Xəbər lenti
14/11/2019 [17:30]:
İnək nəcisindən sabun, sidiyindən isə kosmetik vasitə hazırlanacaq - MARAQLI
14/11/2019 [17:28]:
“Sevil” tamaşasının primyerası olub - FOTO
14/11/2019 [17:16]:
BSU-da Pedaqoji fakültədə təhsil alan tələbələr üçün seminar keçirilib - FOTO
14/11/2019 [16:59]:
İlham Əliyev Mahmud Abbası təbrik edib
14/11/2019 [16:58]:
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
14/11/2019 [16:50]:
İcazəsiz ov edən şəxslər saxlanılıb
14/11/2019 [16:43]:
Goranboy rayonunun Xasadarlı kəndinə qaz verilib - FOTO
14/11/2019 [16:38]:
Şuranın dəstəyi ilə yaradılan grant.az saytının təqdimatı keçirilib - FOTOLAR
14/11/2019 [16:33]:
QAT erməni jurnalistlərin səfərinin mümkün olmayacağını bildirib
14/11/2019 [16:28]:
“Burda Tramp faktoru var və o, çalışacaq ki, Türkiyəylə münasibətlərdə tam qırılma olmasın...”
14/11/2019 [16:21]:
Şair Şamxal Rüstəm vəfat etdi - FOTO
14/11/2019 [16:20]:
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri başlayır
14/11/2019 [16:17]:
Bakıda məktəbli qız uşaq dünyaya gətirdi
14/11/2019 [16:14]:
Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI
14/11/2019 [16:10]:
Ərdoğan Trampın sözünü kəsdi və səhvini düzəltdi - VİDEO
14/11/2019 [16:10]:
ADNSU-da Fərman Salmanova həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib
14/11/2019 [16:07]:
“Xaricdən gələn investisiyalara vergidən azadetmə və güzəştlər tətbiq edilsin”
14/11/2019 [16:05]:
BMqT-nin Azərbaycan nümayəndəliyi Zaqatalada təlim-seminar keçirtdi
14/11/2019 [16:00]:
Beyləqan şəhərinə 8,5 km magistral su xətti çəkilib - FOTOLAR
14/11/2019 [15:53]:
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO
14/11/2019 [15:41]:
İranda yol qəzasında 28 nəfər ölüb
14/11/2019 [15:38]:
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
14/11/2019 [15:36]:
Akademik Musiqili Teatrın aktyoruna Mədəniyyət Nazirinin mükafatı təqdim olundu
14/11/2019 [15:33]:
Bankomatlara xüsusi kameralar quraşdırılacaq - Rusiyada
14/11/2019 [15:32]:
""Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur"
14/11/2019 [15:31]:
Azərbaycanda birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənib
14/11/2019 [15:30]:
Gürcüstan müxalifəti genişmiqyaslı mitinqlərin keçiriləcəyini bəyan edib
14/11/2019 [15:29]:
Ali təhsil çox böyük transformasiyalara uğrayıb”
14/11/2019 [15:25]:
Azərbaycan neftinin bareli 67,43 dollara satılır
14/11/2019 [15:24]:
Kərim ona gələn təkliflərdən DANIŞDI: “Bəylər mənə yazır” –FOTO/VİDEO
14/11/2019 [15:21]:
“Məni kim tanımır ki?!” - FOTO/VİDEO
14/11/2019 [15:20]:
ATU rektoru Türkiyənin Boylam Psixiatrik Xəstəxanasının professoru ilə görüşüb - FOTO
14/11/2019 [15:08]:
Milli Məclis Aparatının saxlanmasına 45,488 milyon manat XƏRCLƏNƏCƏK
14/11/2019 [15:02]:
Özündən 48 yaş böyük kişi ilə evlənən aktrisa boşanır - FOTO/VİDEO
14/11/2019 [14:57]:
Bu dünya ulduzu 13 ildir mobil telefondan istifadə etmir
14/11/2019 [14:57]:
Tanınmış aktrisanın səhnədə vəziyyəti pisləşdi, xəstəxanaya qaldırıldı
14/11/2019 [14:55]:
Türkiyə prezidenti Allahşükür Paşazadəni təbrik edib
14/11/2019 [14:52]:
Türkiyədə hərbi hissədə partlayış: 17 nəfər xəsarət aldı
14/11/2019 [14:50]:
Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib
14/11/2019 [14:48]:
Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb - FOTO
14/11/2019 [14:46]:
Şamaxıda dörd uşaq anasını zorlamaq istəyənlər məhkəmə qarşısında
14/11/2019 [14:41]:
