Xəbər lenti
15/12/2019 [00:43]:
“Qalatasaray” qələbəni son dəqiqədə əldən verdi - VİDEO
15/12/2019 [00:34]:
Rusiyada ərzaq anbarında güclü yanğın olub
14/12/2019 [23:57]:
"Bu qərar Ermənistanın Türkiyə ilə münasibətlərini daha da pisləşdirəcək..."
14/12/2019 [23:53]:
İranda məktəblər tətilə buraxıldı - SƏBƏB
14/12/2019 [23:47]:
Göyçayda 300 baş cücə yanaraq tələf olub
14/12/2019 [23:45]:
MSK BAXCP-nin səlahiyyətli nümayəndələrini qeydə alıb - Adlar
14/12/2019 [23:36]:
Azərbaycanlı tələbə Türkiyədə binadan yıxılaraq ölüb
14/12/2019 [23:18]:
Hindistanda etirazlar zamanı azı 5 qatar və 15 avtobus yandırılıb
14/12/2019 [23:14]:
Şəmkirdə 75 yaşlı piyadanı avtomobil vurub
14/12/2019 [23:09]:
Azərbaycanlı futbolçu üçün erməni baş məşqçi
14/12/2019 [22:32]:
Deputatlar "Lider" televiziyasında Parlamentin buraxılmasının səbəbini açıqladılar - VİDEO
14/12/2019 [22:30]:
Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi
14/12/2019 [22:27]:
“Azərbaycan Milli hərəkatı: dünən və bu gün” mövzusunda geniş dəyirmi masa keçirdi- FOTOLAR
14/12/2019 [22:12]:
Rusiyadan gələn kosmetika Azərbaycana buraxılmadı - FOTO
14/12/2019 [22:07]:
“Əsl kişi ailəsinin yanında olar” - Narkotikə görə həbs olunan musiqiçi - VİDEO
14/12/2019 [22:05]:
Bu ölkənin sabiq prezidenti korrupsiya ittihamı ilə 2 illik həbs olundu
14/12/2019 [21:57]:
Nigeriyada "Boko Haram" silahlıları şəhərə hücüm edərək 15 nəfəri qətlə yetirib
14/12/2019 [21:16]:
Safuradan səhnəyə qayıtması ilə bağlı açıqlama
14/12/2019 [21:12]:
Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb
14/12/2019 [21:12]:
İnan dünyagörmüş bu yalquzağa, canın qurtaracaq zülümdən, quzu...
14/12/2019 [20:43]:
FHN-in Mətbuat Xidməti yanğınla bağlı məlumat yayıb
14/12/2019 [20:37]:
Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
14/12/2019 [20:32]:
Antarktidada planetin quru hissəsində ən dərin çökəklik aşkarlanıb
14/12/2019 [20:26]:
“Nəsimi ili” ilə bağlı “Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirildi -FOTOLAR
14/12/2019 [19:57]:
Səxavət Məmmədovun Amerikadakı yadigarı - FOTOLAR
14/12/2019 [19:47]:
"Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"
14/12/2019 [19:44]:
Nəsimi rayonunda baş verən yanğında iki avtomobil yanıb
14/12/2019 [19:42]:
"Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub, xəsarət alan yoxdur"
14/12/2019 [19:01]:
“Lazarev klubu”nun bu dəfəki iclası birbaşa Putin tərəfindən maliyyələşdirilib...
14/12/2019 [19:00]:
"Valideynlərə üzümü tutub deyirəm ki, qızlara imkan verin voleybol oynasınlar, inkişaf etsinlər"
14/12/2019 [18:59]:
"3-cü mikrorayon bazarı"nda baş verən yanğın söndürülüb
14/12/2019 [18:57]:
Nəsimi rayonunda baş verən yanğında xəsarət alan olmayıb
14/12/2019 [18:56]:
Etibar Mirzəyev yanğın yerində
14/12/2019 [18:45]:
Bakıda "3-cü mikrorayon bazarı" yanır - YENİLƏNİB + VİDEO
14/12/2019 [18:20]:
"Mehriban Əliyevanın Moskvaya səfəri Azərbaycanla Rusiya arasındakı dostluğun əyani sübutudur"
14/12/2019 [18:18]:
Yanğınla əlaqədar 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət tam məhdudlaşdırılıb
14/12/2019 [18:10]:
Məsut Özil Həzrəti Əlidən sitat gətirdi
14/12/2019 [18:01]:
"ABŞ-dan “Patriot” sistemini almağa hazırıq, buna cavab gözləyirik"
14/12/2019 [17:58]:
Bakıda "3-cü mikrorayon bazarı" yanır
14/12/2019 [17:56]:
