Xəbər lenti
12/08/2020 [07:43]:
Ermənı lider separatçı “prezident” iqamətgahının Şuşaya köçürüləcəyini bəyan etdi...
12/08/2020 [07:03]:
"Doğrudanmı biz hesab edirik ki, ulu əcdadımız Həzrət Adəm yox,  meymundur?.."
12/08/2020 [02:08]:
"Ssenari elə qurulub ki, zərərçəkmiş tərəf bu gün təqsirləndirilən tərəf olub..."
12/08/2020 [01:56]:
Avropa "Batya"nı sanksiyalarla hədələdi: "Belarusla münasibətlərə yenidən baxılacaq..."
12/08/2020 [00:09]:
Bir gündə Rusiyadan Antalyaya 80 təyyarə turist gəldi...
11/08/2020 [23:55]:
"Qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib"
11/08/2020 [23:52]:
“Xəyanətin yox, bir mərdimazarın şantajının qurbanı oldum, o vicdansız məxluq öz cəzasını alacaq"
11/08/2020 [22:45]:
Komitə sosial şəbəkələrdəki fotolarla bağlı hərəkətə keçdi
11/08/2020 [22:19]:
Belarusda iki mindən çox insan saxlanılıb
11/08/2020 [22:17]:
Avtomobil sığortası olmayan sürücü qəza törətdi
11/08/2020 [22:05]:
Hökumət təkzib etdi: komendant saatı tətbiq edilməyəcək
11/08/2020 [22:04]:
Bakıda qadın 30 nəfəri aldadaraq pulunu aldı
11/08/2020 [22:01]:
Abşeronda karantin qaydalarını pozan 28 nəfər cərimələnib - FOTO
11/08/2020 [21:58]:
Paşinyan fövqəladə vəziyyət şəraitində dostunun qızının toyunda iştirak etdi - FOTO
11/08/2020 [21:28]:
ABŞ Rusiyanın koronavirusa qarşı peyvəndini keyfiyyətsiz adlandırdı
11/08/2020 [21:24]:
15 yaşlı qızı hamilə buraxan müəllim bir il müddətinə azadlıqdan məhrum edildi
11/08/2020 [21:05]:
"Bu “ənənə” illərdir dövlət mülkiyyətində olan monopolist müəssələr tərəfindən formalaşıb"
11/08/2020 [20:52]:
Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı təxliyə ediləcək
11/08/2020 [20:31]:
Tixanovskaya Litvaya qaçdı, Lukaşenko isə hələlik vəziyyətə tam nəzarət edə bilmir...
11/08/2020 [20:27]:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rəhman Cəfərovun ailəsini sosial nəzarətə götürdü
11/08/2020 [20:19]:
“Onlar ölkəmizdəki bu bazanı NATO bazası hesab edəcək və ilk zərbəni ona endirəcəklər”
11/08/2020 [20:11]:
Ailəsi tərəfindən dəfn edilən kişi beş gündən sonra evinə qayıtdı
11/08/2020 [19:59]:
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
11/08/2020 [19:58]:
“Türk bazaları  Azərbaycanda etnik separatizmin birdəfəlik gömülməsi deməkdir...” 
11/08/2020 [19:55]:
Canel Nəcəfli beynəlxalq müsabiqədə liderliyini qoruyur
11/08/2020 [19:48]:
Rusiya Ermənistanı Azərbaycana qarşı silahlandırır: Kreml Cənubi Qafqazda gərginliyi yüksəldir
11/08/2020 [19:30]:
Serbiya prezidenti hamıdan əvvəl Rusiya peyvəndini vurdurmaq istəyir
11/08/2020 [19:25]:
Slovakiyanın rus diplomatları ölkədən qovan baş naziri: “Biz sizin üçün banan ölkəsi deyilik”
11/08/2020 [19:07]:
Əqli qüsurlu qadının yaxınları axtarılır
11/08/2020 [19:04]:
Son sutkada ABŞ-da COVID-19-dan 653 nəfər ölüb
11/08/2020 [18:59]:
AQTA daha 58 obyektdə qayda pozuntuları aşkarlayıb
11/08/2020 [18:50]:
“Karabakh Is Azerbaijan” platforması erməni yalanları ilə mübarizəyə başladı
11/08/2020 [18:49]:
Çempionlar Liqasında final mərhələsi başlayır
11/08/2020 [18:40]:
DİN: İşgəncəyə məruz qaldığı iddia edilən şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil
11/08/2020 [18:38]:
Baş nazir kafe və restoranlarla bağlı qərara dəyişiklik etdi
11/08/2020 [18:05]:
“Pedaqoji prosesdə bunu etməsən problemlər qaçılmaz olacaq” - Sədr müavinindən təhlil
11/08/2020 [18:03]:
Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı AÇIQLAMA
11/08/2020 [17:54]:
Rusiyada istehsal olunmuş ilk koronavirus peyvəndi nümayiş etdirildi - FOTO
11/08/2020 [17:50]:
Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi
11/08/2020 [17:44]:
