Xəbər lenti
15/12/2019 [15:32]:
Ermənilər “Qarabağın müstəqilliyi”ni “növbəti dayanacaq” elan etdi...  
15/12/2019 [15:29]:
“Şiə hilalı”nın aqibəti necə olacaq? - İranın Yaxın Şərqdən qovulma prosesi ekspertlərin gözüylə
15/12/2019 [15:16]:
İtaliyada 54 min sakin bomba təhlükəsinə görə təxliyyə edilib
15/12/2019 [15:12]:
Dünyanın ən uzun ayaqlı qadını üsyan etdi - FOTOLAR
15/12/2019 [15:06]:
Kürdəmirdə bələdiyyə sədrinin oğulları həmkəndlilərini bıçaqlayıb - VİDEO
15/12/2019 [15:03]:
“Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan
15/12/2019 [15:00]:
Mahsun 14 il sonra bu mahnını oxudu - VİDEO
15/12/2019 [14:59]:
Dünyanın ən gözəli seçildi - FOTO/VİDEO
15/12/2019 [14:48]:
ATP seçki ilə əlaqədar səlahiyyətli nümayəndələr təyin etdi
15/12/2019 [14:40]:
"Əgər keçmiş həyat yoldaşım boşanmağa ərizə verməsəydi, bir yox, iki 8 il də dözərdim"
15/12/2019 [14:38]:
Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR
15/12/2019 [14:37]:
Bakıda iş adamı oğluna dəbdəbəli toy etdi - VİDEO
15/12/2019 [14:14]:
Türk donanması İsrail gəmisini qovdu - Gərginlik
15/12/2019 [14:08]:
DİN-dən həbs edilən polkovniklə bağlı - Açıqlama
15/12/2019 [14:02]:
Metroda sərnişinin relslərin üstünə yıxılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
15/12/2019 [13:59]:
SSRİ-nin sabiq İnformasiya və Mətbuat naziri vəfat edib
15/12/2019 [13:45]:
Sabah Bakıda hava dumanlı olacaq, şimal və qərb rayonlarına yağış yağacaq
15/12/2019 [13:42]:
Masallıda zəlzələ olub
15/12/2019 [13:19]:
"Onun Azərbaycan intellektual mühitini necə zənginləşdirdiyini müşahidə edirəm"
15/12/2019 [13:04]:
MDTF-nin təşkilatçılığı ilə məktəblilər arasında intellektual yarışın final mərhələsi keçirilib
15/12/2019 [12:58]:
Bakı metrosunda qorxulu anlar: Sərnişin relslərin üstünə yıxıldı - FOTO
15/12/2019 [12:56]:
Sutka ərzində 900-dən çox qaçqın Suriyaya qayıdıb
15/12/2019 [12:54]:
Nepalda dəhşətli avtobus qəzası: 14 ölü, 16 yaralı
15/12/2019 [12:42]:
“Ən böyük xoşbəxtlik odur ki, sənin bu qədər sevənlərin var və öz yerində dura bilmisən...”
15/12/2019 [12:25]:
Evli qadına mesaj yazan şəxs pusquya düşdü - FOTOLAR
15/12/2019 [12:18]:
"Nə yaxşı ki, parlament özü - özünü buraxdı..."
15/12/2019 [12:15]:
Oksana Murad Dadaşovun heykəlini öpməkdən doymadı - VİDEO
15/12/2019 [12:12]:
Rusiyada transgenderlərin nikahı qeydə alınıb
15/12/2019 [12:08]:
Növbəti metrostansiyada tikinti işləri yekunlaşdı - AÇILIŞ vaxtı bəlli oldu
15/12/2019 [11:23]:
İslamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alınıb – Almaniyada
15/12/2019 [11:21]:
Azərbaycan bayrağını Lələtəpəyə sancan polkovnik həbs olundu
15/12/2019 [11:16]:
Küçədə qışlayanlar - Nazirlik neçə nəfərə sahib çıxıb?
15/12/2019 [11:14]:
Ağ Ev ABŞ ordusunun bir hissəsini Əfqanıstandan çıxarmaq niyyətindədir
15/12/2019 [11:12]:
Azərbaycanlı sərxoş sürücü İstanbulda qəza törətdi
15/12/2019 [11:03]:
Abşeronda kənddən əl qumbarası tapıldı - FOTOLAR
15/12/2019 [10:59]:
Mingəçevirdə qardaş qardaşı bıçaqladı
15/12/2019 [10:18]:
Soyqırım eyforiyasının astar üzü...
15/12/2019 [09:56]:
Bakıda və Gəncədə kafelər yandı
15/12/2019 [09:53]:
Finlandiyalı nazir “İnstagram” paylaşımına görə üzr istədi
15/12/2019 [09:49]:
Ermənistan ordusu sərhəd rayonlarımızı atəşə tutub
15/12/2019 [08:41]:
Nail anasının 5-ci mərtəbədən atmaq istədiyi  2 yaşlı qızı xilas etdi-FOTOLAR+VİDEO