Boşandıqdan sonra ilk dəfə Bred Pitt Milad bayramını uşaqları ilə qeyd edəcək - FOTO
14/12/2019 [17:32]:
Polis Cəlilabadda xüsusi əməliyyat keçirdi - FOTOLAR
14/12/2019 [17:21]:
"Qarabağ" ölkəmizə qarşı olan təxribatlara qarşı yaxşı bir silahdır"
14/12/2019 [17:21]:
“Ürəyim ağrıyır, Xudu müəllim haqqında danışa bilmirəm, heyf...”
14/12/2019 [16:47]:
Amerikalı qız “öpüş xəstəliyi”ndən dünyasını dəyişdi
14/12/2019 [16:47]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
14/12/2019 [16:44]:
Həbib amerikalı idmançı ilə bu tarixdə görüşəcək
14/12/2019 [16:42]:
71 nəfərin namizədliyi təsdiq olundu
14/12/2019 [16:40]:
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib
14/12/2019 [16:36]:
İlham Əliyev icra başçısını təltif etdi
14/12/2019 [16:24]:
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
14/12/2019 [15:49]:
Bakıda dünyanın ən görkəmli tibb mütəxəssisləri bir araya gəldi
14/12/2019 [15:38]:
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
14/12/2019 [15:33]:
Vahid Mustafayevin mağazasından 36 min manatlıq oğurluq: Qol saatlarını taladılar...
14/12/2019 [15:32]:
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
14/12/2019 [15:28]:
Azərbaycan Azad Respublikaçılar Partiyası Ali Məclisinin toplantısı keçirilib
14/12/2019 [14:44]:
Məşhur aparıcının evinə polis basqını-Əlləri qanlar içində saxlanıldı- FOTOLAR
14/12/2019 [14:39]:
İran ABŞ hərbi bazasını hədəf aldı, dövlət katibi qətiyyətli cavabla hədələdi
14/12/2019 [14:33]:
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
14/12/2019 [14:30]:
ABŞ yeni raketlərin istehsalını artırır
14/12/2019 [14:27]:
Yol qəzalarına görə bu rayonlarda qaz təminatı dayandırıldı
14/12/2019 [14:25]:
Tayvanda yanğın zamanı 7 nəfər ölüb
14/12/2019 [14:25]:
Fahriyə Evcən-Burak Özçivit cütlüyü oğullarının üzünü göstərdi - FOTO
14/12/2019 [14:15]:
MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib
14/12/2019 [14:13]:
Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO
14/12/2019 [14:10]:
“Hay-küylə danışıb gerçəkləri malalamaqdansa, lal-dinməz oturmaq yaxşıdır...”
14/12/2019 [14:07]:
Qənirə Ataşovadan maraqlı -FOTOLAR
14/12/2019 [14:03]:
“Qarabağ münaqişəsinin qurbanları haqqında beynəlxalq təşkilatlar ətraflı məlumatlandırılmalıdır”
14/12/2019 [14:03]:
Bakıda avtoxuliqan xanım qəza törətdi: İnsanlara hücum çəkdi - VİDEO
14/12/2019 [14:00]:
Avropalı deputat AzTV-dən yazdı...
14/12/2019 [13:33]:
FHN-də “Eurohome”dakı yanğınla bağlı müşavirə – Nazir müavini tapşırıqlar verdi
14/12/2019 [13:32]:
"Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək"
14/12/2019 [13:27]:
Azərbaycanlı olimpiya ÇEMPİONLARI –Onlar indi nə işlə məşğuldurlar?
14/12/2019 [13:25]:
Bazar gününün HAVA PROQNOZU
14/12/2019 [13:05]:
“Tekfen” şirkəti “SOCAR Polymer”in 10 faiz səhmini alıb
14/12/2019 [13:02]:
LG şirkətinin 94 yaşlı rəhbəri vəfat edib
14/12/2019 [12:51]:
Dörd rayonda 760 fərdi evə qaz verildi
14/12/2019 [12:50]:
Eldar Həsənov ilin ən fəal səfiri seçildi
14/12/2019 [12:46]:
Kürdəxanı qəsəbəsində evlər su altında qaldı - Fotolar
14/12/2019 [12:44]:
Parkda öldürülən tələbənin qatili 13 yaşlı uşaq çıxdı - FOTO
14/12/2019 [12:40]:
“Bəlkə, başqa London var, xəbərimiz yoxdur?”
Bütün arxiv bir sırada
14/08/2019 [19:59] - Cəmiyyət - ( 1197 dəfə baxılıb)

