Xəbər lenti
14/11/2019 [17:30]:
İnək nəcisindən sabun, sidiyindən isə kosmetik vasitə hazırlanacaq - MARAQLI
14/11/2019 [17:28]:
“Sevil” tamaşasının primyerası olub - FOTO
14/11/2019 [17:16]:
BSU-da Pedaqoji fakültədə təhsil alan tələbələr üçün seminar keçirilib - FOTO
14/11/2019 [16:59]:
İlham Əliyev Mahmud Abbası təbrik edib
14/11/2019 [16:58]:
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
14/11/2019 [16:50]:
İcazəsiz ov edən şəxslər saxlanılıb
14/11/2019 [16:43]:
Goranboy rayonunun Xasadarlı kəndinə qaz verilib - FOTO
14/11/2019 [16:38]:
Şuranın dəstəyi ilə yaradılan grant.az saytının təqdimatı keçirilib - FOTOLAR
14/11/2019 [16:33]:
QAT erməni jurnalistlərin səfərinin mümkün olmayacağını bildirib
14/11/2019 [16:28]:
“Burda Tramp faktoru var və o, çalışacaq ki, Türkiyəylə münasibətlərdə tam qırılma olmasın...”
14/11/2019 [16:21]:
Şair Şamxal Rüstəm vəfat etdi - FOTO
14/11/2019 [16:20]:
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri başlayır
14/11/2019 [16:17]:
Bakıda məktəbli qız uşaq dünyaya gətirdi
14/11/2019 [16:14]:
Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI
14/11/2019 [16:10]:
Ərdoğan Trampın sözünü kəsdi və səhvini düzəltdi - VİDEO
14/11/2019 [16:10]:
ADNSU-da Fərman Salmanova həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib
14/11/2019 [16:07]:
“Xaricdən gələn investisiyalara vergidən azadetmə və güzəştlər tətbiq edilsin”
14/11/2019 [16:05]:
BMqT-nin Azərbaycan nümayəndəliyi Zaqatalada təlim-seminar keçirtdi
14/11/2019 [16:00]:
Beyləqan şəhərinə 8,5 km magistral su xətti çəkilib - FOTOLAR
14/11/2019 [15:53]:
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO
14/11/2019 [15:41]:
İranda yol qəzasında 28 nəfər ölüb
14/11/2019 [15:38]:
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
14/11/2019 [15:36]:
Akademik Musiqili Teatrın aktyoruna Mədəniyyət Nazirinin mükafatı təqdim olundu
14/11/2019 [15:33]:
Bankomatlara xüsusi kameralar quraşdırılacaq - Rusiyada
14/11/2019 [15:32]:
""Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur"
14/11/2019 [15:31]:
Azərbaycanda birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənib
14/11/2019 [15:30]:
Gürcüstan müxalifəti genişmiqyaslı mitinqlərin keçiriləcəyini bəyan edib
14/11/2019 [15:29]:
Ali təhsil çox böyük transformasiyalara uğrayıb”
14/11/2019 [15:25]:
Azərbaycan neftinin bareli 67,43 dollara satılır
14/11/2019 [15:24]:
Kərim ona gələn təkliflərdən DANIŞDI: “Bəylər mənə yazır” –FOTO/VİDEO
14/11/2019 [15:21]:
“Məni kim tanımır ki?!” - FOTO/VİDEO
14/11/2019 [15:20]:
ATU rektoru Türkiyənin Boylam Psixiatrik Xəstəxanasının professoru ilə görüşüb - FOTO
14/11/2019 [15:08]:
Milli Məclis Aparatının saxlanmasına 45,488 milyon manat XƏRCLƏNƏCƏK
14/11/2019 [15:02]:
Özündən 48 yaş böyük kişi ilə evlənən aktrisa boşanır - FOTO/VİDEO
14/11/2019 [14:57]:
Bu dünya ulduzu 13 ildir mobil telefondan istifadə etmir
14/11/2019 [14:57]:
Tanınmış aktrisanın səhnədə vəziyyəti pisləşdi, xəstəxanaya qaldırıldı
14/11/2019 [14:55]:
Türkiyə prezidenti Allahşükür Paşazadəni təbrik edib
14/11/2019 [14:52]:
Türkiyədə hərbi hissədə partlayış: 17 nəfər xəsarət aldı
14/11/2019 [14:50]:
Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib
14/11/2019 [14:48]:
Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb - FOTO
14/11/2019 [14:46]:
Şamaxıda dörd uşaq anasını zorlamaq istəyənlər məhkəmə qarşısında
14/11/2019 [14:41]:
