Anastas Mikoyandan tarixi etiraf:
6736
29 Aug 2019 | 23:03

Anastas Mikoyandan tarixi etiraf: "Ermənistan Respublikası həyasız saxtakarlıqdır..."

Moderator.az ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin növbəti hissəsini təqdim edir. 
Əvvəlini buradan oxuya bilərsiniz: //www.moderator.az/news/285407.html

Anastas Mikoyan: "Türkiyə erməniləri, daşnakların uzağı görməyən və avantürist siyasətlərinin qurbanı” 

Anastas Mikoyan Ermənistan Kommunist Partiyasının 2-6 mart 1919-ci l tarixdə keçirilmiş III Beynəlmiləl   Konqresinə təqdim etdiyi hesabatda açıq şəkildə bunları yazırdı: "Türkiyə erməniləri, daşnakların uzağı görməyən və avantürist siyasətlərinin qurbanı”.
 
Həmin hesabatın davamında belə deyirdi:

"...Ortaya çıxmış böyük təhlükə budur: Burjua millətçisi partiyalar, millətlərin öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək destruktiv siyasətlərini daha da gücləndirirlər, qaranlıq milli ehtiraslarını şişirdirlər və millətlərin öz müqəddəratını təyin haqqı bəhanəsi ilə bütün ölkəni milli münaqişələrin arenası vəziyyətinə gətirirlər”.

Hesabatda daha nələr yer almışdı? Bunlardan Mikoyanın xəbəri var idimi? Bu hesabatın müəllifi Mikoyan idimi? 

Ermənistan Dövlət Arxivlərinin müdiri Amatuni Virabyan da, Mikoyanın vəhşət saçan hadisələrdə iştirakına dair kifayət qədər sənəd və dəlil olduğunu təsdiq edərək bu hesabatın həqiqətən də müəllifinin Mikoyan  olduğunu söyləyib.

Bolşevik Mikoyanın abidəsinin İrəvanın mərkəzindəki Isahakyan-Koryun küçələrinin mərkəzində ucaldılması planlaşdırılarkən ona qarşı çıxanlardan biri də Amatuni Virabyan idi və "Anastas Mikoyan "qarmaşıq şəkildə siyasi yürütmüş, ermənilər üçün faydalı bir insan omamışdır, niyə ona heykəl ucaldıldığını anlamırıq", - deyirdi. Virabyana görə, Mikoyanın imzası ilə, bunu sübut edəcək  bir çox sənəd var. Məsələn, yalnız 22 sentyabr 1937-ci il tarixli sənəd onun erməni xalqının düşməni olduğunu sübut edir. Bu sənədə görə, "Ermənistanı Sovet hakimiyyətinin əleyhinə olan ünsürlərdən təmizləmək" adı ilə minlərlə günahsız erməni edam edilib.

"Erməni soyqırımı" müzeyinin direktoru Hayk Demoyan deyib ki, "1937-1938-ci il sənədlərində Mikoyanın erməniləri məhv etdirmək qərarını verənlərdən və hətta qətl edilənlərin sayını artırmaq istəyənlərdən biri olduğu bəllidir, həbs və edam sayının artırılması təklifini bir rus və yaxud türk deyil, o, verib". Demoyana görə, edam edilənlərin aralarında minlərlə siyasətçi və ziyalı olub.

Anastas Mikoyan: "Ermənistan Respublikası - həyasız saxtakarlıqdır" 

