Paşinyanın məxfi hesabatı Azərbaycanın əlinə keçdi -“Sevan oğlanları” yanıldılar
Dünya
Oxunub: 1608
24 Aug 2019 | 11:53
Paşinyanın məxfi hesabatı Azərbaycanın əlinə keçdi
 -“Sevan oğlanları” yanıldılar
Ermənistanın yeni hökuməti "Ermənistanın 2050-ci ilə qədər Transformasiya Strategiyası" adlı hesabat hazırlayıb. Bu il iyulun 26-da təsdiqlənmiş, ekspert məsləhətləşmələri üçün nəzərdə tutulmuş ilkin hesabat “məxfi” hesab olunur. Lakin bütün məxfiliyinə baxmayaraq, nüsxələrindən biri virtualaz.org-un əlinə düşüb. Rəsmi Yerevanın gizli sənədinin onunla müharibə aparan bir ölkənin mediasına necə gəlib düşməsinin təfərrüatına varmayacağıq, ancaq mahiyyətini nəzərdən keçirəcəyik.

 

Hətta "Ermənistanın 2050-ci ilədək Transformasiya Strategiyası" ilə səthi tanışlıq belə, bu sənədlə 2016-cı ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üçün Strateji Yol Xəritələri" arasında müəyyən bənzərliyin olduğunu göstərir.

Əlbəttə ki, hər bir dövlət iqtisadi sistem də daxil olmaqla uzunmüddətli inkişafı üçün konseptual strategiya hazırlamalıdır. Qarabağdan olan səhra komandirləri klanının dövründə Ermənistan tərəfi belə bir strategiyaya sahib ola bilməzdi, çünki bütün Ermənistan iqtisadiyyatı diasporanın geri dönməz investisiya infuziyalarından asılı olaraq rentabelli subsidiyalı yaşayış təsərrüfatına bənzəyirdi.

Ermənistan iqtisadiyyatı diasporun investisiya kapitalını milli kapitalın antropogen talan prinsipi ilə mənimsəyirdi.

Ümumiyyətlə, Köçəryan-Sarkisyanın cütlüyünün primitiv komanda- idarəetmə modeli, onların Ermənistan dövlətinin saxlanması adı altında , əslində isə özlərinin mənimsəməsi məqsədi ilə vəsait dilənmələri səhra komandirlərinin işğalçı rejiminin taleyini əvvəlcədən həll etmişdi.

Ancaq inqilabla doğulmuş yeni inqilabçı “sevgi hökumətinə” səhra komandirlərinin boşluqlarını doldurmaq lazım idi - və budur, ortaya hazırlanmış bir yığın boyalı kağız toplusu çıxdı.

 

“Sevan oğlanları” yanıldılar

Əlbəttə, oluqca müəmmalıdır ki, rəsmi Yerevana 31 səhifəlik gözəl tərtib edilmiş refereata niyə məxfilik qrifi qoymaq lazım gəlib. Ermənistan hökumətindəki “Sevan oğlanları” gücləri yetməyən vəzifənin həllinə girişiblər-dünya sisteminin 30 il qabaqkı inkişaf istiqamətini müəyyən etmək!

Yəni inqilabın bilavasitə nəzəriyyəçiləri ABŞ və Çinin aparıcı “beyin mərkəzlərinin” öhdəsindən heç də yaxşı gələ bilmədiyi vəzifənin həllinə girişiblər. Müasir dünyanın bu cür sürətli dövr etməsi, dünya düzəninin qeyri-müəyyənliyi, permanent dünya energetika böhranı və yeni enerji mənbələrinə transformasiya, dünya iqtisadi sisteminin metamorfozası, hansı ki orada hətta transmilli şirkətlərin rolu və yeri deformasiyaya məruz qalır, kiçik, yoxsul və hər şeydən məhrum ölkənin 30 il sonrakı yerini və inkişafını necə müəyyən etmək olar?!