15/12/2019 [07:55]:
Müsəlmanın müsəlman üzərində olan 30 haqqı hansılardır?
15/12/2019 [00:43]:
“Qalatasaray” qələbəni son dəqiqədə əldən verdi - VİDEO
15/12/2019 [00:34]:
Rusiyada ərzaq anbarında güclü yanğın olub
14/12/2019 [23:57]:
"Bu qərar Ermənistanın Türkiyə ilə münasibətlərini daha da pisləşdirəcək..."
14/12/2019 [23:53]:
İranda məktəblər tətilə buraxıldı - SƏBƏB
14/12/2019 [23:47]:
Göyçayda 300 baş cücə yanaraq tələf olub
14/12/2019 [23:45]:
MSK BAXCP-nin səlahiyyətli nümayəndələrini qeydə alıb - Adlar
14/12/2019 [23:36]:
Azərbaycanlı tələbə Türkiyədə binadan yıxılaraq ölüb
14/12/2019 [23:18]:
Hindistanda etirazlar zamanı azı 5 qatar və 15 avtobus yandırılıb
14/12/2019 [23:14]:
Şəmkirdə 75 yaşlı piyadanı avtomobil vurub
14/12/2019 [23:09]:
Azərbaycanlı futbolçu üçün erməni baş məşqçi
14/12/2019 [22:32]:
Deputatlar "Lider" televiziyasında Parlamentin buraxılmasının səbəbini açıqladılar - VİDEO
14/12/2019 [22:30]:
Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçildi
14/12/2019 [22:27]:
“Azərbaycan Milli hərəkatı: dünən və bu gün” mövzusunda geniş dəyirmi masa keçirdi- FOTOLAR
14/12/2019 [22:12]:
Rusiyadan gələn kosmetika Azərbaycana buraxılmadı - FOTO
14/12/2019 [22:07]:
“Əsl kişi ailəsinin yanında olar” - Narkotikə görə həbs olunan musiqiçi - VİDEO
14/12/2019 [22:05]:
Bu ölkənin sabiq prezidenti korrupsiya ittihamı ilə 2 illik həbs olundu
14/12/2019 [21:57]:
Nigeriyada "Boko Haram" silahlıları şəhərə hücüm edərək 15 nəfəri qətlə yetirib
14/12/2019 [21:16]:
Safuradan səhnəyə qayıtması ilə bağlı açıqlama
14/12/2019 [21:12]:
Çində mədəndə su sızması nəticəsində 3 nəfər ölüb, 15 nəfər itkin düşüb
14/12/2019 [21:12]:
İnan dünyagörmüş bu yalquzağa, canın qurtaracaq zülümdən, quzu...
14/12/2019 [20:43]:
FHN-in Mətbuat Xidməti yanğınla bağlı məlumat yayıb
14/12/2019 [20:37]:
Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
14/12/2019 [20:32]:
Antarktidada planetin quru hissəsində ən dərin çökəklik aşkarlanıb
14/12/2019 [20:26]:
“Nəsimi ili” ilə bağlı “Nəsimi və aşıq” sənəti mövzusunda tədbir keçirildi -FOTOLAR
14/12/2019 [19:57]:
Səxavət Məmmədovun Amerikadakı yadigarı - FOTOLAR
14/12/2019 [19:47]:
"Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib"
14/12/2019 [19:44]:
Nəsimi rayonunda baş verən yanğında iki avtomobil yanıb
14/12/2019 [19:42]:
"Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub, xəsarət alan yoxdur"
14/12/2019 [19:01]:
“Lazarev klubu”nun bu dəfəki iclası birbaşa Putin tərəfindən maliyyələşdirilib...
14/12/2019 [19:00]:
"Valideynlərə üzümü tutub deyirəm ki, qızlara imkan verin voleybol oynasınlar, inkişaf etsinlər"
14/12/2019 [18:59]:
"3-cü mikrorayon bazarı"nda baş verən yanğın söndürülüb
14/12/2019 [18:57]:
Nəsimi rayonunda baş verən yanğında xəsarət alan olmayıb
14/12/2019 [18:56]:
Etibar Mirzəyev yanğın yerində
14/12/2019 [18:45]:
Bakıda "3-cü mikrorayon bazarı" yanır - YENİLƏNİB + VİDEO
14/12/2019 [18:20]:
"Mehriban Əliyevanın Moskvaya səfəri Azərbaycanla Rusiya arasındakı dostluğun əyani sübutudur"
14/12/2019 [18:18]:
Yanğınla əlaqədar 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət tam məhdudlaşdırılıb
14/12/2019 [18:10]:
Məsut Özil Həzrəti Əlidən sitat gətirdi
14/12/2019 [18:01]:
"ABŞ-dan “Patriot” sistemini almağa hazırıq, buna cavab gözləyirik"
Bütün arxiv bir sırada
14/08/2019 [19:10] - Cəmiyyət - ( 730 dəfə baxılıb)