“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” - VİDEO
14/11/2019 [14:38]:
“İnsanlar adi qaydada pul qazanmaq imkanından məhrumdurlar”
14/11/2019 [14:30]:
Vladimir Putin Allahşükür Paşazadəni təltif edib
14/11/2019 [14:28]:
Serialın başıbağlı obrazını bu halda görməmisiniz - Dekolte, qısa ətək və başqa açıq-saçıq fotoları
14/11/2019 [14:27]:
Kəlbəcərdə 3 erməni Tərtər  dərəsinə yuvarlanıb öldü...
14/11/2019 [14:26]:
“Qulaqlarınız daha çox nəzərə çarpır” - vitse-spiker
14/11/2019 [14:24]:
Prezident təqaüdçüləri solo konsertlə çıxış edəcəklər
14/11/2019 [14:17]:
Yaşlı qadın Medvedevin qarşısında diz çökdü - VİDEO
14/11/2019 [14:15]:
Nursultan Nazarbayevin qızı Ermənistana getdi
14/11/2019 [14:11]:
“Azərbaycanda nağdlaşdırılan vəsait azalıb”
14/11/2019 [14:08]:
Bərdədə üçotaqlı ev külə döndü - FOTO
14/11/2019 [14:06]:
BDU-da “Cybernetic19” adlı təlim keçirilib
14/11/2019 [13:59]:
“Bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılıb”
14/11/2019 [13:52]:
“YPG ilə əməkdaşlığımız davam edəcək...” - ABŞ müdafiə nazirindən qalmaqallı açıqlama...
14/11/2019 [13:50]:
Təhsil Nazirliyi: Nöqsanlara yol verən yeddi nəfərə töhmət verilib
14/11/2019 [13:25]:
Hava yağmurlu olacaq
14/11/2019 [13:22]:
Sağlam yaşamaq necə qidalanmağımızdan asılıdır: Satan da bizik, alan da...
14/11/2019 [13:19]:
Bakı alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına ev sahibliyi edəcək
14/11/2019 [13:17]:
Qardaşı İlham Həsənin saxlanılmadığını deyir
14/11/2019 [13:17]:
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır
14/11/2019 [13:10]:
Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların sayı açıqlandı
14/11/2019 [13:08]:
Deputat müğənniləri hədəf aldı: "Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər"
14/11/2019 [13:06]:
“Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub”
14/11/2019 [13:03]:
Patriarx Kirill: “Ənənəvi dinlərə qarşı əsl müharibə gedir”
14/11/2019 [12:57]:
“Vergilər Məcəlləsinə 162 dəyişikliyin edilməsi nəzərdə tutulub”
14/11/2019 [12:55]:
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu - VİDEO
14/11/2019 [12:52]:
UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır - FOTO
14/11/2019 [12:49]:
Tanınmış vəkil bəzi soydaşlarımızın Almaniyada həbs olunma xəbərindən danışdı
14/11/2019 [12:47]:
Nazir Kürdəmirdə, müavinləri Ucar və Zərdabda qəbul keçirəcək
14/11/2019 [12:47]:
“Xocalı parkları” genişlənməlidir” – “Cinayətkarlar beynəlxalq tribunala cəlb edilməlidir”
14/11/2019 [12:38]:
“Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edir”
14/11/2019 [12:37]:
"Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği” adlı layihənin açılışı keçirilib - FOTO
14/11/2019 [12:32]:
"Müğənni çılpaq geyimiylə, onu saxlayanla yox, ifasıyla gündəmə gəlməlidir..."
14/11/2019 [12:31]:
"Putin, türk diplomatın mesajını eşit!..-  Uduzmazsan!.."
14/11/2019 [12:29]:
İki vəzifəli şəxsə korrupsiyaya görə cinayət işi açıldı
14/11/2019 [12:26]:
ADU-nun rektoru ÇXR Pekin Bələdiyyəsinin Təhsil Komissiyası nümayəndə heyəti ilə görüşüb - FOTO
14/11/2019 [12:11]:
Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzillərin sənədləri təqdim edilib - FOTO
14/11/2019 [12:01]:
“Azəristilik” rəsmisi: "Bakıda bütün binaların istiliklə təminatı mümkün deyil"
14/11/2019 [11:59]:
“Radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaqdan o yana keçmir”
Bütün arxiv bir sırada
29/08/2019 [10:18] - Köşə - ( 4528 dəfə baxılıb)

