filmlərindən və kinolardan fərqli olaraq tamaşalar uşaqların qarşısında canlı olaraq sərgilənir. Və canlı nümayiş uşağın beyninə daha yaxşı həkk olunur.

Çünki bir uşağın mənəviyyatı nə qədər zəngin olarsa, özünü dərk edərsə, yaxşını pisdən ayırmağı bacararsa onun gələcəyi bir o qədər parlaq olar. Kiçikyaşlı uşaqların tamaşalarda, tədbirlərdə və s. sosial inkişafyönümlü tədbirlərdə iştirak etməsi onların gələcəkdə yararlı şəxsiyyət kimi yetişməsində önəmli rol oynayır”.

Y.Etibarova qeyd edir ki, o özü rəhbərlik etdiyi sinfin uşaqlarını davamlı olaraq teatrlara tamaşalara aparır: “Sonuncu dəfə uşaqları Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” və “Quliver cırtdanlar ölkəsində” tamaşalarına aparmışdım. Lakin bəzi valideynlər pul xərcləmək istəmirlər  və uşaqların teatrlara aparılmasını “pul tələsi” hesab edirlər. Amma uşaqlar özləri tamaşalara getməyə həvəslidirlər. 

45 dəqiqəlik müddət ərzində tamaşanı çox sakit və diqqətli şəkildə izləyirdilər. Bu da o deməkdir ki, tamaşalarımız onlar üçün həqiqətən maraqlıdır. Özüm 4-cü sinifdə oxuyanda iki dəfə Kukla Teatrına getmişdim. Həmin tamaşalar mənim yaddaşıma çox gözəl qalıb. İndinin özündə hələ də arzulayaram ki, o dövrə qayıdım, həmin tamaşalara bir də gedim. Buna görə də düşünürəm ki, uşaqları mənəvi rahatlıq tapdıqları aləmdən - tamaşalardan məhrum etmək olmaz”.

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan isə deyir ki, teatrda əsas işləri uşaqların maarifləndirilməsi, onların mənəvi inkişafını təmin etməkdir: “Tamaşalarımız yaş həddinə görə bölünür. Üç yaşdan etibarən hər yaşa uyğun tamaşalarımız mövcuddur. Gənc valideynlərin maarifləndirilməsi ilə bağlı tamaşalarımız var. Burda əsas məqsəd yeni dünyaya gələcək uşaqların sağlam böyüməsinə xidmət etməkdir. Ekologiya və ətraf mühitin qorunması, cəmiyyətdə düzgün davranış qaydaları, insanın daxili azadlığı ilə bağlı tamaşalarımız var. Çox təəssüf hissi ilə deyirəm ki, biz bir millət olaraq övladlarımızı həddindən artıq kompleksli şəkildə böyüdürük.

Ona görə də gənclik dövrünə keçən kimi uşaqlar şalvarlarını təpədən-dırnağa kimi cırırlar, yaxud sırğa taxırlar və heç nə anlamadan, bunların daşıdığı mənanı başa düşmədən dağılmış bir aləmə çevrilirlər. Ən nəhayət valideynlər olaraq övladlarımızı cəmiyyətə yararsız şəkildə böyüdürük. Elə bir valideyn tanımıram ki, övladına desin ki, seyrçi yox, iştirakçı ol. Yəni küçədə baş verən məişət probleminə məruz qalan insana kənardan seyr etməyi tapşırırıq, “qarışma başın bəla çəkər” - deyirik. Bəs biz cəmiyyətin bu problemlərini nə vaxta saxlayırıq? Bu qədər problemləri bir prezidentin çiyinlərinə yükləmək olmaz axı. Hərənin özünün görəcəyi iş var”.