“Kurdemir Agro” – Halal qazancın canlı eksponatı




“İlk başda Prezidentə borcluyuq”

Qarşımızda başarısından qürurla danışan həmsöhbətimizə ikinci sualı yönəldirik:

- «Kurdemir Agro» bu nailiyyətini kimə və nəyə borcludur?

- Əlbəttə, ilk başda cənab Prezidentimizə. Sirr deyil ki, siyasi iradə investisiya mühiti üçün uyğun şərait yaratmasaydı, biz də bu işləri görə bilməzdik. Ölkə başçımızın qayğısı və çağırışı ilə bir çox investorlar kimi, biz də bu işə girişdik. Türkiyəli tərəfdaşlarımla uzun illər ölkənin ən ünlü istixanalarına rəhbərlik etmiş və ciddi təcrübə qazanmışdım. Azərbaycanda aqrar sektorun inkişafı üçün edilən təşviqlər bizi bu sahəyə investisiya yatırmağa həvəsləndirdi. Təbii ki, gördüyünüz istixananı ərsəyə gətirmək üçün tələb olunan vəsaitim yox idi. Mən də Türkiyədən olan dostlarımı bu işə cəlb etməyə çalışdım. İsmayıl və Səlcuq Çağlayan qardaşları təşəbbüsümü bəyəndilər. Əl-ələ verib bu təsərrüfatı yaratdıq.

Zaur bəyin sözlərinə görə, istixananın ərsəyə gəlməsində Azərbaycan İqtisadiyyat Nazirliyinin də böyük xidmətləri olub. İnvestorların hazırladığı iqtisadi təşviq sənədi layihəsini dərhal təsdiqləyən nazirlik onların fəaliyyəti qarşısındakı bütün əngəlləri aradan qaldırıb, bir çox güzəştlər tətbiq edib.

“Mənfəət və gəlir vergisində 50%, torpaq və əmlak vergisindən tam azadolma kimi güzəştlər olmasaydı, biz yəqin ki, Rusiya bazarında yerli istehsalçılarla rəqabət apara bilməzdik. Üstəlik, istixana üçün tələb olunan texnikaların gətirilməsi üçün də Dövlət Gömrük Komitəsinə heç bir rüsum ödəmədik. Bu da bizə əlimizdə olan ilkin kapitalı tam şəkildə müəssisənin qurulmasına yatırmağa imkan verdi. Əks halda, ilkin kapitalımız azalar, nəticədə biz indiki böyüklükdə və keyfiyyətdə istixana qura bilməzdik”-Zaur Əmirov belə dedi.

Bunun üçün İqtisadiyyat naziri Şahin Mustafayevə də təşəkkür borcu olduğunu bildirən iş adamı iqtisadi təşviq şərtlərinin də Prezident tərəfindən müəyyənləşdirildiyini vurğuladı: “Bilirsiniz ki, Prezident İlham Əliyevin 2016-cı ilin ilk günlərində yeni sənaye müəssisələrinin yaradılmasının və  bu sahələrə investisiyaların cəlb olunmasının təşviqi məqsədilə Fərman imzalanmışdı. Daha sonra bu Fərmandan irəli gələn şərtlər də müəyyənləşdi. Etiraf edim ki, İqtisadiyyat Nazirliyi bu sənədlərin hazırlanmasında öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdi”.