Və budur, “Sevan oğlanları” hansısa qarışıq, yayğın və konkret olmayan rəqəmlərdən ibarət qrafikə əl atırlar, qeyri-universal əyridən istifadə etməklə...Ermənistanın gənc hökuməti çaşıb, axı xalq ondan Yerevanın Teatr meydanında vəd edilmiş nağılvari gələcəyin həyata keçirilməsini gözləyir. Paşinyan bərk tələsir, anlamır ki, iqtisadiyyat bu tələskənliyi xoşlamır və bağışlamır.

 

Bəs hansı resursların hesabına?

Sənədin müəllifləri ölkənin iqtisadi inkişafının dörd fazasını göstərirlər. Ermənistan indiki təbii resursları ilə 2030-cu ildə sənaye ölkəsinə çevrilməlidir. Bu dövrdə iqtisadi artım emal və tikinti sənayesinin, infrastrukturun hesabına təmin edilməlidir. Hansı ki, zəruri işçi qüvvəsinin repatriasiyası hesabına qidalanmalıdır.

Dayan! Axı ölkənin təbii resursları buna yetmir ki, həmin resursların əsasında sənaye ölkəsi qurasan, işçi qüvvəsinin repatriyasiyası isə ermənilərin tarixi olmayan vətənlərindən indiki kütləvi mühacirəti ilə bir vaxtda daha da absurd görünür. Xüsusən də Ermənistanı tərk edən vətəndaşların unutduqları ölkədə geri qayıtmaq arzusunun olmadığı bir vaxtda.

Sonrası isə daha betərdir. Növbəti onillikdə (2030-2039) Ermənistan elm ölkəsinə çevrilməlidir, yəni iqtisadiyyatın ənənəvi sektorlarının payı elmə əsaslanmış sektorların sayəsində kiçilməlidir.

 

Həndəsi silsilə ilə inkişaf edən Ermənistan xəyalı

Müəlliflərə ən yüksək sayda sahibkarlara, startaplara, tətbiqi elmlərə və əhalinin hər milyon nəfərinə düşən patentlərə malik ölkə lazımdır, o cümlədən burada kök salmış 3-4 qlobal şirkət. Və nəhayət, əsrin ortalarında hakimiyyət Ermənistanı ədədi yox, həndəsi silsilə ilə inkişaf edən ölkə kimi görmək istəyir. Məqsəd Ermənistanda kök salmış 5-15 eksponensial şirkət, iqtisadiyyatın eksponensial sektorunda 170 minə yaxın iş yerinin açılması, Ermənistanın əhalinin hər milyon nəfərinə düşən eksponensial şirkətlərin miqdarına görə dünya üçüncüsünə çevrilməsidir.

Və daha sonra meqahədəflərin axtarışı gəlir, onlardan ən təvazökarı-təhlükəsiz Ermənistan, kütləvi repatriasiya və inteqrasiya, hörmət qoyulan və qonaqpərvər ölkə, dünya erməniliyi ilə birləşmə, nağdsız və kölgəsiz iqtisadiyyatdır. Bax belə meqahədəflərdir ki, onların hər birini asanlıqla sual altına qoymaq, gülüş obyektinə çevirmək olar.

Paşinyanın Xankəndinə qeyri-xansayağı işləri

Azərbaycan hökumətinin proqramına qayıdaq. Azərbaycan hökuməti tərəfindən işlənib hazırlanmış “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji Yol Xəritəsi”nin həcmi 600 səhifədən çoxdur! Və əgər yüngülçəkili erməni strategiyası 30 il irəliyə hesablanıbsa, Azərbaycanın strategiyası 2025-ci ilə qədər hesablanıb. Bu da Azərbaycan hökumətinin sənədinə düzgün yanaşmanı ortaya qoyur.