“Xəzəri çirkləndirməklə sağlamlığımıza ziyan vurmuş oluruq” – ZİYAD SƏMƏDZADƏ



Moderator.az akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ilə müsahibəni təqdim edir:

“İnsanlarımız özləri daha fəal və daha təşəbbüskar olmalıdırlar, hər şeyi dövlət, dövlət qurumlarından gözləməməlidirlər”

-Ziyad müəllim, son bir il yarımda, xüsusilə də, 2018-ci ilin 11 aprel seçkilərindən sonra Azərbaycanda bütün sahələrdə güclü inkişaf getməkdə, islahatlar prososesi daha da dərinləşməkdə və genişlənnməkdədir. Eyni zamanda, insanların fəallığı, təşəbbüskarlığı, görülən işlərə, islahatlar prosesinə dəstəyi artmaqdadır. Siz bir ziyalı, bir alim, bir vətəndaş olaraq, bu haqda nə düşüncədəsiniz?

-Təbii ki, dedikləriniz reallıqdır, faktdır. Bunları hər birimiz hər gün müşahidə etməkdə, şahidi olmaqdayıq. Hər şey göz qabağındadır və bu, çox sevindirici bir haldır. Dünyada, ərtafımızda baş verən hadisələrin bir-birini sürətlə əvəzlədiyi, qlobal kataklizmlərin, riqslərin, təhdidlərin davam etdiyi və daha da təhlükəli bir hal aldığı şəraitdə iqtidar-xalq vəhdətinin, bağlılığının olması çox mühüm şərtləndəndir, ölkənin milli, siyasi, iqtisadi təhlükəsizliyini, inkişafını təşkil və təmin edən başlıca faktorlardandır. Məhz iqtidar-xalq vəhdətinin nəticəsidir ki, Azərbaycan dünyada yaşanan və daha da amansız xarakter alan hasidələrdən, qarşıdurmalardam özünü sığortalamaqda, onlardan zərərsiz ötüşməkdə və gələcək inkişafına doğru daha iri, daha inamlı addımlarla irəliməməkdədir. Heç təsadüfi deyil ki, Azərbaycan dünyanın, xüsusilə, barıt çəlləyinə, qaynar qazana bənzəyən çoğrafiyamızın təhlükəsizlik və sabitlik adasına, dünyanın siyasi, iqtisadi, hərbi, humanitar dialoq məkanına, milli və dini tolerantlıq mərkəzinə çevrilib.

