Xəbər lenti
18/02/2020 [14:54]:
Əbülfəs Qarayev Londonda Karoline Mebayla görüşdü
18/02/2020 [14:52]:
Rusiyaya məxsus təyyarə Suriyada 5 türk əsgərini şəhid edib
18/02/2020 [14:46]:
Milli Məclisə həsrət qalan PARTİYALAR
18/02/2020 [14:41]:
“Sədərək”dəki yanğından zəhərlənən 2 nəfər evə buraxıldı
18/02/2020 [14:40]:
Azərbaycanlı tələbələr bu ölkələrdən geri qayıtmaq istəyir
18/02/2020 [14:40]:
“Deputatın iclasda oturub  şalvarı, donu stula sürtməsi ilə iş bitmir…”
18/02/2020 [14:33]:
Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb
18/02/2020 [14:32]:
Bakıda çoxmərtəbəli binada yanğın - VİDEO
18/02/2020 [13:46]:
“Azərbaycan Hava Yolları” 1,5 milyard manat zərərdə
18/02/2020 [13:43]:
Paşinyan Ermənistan ordusunda “əməliyyata” başlayır
18/02/2020 [13:42]:
Bəzi məcburi köçkün qadınlara verilən “çörəkpulu” niyə kəsilib? - RƏSMİ AÇIQLAMA
18/02/2020 [13:34]:
Rusiyada müəllimə qarşı edilən zorakılıq hiddət yaratdı - VİDEO
18/02/2020 [13:30]:
“Aksiyanın qarşısı dünyada olmayan ən sivil formada alınıb” - Siyavuş Novruzov
18/02/2020 [13:28]:
Azərbaycanda ilk dəfə Epoxy Resin ilə abstrakt üslubda rəsmlər hazırlayan UNEC istedadı
18/02/2020 [13:22]:
Səhiyyə sistemində növbəti "qısaqapanma" - Həkimlərin maaşı azaldıldı
18/02/2020 [12:59]:
"Netanyahunun iqtisadi siyasəti -  kapitalist donuzun siyasətidir...”-İsrail mediası
18/02/2020 [12:57]:
“Bank Respublika”nın sahibinin 17 yaşlı oğlu qəfil öldü
18/02/2020 [12:51]:
Azərbaycanın ən yaşlı sakininin adı açıqlandı
18/02/2020 [12:50]:
FHN rəsmisi yanğınlara görə, “Sədərək”in rəhbərini İTTİHAM ETDİ
18/02/2020 [12:49]:
“Sədərək”dəki yanğından ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ
18/02/2020 [12:47]:
Təcavüzdə ittiham olunan İbrahim Tatlısəslə bağlı məhkəmə qərar çıxardı
18/02/2020 [12:46]:
18 yaşlı ana körpəni pəncərədən küçəyə atdı
18/02/2020 [12:41]:
Azərbaycanda qızıl emalçıları assosiasiyası yaradılır
18/02/2020 [12:41]:
Mehriban Əliyeva vətəndaşların problemlərinin həllində var qüvvəsi ilə çalışır - PA-nın şöbə müdiri
18/02/2020 [12:36]:
Türkiyənin Qızılay Cəmiyyətindən müharibə şəraitindən qaçanlara yardım…
18/02/2020 [12:34]:
Qarabağda erməni əsgərlər kütləvi şəkildə intihar edir - FAKTLAR
18/02/2020 [12:31]:
Tahir Mirkişili ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
18/02/2020 [12:28]:
“Qarabağ”ın 6 futbolçusu rəmzi komandada
18/02/2020 [12:17]:
Ayan Əliyeva: “Məktəb Biləcərinin inkişafındakı töhfəmdir və təşəkkürümdür” – FOTO
18/02/2020 [12:13]:
Koronavirusun ilk aşkar edildiyi xəstəxananın direktoru da öldü - FOTOLAR
18/02/2020 [12:12]:
Üzeyir bəyin tələbəsi olan bəstəkar, dirijor, pedaqoq...
18/02/2020 [12:09]:
Cinayətkarlığın xəbərdarlığında ictimaiyyətin rolu...
18/02/2020 [12:04]:
Bakıda çoxmərtəbəli yaşayış binası yanır - SON DƏQİQƏ
18/02/2020 [11:56]:
Serenayla Cemin toyu olacaq
18/02/2020 [11:56]:
"Şəffaf fəaliyyət göstərən şəxslərə güzəştlər olunacaq" - Mikayıl Cabbarov
18/02/2020 [11:55]:
“Yerli bazarda satışa çıxarılan qızıl vergi və rüsumlarla yüklənib”
18/02/2020 [11:50]:
Büdcədə gəlirlər xərcləri üstələdi
18/02/2020 [11:48]:
“Sədərək” son dörd ildə neçə dəfə və niyə yanıb? - SİYAHI
18/02/2020 [11:42]:
“Kabus gəmi” sahilə çıxdı - VİDEO
18/02/2020 [11:42]:
BDU tələbələri “AzerGold”-da təcrübə keçəcək