Və təsadüfi deyil ki, bizim sənəddə ölkənin inkişafının bütün detalları qarşıya qoyulmuş vəzifələrlə birlikdə dəqiq göstərilib. Prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin aparatı isə onun yerinə yetirilməsinə nəzarət edir. Və heç bir məxfilik mövcud deyil! Bu sənədlə rəsmi saytlarda asanlıqla tanış olmaq mümkündür. Azərbaycanın “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə stratej Yol Xəritəsi” beynəlxalq institutlar tərəfindən yüksək qiymətləndirilib, bu da görünür, Paşinyanı Ermənistan üçün strategiya işləyib hazırlamağa həvəsləndirib.

Ermənistan hökumətinin məlumatına görə, bu strateji yol xəritəsi bir neçə mərhələdə hazırlıqdan və məsləhətləşmələrdən keçib, o cümlədən müvafiq sahələr üzrə nazirliklər, hökumət sənəd üzərində iş aparıb, Milli Məclislə müzakirə olunub, prezident və baş nazirlə məsləhətləşmələr olub. Strategiyanın hazırlanmasının gedişində, yəni yay mövsümümün üç ayı ərzində islahatlar üzrə komitənin on iclası keçirilib, baş nazirlə üç görüş olub.

 

Yaraşıqlı, amma tamamilə içiboş...

Nəticədə erməni neomarksistlərinin həmin “Kapital”ı meydana çıxıb. Strateji transformasiyanın əsas prinsipləri onun müəlliflərinin fikrincə, planlaşdırma ambisiyası, hərtərəfli transformasiya, dəyərlərin yüksəlməsi, inkişaf sürətinin ikiyə qatlanmasıdır. Yəni boş-boş sözlər. Etiraf edək ki, yaraşıqlı, hətta ağıllı sözlərdir, amma tamamilə boş və yüngül, proqram əsası olmayan fikirlərdir.

Dünya erməniliyinə ambisiyalarda yox demək çətindir, buna söz yox. Lakin Paşinyan bu mənada özündən əvvəl hakimiyyətdə olanları hamısından qabağa tullanıb. Belə ki, onun strategiyası daha bir sərsəm məqsəd qarşıya qoyur-yaxın 30 ildə Ermənistan dünyada həyat səviyyəsinə, innovasiyalar sferasında rəqabətədavamlılıq, təhsil, səhiyyə, maliyyə, müdafiə göstəricilərinə görə otuz ən qabaqcıl ölkə sırasında olacaqmış...

Sonra daha da fantastik göstəricilər gəlir ki, onların qısa məzmunu ilə oxucuları tanış etmək istərdik. Lakin əvvəlcə ermənilərin məntiqindən çıxış edib daha bir sual qoymaq olar-bütün bunlar haqda Ermənistanın baş naziri Nikol Painyan avqustun 5-də “dqr”in paytaxtında VII Ümumerməni Oyunlarının açılışı zamanı açıq mətnlə danışdı. Bəs o zaman sənədə, əgər 10 gün sonra mahiyyəti açıqlanacaqdısa, məxfi qrifi qoymaq onun nəyinə lazım idi? Bu suala faktlar cavab verə bilər.

Beləliklə, 2050-ci ilə qədər Yerevan Ermənistanın əhalisinin sayını 5 milyon nəfərə çatdırmaq, 1.5 milyon yeni iş yeri açmaq, 2.5 milyon nəfər üçün işsizlik problemini aradan qaldırmaq, Ermənistanı sənaye ölkəsinə çevirmək, ÜDM-in həcmini 15 dəfə artırmaq, dəyəri 10 milyard dollardan yuxarı olan azı 5 texnologiya şirkətinə malik olmaq və 10 min işlək startap yaratmaq məqsədini qarşıya qoyur. Üstəlik orta aylıq əmək haqqını 7 dəfə artırmaq niyyətindədir. Erməni ordusu isə guya döyüş qabiliyyətinə görə dünyanın 10 ölkəsi arasında yer almalıdır. Hələ bu da yetmir, Paşinyan dünyanın on ən yaxşı xüsusi xidmət orqanlarından birini yaratmağı vəd edir. Səhiyyə xidmətlərinin 10 faiz əlçatanlığını təmin etmək və bu sahənin maliyyələşdirilməsini 20 dəfə artırmaq istəyir.