Dünyanın ən vacib və ən mühüm taleyüklü məsələləri, nüfuzlu idman yarışları Azərbaycanda keçirilməkdə və  ölkəmiz həmin təbdirlərə, yarışlara layiqncə ev sahibliyi funksiyasını yerinə yetirməkdədir. Qarşıdan dünyanın BMT-dən sonra ikinci ən böyük qurumu olan Qoşulmama Hərəkətanın növbəti Zirvə toplantısı gəlir ki, ölkəmiz payızda ona ev sahibliyi edəcək. Bu, Azərbaycana olan etimadın, güvənin nəticəsi, göstəricisidir. Dediyim kimi, bunlar da iqtidar-xalq birliyinin daha da sarsılmazlığı, insanlarımızın, vətəndaşlarımızın 1993-ci ilin iyunundan, o cümlədən, 2003-cü ilin oktyabrından-ölkə prezidenti İlham Əliyevin hakimiyyət estafetini davam etdirməsindən, xüsusilə, ötən ilin 11 aprel seçkilərindən sonra hər bir sahədə islahatlar prosesinin daha da sürətləndirilməsindən və geniş vüsət almasından sonra yürüdülən siyasətə, həyata keçirilən ölçüyəgəlməz işlərə açıq şəkildə dəstək verməsinin, siyasi, ictimai, sosial, iqtisadi fəallığının artması nəticəsində baş verməkdə, yaşanmaqdadır.

İnsanlarımız, vətəndaşlarımız ölkə prezidenti tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasi-iqtisadi kursu qiymətləndirir, dəyərləndirir, öz açıq və birmənalı münasibətini, dəstəyini ifadə edir. Bu, olduqca müsbət meyl və tendensiyadır. Bu,  həm də inkişafımızın və təhlükəsizliyimizin rəhni, təminatı deməkdir. Bununla yanaşı, insanlarımızın, vətəndaşlarımızın daha da da fəallaşdırılması, proseslərə daha aktiv şəkilədə cəlb edilməsi və qoşulması gərəkdir. Bu tendensiya, bu meyl daha da gücləndirilməli, sürətləndirilməlidir. İnsanlarımız özləri daha fəal və daha təşəbbüskar olmalıdırlar, hər şeyi dövlət, dövlət qurumlarından gözləməməlidirlər.

“Xəzərin ekologiyasının qorunması, onun çirklənməsinin qarşısının alınması mühüm məaqmlardan vəzifələrdəndir. Təəssüflər olsun ki, bəzən bilmədən, bəzənsə bilərəkdən Xəzərin onsuz da ağır olan ekoloji durumunu ağırlaşdırır, onu çirkləndiririk…”

-Yeri gəlmişkən, bugünlərdə  hakim Yeni Azərbaycan Partiyasının (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçirildi. Bu aksiya özü də ictimai fəallığın artırılması, ictimaiyyətin diqqətinin bir sıra məsələlərin həllinə cəlb edilməsi baxımından mühüm təşəbbüslərdən biri sayıla bilər…

-Tamamilə, doğrudur.  Bu, çox gözəl və nəcib bir təşəbbüs, aksiya idi.  Qeyd edim ki, aksiyada YAP üzvləri, ETSN əməkdaşları, deputatlar, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər iştirak edirdilər. Şəxsən mən özüm də həmin aksiyada iştirak etmişdim və çox xoşuma gəlmişdi. Çünki mütəmadi olaraq bu cür çoxsaylı layihələri həyata keçiririlməsinə ehtiyac var.  Ekologiyamızın qorunması, Xəzərin çirklənməsinin qarşının minimum səviyyədə alınması bir vətəndaş olaraq, hər birimizin vəzifəmiz, borcumuzdur. Çünki Xəzərin sərvətlərindən istifadə etdiyimiz kimi, onun sərvətlərinin qorunması, gələcək nəsillərə çatdırılması da hər birimizin vətəndaşlıq vəzifəmizdir. Xəzər dənizi xalqımızın milli-təbii sərvətidir. Xəzər bizim zənginliyimiz, dünyaya çıxışımız, dünyaya inteqrasiyamız, şöhrətimizdir. Heç təsadüfi deyil ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən, xüsusilə də, son 22 il -1996-2018-ci illər ərzində aparılan gərgin müzakirələrdən, ağır, çətin keçən danışıqlar prosesindən sonra Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı razılaşmanın əldə edilməsi mümkün oldu.