18/02/2020 [11:30]:
Vətəndaşlar Prezidentə yazır: “Dövlətimiz insanları darda qoymadı”
18/02/2020 [11:26]:
REAL TV-dən Ləman və Afətlə bağlı - Açıqlama
18/02/2020 [11:22]:
Magistraturaya qəbul üçün buraxılış vərəqələrinin çapına başlandı
18/02/2020 [11:22]:
“Azərişıq” villa sahiblərinə xəbərdarlıq etdi
18/02/2020 [11:18]:
“Onu Şuşaya aparacağıma söz vermişəm...”- Xalq şairinə doğum günü təbriki...
18/02/2020 [11:17]:
Ukraynanın şərqində ağır döyüşlər gedir
18/02/2020 [11:16]:
Daha bir ailə övladına qovuşub…
18/02/2020 [11:12]:
Cinayətkarlığın xəbərdarlığında ictimaiyyətin rolu...
18/02/2020 [11:05]:
“Danışıqların məqsədi hazırda Qarabağda əlimizdə olanları qanuniləşdirməkdir”+VİDEO
18/02/2020 [11:04]:
Azərbaycan karateçisi: "Hər dəfə yuxuda olimpiya çempionu olduğumu görürəm"
18/02/2020 [10:56]:
İrina Şeykin cazibədar rəqsi - VİDEO
18/02/2020 [10:48]:
“Sədərək” yanğından sonra - VİDEO
18/02/2020 [10:41]:
İcra başçısı köməkçisini işdən çıxardı
18/02/2020 [10:39]:
Maliyyə Nazirliyi yoxlamaların nəticələrini açıqladı
18/02/2020 [10:38]:
"Onların yeganə amalı özləri kimi fikirləşməyənləri mənəvi terror etməkdir..."
18/02/2020 [10:34]:
Dünya gözəllik yarışmasında ilk!
18/02/2020 [10:34]:
"Müharibədən qaçmaq olmaz, onu yalnız təxirə salmaq olar" - İŞĞALÇI SƏKSƏKƏDƏ...
18/02/2020 [10:31]:
Kitabxanada erotik film çəkdilər, insanlar sərt tənqid etdi - FOTO
18/02/2020 [10:30]:
Koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilən tələbələr evə buraxıldı - RƏSMİ
18/02/2020 [10:28]:
Bu gün MSK daha bir neçə müraciətə baxacaq
18/02/2020 [10:28]:
Maliyyə Nazirliyi 3 qurumdakı yoxlamaların nəticələrini prokurorluğa göndərdi - RƏSMİ
18/02/2020 [10:25]:
Övladlığagötürmə ilə bağlı qaydalar DƏYİŞDİRİLDİ
18/02/2020 [10:22]:
Dünyanın qəribə dəfn adətləri –Ölü ilə rəqs, striptiz, ərləri üçün özlərini yandıran qadınlar…
18/02/2020 [10:19]:
"Sədərək"də 1000 kv metr ərazi yandı - RƏSMİ
18/02/2020 [10:10]:
Dünya gözəllik yarışmasında... - FOTOLAR
18/02/2020 [10:08]:
FHN rəsmisi “Sədərək”dəki yanğından danışdı - VİDEO
18/02/2020 [10:02]:
Dünyanın qəribə dəfn adətləri - ölü ilə rəqs, striptiz, ərləri üçün özlərini yandıran qadınlar…
18/02/2020 [09:58]:
Ata onu döyən oğlunu odlu silahla qətlə yetirdi
18/02/2020 [09:50]:
FHN yanğını belə söndürdü - FOTO/ VİDEO
18/02/2020 [09:43]:
"Sədərək"dəki yanğında 8 nəfərə yardım göstərilib, bir nəfər xəstəxanaya aparılıb
18/02/2020 [09:41]:
Orta məktəblərdə summativ qiymətləndirmənin qaydaları DƏYİŞDİRİLDİ
18/02/2020 [09:40]:
19 yaşlı gəlin xaşdan zəhərləndi
18/02/2020 [09:38]:
Sərxoş qadın evdə uşaq dünyaya gətirdi
18/02/2020 [09:37]:
Məşhur model sevimli klubunun qələbəsi şərəfinə soyundu - FOTOLAR
18/02/2020 [09:28]:
“Sədərək” Ticarət Mərkəzi yanır - FOTO/VİDEO
18/02/2020 [09:26]:
Cəbhədə gərginlik artıb - düşmən snayper tüfənglərini işə saldı
18/02/2020 [09:25]:
Maliyyə nazirindən növbəti üç illə bağlı QƏRAR
18/02/2020 [08:42]:
“Vətəndaş nikahında yaşayan qadınlar "pulsuz fahişə" rolunda  çıxış edir...”
18/02/2020 [07:38]:
"Allah bəzən kafirlərə o qədər nemət verir ki, axirətdə Allahdan nəyisə tələb etməyə bəhanələri qalmasın..."
18/02/2020 [00:52]:
"Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
Bütün arxiv bir sırada
16/08/2019 [18:14] - Reportaj - ( 6281 dəfə baxılıb)

