Yazar
Sultan Laçın
Bütün yazılar
kse
4030
22 Aug 2019 | 13:16

"Neynirik “alov qüllələri"ni? – Bizə Xudu müəllimin Dəlidağda tikdirdiyi məbədi qaytarın!..”

Dünən rəhmətlik Xudu müəllimdən bəhs edən kitablardan birini təkrar varaqlayanda foto-şəklini gördüm və yadıma düşdü ki, özümüzün kifayət qədər dəyər vermədiyimiz bu dünya şöhrətli dahi Azərbaycan(!) alimi(!), ziyalısı(!) 1980-ci illərin əvvəllərində 26-cı ildir işğal altında qalan Kəlbəcər-Laçın ərazisindəki Dəlidağda -2000-3000 metr ucalıqda özünün çox maraqlı bir layihəsi ilə məbəd adlandırıla biləcək bir mədəniyyət evi tikdirib.
Dərhal gözümün önünə tez-tez Azərbaycanın, Bakının  inkişafından danışarkən fəxrlə nümayiş etdirdiyimiz 33(!) mərtəbəli “Alov qüllələri” kimi göydələnlərimiz gəldi və qeyri-iradi qəlbimdən bir fəryad-çağırış keçdi: “Neynirik “alov qüllələrini”?- Bizə Xudu müəllimin Dəlidağda tikdirdiyi məbədi qaytarın!..”

Düzdü, uca, yaraşıqlı binaların tikilməsi, şəhərlərimizin zahirən abadlaşması, gözəlləşməsi də inkişafın bir inkişaf göstəricisidir; fəqət, onu qəti bilmək lazımdır ki, əksər bitkilər, ağaclar kimi insan da, yurdlarından qovulmuş didərginlər də doğma torpaqsız əsl mənada inkişaf edə bilməz- biz torpaqlarımıza, Qarabağa, Şuşaya, Laçına, Kəlbəcərə... qayıtmalıyıq...

P.S. Xudu Məmmədovun Dəlidağda bəhs edilən məbədi necə tikdirməsi haqda yaxın müddətdə ətraflı danışacağıq...

Sultan Laçın 




Link kopyalandı!
Son xəbərlər