"Forbes" jurnalı ən çox qazanan aktyorların siyahısını açıqlayıb
11/08/2020 [17:35]:
“Ay yoldaş deputatlar, dədəniz sizə rus toyu edib?” - Baloğlan Əşrəfov
11/08/2020 [17:32]:
Hamilə qala bilmədiyi üçün həkimə gedən qadın “kişi” çıxdı
11/08/2020 [17:28]:
Beyrutdakı partlayışda ölənlərin sayı 171 nəfərə çatıb
11/08/2020 [17:24]:
Rusiya koronavirus peyvəndini beş ölkədə istehsal edəcək
11/08/2020 [17:22]:
"Bu cür tərbiyyəsiz şeirlər, tərbiyyəsiz adamların tərtib etdiyi kitablarda ola bilər..."
11/08/2020 [17:14]:
"İşlədiyim bütün dövrlərdə demişəm, indi də deyirəm ki..." - Ziya Məmmədov
11/08/2020 [17:11]:
"Diplomatik manevrlər etmək lazımdır, lakin..."
11/08/2020 [17:09]:
Neft yenidən ucuzlaşacaq? - Səudiyyə Ərəbistanı alıcılara ucuz neft təklif edir
11/08/2020 [17:06]:
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təsdiqləndi
11/08/2020 [17:04]:
Nura Suriyə vəzifə verildi - FOTOLAR
11/08/2020 [17:02]:
"Rusiyaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur..."
11/08/2020 [17:00]:
ÜST-dən Rusiyada koronavirusa qarşı ilk peyvəndlə bağlı AÇIQLAMA
11/08/2020 [16:58]:
“Iki dövlət arasında səfərlərin pasport əsasında həyata keçirilməsi, bir millət iki dövlət prinsipinə ziddir”
11/08/2020 [16:54]:
Tovuzda erməni təxribatı nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin təmir-bərpasına başlanılıb - FHN
11/08/2020 [16:38]:
Gəncədə maşınla motosiklet toqquşdu: Xəsarət alanlar var
11/08/2020 [16:34]:
Koronavirusla bağlı bu günə olan statistika
11/08/2020 [16:33]:
Sentyabrdan dərslər hansı formada keçiriləcək? - Açıqlama
11/08/2020 [16:32]:
«ERBİ-H» Məhdud Məsuliyyətli Cəmiyyəti iddialara cavab verdi
11/08/2020 [16:30]:
Lukaşenkonun qadınları haqqında filmin müəllifi Minskdə yoxa çıxdı
11/08/2020 [16:26]:
Eşitmə və nitq məhdudiyyəti olan insanlar üçün yeni imkanlar açılır... - FOTOLAR
11/08/2020 [16:24]:
ABŞ Qarabağ məsələsində “demokratik” Paşinyandan necə məyus oldu... - FOTO
11/08/2020 [16:23]:
"ABŞ və AB slavyan xalqlarını Rusiyaya qarşı qaldırmaq niyyətindədir"
11/08/2020 [16:17]:
Azərbaycanda nazir əkin sahələrində - FOTO
11/08/2020 [16:06]:
“Zamanında sənət adamlarını küsdürdülər və onlar gənclərə örnək olub nəsə öyrədə bilmədi”
11/08/2020 [16:04]:
"Real Madrid" dünya çempionu ilə vidalaşdı
11/08/2020 [16:03]:
Bakının mərkəzi küçələrindən daha biri əsaslı şəkildə təmir edilib
11/08/2020 [15:59]:
"Növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda gətirəcək"
11/08/2020 [15:58]:
“İtirdiyim xoşbəxtlik” (“Qarabağ hekayələri” silsiləsindən) özbəkcə nəşr olunub
11/08/2020 [15:56]:
“Məmməd Araz bahalı kürkünü çıxarıb səngərdə postda duran əsgərə hədiyyə etdi...”
11/08/2020 [15:33]:
13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək
11/08/2020 [15:31]:
Türkiyə Prezidenti Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib
11/08/2020 [15:29]:
“Qarabağ” dayaq bloku bir aya dənizə yola salınacaq
11/08/2020 [15:15]:
Qubada toy etmək istəyənlər tutuldu - FOTO
11/08/2020 [15:04]:
“Media lazım gələndə, özünü də tənqid etməyi bacarmalıdır”
11/08/2020 [15:02]:
Bakıda ata 2 yaşlı körpəsini bıçaqladı
11/08/2020 [15:00]:
Prezident Təhsil Nazirliyinə 1,5 milyon manat vəsait ayırdı
11/08/2020 [15:00]:
Ceyhun Bayramov Ankarada Türkiyə ilə birlikdən danışdı
11/08/2020 [14:59]:
Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM
11/08/2020 [14:56]:
"Ermənistanın arxasında böyük güclər dayanır" - Qaiser Navab
11/08/2020 [14:26]:
Ermənilər Xocavənd şəhərində 115 yeni mənzil tikməyə başladı...- FOTOLAR
Bütün arxiv bir sırada
11/09/2019 [23:27] - Siyasət - ( 1856 dəfə baxılıb)