   

Ceyhun Cəfərovun fərasəti

Kürdəmir İcra Hakimiyyətinin də istixananın ərsəyə gəlməsində böyük xidmətləri olub. Zaur Əmirovun bildirdiyinə görə, İcra başçısı Ceyhun Cəfərov tez-tez istixanaya baş çəkir və müəssisənin problemləri ilə yaxından maraqlanır. Bir çox bürokratik əngəllərin aşılmasında icra başçısının bu diqqətinin xüsusi rolu olduğunu gizlətməyən iş adamı rayon rəhbərliyindən də razıdır.

İş adamının fikirlərini dinlədikcə, öz-özümə düşünürdüm: Ceyhun Cəfərovun bu diqqəti səbəbsiz deyil. Relyef etibarilə yarımsəhra və quru çollərdən ibarət olan Kürdəmir torpağı boz-çəmən tiplidir. Bu isə onun əkinə o qədər də yararlı olmadığından xəbər verir. Belə bir coğrafiyada uğurlu əkinçilik sahəsinin yaradılması, sözsüz ki, rayon üçün Allahın göndərdiyi nemətdir. Ağlı başında olan istənilən icra başçısı bu fürsəti dəyərləndirməli və yüzlərlə sakini işlə təmin edəcək layihəyə dəstək verməlidir. Di gəl ki, bir çox icra başçılarımızda bu fərasət olmadığından, Ceyhun Cəfərovun sövq-təbii diqqəti iş adamlarımızı təəccübləndirə bilirmiş. Azərbaycan reallığını nəzərə alanda Zaur Əmirovla razılaşmamaq mümkün deyil.

Yeri gəlmişkən, iş adamından bir məsələyə də aydınlıq gətirməsini istədim. Kürdəmirin bu yarımsəhra torpağını seçməkdə onların marağı nə olub? Axı Azərbaycanda daha münbit torpaq tapmaq mümkün idi.

   


Əsl innovativ yanaşma belə olar

İş adamı bu seçimin sirrini Kürdəmirin günəşi və suyu ilə əsaslandırdı. Dediyinə görə, əraziyə investisiya qoymamışdan əvvəl həm günəş enerjisini, həm də suyu analiz etdiriblər. Günəşin radiasiya gücü burda Bakıətrafı ərazilərdən daha çoxdur. Pomidor istehsalı üçün ən dəyərli komponent də elə günəş şüasıdır:

“Onsuz da biz istixana ərazisindəki torpaqdan istifadə etmirik. Torpağı əvəz edən  torf, perlit, vermikulit, yanmış heyvan gübrəsi, qum, torpaq qarşığı olan kokopitləri Şri-lankadan gətiririk. Bizə burda əsas lazım olan günəşin şüası və tempuratur dərəcəsidir. Yaxşı pomidor yetişdirmək üçün gecə ilə gündüz arasındakı tempuratur fərqi 6 yaxud 8 dərəcə olmalıdır. Kürdəmirdə də məhz belə olur. Yaxınlığımızdan keçən Sabir kanalının suyu da arzuladığımız standartlara cavab verir. Biz onu Osmos cihazından keçirməklə şitilləri suvara bilirik”.

Müəssisə rəhbərliyinin məsələyə bu qədər elmi yanaşması məni xeyli təəccübləndirdi. Deməli, bizdə də işinin əhli olan fermerlər varmış. Aqrar sektorun bu cür bacarıqlı və elmli insanlara həvalə edilməsi ölkəmizin gələcəyi barədə öləziləşmiş ümidimi dirçəldir.