Ovçu da olmaq olar, ov da, əsas odur ki, ovu gətirən tula olmayasan...

İlham İsmayıl

Rusiya ədəbiyyatında Saltıkov Şedrin qədər ölkəsinin həqiqətlərini dəqiq və olduğu kimi tənqid edən az yazıçılar var. İki yüz il keçsə də o sanki bu günün Rusiyası üçün yazıb. Həm də yalnız Rusiya üçün yox, elə bizim üçün də.

Şedrin yazır: “Əgər mən yatsam və yüz il sonra ayılsam və məndən soruşsalar ki, Rusiyada indi nə baş verir, cavab verərəm: içirlər və oğurlayırlar”

Xarakterik və spesifik problemləri ilə uzun müddət yaşayan xalqlar da, fərdlər də məşhur rus yazıçısının sözünü özü üçün qəbul edib interpretasiya edə bilər. Bizim də spesifik dərdlərimiz, problemlərimiz, xarakterimizdə əsrlərlə formalaşan və toplum halında mənəviyyatımıza soxulan( məhz soxulan) mənəviyyatsızlıqlar olub və mövcuddur. Düzdür, bizdə içmək olsa da, Rusiyadakı kimi bəla deyil, bizim bəlalarımız, dərdlərimiz ayrıdır.  
 
Şedrinin dediyi kimi “yatıb, yüz il sonra ayılsam” və soruşsalar ki, Azərbaycan indi necədir.., (hər kəsin cavabı müxtəlif də ola bilər) cavab verərəm ki, “yenə yaltaqlanırlar, yenə oğurlayırlar və nəticəsi olaraq Qarabağ da azad olmayıb”.  Oğurluq deyəndə, təbii ki, söhbət dana oğurluğundan deyil, dövlətə və vətəndaşlara məxsus pulun, sərvətin oğurlanmasından gedir. Bizim başqa xoşagəlməyən mental xarakterlərimiz də var, amma qeyd etdiyimiz “yaltaqlıq və oğurluq” daha geniş yayılıb və daha təhlükəlidir. Yarım əsrdən çox yaşamışam və təəssüf ki, xarakterik xüsusiyyətlərimiz kimi bu eybəcərliklərin daim cəmiyyəti müşayət etdiyini, konkret siyasətin nəticəsi olaraq yarınmaqlığın necə stimullaşdırıldığını, mükafatlandırıldığını, bu yolla ən yüksək zirvələrə qalxmağın konkret nəticələrini sizlərlə birlikdə görə-görə gəlirik. Orta məktəbdə, universitetdə oxuyanda bunu az hiss edərdim. 
Bərdədə komsomol komitəsində işləyəndə bir gün partiya komitəsinin katibi məni çağırıb dedi ki, raykomun plenumu olacaq, sağıcı qız var, Yeganə (yadınızdadırsa adına mahnı da vardı, İslam Rzayev oxuyurdu “Yeganə, Yeganə”) plenumda çıxış edəcək, onun çıxışını sən yaz. Bu da onun göstəriciləri- yəni neçə inək, neçə buzov, nə qədər süd və sairə. Yazdım, aparıb verəndən 10 dəqiqə sonra katib məni çağırıb: “Bu nədi yazmısan? Belə çıxış olar? Burda heç minnətdarlıq yoxdur ki”. Katib yaxşı adam idi və səbrlə məni başa saldı ki, burda əvvəlcə rayonun birinci katibi Rüstəm Səfərəliyevə, sonra Heydər Əliyeviçə, lap axırda Leonid İliçə dərin minnətdarlıq və təşəkkür etmək lazımdır.
 
Atom bombası vardı sovet hakimiyyətinin, amma dağıldı. Sovet hakimiyyəti dağıldı və müstəqillik illərində neçə hakimiyyət dəyişib, amma minnətdarlıq, yarınmaqlıq, yaltaqlıq yüksək karyera üçün, bəzən isə bir tikə çörək üçün stimul olaraq davam edir. 

Yaltaqlığın və oğurluğun stimullaşdırıldığı, mükafatlandırıldığı cəmiyyət Qarabağı ala bilməz! Yaltağın qüruru yoxdur, ola bilməz. Düşmən torpağı alanda, yaltaq: “hər şey yaxşı olacaq” deyəcək, düşmən yenə torpaq işğal edəcək, yaltaq: “lazım gəlsə alarıq” deyəcək, yəni bir üzünə tüpürəndə, o biri üzünü çevirəcək. 