“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” - VİDEO
14/11/2019 [14:38]:
“İnsanlar adi qaydada pul qazanmaq imkanından məhrumdurlar”
14/11/2019 [14:30]:
Vladimir Putin Allahşükür Paşazadəni təltif edib
14/11/2019 [14:28]:
Serialın başıbağlı obrazını bu halda görməmisiniz - Dekolte, qısa ətək və başqa açıq-saçıq fotoları
14/11/2019 [14:27]:
Kəlbəcərdə 3 erməni Tərtər  dərəsinə yuvarlanıb öldü...
14/11/2019 [14:26]:
“Qulaqlarınız daha çox nəzərə çarpır” - vitse-spiker
14/11/2019 [14:24]:
Prezident təqaüdçüləri solo konsertlə çıxış edəcəklər
14/11/2019 [14:17]:
Yaşlı qadın Medvedevin qarşısında diz çökdü - VİDEO
14/11/2019 [14:15]:
Nursultan Nazarbayevin qızı Ermənistana getdi
14/11/2019 [14:11]:
“Azərbaycanda nağdlaşdırılan vəsait azalıb”
14/11/2019 [14:08]:
Bərdədə üçotaqlı ev külə döndü - FOTO
14/11/2019 [14:06]:
BDU-da “Cybernetic19” adlı təlim keçirilib
14/11/2019 [13:59]:
“Bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılıb”
14/11/2019 [13:52]:
“YPG ilə əməkdaşlığımız davam edəcək...” - ABŞ müdafiə nazirindən qalmaqallı açıqlama...
14/11/2019 [13:50]:
Təhsil Nazirliyi: Nöqsanlara yol verən yeddi nəfərə töhmət verilib
14/11/2019 [13:25]:
Hava yağmurlu olacaq
14/11/2019 [13:22]:
Sağlam yaşamaq necə qidalanmağımızdan asılıdır: Satan da bizik, alan da...
14/11/2019 [13:19]:
Bakı alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına ev sahibliyi edəcək
14/11/2019 [13:17]:
Qardaşı İlham Həsənin saxlanılmadığını deyir
14/11/2019 [13:17]:
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır
14/11/2019 [13:10]:
Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların sayı açıqlandı
14/11/2019 [13:08]:
Deputat müğənniləri hədəf aldı: "Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər"
14/11/2019 [13:06]:
“Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub”
14/11/2019 [13:03]:
Patriarx Kirill: “Ənənəvi dinlərə qarşı əsl müharibə gedir”
14/11/2019 [12:57]:
“Vergilər Məcəlləsinə 162 dəyişikliyin edilməsi nəzərdə tutulub”
14/11/2019 [12:55]:
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu - VİDEO
14/11/2019 [12:52]:
UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır - FOTO
14/11/2019 [12:49]:
Tanınmış vəkil bəzi soydaşlarımızın Almaniyada həbs olunma xəbərindən danışdı
14/11/2019 [12:47]:
Nazir Kürdəmirdə, müavinləri Ucar və Zərdabda qəbul keçirəcək
14/11/2019 [12:47]:
“Xocalı parkları” genişlənməlidir” – “Cinayətkarlar beynəlxalq tribunala cəlb edilməlidir”
14/11/2019 [12:38]:
“Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edir”
14/11/2019 [12:37]:
"Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği” adlı layihənin açılışı keçirilib - FOTO
14/11/2019 [12:32]:
"Müğənni çılpaq geyimiylə, onu saxlayanla yox, ifasıyla gündəmə gəlməlidir..."
14/11/2019 [12:31]:
"Putin, türk diplomatın mesajını eşit!..-  Uduzmazsan!.."
14/11/2019 [12:29]:
İki vəzifəli şəxsə korrupsiyaya görə cinayət işi açıldı
14/11/2019 [12:26]:
ADU-nun rektoru ÇXR Pekin Bələdiyyəsinin Təhsil Komissiyası nümayəndə heyəti ilə görüşüb - FOTO
14/11/2019 [12:11]:
Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzillərin sənədləri təqdim edilib - FOTO
14/11/2019 [12:01]:
“Azəristilik” rəsmisi: "Bakıda bütün binaların istiliklə təminatı mümkün deyil"
14/11/2019 [11:59]:
“Radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaqdan o yana keçmir”
Bütün arxiv bir sırada
24/09/2019 [22:01] - Köşə - ( 1579 dəfə baxılıb)