   

Qarşılıqlı etimada söykənən şəriklik

Zaur Əmirovun bildirdiyinə görə, ortaqları olan İsmayıl və Səlcuq qardaşları pomidor istixanaları üzrə dünyanın ən yaxşı müxtəxəssislərindəndirlər. Azərbaycanda əksər istixanaları onlar qurublar. Hazırda Orta Asiyada bu fəaliyyətlərini davam etdirən Çağlayan qardaşları indiyədək sadəcə sifariş əsasında istixanalar qurub sahibkarlara təhvil verirmişlər. İlham Əliyevin çağırışından sonra onlar özləri də bu işə investisiya qoymağa həvəsləniblər. Sözsüz ki, türk iş adamlarının bu qərara gəlmələrində Zaur Əmirovun da inandırıcı təbliğatı az rol oynamayıb. Həmsöhbətimiz Çağlayan qardaşlarının bu etimadını qazanmasının özəl bir sirrini də bizdən gizlətmədi. Sən demə, Zaur Əmirovla İsmayıl Çağlayan kirvə imişlər. Bir sıra başqa istixanalarda birgə çalışmaqla başlayan və qohumluq əlaqələri qurulmasına qədər uzanan bu etimad onları “Kurdemir Agro”da 3 ortağa çevirib.

   

 
Tarladan tövləyə kompleks yanaşma

Maraqlıdır ki, “Kürdemir Agro” işgüzar fəaliyyətə heyvandarlıqdan başlayıb. İstixanadan hardasa 1 km aralıda inşa etdikləri tövlədə mal-qara saxlayan iş adamları südçülüklə təsərrüfatını genişləndirmək istəyirmişlər. Amma südün qiyməti ucuz olduğundan arzuladığı effekti ala bilməyən ortaqlar pomidor işinə girişiblər. Yeni iş sahəsində ciddi nailiyyətlərə imza atan müəssisə rəhbərliyi köhnə fəaliyyətlərini də buraxmaq fikrində deyil. Növbəti cəhdlərində sadəcə profillərini dəyişdirməyi düşünürlər. Südçülükdən ətçiliyə keçərək Kürdəmirdə yeni iş yerləri açmağı planlaşdıran “Kurdemir Agro” əkindən fermaya bütün istehsal yükünü yerli imkanlar sayəsində reallaşdırmaq əzmindədir. Bunun üçün isə əllərində olan torpaq sahələrinin böyük hissəsini arpa və otlağa ayırmaq planları var:

“Cari ildə müasir standartlara cavab verən tövlə tikməyi planlaşdırırıq. İldə 1000 başa yaxın mal-qaranı öz məhsullarımızla qidalandıracağıq. Bunun üçün əlimizdəki boş ərazinin hardasa 10 hektarı yoncaya, qalan qismini isə apraya ayırmağı düşünürük. Tövləmizin yaxınlığında 300 ton arpanı saxlamaq üçün anbar inşa etmişik. Saxlayacağımız mal-qara özümüzün əkib-biçdiyimiz taxıl və yonca ilə yemlənəcək. Tamamilə orqanik yemlə yetişdirəcəyimiz bu mal-qara Azərbaycanın qida təhlükəsizliyinin qorunmasına xidmət edəcək. Beləcə, cənab Prezidentimizin fermerlərin qarşısında qoyduğu başlıca hədəflərindən birinin reallaşmasında bizim də kiçik töhfəmiz olacaq”.

Saxlayacaqları mal-qaranın yarımcins olacağını bildirən həmsöhbətimizdən bir danadan neçə kiloqram ət almağı planlaşdırdıqlarını soruşuram. Z.Əmirovun dediyinə görə, hər dananın diri çəkisi, təxminən, 300 kiloqram olacaq. Diri çəkinin yarısınin ətə çevrildiyini nəzərə alsaq, bu, hardasa ildə 150 ton ət istehsalı deməkdir. Azərbaycanın birillik ət istehlakının 360 min ton olduğunu nəzərə alsaq, “Kurdemir Agro”nun il boyu istehsal edəcəyi ət miqdarı ümumi istehlakımızın 0.0004%-nə bərabər olacaq. Belə çıxır ki, özümüzə yetəcək potensiala gəlmək üçün “Kurdemir Agro” boyda 2500 fermer təsərrüfatına ehtiyac var. Bu nisbəti müqayisə edəndə Zaur Əmirovun dediyi kimi, “Kurdemir Agro”nun istehsal həcmi Azərbaycanın ətlə təchizatında duz və istiot qədər olacaq. Belə görünür ki, Prezidentin fermerlər qarşısında qoyduğu hədəfə çatmaq üçün hələ çox işlər görülməlidir.