İ.Soltan deyir ki, tamaşalarının böyük əksəriyyətinin məzmunu seyrçidən iştirakçıya, yəni passivlikdən aktivliyə çevirmək və fərqliyik-bərabərik fikrinə alışdırmaqdır: “Gender bərabərliyi, fiziki və zehni cəhətdən zəif olan insanlarımıza yanaşma tərzlərinin qurulmasına görə tamaşalarımız var. Uşaqlara lap kiçik yaşlarından aşılayırıq ki, ətrafınızda olan əlillərə, fiziki məhdudiyyətli insanlara qarşı diqqətli olmalı və onların cəmiyyətə adaptasiya olmasına yardımçı olmalıdırlar. Əks təqdirdə onlar cəmiyyətə qatıla bilməzlər. Axı onlar da bizim cəmiyyətin tam hüquqlu üzvləridir”.

Uşaqları teatrlara aparmaq məsələsinə gəlincə isə Teatrın direktoru deyir ki, elə şeylər var ki, onları valideynlərin ixtiyarına buraxmaq olmaz. Çünki valideynlərin yüzündən biri ziyalı ola bilər, yerdə qalanları ilə orta məktəb təhsillidir: “Onların da ataları çörək dalınca gedib, ana da uşaqları böyüdüb. Bəzi şeyləri zamansız etdiyimiz üçün uşaqları erkən yaşlardan məktəblərdən çıxarmaq və qazanc dalınca göndərmək məcburiyyətindəyik. Və beləliklə, uşaqları çox erkən yaşlarından mənəvi və fiziki zorakılığa məruz qoyuruq. Öz əlimizlə ölkənin, millətin gələcəyinə böyük zərbə vurmuş oluruq.

Dünyanın hər yerində, bütün sahələrdə kreativliyə üstünlük verirlər. Məktəblərdə dərs prosesində də kreativliyə meydan veriblər. Kreativ yanaşmaq birbaşa geyim tərzinə çox təsirli və üstündür. Amma gəlin görək məktəblərdə müəllimlərimizin 90 faizi kreativliyin nə olduğunu bilirmi? Fikrim müəllimləri təhqir etmək deyil və bundan çox-çox uzağam. Öz ixtisasının peşəkarı olan müəllimlərdən də üzr istəyirəm. Hətta bəzən elə olub ki, yüz müəllimdən sənətinin anlamını, müəllim sözünün mənasını soruşmuşam, bilməyib”.

İ.Soltan nəzərə çatdırır ki, məktəb-teatr, teatr-məktəb əlaqələri möhkəmləndirilməlidir: “Məktəblər müstəqil teatrlara tədrisin tərkib hissəsi olaraq yeni dərs-tamaşalar sifariş etmək hüququna malik olmalıdırlar. Və uşaq tamaşaları əsasən rejissor tamaşaları olmalıdır ki, tamaşaya hərtərəfli quruluş verilsin, uşaq ona maraqla baxa bilsin. Uşaq teatrında da rejissorluğu mən edirəm. Hərdən hiss eləyirəm ki, həddən artıq öz işinə aludə olan qarışqanı xatırladıram. Amma bir şeyi deyə bilərəm ki, indiyə qədər bir uşaq mənim tamaşamı yarımçıq tərk etməyib. Hətta bəzi zamanlarda valideynin işi olub deyə tez getmək istəyəndə uşaq ona imkan verməyib. Hətta məni təkrar bilet satmağa məcbur eləyib, təkrar tamaşa oynadıblar. Teatrda uşaqlarla bağlı çox maraqlı hadisələr olub.

Gecə saat 23:00-da məni çağırıblar ki, bir uşaq sakitləşmir. Gedib teatrın qapısını açıb, işıqlarını yandırmışam. Bundan sonra uşağı inandırmışıq ki, tamaşa bu gün bitib, sabah olacaq və hər şey “sülhlə yoluna düşüb”.  Yəni uşaqlar teatra və tamaşalara gəlməkdə maraqlıdırlar.

Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, teatr gənclərin inkişafında çox böyük rola malikdir: “Dünyanın inkişaf etmiş ölkələrində şagirdlər kütləvi şəkildə teatrlara gedirlər və bunun təhsilin keyfiyyətinin artmasına ciddi təsiri məlumdur. Çünki bir sıra fənlərdə şagirdlərə elmin, ədəbiyyatın müəyyən məqamları bu vasitə ilə çatdırılır. Ədəbi əsərlər bu yolla şagirdlərin yaddaşında daha yaxşı qalır. Xüsusən də ədəbiyyat fənnindən keçiriləcək, dərs proqramına salınan əsərlərin teatrda tamaşaya qoyulması olduqca şagirdlərin onu daha dərindən mənimsəməsinə ciddi şəkildə müsbət təsir göstərir”.

K.Əsədov qeyd edir ki, təxminən 25-30 il əvvələ qədər orta və ali məktəblərdə, kitabxanalarda ədiblər, sənət adamları, elm xadimləri, hətta tanınmış əmək qəhrəmanları ilə görüşlər adi hal, planlı tədbir sayılırdı: “Düzdür, həmin tədbirlər gənc nəslin mənəvi-estetik dünyagörüşünün genişləndirilməsi adı altında daha çox sovet adamının ideoloji tərbiyəsinin gücləndirilməsinə xidmət edirdi. Hər halda həmin görüşlərdə daha bəşəri dəyərlər təbliğ olunurdu. Sovetlər birliyinin dağılması ilə həmin ənənə də unuduldu. Amma nahaq yerə. Bu gün geniş dünyagörüşlü, yüksək mənəviyyatlı, hərtərəfli Azərbaycan insanının yetişdirilməsi heç də sovet dövründəkindən az lazım deyil”.

Təhsil ekspertinin sözlərinə görə, bir müddət əvvəl təhsil nazirinin əmri ilə məktəblərdə teatr tamaşalarının göstərilməsinə və bilet satışına qadağa qoyulandan sonra həqiqətən məktəblə teatr münasibətində uçurum yarandı: “Gizlətmək nəyə lazım, bu qadağanın qoyulmasında hər aktyorun bir  truppa  düzəldib qapı-qapı gəzən əldəqayırma xırda truppaların da “xidməti” az olmadı. Amma hər halda ətlə dırnaq arasına girən tikanı çıxarmaq əvəzinə, dırnağı irinləmiş barmağın baltalanması kimi radikal qərar gənc nəsli teatrdan, əsl sənətdən uzaq saldı. Hər cür yeniliyə meyilli uşaq və yeniyetmələr mədəni istirahət və əyləncə axtarışında ara-sıra baxdıqları teatr tamaşalarının boşluğunu doldurmağa nəsə tapdılar. Nəticə də göz qabağındadır - şagirdlər internet vasitəsi ilə təhlükəli informasiyaların, sosial şəbəkələrin asılılığına düşüblər”.

K.Əsədov düşünür ki, “Məktəb və teatr” adlı layihəmi kütləvi şəkildə həyata keçirmək lazımdır: “Hesab edirəm ki, yetişməkdə olan gənc nəslin arasında milli mədəniyyətimizin və incəsənətimizin təbliği, məktəblilərdə teatr sənətinə marağın artırılması məqsədinə xidmət edən “Məktəb və teatr” layihəsinin ibtidai sinifdən XI sinfə qədər şagirdlərin tam şəkildə iştirakını təmin etmək lazımdır”.

Təhsil eksperti təəssüf hissi ilə qeyd edir ki, əvvəllər məktəblərdə fəaliyyət göstərən dram, bədii qiraət, rəqs, pantomim dərnəklərin indi fəaliyyəti aşağı düşüb...

Psixoloq Günel Hacızadə  isə bildirir ki, uşaq teatrları keçmişdən, bu günə kimi bütün zaman dilimlərində uşaqların psixoloji və sosial inkişafındakı əhəmiyyətli və əvəzedilməz rolunu göstərmişdir.
Psixoloqun sözlərinə görə, teatra gedən uşaqlarda, müşahidə yolu ilə öyrənmək bacarığı daha fərqli istiqamətdə formalaşır: “Teatrlarda hər zaman uşaqlara ötürülmək istənilən bir mesaj – yəni bir əsas mövzu olur. Bu mövzunu çatdıran əsas qəhrəmanlar uşaqlar üçün yaxşı bir model, yəni örnək ola bilər”.