Nə qədər çox oğurlasan, bir o qədər təriflər səslənəcək. Məmur oğurladıqca bu şəraitin yaradıldığına görə yaltaqlığının dərəcəsini qaldıracaq, proporsional inkişaf cəmiyyəti saracaq və sarsıdacaq.
 Mən kiminsə nəyi var, nəyi yox, villaları, biznesləri, əmlakları hansı ölkələrdədir mövzusuna heç vaxt toxunmamışam, danışmamışam. Qarabağın yanında bunlar boş şeylərdir. Amma, birbaşa dövlət strukturları tərəfindən şəxsən özümün 24 saat içərisində 3 dövlət qurumu tərəfindən faktiki olaraq soyulduğumu və mənə məxsus olanları necə oğurladıqlarını sizinlə paylaşmaq istəyirəm.
  
16 ildir ki, bir köhnə maşın sürürəm, xərci borcundan çox olduğu üçün satmağı qərara aldım. Xaricə getdiyim üçün işləri tələsik görmək lazım idi. Maşınları başqa ada keçirən Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi iki irad bildirdi. Adınıza 2014 cü ildə (?) 300 manat cərimə var, onu ödəməlisiniz. Mən bu cəriməni məhkəmənin qərarı ilə olduğunu və elə o vaxt da ödədiyimi bildirsəm də razılaşmadılar. Qərarı verən Yasamal rayon məhkəməsinə və icra müfəttişliyinə müraciət etdim. Mənimlə razılaşıb cəriməni ödədiyimi təsdiq etdilər və müvafiq məktub verdilər. Məktub tələsik Yol polisinə çatdırıldı.Yol polisi məktubdan dilxor olsa da, fikrindən dönmədi. Dedilər ki, məhkəmə konkret hansı cəriməni ödədiyinizi göstərmədiyi üçün sənədləri başqasının adına verə bilmərik. Nə edək? İş tələsik olduğundan 300 manat pulu yenidən ödədik. Qəbz istədik, hörmətli Ramiz Zeynalovun tabeliyindəki işçilər qəbz verməkdən imtina etdilər. Burda Ədliyyə nazirliyi Yasamal rayon məhkəməsinin icra şöbəsinin verdiyi məktubun uyğun olmadığını hələ icra məmurunun otağında bildirsək də, məmur “uzağı 50 manat verin, həll etsinlər” demişdi. Bu, Ədliyyə Nazirliyi ilə Yol Polisi arasında danışılmış bir kombinasiyadır. Avtomobili alan şəxsi narazı salmamaq üçün məmurların bütün qanunsuz tələblərini yerinə yetirmək məcburiyyətində qalırdıq. 

İş bununla bitmədi. 16 ilin maşının mühərriki tam sıradan çıxdığından 2017-ci ildə mühərriki tamam dəyişməli olmuşduq. Belə situasiyada qanunla dövlətə 75 manat ödənilir və texniki pasportda yeni mühərrikin nömrələri yazılır. Yol polisi işçiləri burda da dirəndilər. 500 manat verin indi yazaq, dedilər.  Çək-çevir və tam alverçi xisləti ilə yol polisi əməkdaşları bizdən 400 manat aldılar və heç bir qəbz vermədilər. Maraqlı orası idi ki, qiymətin üstündə mübahisə edəndə polis işçiləri bu pulun onlara aid olmadığını “yuxarılara” çatacağını tez-tez təkralayırdılar. Bu “yuxarılar” haradır? Baş Dövlət Yol Polisi İdarəsinin rəisi? Bəlkə onu nəzərdə tuturlar? Ya ondan da yuxarı səlahiyyətliləri? Pul kimə çatır, cənablar? Gələn dəfə yəqin ki, açıqlayası olacam.
 
Qərəz, 6 il idarə etdiyim və çox pis vəziyyətdə olan 2003-cü il istehsalı, BMW 525, 90- MX- 357  dövlət qeydiyyat nişanlı avtomobilimi başqa ada keçirmək üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Dövlət Yol Polisi idarəsi birləşib məndən 700 manat pul ”oğurladılar”. Bəli, məhz Şedrinin dediyi kimi “oğurladılar”. Axı, bir cərimə üçün niyə iki dəfə pul ödəməlyəm? Biri oğurlandı.
 