Ayrılıq zamanı gələndə anlayırsan ki, ona ilk baxışda və ömürlük aşiq olmusan...

Günel Yaz

Görəsən, həyatda elə bir insan varmı ki, onun xəyalları olmasın? Əminəm ki, yoxdur. Bəziləri xam xəyallarla yaşayır, bir başqaları da ən istəkli arzusuna bütün həyatını sərf edir. Kimisi sevdiyi qadın üçün, kimisi peşəsi üçün, kimisi də sağlamlığına yenidən qovuşmaq üçün.

Uşaqlıqda mənim də yaşıma xas məzəli və maraqlı arzularım var idi. Göydə uçan təyyarələrə baxıb, "məni də apar" - deyə qışqırır, arxası ilə qaçırdım. Yəqin ki, bu istək çoxlarımızın həyatında olub.

İnsanın xəyalları onun böyük və ya kiçik, sadə və ya qəliz olmasından asılı olmayaraq, özünü ifadə edir. Axı, çox zaman qurduğumuz xəyallar bizim yaşamağımızın məğzi, həyat məqsədimiz olur.

Tək özü üçün yaşayan, yalnız özünü düşünən insanlar da var ki, amalları sərvət və rahatlıqdır. İnsan özünə bir belə zülm edəcək qədər ağılsız olmalıdır ki, daima hansısa avtomobilin, yaxud evin onun olmasını səbirsizliklə xəyal etsin, ömrü boyu iztirab və ruh gərginliyi içində yaşasın.

Romantik insanların xəyalları da fərqlidir. Onların dəlicəsinə bir eşq, gözəl ailə, sağlam həyat və xəyallarındakı ölkələrə uşaqlıqda arxası ilə qaçdığı təyyarələrlə səyahət etmək kimi arzuları olur...

Biz həkim, müəllim, təyyarəçi olmaq kimi xəyallarla böyüdük. Daha sonra arzularımızdakı müəllim bizə təhsil verdi, həkim sağlamlığımızın qeydinə qaldı, təyyarə isə bizi xəyallarımıza, sevdiklərimizə qovuşdurdu...

Bəli, qovuşdurdu! Mən də o gün ilk dəfə xəyallarıma toxunurdum. İlk dəfə təyyarəylə səyahət edirdim. Bu, başlanğıc idi. O, yaxından daha əzəmətli idi. Göylərdəki kimi ovucumuza sığacaq qədər deyildi. Amma neçə xəyalları gerçəkləşdirmişdi. Bəlkə də onun böyüklüyü elə burdan başlayırdı...

Bəlkə də ilk səfərim olduğu üçün emosional idim. Əzizlərimlə vidalaşmaq, qarşıdakı səyahətin həyəcanı... Mənim üçün təyyarə ayıran yox, həmişə qovuşdurandır.. Sevdiyinə, arzusuna qovuşmaq üçün tələsənlərin ilk seçimi təyyarə olmalıdır. Mən də təyyarəylə uçdum. Ona qovuşmaq üçün daha sürətlə gedən ikinci variantım yox idi.

Səbirsizəm. Ona gedən yolları izləyirəm. Özü qədər dərdi də ağır olan Ağrı dağı məni müşayiət edir. O qədər möhtəşəm mənzərəsi var ki, gözlərimi çəkə bilmirdim. Göy üzü gömgöy idi. Günəş də elə bil şıltaqlaşmışdı, atlanıb-düşür, buludların arasında batıb-çıxırdı. Sanki o da hiss edirdi bizim ilk dəfə görüşəcəyimizi. Dünyanın ən möhtəşəm və əvəzsiz hissi idi.