Bütün bunlar əlbəttə, Ermənistanın hətta ən yaxın dostları arasında homersayağı gülüş yaradır. Axı bu ölkədə əhalinin sayı ilbəil azalır, insanlar dözülməz həyat şərtlərinə görə Ermənistanı tərk edirlər. Amma bu reallıq xalqın qarşısına çıxan Paşinyanı dayandıra bilmir. O, elmin, təhsilin maliyyələşdirilməsini 20 dəfə artırmaq, Ermənistana ildə 15 milyon turistin gəlişinə şərait yaratmaq, futbol üzrə yığma komandanı isə Avropa, hətta Dünya Çempionatının qalibinə çevirmək niyyətindədir. Üstəlik ona yolüstü şahmat üzrə dünya çempionatında da 25 olimpiya medalı udmaq lazımdır.

Və əgər məxfi qrifi qoyulmuş sənədlə hamı tanış ola bilməsə də, Paşinyanın Xankəndindəki hədsiz yüksək ambisiyalı çıxışına heç kim laqeyd qalmadı. Və məmurlar xalq inqilabının guya hər şeyə qadir olduğuna xalqı inandırmağa çalışsalar da, Vovanın oğlunun daha ağıllı tərəfdarları sadəcə olaraq qəzəblidir. Deyirlər ki, onun danışdıqları konkret plan deyil, strategiyanın formalaşmasıdır və mürəkkb icra prosesində onu korrektə etmək lazım gələcək.

Bu arada isə ekspertlər deyirlər ki, ölkə əhalisinin sayını hətta miqrantların hesabına belə olsa 5 milyon nəfərə qədər artırmaq altından qalxmaq mümkün olmayan vəzifədir. Bunun üçün dərin islahatlar, həyatın bütün sferalarında partlayışsayağı inkişaf lazımdır. İndi isə elə erməni dövlətinin özünün rəsmi statistikasına görə, miqrasiya saldosu mənfidir və bu tendensiyanın nə zaman dəyişəcəyi bilinmir.

Və Paşinyanın yadına salmaq pis olmazdı ki, BMT-nin Əhali Fondunun proqnozlarına görə Ermənistan əhalisi 2050-ci ilə qədər daha 150 min nəfər azalacaq. İnanın ki, bu nüfuzlu beynəlxalq təşkilat yeni erməni hökumətindən daha ciddidir. Çikaqo oğlanları Sevan oğlanlarından daha yaxşı hesablayır, sayırlar. Paşinyanın ağlasığmaz strategiyasına hətta Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Həsrətyan da lağ edir. O, Paşinyanın planını utopiya adlandırır, axı ölkə iqtisadiyyatının indiki artım tempi 2050-ci ilə qədər ÜDM-in 15 dəfə artmasına imkan vermir. Ən yaxşı halda ÜDM 4 dəfə arta bilərdi, uzunmüddətli inkişaf isə daşdan bina timək kimidir, pillə-pillə, kərpic-kərpic baş verir.

Lakin hətta Paşinyanın xəyal etdiyi 30 ildə 15 dəfəlik artım da ÜDM-nin həcmi cəmi 186 milyard dollar olan dilənçi kökündə ölkəni Əlcəzairin, Rumıniyanın və müharibələrdən əldən düşmüş İraqın səviyyəsinə qaldıra bilərdi. Bundan başqa 5 milyonluq ölkə üçün bu adambaşıan 37 min dollar ÜDM demək olardı, hansı ki, bu da Litvanın və Estoniyanın indiki göstəricilərinə yaxındır. Amma 30 il sonra həmin ölkələrin də vəziyyəti indikindən yaxşı olacaq, elə deyilmi? Yəni Paşinyan öz xəyallarını həyata keçirmək üçün hətta nəzəri şəkildə ÜDM-i yəqin 100 dəfə artırmalı olardı. Bu isə heç vaxt baş verməyəcək, amma bu cür yuxarıdan getmək, deyəsən, onun özü üçün də rahat deyil.