Türkdilli dövlətlərin ümumi xüsusi xidmət orqanı yaradılmasının memarı...



Ötən cümə günü başlayıb bazar günü tamamlanan Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının XXII Konfransı geridə qaldı.

3 gün davam edən konfransda 4 türkdilli dövlət – Azərbaycan, Türkiyə, Qırqızıstan və Qazaxıstan rəsmən iştirak edib.

Digər türkdilli dövlətlərdən olan Özbəkistan isə toplantıya müşahidəçi qismində qatılıb. Özbəkistanla bərabər müşahidəçi kimi iştirak edən digər ölkə Gürcüstan olub. Ləhcəsinə görə bizə və Türkiyəyə daha yaxın olan Türkmənistan isə ümumiyyətlə Konfransa təşrif buyurmayıb. Hər dövlətin milli maraqları olduğunu nəzərə alıb Türkmənistanın bu mövqeyini şərh etmək istəmirik. Bizi maraqlandıran əsas məsələ isə kəmiyyətdən çox keyfiyyətdir. Bu mənada XXII Konfransda alınan qərarların mahiyyəti daha çox əhəmiyyət kəsb edir, nəinki orada hər kəsin iştirakı.

Etiraf edək ki, nümayəndələrin sayına görə budəfəki heyət əslində Konfransların 22 illik tarixində heç də geniştərkibliliyi ilə seçilmirdi. 1999-cu ildə yenə Bakıda keçirilən 2-ci Konfransda nümayəndə heyətinin sayı 6 idi. Hətta bu yüksək qatılıma görə Türkiyə nümayəndəsi mərhum Heydər Əliyevi təbrik etmiş və 6 türkdilli dövlətinin bir araya gəlməsində birbaşa onun misilsiz xidmətinin olduğunu bildirmişdi. Ondan sonra keçirilən bütün Konfranslarda da aşağı-yuxarı bu tərkib iştirak etmiş, hətta  ötən il Qırqızıstanda keçirilən toplantıya Tacikistan da müşahidəçi qismində qatılmışdı.

Bununla belə, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının XXII Konfransı bəzi xüsusiyyətləri ilə bütün toplantılardan daha effektivliyi ilə yadda qaldı. Əsas effektivlik isə alınan qərarlarda özünü göstərir. Xüsusi xidmət orqanlarının fəaliyyət növündən doğan məxfilik səbəbilə konfransda alınan qərarlar ictimaiyyətə açıqlanmadığından konkret hansı məsələlərdə ümumi razılıq əldə olunduğu bilinməsə də, türk mətbuatına sızdırılan bəzi məlumatlar bu dəfə də Bakıda növbəti ilkə imza atıldığını təsdiqləyir. Birinci ilk yuxarıda da qeyd etdiyimiz kimi, 1999-cu ildə Bakıda keçirilən II Konfransa bütün türkdilli dövlətlərin qatılması idi. Budəfəki ilk isə Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının vahid mərkəzinin yaradılması oldu.

Bildirildiyinə görə, toplantı iştirakçıları Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının Daimi Nümayəndəliyinin qurulması barədə qərar qəbul ediblər. Nümayəndəliyin mərkəzi Ankarada yerləşəcək.

Bəri başdan deyək ki, alınan bu qərar konfransın 22 illik tarixində ən ciddi addımdır. Hətta birinci ilkdən belə daha mühümdür. Zira birinci ilk kəmiyyətdə irəliləyiş kimi tarixə düşmüşdüsə, ikinci ilk keyfiyyətcə yeni dövrün başlanması kimi xarakterizə olunur. Belə ki, indiyə qədərki toplantılar ildə bir dəfə müxtəlif ölkələrdə keçirilir və simvolik xarakter daşıyırdısa, vahid mərkəzin yaradılması ilə Türkdilli dövlətlərdəki məlum qurumların daha intensiv rabitəsi qurulacaq və əlaqələr inkişaf etdiriləcək. Beləcə, hər il görüntü xətrinə toplanan milli təhlükəsizlik qurumlarımız bundan sonra hər gün bir-biriylə əlaqə saxlaya biləcək və məlumat alış-verişində bulunacaqlar. Bu isə ortaya konkret işin qoyulması, kəmiyyətdən keyfiyyətə keçilməsi deməkdir.