Yolboyu mənzərəli yerləri gördükcə sevinirdim. Yəqin O da belədir. Ona gedən yollar qədər uzun, dağları qədər hündür, qoynunda açan çiçəkləri qədər təravətli və incə ruhlu...

Yarıuçuq evləri, solğun mənzərələri gördükcə hürkürdüm. İlk dəfə toxunacağım xəyalımı belə mənzərədə görmək istəmirdim...

Və zaman yetişir, məsafə azalır... Uzaqdan türk əsgərlərinin postları görünür. Bu an sevindiyimdən gülmək keçir ağlımdan. Və anlayıram ki, xəyalımdakı O elə qüdrətli, elə möhtəşəmdir ki, bu cür qoruyurlar. Demək ona inanmaq, sığınmaq, sevmək olar...

Və biz qovuşuruq. Mən onunla tanış oldum - İğdır. Mən onu cavan, çılğın, baxımlı xəyal etmişdim... Amma o, qosqoca, əzəmətli və həm də dərdli idi... Göy üzü, buludları, ulduzları, bütün təbiəti ilə yadda qalan, inanılmaz bir şəhər... İğdır!

91 min nəfər əhalisi olan İğdırda məskən salan insanların çoxusunun dədə-babaları Arazın o tayından, Qərbi Azərbaycan torpaqlarından, əsasən də İrəvandan gəliblər. Burda kimi dindirsən, bir acı hekayəsi mütləq var... Hər birinin taleyi bir kitaba sığmaz. Birinin əhvalatı lap sarsıtdı məni: üç oğlunu erməni vəhşətindən xilas etmək üçün Arazdan keçirmək istəyən atanın müsibəti... Sel bir yaşlı uşağı atanın əlindən alıb aparır, ata ciyərparasının meyitini də olsa, tapsın deyə saatlarla sahilboyu yüyürür...

İğdır belə müsibətli talelərlə doludur. Mən bunları öyrəndikcə İğdıra mərhəmət hissi içimi doldurdu. Onun dərdi mənə doğmalaşırdı.

İğdırda Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın təşəbbüsüylə Türkiyə-Azərbaycan qardaşlığını, birliyini simvolizə edən möhtəşəm tədbir keçirildi. Qardaş ölkənin Ermənistanla həmsərhəd olan İğdır vilayətinin Tuzluca qəsəbəsinə yaxın ərazidə yerləşən əzəmətli Təkaltı dağına doğru Azərbaycan-Türkiyə həmrəylik yürüşünə qatıldıq (Tuzlucadan Təkaltı dağına uzanan yol Mübariz İbrahimovun adını daşıyır). Zirvədə Mübariz İbrahimovun portreti ilə yanaşı, dövlət bayraqlarımızı Təkaltı dağının zirvəsində dalğalandırdıq. O qədər möhtəşəm mənzərə yaratmışdıq ki, Zirvədən qarşıya, Araz çayının o tayına, Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarına baxaraq, gələcək günləri xəyal edirdim. Kaş gün gələydi, o ərazilər də Qarabağla birlikdə yenidən türkün əbədi məskəninə çevriləydi. Bu gözəl duyğunu mənə yaşadan, İğdır oldu.

İğdıra heyran olmamaq mümkün deyildi artıq. Sevirdim onu. İnsanları da mehriban, qonaqpərvər və yardımsevər idilər. İğdırı həm də ona görə tez sevməyə başlamışdım ki, özümü elə Azərbaycandakı kimi rahat hiss edirdim. Biz onunla tez doğmalaşmışdıq.