- Qarşı inqilabın hiyləgər siyasəti, xüsusilə erməni-tatar (Azərbaycan) əhalinin birlikdə yaşadıqları yerlərdə çox ağır şərtlər doğurmuşdu. Bir tərəfdən erməni burjuaziyasının partiyası Daşnaksütun, digər tərəfdən müsəlman bəylərin partiyası Müsavat soyqırım çağırışları edirdi. Bu şeytanların qızışdırdığı ermənilər müsəlmanları, müsəlmanlar isə erməniləri kəsirdi. Qardaş qardaşa qırdırılırdı. (...)
- Bu fitnə-fəsad siyasəti zəhmətkeş kütlələrə acı bir şəkildə yansıdı. Ayılan müsəlman kəndlilər və inqilabçı cərgələrə yaxınlaşan zəhmətkeş erməni kütlələri fikirlərini dəyişdirdilər və özlərini dost göstərən şeytanların əlində kor silah halına gəldilər. 
Şeytanlar isə mənafelərini aralarında bir-birinə zidd iki düşərgə şəklində bölüşdürərək iki ayrı salonlarda oturdular və ziyafət verdilər. Şərablarla dolu qədəhlərini toqquşdurarkən, erməni və müsəlman kütlələrin qanlarını içdilər, vücudlarını gəmirdilər. Şərabdan və qandan sərxoş olub, şeytanı gülüşləri ilə yanaşı, ayrı-ayrı yerlərdə bir ağızdan haqırdılar: "Parçala və idarə et! (...)
Türkiyə Erməniləri daşnakların uzağı görməyən və macəraçı siyasətləri nəticəsində 300-500 min aralığında qurban verdi.
- Daşnaklar nəyin uğrunda ermənilərin təmizlənməsinə yol açdılar? Ermənilərin fiziki cəhətdən cırlaşmış partiyası Ermənistanın "azad" mədən məntəqələrini və sərvətini azad erməni burjuaziyasının malı halına gətirməyin xəyalını qurdu. Erməni də zəhmətkeşsiz Ermənistan. Bu, erməni burjuaziyasını, daşnakları və ermənisevər ingilis və amerikan imperialistlərini heç bir şəkildə narahat etmədi. Erməni burjuaziyasının kapitalı Avropa dövlətlərinin himayəsində olduqca güclənmişdi. Erməni kapitalistlərinin fiziki varlığı hər hansı şərt altında təhlükədə deyildi.
 - Erməni burjuaziyası nə qədər qorunsa da, nə qədər ciblərini doldursa da, Daşnaksütyun o qədər erməni zəhmətkeş kütlələrinin qanını sordu. (...)
- Bu gün Ermənistanı ingilis komandanlığı vasitəsilə və ingilis generallarının qırmancı ilə sərvət atası Pogos Nubar Paşa məşhur ingilis nökəri və siqaret istehsalçı Enfiancants idarə edir.
Şübhəsiz ki, parıldayan ingilis qızıllar, yaltaqların gözünü kor edir.
- Ancaq ingilis imperialistləri erməni zəhmətkeşlərinin son tikəsini də əlindən almaqdan geri qalmır və erməni xalqını aclığa və xəstəliklərə tərk edir. Bunu son gələn xəbərlər və hətta millətçilərin öz mənbələri təsdiqləyir.
- On minlərlə erməni aclıqdan və xəstəlikdən ölür.
- Ermənistanda uşaqlar itlərin qarşılarındakı hər yanı gəmirilmiş sümükləri oğurlayırlar.
- Öz taleyinə buraxılmış cəsədlər küçələrdə çürüyür. Nə toplayan var, nə basdıran. Amma "humanist ingilislər", "şanlı müttəfiqlərimiz" eşitməzlikdən, görməzlikdən gəlir. (...)
1. Avropa dövlətlərinin şarlatanlarının "himayəsi" Ermənistan xalqlarını utancverici köləliyinə çevrilmişdir. İmperialist talançıların daxili işlərinə qarışması nəticəsində Ermənistan əhalisini sürətlə itirir. On minlərlə basdırılmamış meyit şəhərlərin və kəndlərin küçələrində çürüyür. İtlər aclıqdan və xəstəlikdən ölmüş cəsədlərlə qidalanır. Ermənistanın aclıq çəkən uşaqları isə itlərin önlərindən gəmirilmiş sümükləri oğurlayırlar. Milyonlarla insan ümidsiz və gücsüz şəkildə aclıqdan ölümü gözləyir.
- Ermənistanın qlobal imperializm tərəfindən qanı sorulmuş əməkçi sinifləri Ermənistanın daxili işlərinə hər cür imperialist müdaxiləyə qəti şəkildə etiraz edir. (...)
 - Ermənistan Kommunist Partiyası ingilis-amerikan küçüklərinə müharibə elan edir.
 2. Uilson və Loyd Georgeun cəmiyyətinə boyun əyən və Bern konfransında onlarla paralel qərarlar qəbul edən sarı beynəlmiləl erməni "sosialistləri" erməni proletarlarını və kəndlisini heç bir şəkildə təmsil edə bilməz.