Məhz Ulu Öndər Heydər Əliyevin və onun kursunun layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, Xəzərlə bağlı danışıqlar prosesinə verdiyi töhfələr nəticəsində 2018-ci ilin elə bu günlərində, avqust ayında Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət başçısının iştirakı ilə Aktau Konvensiyasi imzalandı. Bununla da, Xəzərin bir daha sülh, təhlükəsizlik, əməkdaşlıq dənizinə çevrilməsi istiqamətinə mühüm addımlar atıldı, ən əsası Xəzərin hüquqi statusu müəyyənləşdirildi. Bu Konvensiyanın özü həm də  belə demək mümkünsə, Xəzərin ekoloji durumunun yaxşılaşdırılması, onun çirkləndirilməsinin qarşısının alınması üçün mühüm bazalardan birini təşkil edir.  Bunları təfsilatı ilə deməkdə məqsədim odur ki,  xalqımız, dövlətimiz Xəzərin sərvətlərindən istifadə hüququna malik olan Xəzəryanı ölkələrdən biridir. Digər Xəzəryanı ölkələr kimi, biz də Xəzərin sərvətlərindən tam istifadə hüququna malik və bu sərvətlərdən də istifadə edirilk, yararlanırıq.

Bununla belə, Xəzərin ekologiyasının qorunması, onun çirklənməsinin qarşısının alınması mühüm məqamlardan, vəzifələrdəndir. Təəssüflər olsun ki, bəzən bilmədən, bəzənsə bilərəkdən Xəzərin onsuz da ağır olan ekoloji durumunu ağırlaşdırır, onu çirkləndiririk. Hansı ki, bunun zərəri də elə ilk növbədə özümüzə, insanlarımıza dəyir, uzun illər insanlarların istifadə etdikləri çimərliklər bəzən məhz bu çirklənmələr, çirkləndirilmələr səbəbindən bağlanır, qapadılır, yasaqlanır. Dediyim kimi, Xəzərdən, onun sərvətlərindən istifadə etdiyimiz, yaralandığımız kimi, onun ekoloji durumunun yaxşlaşdırılmasının, çirklənməsinin qarşısının alınması qayğısını da qalmalıyıq. Bu, bizim bir vətəndaş borcumuz, vəzifəmizdir. Dövlətlə yanaşı, hər birimiz bu işə öz töhfəmizi verməliyik…

“Xəzəryanı ölkələrlə birgə emli-tədqiqat işlərinin aparılmasına, birgə monitoriqnlərin keçirilməsinə ehtiyac var. Əgər bu istiqamətdə birgə, koordinasiyalı fəaliyyət mümkün olarsa, Xəzərinin çirkləndirilməsinin, onun ekoloji durumunun ağırlaşdırılmasının qarşısının alınmasına böyük töhfələr verilmiş olar…”

-Konkret olaraq, hansı addımlar atılmalıdır?

-İlk öncə Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında bütövlükdə ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək çox mühüm məqamlardandır. Bu məsələdə özfəaliyyət olmaz, burada bütövlükdə çəmiyyətin, ictimaiyyətin rolunun artırılması vacibdir. Heç təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyev də keçirilən bütün müşavirələrdə hər zaman ekologiya və ətraf mühit məsələlərinə xüsusi diqqət yetirir, bu məsələnin vacibliyini vurğulayır. Çünki hər bir ölkənin gələcəyi insanların sağlam mühitdə yaşamasının təmin edilməsi, sağlam olması ilə əlaqədardır. Odur ki, bu istiqamətdə atılan addımlardan biri də  insanları, ictimaiyyəti, xüsusilə, paytaxt əhalisini Xəzərin çirklənməsinin qarşısını almaq işinə səfərbər etməkdir. Hər kəs bu vacib məsələdə səfərbər olmalıdır. Onu da deyim ki, Azərbaycan Xəzərətrafı ölkələr arasında yeganə ölkədir ki, Xəzərin mühafizəsinə kompleks yanaşır, Xəzər Ekoloji Monitorinq İdarəsi fəaliyyət göstərir. Bu, bir dövlət olaraq, Azərbaycanın Xəzərin ekologiyasının yaxşılasdırılmasına necə böyuü önəm verməsinin göstəricisi sayıla bilər.