Teatrlardan söz düşmüşkən, bir az filmlər barəsində də danışan G.Hacızadə bir neçə nüansı qeyd etdi: “Valideynlər film seçimlərində də çox seçici olmalıdır. Hətta yaxşı olar ki, uşaq real olanla, olmayanı ayırd etməyi bacarana qədər fantastik janrdaki filmləri izləməsin. Həmin yaş dövrünə kimi, məhz teatrlara getməsi və oradakı obrazları özünə örnək alması daha gözəl olar. Təsəvvür edin ki, “Hörümçək adam” filmini izləyən, reallıqla, qeyri-real olanı ayırd edə bilməyən uşaq bu obrazı özünə örnək alıb. O, hər hörümçək görəndə, elə təsəvvür yarana bilər ki, bəlkə mən də onun kimi artıq hörümçək adam oldum? Sizə absurd gələ bilər. Lakin, mövzu uşaqlardır. Onların xəyal dünyası ucsuz-bucaqsız və sərhədsiz olur. Buna görə də bütün valideynlər bu məsələlərdə diqqətli olmalı və uşaqlarının mənəvi cəhətdən inkişaf etidirilməsi üçün onları teatr və tamaşalardan uzaq saxlamamalıdırlar”.

Digər bir məsələnin vacibliyini vurğulayan G.Hacızadə nəzərə çatdırır ki, fantastik janrda olan cizgi film və ya filmi izləyən 97% uşaqlarda elə təsəvvür yaranır ki, eyvandan özünü atsa, ona heç nə olmaz. Yaxud qayçı ilə əlini kəssə yenidən öz özünə bərpa oluna bilər. Onlar filmlərdəki effektləri analiz edib, dərk edə bilməyəcək qədər “hələki” təcrübəsizdirlər: “Həmin bu təcrübəsiz dövrdə isə teatrlara müraciət etmək daha məqsədə uyğundur. Çünki, orada daha real obrazlar olur və onlar həmin obrazları canlı şəkildə nümayiş etmə şansına malik olurlar. Və teatr tamaşalarında uşaqların həyatı üçün təhlükə yarada biləcək heç bir nümunə göstərilmir. Beləliklə də uşaqlar daha sağlam obrazları tanıyır və daha düzgün davranışları öyrənmiş olur”.

Fobiyalı uşaqlar üçün teatrların daha əhəmiyyətli olduğunu nəzərə çatdıran psixoloq  bildirir ki, teatrların uşaq psixologiyasındaki digər bir faydası da uşaqların öz qorxularıyla üz-üzə gələ bilməsidir: “Əsasən də müəyyən fobiyaları olan uşaqlar üçün bu daha da vacib rol oynayır. Məsələn, həkimdən, qaranlıqdan, siçandan qorxan uşaqlar teatrda onları fərqli obrazlarda görərək, qorxularıyla üzləşir. Bu qorxularla teatr kimi bir mühitdə üzləşmək isə onlar üçün ən effektiv terapiya sayıla bilər”.

Maraqlı bir faktı vurğulan G.Hacızadə bildirir ki, araşdırmalara görə, teatra gedən uşaqlarda səbəb-nəticə analizi daha tez və düzgün formalaşa bilir: “Həmçinin, insanlara, baş vermiş hadisələrə müxtəlif aspektlərdən yanaşmaq kimi bir xüsusiyyət də qazandırır”.
Oxşar xəbərlər
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 20:29
“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”
27 Mar 2024 | 19:47
Zaxarova Ermənistan barədə: “Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir” - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 20:29
“Crocus”da onlarla insanı xilas edən azərbaycanlı: “Haqqımda çoxlu ksenofobik təhqirlər yazıblar”
27 Mar 2024 | 19:47
Zaxarova Ermənistan barədə: “Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir” - VİDEO