BDU-nun 100 illiyinə həsr olunan konfrans başa çatıb
  -FOTOLAR
1487
30 Aug 2019 | 19:38

BDU-nun 100 illiyinə həsr olunan konfrans başa çatıb -FOTOLAR


Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransının (IECMSA-2019) bağlanış mərasimi keçirilib.

BDU-nun rektoru Elçin Babayev dörd gün davam edən konfransın işini yüksək qiymətləndirib, bölmə iclaslarında təqdim olunan məruzələrin, aparılan elmi müzakirələrin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Rektor gələcəkdə dünyanın tanınmış riyaziyyatçılarının iştirakı ilə Bakı Dövlət Universitetinin tələbə, magistr və doktorantları üçün riyaziyyat üzrə məktəblərin təşkil olunması təklifini irəli sürüb.

Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun Bakı Dövlət Universitetinin əsas tərəfdaşlığı və ev sahibliyi ilə keçirilən konfransın faydalı olduğunu bildirib və təqdim olunan məqalələrin toplu şəklində və indekslənən jurnallarda nəşr olunacağını haqqında məlumat verib.

Sonra beynəlxalq konfransın bölmə iclaslarına rəhbərlik edən yerli və xarici alimlərin hesabatları dinlənilib. Azərbaycanda olmaqdan məmnunluqlarını bildirən qonaqlar, konfransın işini yüksək dəyərləndirib, təşkilatçılara, universitet rəhbərliyinə minnətdarlıq ediblər. 
Bağlanış mərasimində rektor Elçin Babayev Türkdilli Dövlətlərin Riyaziyyatçılar Cəmiyyətinin fəxri prezidenti, tanınmış alim, bacarıqlı elm təşkilatçısı Hilmi Hacısalihoğlunu “Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə, Azərbaycan riyaziyyatçılarına göstərdiyi xüsusi diqqət və qayğıya görə” “BDU-nun Fəxri diplomu” ilə təltif edib. 
Bakı Dövlət Universitetinin bir qrup əməkdaşı Təşkilat Komitəsi tərəfindən konfransın təşkilində göstərdikləri xidmətlərə görə sertifikata layiq görülüblər. 
Qeyd edək ki, Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə baş tutan konfransda Cəbr, Topologiya, Riyazi analiz və differensial tənliklər, Statistika, Tətbiqi Riyaziyyat, Riyazi təhsil, Diskret Riyaziyyat, İnformasiya təhlükəsizliyi, Həndəsə və riyaziyyatın digər sahələri ilə bağlı 43 ölkədən daxil olmuş 243 elmi məruzə dinlənilib.

PervanePervanePervanePervane
Link kopyalandı!
Son xəbərlər