Bununla yanaşı, Heydər Əliyev Fondu və onun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın Xəzərin ekoloji durumunun yaxşılaşdırılması ilə bağlı çox gözəl təşəbbüsləri, layihələri olub və var. Fond tərəfindən bu istiqamətdə bu günün özündə də çox əhəmiyyətli və vacib aksiyalar keçirilməkdədir. Elə bu gün məbuatda gedən məlumatlara görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın nəcib təşəbbüsü ilə paytaxtımız Bakı şəhərində ictimai çimərliklərin yaradılması işləri davam edir.  Belə ki, paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılır.  Artıq Səbail rayonunda, “Şıx” çimərlik ərazisində yaradılan çimərlikdən sonra  artıq Buzovna və Goradil qəsəbələrində növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib. Yəni, əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda kölgəlik, soyunub-geyinmə kabinaları, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün  söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib, avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb. Bununla yanaşı, vətəndaşların istirahərinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb. 

Yaxın günlərdə daha dörd qəsəbədə də yeni ictimai çimərlik istifadəyə verilməsi gözlənilir. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində yeddi yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.  Onu da qeyd edim ki, yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Həmçinin, ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək. Bunlar çox gözəl, önəmli addımlardır, müsbət örnəkdir, təcrübədir. Ona görə dövlətimizlə bərabər hər birimiz Xəzərin ekoloji durumunun yaxşılaşdırılması, onun çirklənməsinin qarşısının alınması işinə səfərbər olmalı, öz töhfəmizi verməliyik. İnsanlarımız özləri könüllü şəkildə bilməlidirlər, başa düşməlidirlər ki, Xəzərə, sahilyanı ərazilərə zibil atmaq, onu çirkləndirmək olmaz. Bu, Xəzərin ekologiyasının korlanması, həmçinin, xəstəlik, xəstəliklərin yayılması deməkdir.

Mütəxəssislərin, elm adamlarının dediklərinə görə, dünyada okeanların çirkləndirilməsi, çirkli, zəhərli suların, tullantıların onlara axıdılması səbəbindən okean balıqları zəhərlənir və bu da nəticə etibarı ilə onlardan qida məhsulları kimi istifadə edən insanların özlərinə “qayıdır”, onların sağlamlığına təsir edir, onların səhhətində ciddi problemlər yaradır. Yəni, təsir əks-təsirə bərabərdir. Odur ki, Xəzərə də çirkli sular axıtmaqla, onu çirkləndirməklə həm də öz sağlamlığımıza ziyan vurmuş oluruq. Bunların-Xəzərə çirkli, kanalizasiya sularının axıdılmasının qarşısı alınmalıdır. Yeni təmizləyici quruğular qurulmalıdır. Konkret şəkildə qeyd etməli olsaq, təəəssüflər olsun ki, bu gün Xəzərlə sərhəd, Xərəzərə çıxışı olan rayonlarımızda kanalizasiya sistemləri yox dərəcəsində olduğundan bütün kanalizasiya suları Xəzərə axıdılır, nəticədə də Xəzərimizi çirkləndirilir. Bu ciddi problemdir və bu problemin aradan qaldırılması təcili addımlar atılmalıdır.

Xəzərin Rusiya ilə olan sərhəddindən İranla olan sərhəddinə qədər, yəni, Azərbaycanda aid olan hissəsində mütəmadi monitorinqlər aparılmalıdır. Yeniyətmlər, gənclər, uşaqlar arasında maarifləndirmə işləri gücləndirilməlidir. Çox təəssüflər olsun ki, ölkəmizdə bir çox telekanal olmasına baxmayaraq, onların heç birində Xəzərinin çirkləndirilməsinin, Xəzərin ekoloji durumunun korlanmasının qarşısının alınmasına çağırış edən edən heç bir reklam çarxı yoxdur. Hesab edirəm ki, telekanallarımız bu barədə də ciddi şəkildə düşünməli, Xəzərin çirkləndirilməsinin qarşısının alınmasına çağırış edən reklamlar nümayiş etdirməlidirlər. Həmçinin, telekanallarda, mediada Xəzərlə bağlı maarifləndirici verilişlər, proqramlar, yazılar getməlidir, mütəxəssislərin, peşəkarların fikirləri ictimaiyyətə çatdırılmalıdır.

