Xəbər lenti
Bütün arxiv bir sırada
Tərlan Əhmədov: "Qırmızı vərəqə planlarımızı pozdu"
"Başlanğıca həyəcan hiss olunurdu, bunu özüm də dərk etmişdim. Futbolçular "Qarabağ"ın Çempionlar Liqasının təsnifat mərhələsindəki oyunlarını izləyiblər. Ancaq tədricən qaydasına düşdü".
Bunları "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları I turun açılış matçından sonra söyləyib.
48 yaşlı mütəxəssisin sözlərinə görə, 74-cü dəqiqədə Emin Mehtiyevin qırmızı vərəqə alması komandanın planlarını pozub: "Qırmızı vərəqə gözlənilməz oldu, planlarımızı pozdu. Amma ümumilikdə pis təsir bağışlamadıq. Xüsusən də qapıçımız Stanislav Namaşko yaxşı çıxış etdi. Futbolçu qırmızı vərəqəni mübarizə zamanı alarsa, onun cəriməsini lap cibimdən də ödəyərəm.
Amma belə şeyləri heç cür bağışlaya bilmərəm. Bu, bağışlanmaz hərəkətdir. Ancaq Mehtiyev toplanış dönəmində pis çıxış etmədi. İrəlidəki turlarda özünü göstərə biləcəyimə inanıram. Ruslan Qurbanov da tam hazır deyil. Onu birinci hissədə də dəyişə bilərdim. Amma istəmədim ki, bu onun üçün zərbə olsun. Bugününkü oyun bizə ümid verdi".
Əhmədov komandanın qarşısına avrokuboka vəsiqə qazanmaq tapşırığı qoyulduğunu söyləyib. O, bundan sonra transfer etməyəcəklərini vurğulayıb.
Baş məşqçi yeni transfer Əfran İsmayılovun fiziki durumunun yaxşı olmadığını, sentyabrda meydana çıxa biləcəyini deyib.(Report)
Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO
200 il yaşamağın sirrini kəşf edən 11 dəfə Həccdə olan 83 yaşlı kişinin möcüzəsi + VİDEO
Polisdən qaçan oğrular bu cür yaxalandı - MARAQLI...+ VİDEO
“İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi…”
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
Loading...
Lor Hospital
Copyright©2019
"Moderator.az" MMC
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247
Tel: 0502711225, Whatsapp: 0507440247