Mehri-Bakı qatarına bilet, sərhəddə pələng vahiməsi, İrəvana kefə gedən azərbaycanlılar...




..Sərhədi keçməyə peşman edirlər adamı. “Təbriz!”, “Ərdəbil!”, “Meşkin!”, “Aslandüz!”…

Adama elə gəlir, bu dəqiqə zorla da olsa, maşına əyləşdirib, aparacaqlar səni.

- Naxçıvana gedən? Culfa, Naxçıvan…

Bir dəstə də o yanda qışqırır:

- Yolda dəyişməyəcəksiz ki?

Deyəsən, təcrübəli yolçudur. Bu dəyişmək məsələsinin nə olduğunu, başımıza nələr gətirəcəyini sonradan biləcəyik.

- Əbəlfəz haqqı, yox.

Əvvəli (https://lent.az/news/323233)

...Durub gözünü ora, viranə kəndə zilləmək doğrudan da ağrılıdı. Amma bununla belə, Xudafərindən ayrılmaq olmur. Allah bilir, bu möhtəşəm memarlıq abidəsi tarixin nə qədər sirrini özündə gizlədir.

Sürücümüz deyir ki, bir vaxtlar ermənilər İrana məhz Xudafərin tərəfdən yeni körpü tikməyi təklif ediblər. İran isə rədd edib. Amma buna baxmayaraq, İran Ermənistanla sərhəd-keçid məntəqəsi yaradıb. Bu yerdə maraqlı bir məqamın üstünə çıxırıq. Söhbət ondan gedir ki, özünü dünyadan təcrid etmiş Ermənistanın qonşu olduğu ölkələrlə vur-tut 5 sərhəd-keçid məntəqəsi var. Onlardan dördü məhz azərbaycanlıların kompakt yaşadığı yerlərlədir. Bunlardan üçü Gürcüstanın Gomuşlu, Ağkörpü və Sadaxlı, biri isə İranın Şərqi Azərbaycan ostandarlığının Nurdüz kəndləridir.

Amma Nurdüzə hələ var. Cəbrayılı arxada qoyuruq. Artıq Zəngilanın “ərazisindəyik”. Uzaqdan Cahangirbəyli kəndi görünür.

Ermənilər bu kəndi sözün həqiqi mənasında viran qoyublar. Daşı daş üstə qalmayıb. Yaxınlıqdakı kənddə maşını saxlayırıq. Əsasən qaraçılar yaşayır İranın bu kəndində. Amma danışıq dili, təbii ki, Azərbaycan türkcəsidir.

Bu arada ötən dəfə söz açdığım dəyişmə baş verir. Əhmədalı bizi Əli adlı başqa sürücüyə təhvil verir. Sən demə, iranlı sürücülər arasında belə qayda var. Biləsuvardan Culfaya və ya əksinə 360 km maşın sürməkdənsə, onlar yolda sərnişinləri dəyişirlər. Bizi də Əhmədalı Culfadan gələn maşına təhvil verib, ayrıldı. Yola Əliylə davam edirik.

Elə bu kənddə maşından düşüb, bir çay içirik. Çayxanadakılarla söhbətin mövzusu bu dəfə Zəngilandır.

1993-cü ilin oktyabrın sonlarında bu ərazilərdə vəhşət yaşanıb.