İlk gündən çalışırdım ki, daha çox gəzim, onu daha yaxından, dərindən tanıyım, daha çox sevim ki, ömrümün sonuna kimi unutmayım. Gödüklərim çox, yazmaq istədiklərim sonsuz idi... Gəzməklə bitmirdi, anlatmağa söz yetmirdi. O, mənə çox şeylər anlatdı. Sən demə, unuda bilmədiklərini onunla unutmaq mümkün imiş. Mən artıq bu hissləri yaşadıqca onu daha çox sevirdim. Səhərləri daha gözəl idi İğdırın. Artıq səhər tezdən küçələrdə insanlar dolaşırdı. İşə tələsən kim, fırına odun atan kim, dua etmək üçün məscidə gedən kim... Hələ azan səsinə oyanmaq. İnsanı saflaşdıran dualar etmək. Mən bunları qaldığım otelin pəncərəsindən baxıb, seyr edir, düşünürdüm... Axşamları daha hay-küylü olur İğdırın. Ən gözəli isə burda hamının bir-birini tanıması, salamlaşıb, hal-əhval tutmasıdır.

Bir axşam məscidin yanında bir pişik yaxaladı məni. Azca oxşayıb, sığal çəkdim başına. Ayrılmaq istəyirdim, amma o, məni buraxmadı. Tək qoymadı. Mənimlə birlikdə İğdırı gəzdik. Yenidən məscidin yanına qayıtdım ki, bəlkə evi ordadır. Taksi sürücüləri dedi ki, bu, bizim sevimli pişiyimizdir. Bura gələn qonaqları hiss edir, onları tək qoymur. Pişiyin sədaqəti, dostluğu məni təsirləndirmişdi. Səhər açılan kimi otelin mətbəxindən bir paket düzəldib, tələsdim balaca, şirin dostumun yanına. Çətin olsa da, onu tapdım, sadiqliyimi göstərdim. Son dəfə ona sığal çəkib uzaqlaşdım.

İğdır müdrik qocaya bənzəyir, həm də özünü, daşıdığı tarixi bildiyi üçün sadəcə onu tanımağa cəhd etməyini gözləyir səndən. Onu sevdikcə daha çox çaşırsan, yanında qaldıqca daha da alışırsan, qopmamaq üçün ən sərt fərmana belə hazır olursan. Həm özünü aldadırsan, həm də bilərəkdən onunla razılaşırsan. Və sonda başa düşürsən ki, sən bu sevgini beyninə həmişəlik həkk etməkdəsən. Ayrılıq zamanı gələndə isə anlayırsan ki, ona ilk baxışda və ömürlük aşiq olmusan. Onu tanımaq mənimçün xoşbəxtlik idi. Ona biganə qalmaq, sevməmək üçün daşqəlbli olmalı idin.

İğdırın bir özəlliyi də var ki, o, heç vaxt səni tərk etmir,  sən isə...

Əlvida, üçgünlük sevgilim - İĞDIR...

Günel YAZ

loading...
loading...
Pulsuz benzin üçün bunu da etdilər - MARAQLI + FOTOLAR
Bu heyvanlar da insanlar kimi yas saxlayır - MARAQLI ARAŞDIRMA
"Bu qurumun ləkələnmiş imici artıq aradan qaldırılmaqdadır və biz bunu alqışlayırıq..."
Dünyanın ilk Ebola peyvəndi təsdiqləndi
"Hökumət hələ uşaqpulu məsələsində birbaşa addımlar atılmasına hazır deyilsə, o zaman..."
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Burda Tramp faktoru var və o, çalışacaq ki, Türkiyəylə münasibətlərdə tam qırılma olmasın...”
Dünya
İranda yol qəzasında 28 nəfər ölüb
Siyasət
“Heç bir lider Ərdoğan qədər istədiyini əldə edə bilmədi...”
Gündəm
“Haraya ki, türk ordusu girir, oraya hüzur, çörək, nizam gəlir”
Dünya
Beş milyon insan quraqlıq səbəbiylə qida böhranıyla üzləşəcək - BMT
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Yanvardan pensiyalar bu qədər ARTACAQ
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Qalmaqallı biznesmenin maşınına bomba atıldı, cangüdənin başı qopdu - DƏHŞƏT + VİDEO
Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..
Rusiyanın zəmanəti ilə Talışa köçürülən ermənilər...
“Onlar rus ordusunun hücumunu önləməyə qadir deyil”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247