 
Hacı Zeynəlabidindən miras qalan əxlaq

Müəssisənin təsisçisinə inşa etməkdə olduqları fermaya da baş çəkmək niyyətimi bildirirəm. O da sözümü yerə salmır. Bərabər getdiyimiz fermada bir vaqontipli ev diqqətimi çəkir. Həmin yerin qaraulxana olduğunu təxmin edirəm. Məgər ki, deyilmiş. Zaur bəyin dediyinə görə, bura “Kurdemir Agro”-nun ilk baş ofisi imiş. İndiyədək bu “baş ofis”in saxlanılması ilə maraqlanıram. İş adamının sözləri məni sonuncu dəfə heyrətləndirir:

“Səhv etmirəmsə, Hacı Zeynəlabdin Tağıyev olmalıdır; əmək fəaliyyətinə uşaq yaşda fəhləliklə başlayır. Daha sonra tale ona böyük zənginliklər bəxş edir. Hacı Zeynəlabidin Tağıyev zənginləşəndə belə, çəkicini bir kənara atmır. Əksinə, otağının qapısından asır. Bunu belə izah edir ki, hər dəfə iş otağıma girəndə əmək alətlərimi görüb keçmişimi xatırlayıram. Bu, mənim öz yolumu azmamağıma vəsilə olur. Mən də eyni məntiqlə ilk “baş ofisimi” iş yerimin girəcəyinə qoymuşam”.

Açığını desəm, övladları və özləri harınlıq edən iri məmurlarla dolu bir məmləkətdə ortaya qoyulan bu əxlaq nümunəsi insanı sevindirir. Üzəri indiyədək hər gün silinib təmizlənən bu “tarixi eksponat” mənim gözümdə  halallıqla haramın fərqinin canlı heykəli kimi ucalır. Bu qanacağın daşıyıcı olan müəssisə rəhbərliyi də həmçinin...

  

Bakıya qayıdarkən “Kurdemir Agro”da gördüklərimin təsiri altında idim. Kürdəmirdən Hacıqabula qədər uzanan şoran torpaqları seyr edə-edə bu yarımsəhralıqda cənnət vahəsi yaradan insan oğlunun başarısının sirri mənə Aşıq Veysəlin məşhur misralarını xatırladırdı:

Qarnın yardım qazma ilə, bel ilə,

Üzün yırtdım dırnaq ilə, əl ilə,

Yenə məni qarşıladı gül ilə,

Mənim sadiq yarım qara torpaqdır.

Bəli, “Kurdemir Agro”çular qara torpağı əlləri-dırnaqları ilə becərə-becərə axıtdıqları tərlərinin halal bəhərini toplayırlar.

Məmməd Tahir

Şair-publisist, AYB üzvü

Moderator.az

loading...
loading...
Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO
200 il yaşamağın sirrini kəşf edən 11 dəfə Həccdə olan 83 yaşlı kişinin möcüzəsi + VİDEO
Polisdən qaçan oğrular bu cür yaxalandı - MARAQLI...+ VİDEO
“İlham Əliyev Cavid Qurbanovu buna görə təriflədi…”
"Mən özüm münaqişədən sonra Yerevanda 3 dəfə mətbuat konfransı keçirmişəm və..."
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
Maraqlı
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
Maraqlı
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
Gündəm
“Qarabağ münaqişəsinin qurbanları haqqında beynəlxalq təşkilatlar ətraflı məlumatlandırılmalıdır”
Cəmiyyət
“Zorlanma faktı yaxın adamlar tərəfindən törədildiyi üçün qadınlar bu haqda düşünmür...”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Tolik Damla ilə bağlı şok video yaydı: “Bəlkə də buna görə mənimlə düşmən olacaqsan” - VİDEO
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..." - İRAD
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
"Fərhad Əhmədov Azərbaycana dönəndə hiss etmişdim ki, bu, xoşniyyətli dönüş deyil..."
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247