Hacı Eynulla deyir ki, oktyabrın axırlarıydı, ermənilər Zəngilana hər tərəfdən hücuma keçmişdilər:

- Bir gün gördük, camaat yığışıb Arazın sahilinə. Nə bilim, 20 min, 30 min olardı əlbət. Qoca, qadın, uşaq. Camaatın bəxti gətirdi ki, Arazda su az idi. Zəngilan tam mühasirədəydi o vaxt. Az qala ikinci Xocalı yaşanacaqdı. O vaxt Araz çayı üzərindəki bənddə su bağlanmışdı. Yalnız bundan sonra əhali çayı keçib xilas olmuşdu.

Hacı deyir ki, işğaldan sonra ermənilər daha böyük fəlakətlər törətdilər.

Bax, - əliylə göstərir - ora Bartazdı. İki günün içində böyük bir meşəni yandırdılar.

Nə qədər qoz, çinar ağaclarını qırdılar. 300-400 yaşı olan palıd ağaclarını qırıb satdılar.

Sizə?

- Bizə də, özlərinə də.

- Zəngilanda yaşayan var indi?

- Mincivanda yoxdu. Olsa, işığı gələr. Amma Zəngilanda 100-150 ailə ola, ya olmaya. Orda dağılan evləri də qurmayıblar. Haradansa köçürülən ermənilərdi. Hə, indi Kovsakan deyirlər Zəngilana.

- Siz də?

- Yox, qurban, biz niyə elə deyək ki? Axı bizim də yurd yerlərimizdi oralar. Biz eləcə Zəngilan deyirik.

Erməni vandalizmi bununla da bitməyib. Söhbət ondan gedir ki, Azərbaycan ərazisini viran qoyan ermənilər Araz sahilində böyük bir anbar tikiblər. Bu anbara isə Qacaran və Qafan mis-molibden zavodlarının zəhərli tullantısı yığılır. Sonra isə Araza axıdılır.

Hər həftə oradan Araza zəhər buraxılır.

- Araz sapsarı oldu ha, bilirik ki, zəhəri buraxdılar. Araz pak çaydı. Qısa zamanda özünü paklayıb təmizləyə bilir.

...Nurdüzə çatırıq. Böyük bir keçid məntəqəsidir. 24 saat işləyir. Həm o tayda, həm bu tayda onlarla mağaza fəaliyyət göstərir

Əli deyir ki, Ermənistanın hər yerindən bura gəlirlər. Ucuzluqdu, ona görə. Amma son zamanlar düyü, çay, yağ, şəkər tomat və digər ərzaq növlərinin Ermənistana aparılmasına qadağa qoyulub. Yeri gəlmişkən, eyni qadağa Azərbaycana da aiddir. Bunu İranda yaran biləcək ərzaq qıtlığı ilə əlaqələndirirlər.

Sürücümüz danışır ki, onun özü neçə dəfə Ermənistanda olub.

- İrəvana gedirik tez-tez, dincəlməyə, kefə. Başa düşdün də (Gülür). Amma çox bahalıqdı. Şəhərin özü necədi? Baba, nəinki Bakı, Naxçıvanla müqayisə eləmə. Nə yollarını, nə binalarını, nə də gözəlliyini.

- Orda nə dildə danışırsan? Azərbaycanlı olduğunu bilirlər?

- Bilirlər, amma İran pasportundan it kimi qorxurlar. İstədiyimiz kimi hərəkət edə bilirik. Kimsə bir söz deyə bilməz.

- Bəs onlar İrana təkcə ərzaq dalınca gəlirlər?

- Hə, əsasən buna görə. Qohum-əqrəbasını görməyə gələnlər də var. Azı 100 min erməni yaşayır İranda.

Keçid məntəqəsindən danışmışkən, Əlinin dediyinə görə, Ermənistan İranın hesabına dəmiryolu xətlərini bərpa etmək istəyib, amma alınmayıb. İran bu mənasız layihəyə 2-3 milyard xərcləmək istəməyib.

Sürücümüz deyir ki, Ermənistan Arazboyu dəmir yolu keçən bütün tunelləri partladıb, relsləri söküb.

- Cəbrayıldan üzü Ordubada qədər hər yeri söküb partladıblar. Ta o vaxtdan. Bilirsiniz niyə? Çünki gözəl bilirlər ki, bu torpaqlar onlara qalmayacaq. Ona görə vəhşicəsinə hər yeri dağıdıblar.