Nəzərə alsaq ki türkdilli dövlətlərin ortaq maraqları və oxşar təhdid alqıları var, bu cür mərkəzi qərargahın yaradılmasına, məlumat mübadiləsinin intensivləşdirilməsinə ciddi ehtiyac duyulurdu. Zənnimizcə, budəfəki konfransa suyu üfləyə-üfləyə içən bəzi Orta Asiya dövlətlərinin qatılmaması da məhz bundan qaynaqlanır; artıq konkret addımların atılması zərurəti ortaya çıxıb, yeniliklərdən çəkinən Türkmənistan və Özbəkistan kimi dövlətlər isə daha ləng hərəkət etməyə üstünlük verirlər. Fəqət gələcəkdə Ümumtürk Milli Təhlükəsizlik Mərkəzi çərçivəsində əldə olunan müsbət nəticələr bu gün kənarda durmağı daha uyğun görən ölkələrin də bu quruma meylini gücləndirəcək və hədəflənən nəticəyə varılacaq. Necə ki, II Dünya müharibəsindən sonra Avropa Birliyi ideyasını yalnız iki dövlət – Almaniya və Fransa, həm də Kömür və Polad Cəmiyyəti şəklində ortaya atmışdı, daha sonra isə bu ideya böyüyərək bütün Qərb dünyası tərəfindən dəstəkləndi; mümkündür ki, Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanlarının XXII Konfransında irəli sürülən bu ideya da qısa müddətdən sonra bütün türkdillilərin ortaq məfkurəsinə çevrilsin.

Əldə etdiyimiz məlumata görə, budəfəki uğurun əldə olunmasında ev sahibi Azərbaycanın xüsusi rolu olmuşdur. Konfransdan qabaq DTX sədrinin Türkiyəyə səfərinin də əsas məqsədi bu barədə danışıqlar aparmaq və yekun qərarın hazırlanmasında tərəfləri razı salmaqdı. Görünür, prezident İlham Əliyevin son kadr islahatlarında Əli Nağıyevi DTX-ya sədr vəzifəsinə gətirməsi də təsadüfi deyildi. Sabiq milli təhlükəsizlik yetkililərinin etiraf etdiyi kimi, öz işinin peşəkarı olan Əli Nağıyevin uzaqgörənliyi sayəsində Azərbaycanın təhlükəsizliyi təkcə bizim məsələmiz olmaqdan çıxaraq, həm də Türkiyənin, Qazaxıstanın, Qırqızıstanın, ümumiyyətlə bütün Türk dünyasının başlıca strategiyasına çevrilmişdir. Digər türk dövlətlərinin təhlükəsizliyi də bizim və hamımızın məsələsi olduğu kimi. (ADAM)

loading...
"Diplomatik manevrlər etmək lazımdır, lakin..."
"Rusiyaya yaxınlaşmaq, Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur..."
ABŞ Qarabağ məsələsində “demokratik” Paşinyandan necə məyus oldu... - FOTO
Anası ölən danaya it sahib çıxdı - VİDEO
Məşhur matador buğanın hücumuna məruz qaldı - VİDEO
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
"Bu cür tərbiyyəsiz şeirlər, tərbiyyəsiz adamların tərtib etdiyi kitablarda ola bilər..."
Gündəm
Ermənilər Xocavənd şəhərində 115 yeni mənzil tikməyə başladı...- FOTOLAR
Maraqlı
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü...
Hadisə
Prezident və Baş Nazir partlayış təhlükəsi barədə İKİ HƏFTƏ ÖNCƏ BİLİB...
Cəmiyyət
“Müalicə xərclərim 5 minə çatıb, sənədləri saxlamışam, zəhmət çəkib pulumu qaytarsınlar”

Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Sultan Laçın
“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”
Həftənin ən çox oxunanları
"Son dəfə Qurban bayramı günü danışdım, bayramını təbrik etdim, səs o səs deyildi..."
Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya
Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - Video
Kafe və restoranlar açılacaq – Baş nazirdən AÇIQLAMA
Lukaşenkonun təyyarəsi Minski tərk etdi, şəhərə qoşun yeridildi
“Türkiyənin göstərişi ilə ölkəyə girən pakistanlılar Ermənistanı daxildən dağıdacaq”
"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Aybəniz Haşımovanın köməkçisi Aynişanla bağlı yayılan söz-söhbətə aydınlıq gətirmədi...
İranda haqqında deyirlər: "Professor İsmayılovu Rusiyadan bizə Allah göndərib..."
Lukaşenko ailə üzvlərini Türkiyəyə qaçırtdı?..- GƏRGİNLİK ARTIR!..
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247