 

Xruşşovla Qorbaçov arasında

İndi isə "Sevan oğlanları" nın başqa bir mübahisəli postulatına diqqət yetirək. Yerevan Ermənistan ordusunun döyüş hazırlığını o dərəcədə artıra biləcəkmi ki, Azərbaycanla müharibədə iştirak edən silahlı qüvvələri dünyanın ən güclü iyirmi ordusu sırasına daxil olsun?

Bu planı həyata keçirmək üçün, şübhəsiz ki, Ermənistana indikini ən azı 15-20 dəfə üstələyən büdcə lazım olacaq.

Haradan pul götürmək olar, axı Ermənistanın indiki hərbi büdcəsi cəmisi 609 milyon dollar təşkil edir. Yeri gəlmişkən, özünü belə göz qamaşdırıcı perspektivlə yüklənməyən rəsmi Bakı bu gün müdafiəyə 5 qat daha çox pul xərcləyir. Azərbaycan iqtisadiyyatının müvafiq potensialı və artım templəri isə yenə də daha yüksəkdir.

Statistika yaman tərs şeydir! Əgər son 30 ildə Paşinyanın sələfləri inkişaflar tempində qonşu ölkə ilə ayaqlaşa bilməyiblərsə, sonrakı 30 ildə onun və tərəfdarlarının bunu edə biləcəyinə kim zəmanət verə bilər?!

 

Dağlıq Ermənistana 15 milyon turist?

Paşinyan digər cəfəngiyyatları ilə də təəccübləndirir - belə çıxır ki, hər il Ermənistana 15 milyon turist gələcək?

Hətta geniş ərazisi, kurort bölgələri, inkişaf etmiş infrastrukturu və güclü iqtisadiyyatı, habelə geniş və ənənəvi turizm sənayesi olan Türkiyə belə, ikiqat çox turisti həzm edə bilmir.

Ermənistan xarici turistlərə nə təklif edə bilər? Palçıqda batan Masisi? Bəlkə dilənçi İcevanı? Keçəl dağları, dağılmış yolları, bayağı Sevanı, Qafqaz folklorunu və qarışıq mətbəxi? 15 milyon turist nədir axı? Ermənistanda Paşinyanın qumlu möcüzələrinə doğrudanmı inananlar var?

Paşinyanın populist və məxfi, lakin əyləncəli proqram sənədləri Stepanakertdə (Xankəndi) üzə çıxdı, çünki yeni Ermənistan hökuməti həyata keçirilməyən, sağa-sola səpələnmiş xəyallardan məyus olan boz kütlənin artan narazılığını anlayır. Aylar ötdü, bir il keçdi, ancaq Paşinyan ölkəsinə xəyaldan başqa bir ümid verə bilmir.

Onun proqramı Xruşşovun 20 ildən sonra Sovet xalqının kommunizmdə yaşayacağı barədə verdiyi ağlasığmaz vədini xatırladır. Bəli və əlbəttə, 2000-ci ilə qədər hər sovet ailəsi üçün ayrıca mənzil haqqında Qorbaçovun qarışıq çıxışı yada düşür. Ancaq onilliklər sonra başlarını xəyal proqramları ilə qatan xalqlar təkcə mənzillərini deyil, həm də nəhəng ölkələrini itirdilər.

Paşinyan da eləcə, satirik erməni radiosunda hər bir erməni üçün aylıq 5000 avro maaşdan, yaşlılar üçün 2000 avro təqaüddən dəm vurur. Almaniyanın özündə olandan da yaxşı!

 

Ermənilərin hesablaması plintusdan da aşağıdır

Paşinyanın və onun “islahatçı komandasının” nağılvari perspektivlər barədə mülahizələrini bir kənara qoyaq, yaxşısı budur ki, real və uydurma olmayan retroperspektiv haqda danışaq. Paşinyanın bər-bəzəkli albomunu analiz edəndə daha bir xülasə ortaya çıxır: heç demə Ermənistan baş nazirin vəd etdiyi zirvəni hələ 2018-ci ildə aşıb keçib.