- Bernin "erməni sosialistləri" utanmadan əllərini yüz minlərlə günahsız erməni zəhmətkeşinin qanına bulamış sosial-xainlərə daxildirlər.
 - Bernin "erməni sosialistləri" ingilis-amerikan imperialistlərinin sadiq pullu əsgərləridir. (...)
3. Ermənistan hökuməti talançıların, şantajçıların və cəlladların dəstidir.
- "Ermənistanın nazirləri" erməni xalqının töküntüləri, ingilis-amerikan imperializminin sadiq nökərləri, insan əti ilə qidalanan çaqqallardır.
- Ermənistan Kommunist Partiyası bu itləri yer üzündən silməyə xalqın adından and içmişdir.
Ermənistan Kommunist Partiyasınn Mərkəzi Komitəsinin üzvü Haykuni 
Erməni tədqiqatçılar bu fikirlərin əsl müəllifinin Mikoyan olduğunu hesab edirlər. Haykuni sadəcə olaraq hesabatı təqdim edib.
Ermənistanda 1921-ci ilin fevral ayında üsyanlar oldu. Milli Qurtuluş Komitəsinin sədri Sarkis Vratsyan 1921-ci ilin fevralındakı erməni üsyanlarının səbəblərini şərh edərək, bunun daha çox bolşevik rəsmilərin yanlış siyasəti ilə əlaqəli olduğunu bildirdi.
Ermənistandakı bolşevik liderlər erməni ordusunun və məmurlarının dağıntısı, qonşuları ilə problemləri həll etməmək kimi həbslərə, zülmlərə məruz qalmaları ilə xalqı silahlı üsyanı halına gətirdilər. Üsyanın nəticələrinə toxunan Vratsyan erməni xalqının bir daha haqlarına qovuşmağa hazır olduğunu sübut etdiyinə diqqət çəkdi. S.Vratsyana görə, üsyanın nəticəsi olaraq Ermənistandakı bolşeviklər xalq əleyhinə siyasətini yumşaldı. Cənubi Qafqazda Rusiya ilə Türkiyə arasında qurulan ittifaq yeni mənzərə yaratmışdı. Artıq "indiki" (Qafqaz) Ermənistandakı gələcək Sovet rəhbərliyinin yalnız sözdə deyil, əməldə də "Böyük Ermənistan" ideyasından imtina etməsindən sonra Qafqazda qalan Türkiyə-erməni mühacirlərinin "vətənə" qaytarılması təklif edilirdi. Bundan başqa, Ermənistanda müsəlmanları sıxışdırmaq, narahat etmək siyasətinə birinci dəfədə son verməklə müsəlman kütlələrinin etibarını qazanıb, Türk xalqı və ermənilərlə müsbət əlaqələr qurmağı və beləliklə, erməniləri Türkiyəyə, yaşayış yerlərinə geri qaytarmağı bacara, yaranmış bu vəziyyətdən yeganə xilas yolu kimi bu həll yolunu nəzərdə tuturdular. Bu fikrin memarlarından biri Mikoyan idi.
Anastas Mikoyanın "Ermənistan" ifadəsində mötərizədə "Qafqaz" yazması real geosiyasi anlayışdır. Dünya müharibəsinin başlamasının geosiyasi nəticələrindən biri də "Qafqaz Ermənistanı" dövləti olmuşdur. Bu dövləti Ermənistan Kommunist Partiyasının III Kommunist beynəlmiləlinin I Konqresindəki nümayəndəsi belə qiymətləndirmişdir: "Ermənistan Respublikası - həyasız saxtakarlıqdır, Ermənistan xalqlarının öz müqəddəratını həqiqətən müəyyən etməsinin təhrif edilməsidir". Ermənistan Kommunist Partiyasının nümayəndəsinin çıxışında diqqət çəkən bir məqam daha var. O, daşnakların "alçaq oyunu" səbəbindən "tövbə edən erməni" insanının 30.000 qurban verdiyini" deyərkən Türkiyə ermənilərinin itkiləri ilə müqayisə edirdi”.  Osmanlı İmperiyasını, Türkiyə Dövlətini, Türkləri ermənilərə qarşı soyqırımı törətməklə ittiham edən ermənilər 1,5-2 milyon soydaşlarının öldürüldüyünü yaymaqda davam etdikləri halda, erməni kommunisti beynəlxalq tribunadan Türkiyə ermənilərinin 300.000 və yaxud 500.000 qurban verdiyini qeyd etmişdi.