Bu baxımdan artıq hər bir kəs bu məsələdə diqqətli olmalı, məsuliyyət hissini artırmalıdır. Xəzərin sərvətləri də, onun təmizliyi də bizimdir. Biz bunlara seyrçi, biganə qala bilmərik. Xəzər dənizi xalqındır, cəmiyyətindir və bu səbəbdən də, insanlarımızın, vətəndaşlarımız, cəmiyyətimizin Xəzərin ekoloji təmizliyinin təmin edilməsi işində üzərində böyük vəzifələr, məsuliyyət düşür. İnsanlarımız özləri bu prosesdə daha yaxından və könüllü şəkildə iştitak etməlidirlər. Məhz son aksiya zamanı da bunun müsbət elementlərini, işartılarını gördüm və bu, yarımçıq qalmamalı, davamlı bir proses olmalıdır. Hesab edirəm ki, bu gün Xəzərin problemlərinin, xüsusilə, ekoloji problemlərinin həlli ilə bağlı elmi-tədqiqat işlərinin aparılmasına və artırılmasına ehtiyac var.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bununla bağlı böyük potensial mövcuddur. Onlar müvafiq dövlət qurumları ilə bu istiqamətdə fəaliyyətlərini əlaqələndirə, Xəzərin ekoloji problemlərinin həllinə öz töhfələrini verə bilərlər. Xatırladım ki, hələ sovetlər dövründə, 70-ci illərdə Azərbaycanda, Elmlər Akademiyasında Xəzərin problemləri ilə məşğul olan ayrıca institut var idi. Görkəmli ziyalımız, professor Gülün rəhbərliyi ilə Xəzərin ekoloji məsələlərinin həlli ilə bağlı çox mühüm işlər görülmüş, addımlar atılmışdı. Bu baxımdan, hesab edirəm ki, indi də bu istiqamətdə işlərin canlandırılmasına, sürətləndirilməsinə, Xəzəryanı ölkələrlə birgə emli-tədqiqat işlərinin aparılmasına, birgə monitoriqnlərin keçirilməsinə ehtiyac var. Əgər bu istiqamətdə birgə, koordinasiyalı fəaliyyət mümkün olarsa, Xəzərinin çirkləndirilməsinin, onun ekoloji durumunun ağırlaşdırılmasının qarşısının alınmasına böyük töhfələr verilmiş olar. Bu, çox mühüm və vacib əhəmiyyətli məsələdir.

Müsahibəni apardı:

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

loading...
loading...
"Əgər keçmiş həyat yoldaşım boşanmağa ərizə verməsəydi, bir yox, iki 8 il də dözərdim"
"Nə yaxşı ki, parlament özü - özünü buraxdı..."
Ərdoğan Qənirə Paşayevanın şeirini oxudu - VİDEO
200 il yaşamağın sirrini kəşf edən 11 dəfə Həccdə olan 83 yaşlı kişinin möcüzəsi + VİDEO
Polisdən qaçan oğrular bu cür yaxalandı - MARAQLI...+ VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Onun Azərbaycan intellektual mühitini necə zənginləşdirdiyini müşahidə edirəm"
Siyasət
Soyqırım eyforiyasının astar üzü...
Dünya
Yüzlərlə ailənin yaşadığı Bamyan vadisindəki mağaralar- FOTOLAR
Maraqlı
Bu olmasaydı, insan ömrü at ömrü qədər qısa olardı: Alimlərdən maraqlı araşdırma...
Maraqlı
"Təhlükəsizlik Xidməti polisi, polis də  öz növbəsində bu qurumu izləyəcək...”
Həftənin ən çox oxunanları
"Gəlin qardaşının qayınatası ilə bir yataqda yaxalandı" - Bakıda ŞOK OLAY - VİDEO
Pərvin Abıyeva: “Mənim üçün sevgidə yataq...” - VİDEO
Tolik Damla ilə bağlı şok video yaydı: “Bəlkə də buna görə mənimlə düşmən olacaqsan” - VİDEO
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
Deputat keçmiş baş nazirin qızını 3 dəfə zorladı - atası susmağı tələb etdi...- RƏZALƏT
"Zaur məni çağırmışdı oxumağa, çağırmamışdı ki, deyə ki, Elnarə ev tikdirir..." - İRAD
Xoşqədəm ATV və ANS-dəki - MƏVACİBİNİ AÇIQLADI
"Fərhad Əhmədov Azərbaycana dönəndə hiss etmişdim ki, bu, xoşniyyətli dönüş deyil..."
Təcili yardıma yol verməyən xanım sürücüdən daha bir kobudluq - VİDEO
“O, törətdiyi əməllərə görə qanun qarşısında cavab verməli olacaq”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247