İş bunula bitmədi. Fikirləşirdim ki, satdığım avtomobilin puluna Hollandiyadan gətirilmiş 10 illik bir maşını gömrük qeydiyyatından keçirib, nəhayət qismən maşınımı təzələyə bilərəm (10 yaşı olsa da) . Gömrük Komitəsinin internet sistemində gömrük qiymətləri ilə tanış olub, “Meyvəli” deyilən yerə yollandım. İnternetdəki qanunlara görə bu avtomobilə Azərbaycanda 7000 min manat gömrük rüsumu ödənməli idi. Bu yerin aurası ümumiyyətlə tam bazarı xatırladır. Bürokratiya həddən aşmış səviyyədədir. Bu öz yerində,  avtomobilin sənədləri ilə tanış olub, gömrük işçisi özlərinin dediyi kimi mənə “qiymət oxudular”-10135 manat. “Mübahisə yersizdir, sistem belədir, hara istəyirsiz deyin”-deyib söhbətə qəti yekun vuruldu. 

Mən xaricə səfər etdiyimdən avtomobil üçün “Etibarnamə”ni yaxın qohumun adına rəsmiləşdirib səfərə getməyə məcbur oldum. “Oğurlayırlar”, burda da mənim-vətəndaşın pulunu oğurlayırlar. 
 
Yəqin Ədliyyə Nazirliyinin və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərləri üçün 700 manat, Gömrük Komitəsinin rəhbəri üçün də 3135 manat önəmli rəqəmlər deyil, heç bir qadın çantasının pulu da etmir. Amma, mənim üçün gözlərimin nurunun itdiyi, başımın ağrıdığı səhifələrlə etdiyim tərcümələrdən əldə etdiyim gəlirdir. O tərcümə ki, dövlət nə vaxtsa istifadə edəcək. Avropa Şurasının qəbul etdiyi sənədlər, Avropa İnsan haqları Konvensiyasının qətnamələri... siz belə şeyləri bilməzsiniz, cənablar. Sizin heç “Konvensiya” sözünü də sonadək dərk etməyiniz şübhə yaradır. 
 
Mən bu qanunsuzluq haqqında məhkəməyə müraciət etmək istəyirdim. Amma, hələ tərəddüd edirəm, kimə kimdən şikayət edirəm axı? Xaricdən qayıdandan sonra bəlkə də üfüqdə Avropa Məhkəməsini fikirləşib addımlar atası olduq. Ya da “Qraf Monte Kristo” restoranında Dümanın qəhrəmanları kimi “ədalətin bərpası qisasdan keçir” mövzusunda diskussiya açdıq. 

P.S. İqtidarda münasibətdə olduğum bir tanışım var. Hərdən yazılarımı oxuyandan sonra deyir ki, niyə sərt yazırsan, lazım deyil. Əziz tanış, axı niyə də sərt yazmayım, axı bu adamlar sərt yazana belə münasibət bildirirsə, gör yazmayan milyonlara qarşı necə davranırlar. Axı, mən niyə yazmayım? Mən müstəqil Azərbaycan  dövlətindən statusuma görə heç nə istəməmişəm, heç nə tələb etmirəm də. Mən sadəcə ovam, sistem isə ovçu. Ovçu da olmaq olar, ov da.., əsas odur ki, ovu gətirən tula olmayasan. 

İlham İsmayıl
Qarabağ müharibəsinin veteranı, II qrup əlil, polkovnik-leytenant

loading...
loading...
Pulsuz benzin üçün bunu da etdilər - MARAQLI + FOTOLAR
Bu heyvanlar da insanlar kimi yas saxlayır - MARAQLI ARAŞDIRMA
"Bu qurumun ləkələnmiş imici artıq aradan qaldırılmaqdadır və biz bunu alqışlayırıq..."
Dünyanın ilk Ebola peyvəndi təsdiqləndi
"Hökumət hələ uşaqpulu məsələsində birbaşa addımlar atılmasına hazır deyilsə, o zaman..."
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Burda Tramp faktoru var və o, çalışacaq ki, Türkiyəylə münasibətlərdə tam qırılma olmasın...”
Dünya
İranda yol qəzasında 28 nəfər ölüb
Siyasət
“Heç bir lider Ərdoğan qədər istədiyini əldə edə bilmədi...”
Gündəm
“Haraya ki, türk ordusu girir, oraya hüzur, çörək, nizam gəlir”
Dünya
Beş milyon insan quraqlıq səbəbiylə qida böhranıyla üzləşəcək - BMT
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Yanvardan pensiyalar bu qədər ARTACAQ
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Qalmaqallı biznesmenin maşınına bomba atıldı, cangüdənin başı qopdu - DƏHŞƏT + VİDEO
Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..
Rusiyanın zəmanəti ilə Talışa köçürülən ermənilər...
“Onlar rus ordusunun hücumunu önləməyə qadir deyil”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247