50-100 metrliyindən keçirik həmin tunellərin. Böyük bir nəqliyyat xətti doğrudan da məhv edilib. İstisnasız bütün tunellər dağıdılıb. Ot, kol-kos basıb hər yeri.

Mehri dəmiryolu vağzalı da viran gündədir. Və ən maraqlısı bilirsinizmi nədir? Təsəvvür edin, yazını hazırlayanda apardığım araşdırmalar zamanı bir rus bloqerin fevral ayında Mehri stansiyasından tapdığı biletlərin fotosuyla rastlaşdım... İnsana ümid verən, üzərində “Azərbaycan dəmir yolları” yazılmış biletlər...

***

- Sol tərəfi görürsən? Burada bilirsən nə qədər pələng var? Kəmki dağlarıdır buralar. Mən bilən Ordubadda da bu adda dağ var.

Sərnişinlərimizdən biri Ordubadın Dəstə kəndindəndir. Əlinin dediklərini təsdiqləyir. Onu da deyir ki, artıq Naxçıvan dağlarında da pələng, bəbir görünməyə başlayıb.

- Bu dağlarda üç növ pələng var. Ümumi sayı 10-12 olar. Beş-altı gün qabaq qonşumuz Murad kişinin davarına (mal-qara sürüsünə - S.S.) pələng hücum elədi. İki danasını parçaladı. Atını da yaraladı. Danalar ələ gəlmədi, amma atı qurtara bildi. Kamtaq tərəfdə fırlanırlar. Ora milyon tümən versələr də sürmərəm, baba. (Hamımız gülürük)

***

Budur, artıq Culfadayıq. İran tərəfində. Vur-tut 15 dəqiqədən sonra sərhədi keçəcəyik. Naxçıvanda bir dostumuzun qonağı olacaq, səhəri geri qayıdacaqdıq. Və geri qayıdanda elə bir insanla rastlaşacaq, ondan elə bir həyat hekayəsi eşidəcəkdik ki! İnanılmaz, qandonduran bir... yox, yox, iki həyat hekayəsi... (lent.az)

Pasiyentdən hədiyyə aldığına görə işdən qovulan ginekoloq xəstəxananı məhkəmədə uddu...
Yaşlı xəstənin qulağından baxın nə çıxdı - AĞLASIĞMAZ...
Dairəvi yolda ağlasığmaz qəza - QORXUNC...+ VİDEO
Anasız qalan koala izləyənləri göz yaşlarına boğdu - MARAQLI... + VİDEO
Bütün dünya bu qadından danışır - Pişiyi üçün etdiyi şeyə baxın...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Koronavirusun ilk aşkar edildiyi xəstəxananın direktoru da öldü - FOTOLAR
Dünya
“Onu Şuşaya aparacağıma söz vermişəm...”- Xalq şairinə doğum günü təbriki...
Dünya
Kitabxanada erotik film çəkdilər, insanlar sərt tənqid etdi - FOTO
Maraqlı
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
Cəmiyyət
“Rəfiqə Əliyevanın tələbəsi olmaq böyük həyati məktəb keçmək demək idi” - Fəxriyyə Xələfova
Həftənin ən çox oxunanları
Qalmaqal: Müəllimin şagirdi ilə sevgi münasibəti lentə alındı -VİDEO
“Türklər müttəfiqlərimizi qırır: Biz olmadan Əsədin davam gətirməsi mümkünsüzdür”
Türkiyənin təyyarələrlə bağlı xəbərdarlığı Rusiyanı qoxuya saldı: Yada düşər xatirələr...
Hədəfi 640 km uzaqlıqda haqlayan ölümcül güc: Ən qüdrətlilər belə onun qarşısında acizdir!
"İllərlə xalqdan nə çaldınız, FETÖ-ya nə qədər para yedirdiniz, hamısı deşifrə olacaq..."
Ərdoğandan dünyanı SİLKƏLƏYƏCƏK SÖZLƏR - "Əsədi darmadağın edəcəyik"
“Türkiyə bizim qərargahımızdır: Moskvanı bu qərargahla hesablaşmağa məcbur etməliyik!”
Seçildiyi dairənin nəticələri ləğv edilən Hadi Rəcəbli: “Qurtardı”
"25 il bundan qabaq kişilikdən istefa vermişəm..."
"Ziya Məmmədov büdcəni, Misir Mərdanov təhsili, Fazil Məmmədov iqtisadiyyatı çökdürəndə..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247