Türkiyə ermənilərinin bu itkisinin daşnakların "gələcəyi görməyən və macəraçı siyasətləri" nəticəsində baş verdiyini bildirmişdi. Dünya müharibəsinin sonunda, 1915-ci il hadisələrinə yaxın vaxtlarda erməni kommunistinin dediyi rəqəm, irəli sürdüyü səbəblər bugünkü erməni siyasətçilərinin, ziyalılarının iddia etdikləri ilə, tamamilə ziddiyyət təşkil edir. Türkiyə milli istiqlal savaşı ilə sovet Rusiyası arasında qurulan müttəfiqlik əlaqələri nəticəsində "Türkiyə Ermənistanı" problemi uzun müddət donduruldu. Hətta erməni kommunist A.Mikoyan Türkiyə erməniləri arasında kommunist fəaliyyəti göstərmək üçün erməni kommunistlərinə Türkiyə Kommunist Partiyasında birləşməyi və lazım gələrsə, bu partiyanın xüsusi erməni firqəsini yaratmağı təklif edirdi. Mikoyan Türkiyə erməniləri arasında kommunist fəaliyyəti göstərmək üçün Ermənistanın Milli Kommunist Partiyası adlandırılan siyasi gücünü yetərli hesab etmirdi. Belə ki, bu partiyanı "bütöv" (Qafqaz və Türkiyə) Ermənistan mövqeyində olan, "kommunizm pərdəsi altında erməni millətçiliyini" yayan, sovet hakimiyyəti uğrunda mübarizə adı altında müsəlmanları qətlə yetirən partiya kimi qiymətləndirirdi. 
Hələ "erməni problemi"nə aid bir mövqe nümayiş etdirmək məsələsində ortaq fikir hakim deyildi. Bolşeviklər Rusiyada hakimiyyəti ələ keçirdikdən sonra Rusiya hökumətinin "erməni problemi"nə münasibəti dəyişməmişdi. Yeni Rusiya üçün "erməni problemi" ermənilərin müharibədən əvvəlki vəziyyətindən və "Türkiyə Ermənistanı" ilə bağlı problemindən qaynaqlanırdı. Müharibədən sonrakı vəziyyət isə bu mövqeyinin dəyişməsini zəruri hala gətirmişdi. Yeni geosiyasi şəraitdə "erməni problemi"nə ənənəvi yanaşmanı əsassız, yanlış, hətta zərərli olaraq qəbul edən komunistlər arasında Mikoyan da var idi. Ermənistanın ilk baş naziri Hovhannes Kaçaznuni də bunların yanlış siyasət olduğunu anlamış və Daşnaksütyun Partiyasının konqresinə təqdim etdiyi hesabatda bunlardan bəhs etmişdi: "Tarixən Ermənistanın bizə təhvil verilən ənənələr və Avropa diplomatiyasının vədləri istiqamətində, müstəqilliyimizin əsasını təşkil etmək üçün lazım olan bölgələr boşaldıldı; Erməni vilayətləri ermənisiz qaldı. (...). Acı-acı pis tariximizə sızlamaq, öz bədbəxtliyimizdə başqa səbəb axtarmaq Daşnaksütyun partiyasının da qaça bilmədiyi milli psixologiyamızın tipik xüsusiyyətidir. Rusların bizlə alçaqcasına davrandığına əmin idik, sanki, xüsusi bir təsəlli verəcəkmiş kimi. (Sonra sırada fransızlar, amerikalılar, ingilislər, gürcülər, bolşeviklər, yəni bütün dünya vardı). Tənbəlliyimiz və uzaqgörən olmağımız sanki qəhrəmanlıqdır. (...) Müsəlman bölgələrində nizamı təmin edəcək inzibati tədbirlər görəmmədik, silaha sarılmaq məcburiyyətində qaldıq, qoşunlar göndərdik, dağıtdıq, qırğınlar törətdik və bu uğursuzluğun sonunda, şübhəsiz, hakimiyyət olaraq nüfuzumuzu itirmişik".
"Biz müharibədən qaçmaq üçün əlimizdən gələn hər şeyi etmədik. Nəticədə müstəqil olaraq, türklərlə ortaq dil tapmaq üçün daha çox səy göstərməliydik. Bax, bunu etmədik. Müharibədən qorxmurduq, çünki qələbədən tam əmin idik. Gördük ki, şəxsən biz müharibə istəyirdik. Sərhəddə hərbi hərəkatlar başlamışdı ki, türklər görüş təklif etdilər. Təkliflərini rədd etdik. Bu, böyük cinayətdi. Fakt, bağışlanılmaz fakt budur ki, müharibədən qaçmaq üçün heç nə etmədik. Tam əksinə, müharibəyə biz yol açdık". (...)
 "Türklər nə etdiklərini bilirdilər və peşmançılıq çəkmələrini tələb edəcək bir məqam yoxdur. Sonradan da aydın olduğu kimi, bu üsul, Türkiyədə erməni məsələsinin əsaslı həlli üçün ən qəti və ən uyğun variantdır".
1920-ci ilin yayında artıq Azərbaycan bolşevik lider İosif Stalin tərəfindən Türkiyə ilə birlikdə dəstəklənirdi. Sovet Rusiyası Türkiyəyə yardımlar edirdi. Bu siyasəti erməni bolşeviklər dəstəkləmək məcburiyyətində idilər. Mikoyanın da fikir dəyişikliyində bu siyasət rol oynamışdı.

Ardı var...
Link kopyalandı!
Son xəbərlər