Yəni hökumətin iqtisadi proqramında təxmin edilir ki, ÜDM ildə orta hesabla 5 faiz artacaq. Baş nazirin meqavəzifələri siyahısında 20 il ərzində ÜDM az qala iki dəfə artmalıdır, 30 ildə isə 15 dəfə. Bu isə hazırda real olmayan vəzifə hesab edilir. Lakin ötən 20 il ərzində (1997-2017) Ermənistanın ÜDM-i 6 dəfə artıb, adambaşına düşən ÜDM isə 8 dəfə yüksəlib. Belə çıxır ki, Paşinyandan əvvəl hakimiyyətdə olanlar-Amerika diplomu-filanı olmayan kəmsavad səhra komandirləri hər hansı “30 illik meqavəzifə” qarşıya qoymadan indiki hökumətin inqilabi proqramını həyata keçiriblər, üstəlik üç dəfə artıqlaması ilə!!!

Yeri gəlmişkən həmin illərdə minimal əmək haqqı Ermənistanda 55 dəfə artıb, 1000 dramdan 55 min drama çatıb, orta aylıq əmək haqqı 13 dəfə artıb, orta pensiya 11 dəfə, büdcənin gəlirləri az qala 10 dəfə, iqtisadiyyatın kreditləşməsi 53 dəfə və xarici ticarət dövriyyəsi 7 dəfə artıb. Lakin əvvəllər sürətli iqtisadi artıma nail olmaq asan idi, çünki sıfırdan və ya mənfidən başlamışdılar. İndi isə iqtisadi artımı həmin templə davam etdirmək daha mürəkkəb işdir, ona görə də bu cür iqtisadi artımı iqtisadi inqilab adlandırmaq lazım gəlir.

Paşinyana elə gəlir ki, iqtisadiyyat nəsə sehrli şeydir, hərçənd həm Marksa qədər, həm də ondan sonra nəzəriyyəçilər başa düşürdülər ki, iqtisadiyyat özünün nəzəri və praktiki qanunauyğunluğu ilə mürəkkəb elmdir. Paşinyana lazımdır ki, ilk növbədə ölkəsinin inkişafının prioritet istiqamətlərini müəyyən etsin, sonra onlara nail olmaq üçün real yollar axtarıb tapsın. Amma Paşinyanın yolunun üstündə nəhəng məhək daşı dayanıb: investisiya axını olmadan ölkənin yeni hakimiyyəti heç bir elmi və praktiki ideyanı həyata keçirə bilməz.

 

Doğrudur, Yerevan iqtisadiyyata birbaşa kapital qoyuluşunu indiki 540 milyon dollardan 26.2 milyard dollara qədər artırmaq niyyətindədir. Lakin daha inkişaf etmiş Azərbaycanla müharibə vəziyyətində olan , bütün regional və geoiqtisadi layihələrdən Azərbaycan tərəfindən təcrid edilmiş , regional nəqliyyat-kommunikasiya sistemindən çıxarılmış ölkəyə bu milyardları kim qoyacaq axı?

Qonşuları Azərbaycan və Türkiyə ilə əsas problemləri yoluna qoymadan Ermənistanın xoşbəxt gələcək haqda romantik xəyalları sərt siyasi reallıq daşına dəyib parça-parça olacaq. Və görünən gələcəkdə, 30 il sonra Ermənistan, demək olar, Paşinyanın həmin tələbə referatının üz qabığını xatırladacaq-ac, qəzəbli kütlələr korrupsiyaya bürünmüş saraylara doğru yürüyür...Və bu ölkəni inqilablar silkələyəcək. O zaman sevgi-filan yada düşməyəcək!...(modern.az)
Oxşar xəbərlər
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında bir nəfər batıb
17:35, Bu gün
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
GÜNLÜK
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib