Xəbər lenti
28/01/2020 [12:25]:
Koronavirusa görə blokadaya alınan Uhanda qalan azərbaycanlılar danışdı - VİDEO
28/01/2020 [12:24]:
ABŞ-dan “Qrin kart” almaq çətinləşəcək – Trampın qərarı təsdiqləndi
28/01/2020 [12:22]:
Azərbaycanda hərbçi hazırlayan təhsil müəssisələrinə qəbul hansı qaydada aparılır? - VİDEO
28/01/2020 [12:18]:
Keçmiş prezident 4 il öncə Azərbaycana qarşı hərbi təxribata yol verdiklərini etiraf etdi
28/01/2020 [12:18]:
Ötən il 920 mindən çox “ASAN Viza” verilib
28/01/2020 [12:12]:
"Quş qripi" ilə bağlı monitorinqlərin nəticələri açıqlanıb
28/01/2020 [12:11]:
Azərbaycanın səhiyyə naziri koronavirusla bağlı əmr imzalayıb
28/01/2020 [12:06]:
Əkrəm İmamoğlu bu paylaşımlarına görə qınandı -FOTOLAR
28/01/2020 [12:01]:
İş axtaranlar üçün xəbər var - “E-sosial”dan yeni xidmət
28/01/2020 [11:31]:
Deputatlığa namizəd Salyanın Xıdırlı kəndində seçicilərlə görüşdü - FOTO + VİDEO
28/01/2020 [11:26]:
"Anarı hər gün zəng vurub əsəbiləşdirirlər və soruşurlar ki, gedəcəksən, yoxsa qalacaqsan?"
28/01/2020 [11:18]:
Oğlu Rafael Dadaşovun səhhətindən danışdı
28/01/2020 [11:18]:
İşğalçı ölkə ordu gününü qeyd edir: Qarabağda şənlik var...
28/01/2020 [11:03]:
DİN sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etdi: Aldanmayın!
28/01/2020 [11:01]:
Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçilib
28/01/2020 [10:53]:
"Tez bir zamanda qanunvericiliyə edilmiş o əcaib dəyişiklik ləğv edilməlidir"
28/01/2020 [10:51]:
Azərbaycan Energetika nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya səfər edəcək
28/01/2020 [10:40]:
Ağ Ev “qrin kart” verilməsi qaydalarını sərtləşdirmək hüququ qazanıb
28/01/2020 [10:39]:
Korona virusuna görə ölü sayı 106-ya yüksəldi -SON DƏQİQƏ...
28/01/2020 [10:38]:
Çin ordusu Uhanı mühasirəyə aldı, şəhəri tərk edənlər vurulur
28/01/2020 [10:36]:
Əflatun Amaşova ağır itki
28/01/2020 [10:34]:
Vahid Əhmədovun seçicilərlə görüşləri davam edir -FOTOLAR
28/01/2020 [10:33]:
Gürcüstandan Azərbaycana külli miqdarda dərmanın gizli yolla keçirilməsinin qarşısı alınıb
28/01/2020 [10:32]:
Ötən il Azərbaycanda baş verən partlayışlarda 12 nəfər ölüb
28/01/2020 [10:32]:
"Əminəm ki, parlament seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək"
28/01/2020 [10:32]:
Rövnəq Abdullayev: "Ən zəiflər qrupundan çıxa bilmədik"
28/01/2020 [10:30]:
Abşeronda keçmiş arvadının boğazını kəsən şəxsə yeni ittiham irəli sürülüb
28/01/2020 [10:28]:
“Cavabı aşkarlamaq üçün Çin iqtisadiyyatı ilə dərindən məşğul olmağa başladım…” – ZİYAD SƏMƏDZADƏ – FOTOLAR
28/01/2020 [10:02]:
Deputat AŞPA-nın iclasında yatdı...-FOTO+VİDEO
28/01/2020 [10:00]:
Elazığda bir ailəni xilas etdiyinə görə vətəndaşlıq veriləcək - Suriyalı tələbəyə Ərdoğandan müjdə...
28/01/2020 [09:57]:
"Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı bərpa olunsun" - TƏKLİF
28/01/2020 [09:40]:
Koronavirusdan ölənlərin sayı 100-ü ötdü
28/01/2020 [09:40]:
Qaz və işıq limitinin ləğvi yenidən gündəmdə: çıxış yolu açıqlandı
28/01/2020 [09:36]:
Pompeo: "Rusiya və İran Suriyada atəşkəsin bərqərar olunmasına birbaşa mane olurlar"
28/01/2020 [09:35]:
Əlcəzairdə hərbi təyyarə qəzaya uğradı
28/01/2020 [09:34]:
Yeni koronavirus artıq Almaniyadadır
28/01/2020 [09:31]:
Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib - VİDEO
28/01/2020 [09:28]:
Tofiq Musayev Həbib Nurməhəmmədovla bir siyahıda yer aldı
28/01/2020 [09:26]:
Ermənilərin Şuşa yaxınlığında mülki helikopteri vurmasından 28 il ötür
28/01/2020 [09:25]:
Tramp İsrailin yeni sərhədlərinin xəritəsini təqdim edəcək
28/01/2020 [09:24]:
İŞİD İsraili hədələdi: “Kimyəvi silah poliqonu edərik”
28/01/2020 [08:30]:
Suriyalı qaçqın Türkiyədə bir ailəni  təkbaşına dağıntılar altından qurtardı…-VİDEO
28/01/2020 [07:56]:
İnsanın heyvana çevrilə bilməsi barədə Quranda nə deyilib?..
28/01/2020 [00:38]:
"Zülfüqarovdan və Həsənquliyevdən fərqli olaraq mən bu fikirdəyəm ki..."
28/01/2020 [00:20]:
Koronavirusdan qorunmaq üçün 6 vacib addım: Ümumdünya Səhiyyə Təşkilatı...
28/01/2020 [00:16]:
“Dövlətimiz kimi cəmiyyətimizin də Türkiyə ilə yardımlaşma nümunəsi göstərməsi arzuedilən olar”
28/01/2020 [00:06]:
Putin və Qorbaçov nahar edir... - Nadir foto
27/01/2020 [23:56]:
Ruhani ABŞ-a meydan oxudu
27/01/2020 [23:53]:
Ana yenicə dünyaya gətirdiyi övladını satdı
27/01/2020 [23:52]:
Göygöldə zəncirvari avtomobil qəzası baş verib
27/01/2020 [23:37]:
Qənirə Paşayeva Tovuzun İbrahim Hacılı kəndində yüzlərlə seçici ilə görüşdü - FOTOLAR
27/01/2020 [22:55]:
Məşhur müğənnidən zəlzələ ilə bağlı çağırış: "Özümü saxlaya bilmədim, səssiz olun!"
27/01/2020 [22:52]:
Sabirabadda dəhşət: Yeni ailə quran gəlin ata evinə qayıdıb özünü asdı
27/01/2020 [22:50]:
Rəfael Dadaşov xəstəxanaya yerləşdirilib
27/01/2020 [22:29]:
Çavuşoğlu və Lavrov Suriya məsələsini müzakirə ediblər
27/01/2020 [22:23]:
Qadın prezidentin şəxsi həyatının təfərrüatı: vəkillə yaşayır
27/01/2020 [22:20]:
Dünyanın ən təhlükəli paytaxtı: Şəhərdə hər gün təxminən on nəfər öldürülür
27/01/2020 [22:16]:
"Rusiyadan soruşmaq lazımdır, ki, ay Rusiya, sən vasitəçisən və görürsən ki..."
27/01/2020 [22:12]:
6 rayonun təhsil şöbəsinin müdiri korrupsiya faktına görə işdən qovulub - ETİRAF...
27/01/2020 [22:08]:
Nazir və xanımı maaşını Türkiyədə zəlzələdən ziyan çəkənlərə köçürdü - FOTO
27/01/2020 [22:08]:
Səkkiz il ərzində saçlarına şampun vurmadı, nəticəsi heyranedici oldu - VİDEO
27/01/2020 [22:07]:
Zanbaqlar ölkəsi kənd təsərrüfarı ixracatına görə dünya ikincisi oldu - STATİSTİKA...
27/01/2020 [22:05]:
Türkiyədə koronavirus şübhəsi ilə əlaqədar 12 nəfər xəstəxanaya yerləşdirilib
27/01/2020 [21:58]:
Azay Quliyev 7-ci mikrorayonda seçiciləri ilə görüşüb - FOTOLAR
27/01/2020 [21:56]:
Dilarə ehtiraslı “İnstagram” şəkli ilə gündəmə gəldi - FOTO
27/01/2020 [21:54]:
Şəmkirdə baş verən ağır yol qəzasında 3 nəfər ölüb - YENİLƏNİB
27/01/2020 [21:52]:
"Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər"
27/01/2020 [21:32]:
Niyaməddin Orduxanlı seçicilərlə görüşə başlayıb - FOTOLAR
27/01/2020 [21:20]:
Rafael Cəbrayılov barədə Zakir Qaralova müraciət edildi – Həbs oluna bilər
27/01/2020 [21:20]:
Hacıqabulda ana doğuşdan sonra ölüb
27/01/2020 [21:17]:
"Ailə qurmayım deyə, kənddən çıxıb getdim" - VİDEO
27/01/2020 [21:13]:
Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib
27/01/2020 [20:07]:
"Taliban" Amerikan hərbi təyyarəsini vurdu: Vaşinqtondan ikibaşlı etiraf... + VİDEO
27/01/2020 [20:07]:
Rəşad Mahmudov şəhid anasının qonağı oldu
27/01/2020 [20:03]:
Azərbaycanlı zəvvarlar üçün Həcc bahalaşdı
27/01/2020 [19:59]:
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində müşavirə keçirilib
27/01/2020 [19:49]:
Yol polisi sürücüləri "tələ"yə salır: Görüntülərlə bağlı rəsmi açıqlama - Video
27/01/2020 [19:48]:
““KQB” “yeraz” kəlməsini hələ 1978-ci ildən qondarıb… Bundan məqsəd...”
27/01/2020 [19:43]:
Ağciyər İnstitutunda reanimatoloq yoxdur - BAŞ HƏKİMDƏN AÇIQLAMA
27/01/2020 [19:40]:
Hafiz Haciyev Göygöl rayonunda seçicilərlə görüş keçirib- Fotolar
Bütün arxiv bir sırada
13/08/2019 [22:15] - İqtisadiyyat - ( 3375 dəfə baxılıb)

İlan mələyən şoranlıqda Cənnət vahəsi: “Kurdemir Agro”



Aqroinkişafın “tarix öncəsi”

2015-ci ildə dünya bazarında neftin qiymətlərinin kəskin düşməsinin ardından qısamüddətli şok yaşayan Azərbaycan hökuməti radikal addımlar atmağa qərar verdi. Bu qərar Prezident İlham Əliyevin dilindən rəsmən səsləndirildi. 12 Fevral 2016-cı ildə Almaniyada işgüzar səfərdə olan Prezident Azərbaycan üçün artıq neft erasının bitdiyini və postneft dövrünün başladığını elan etdi.

Ölkə başçısının bu bəyanatından sonra iqtisadiyyatımızda yenidənqurma fəaliyyətlərinə start verildi. Yeni iqtisadi prioritetlərin rəsmən elan olunduğu Almaniya səfərindən cəmi bir ay sonra - 2016-cı il 16 mart tarixində  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sənəd hazırlandı. Sənəddə iqtisadiyyatımızın on bir əsas sektoru üzrə Strateji yol xəritələrinin layihələrinin hazırlanması nəzərdə tutulurdu. Yerli və xarici mütəxəssislərin hazırladığı Strateji yol xəritələrində əsas diqqətin yönəldiyi sahələrdən biri isə kənd təsərrüfatı sektoru oldu.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulan 9 strateji hədəfin reallaşması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 190 milyon manat vəsait ayrıldı ki, bunun da böyük bir hissəsi fermer təsərrüfatlarına verildi. İqtisadi böhran keçirdiyimiz bir zamanda Azərbaycan hökumətinin aqrar sektorun inkişafına yüz milyonlarla manat vəsait ayırması bu sahəyə nə qədər önəm verildiyinin göstəricisidir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Strateji Yol Xəritələrində hədəf kimi qarşıya qoyulan inkişaf mərhələləri 3 dövrə bölünür. İqtisadi sektorların formalaşması və fəaliyyətə başlamasını əhatə edən ilk mərhələ 2016-2020-ci illəri əhatə edir. İndi isə 2019-cu ilin ikinci yarısıdır. Deməli, qeyri-neft sektorunun fundamental quruculuğunun tamamlanması üçün nəzərdə tutulan son müddətə o qədər də çox zaman qalmayıb.

Bəs, kənd təsərrüfatı sahəsində qarşıya qoyulan hədəflər nə dərəcədə uğurla həyata keçirilib? 

İxrac “çempionu”muz – "Qırmızı qızıl"

Fikrimizcə, bu suala ən yaxşı cavab idxal-ixracımızla bağlı rəsmi statistik məlumatlarda gizlidir. Statistik məlumatlar isə  aqrar sektorun bir sıra sahələrinin qeyri-neft ixracımızda ön plana çıxdığını göstərir. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na əsasən, bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (138,1 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı  (74,9 milyon ABŞ dolları) isə ikinci olub. İxracatımızda ilk iki sıranın kənd kənd təsərrüfatı məhsullarının tutması qarşıya qoyulan hədəfə addım-addım yaxınlaşdığımızdan xəbər verir. Əsas gəlir mənbəyimiz isə pomidor istehsalıdır. İxrac “çempionu”muzun bu yarışda ikinci yeri tutan pambıqçılığı 2 dəfəyə yaxın geridə qoymasının nəticəsidir ki, bəzi mütəxəssislər onu Azərbaycan iqtisadiyyatının “qırmızı qızılı” adlandırırlar.

Bu ilin ixrac “çempionu” olan pomidor istehsalçıları ötən illərdə də işgüzarlıqları ilə seçilib və Prezident İlham Əliyevin təqdirini qazanıblar. Strateji Yol Xəritələrinin elan olunduğu 2016-cı ildən cəmi bir il sonra keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının səsləndirdiyi bu sözlər də fikrimizi təsdiqləyir:

“Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu sektor ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım var”.

2018-ci ildə pomidor istehsalçılarının uğurları daha böyük olub. Statistik məlumatlara görə, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 144 mln. 672 min dəyərində 141 min 204 ton pomidor ixrac edib.  Bu göstərici 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə miqdarda 6,9%, dəyərdə isə 12,3% artım deməkdir. 2019-cu ilin məhsul mövsümünün yekunları barədə rəsmi statistik rəqəmlər açıqlanmadığından “qırmızı qızılçı”larımızın cari mövsümdə nə qədər irəlilədikləri barədə qəti fikir bildirə bilmirik. Hələ ki, 138 milyon dollarlıq ixrac gücüylə ötən ilin göstəricilərinə böyük ölçüdə yaxınlaşan fermerlərimizin bu ili də iqtisadi artımla başa vuracağına isə şübhə olunmur.

Bəs pomidor istehsalçılarımızın bu uğurlarının sirri nədədir və onların böyük zəhmət hesabına gördükləri işlərdən Azərbaycan kəndləri necə faydalanır?

 

Kürdəmiri Kürün “qırmızı qızılı”na çevirən müəssisə

Bu suala cavab axtarmaq üçün Kürdəmirdə fəaliyyət göstərən “Kurdemir Agro” MMC-ni ziyarət etdik.

Rayonun Muradxan kəndi ərazisində fəaliyyət göstərən “Kurdemir Agro” müəssisəsi 5 hektar ərazidə pomidor istixanası qurub. Müasir texnologiyalarla qurulan istixana ötən il ərsəyə gətirilib. Türkiyəli işadamları İsmayıl Çağlayan  və Səlçuk Çağlayanla həmyerlimiz Zaur Əmirovun birlikdə yaratdıqları istixananın 70-dən çox işçisi var. Gələcəkdə yeni sektorlara da investisiya qoymağı düşünən sahibkarlar işçilərin sayını bir neçə dəfə artırmağı planlaşdırırlar.

 

 Hər gün səhər tezdən xüsusi servis avtobusları ilə işə gətirilən işçilər 8 saatlıq iş rejimdən sonra yenə avtobuslarla evlərinə aparılır. İşçilər istixanda səhər və günorta yeməklə təmin olunurlar və maaşlarından da narazı deyillər. 300 manatdan 1500 manata qədər dəyişilən əmək haqları vaxtı-vaxtında bankomat kartı ilə verilir. Hər il yığım sezonu bitdikdən sonra bir ay məzuniyyətə göndərilirlər. Məzuniyyət zamanı da aylıq maaşlarını alırlar.

İstixananın işçilərinin bir çox sosial qayğıları da idarə rəhbərliyi tərəfindən qarşılanır. Xeyir-şər zamanı işçilər əlavə müavinətlər alır, bəziləri yaşayış yerləri ilə təmin olunurlar. Ölkənin müxtəlif istixanalarda iş təcrübəsi qazanmış işçilərdən bəziləri müəssisənin hesabına Kürdəmirdə evlə təmin olunublar. Müəssisə qonaqpərvərliyi də seçilir. Kürdəmirin mərkəzində ikimərtəbəli ev kirayəyə götürərək, işgüzar səfərə gələn qonaqlarını bu evdə ağırlayır.

 

Müsəssisənin təsisçisi Zaur Əmirov iş başında


İlan mələşən torpaqlarda cənnət vahəsi

“Kurdemir Agro”-nun rayon əhalisinin işlə təminatında mühüm rol oynadığı işçilərin etirafından da aydın olurdu. İşsizliyin getdikcə artdığı indiki zamanda Kürdəmirdə 70-dən çox ailənin ən müasir avadanlıqlarla təchiz olunmuş bir müəssisədə çörək pulu qazana bilməsi, sözsüz ki, iqtisadiyyatımızla yanaşı, rayonun sosial həyatına da böyük töhfələr verir. Müəssisə rəhbərlərinin bildirdiyinə görə, rayondakı fəaliyyətləri yalnız istixana ilə bitmir. 500 hektara yaxın torpaq ərazisində müxtəlif işlər qurmağa çalışan  “Kurdemir Agro” ötən yığım mövsümündə taxılçılıqla da məşğul olub. Gələcəkdə isə kahı istehsalına və heyvandarlığa yönəlməyi planlaşdırır.

 

Müəssisəni ziyarət etdiyimiz vaxt yığım mövzümünün sonuna təsadüf etdiyindən işçilərin əksəriyyəti məzuniyyətdə idilər. İstixanada hələ də işləyən işçilər bizi gülərüzlə qarşılayıb fəaliyyətləri ilə tanış etdilər. Açığını desəm, hər il yay aylarına günəşin qovurduğu Kürdəmirdə bu qədər səliqəli, müasir avadanlıqlarla təchiz olunmuş istixana ilə qarşılaşacağımı təxmin etmirdim. “Kurdemir Agro”-nun bu istixanası qızmar günəş altında qovrulan rayonun cənnət vahəsi təsiri bağışlayırdı. Bizim bir çox dövlət müəssisələrinin mərkəzi ofisindən təmiz olan bu gözəlliyə təəccüblənsəm də, işçilər səliqə-sahmanın sirrini açıqladılar:

“Müasir texnologiya ilə pomidor istehsalı təmizkarlığı sevir. Xarici mühitdən istixanaya gətirilən yad maddələr müxtəlif bakteriyaların yayılmasına səbəb ola bilər. Odur ki, istixananı bacardığımız qədər təmiz tutmalıyıq”.

  

Aranın ən təmiz suyu

Məni ən çox təəccübləndirən isə istixananın girişində qurulan sutəmizləmə sistemləri oldu. İstixananın operatoru Turqut Əliyevin bildirdiyinə görə, müəssisədə məhsullar 3 dəfə təmizləmiş su ilə yetişdirilir:

“Suyu Kürdən ayrılan Sabir kanalından alırıq. Əvvəl onu bir hovuzda saxlayır və içərisindəki qumun çökməsini təmin edirik. Daha sonra bu su digər hovuza vurulur. Burada da bir az saxladıqdan sonra Osmos sutəmizləmə sisteminə nəql olunur. Beləcə istidafə edəcəyimiz sudakı üzvi maddələrin 90%, qeyri-üzvi duzların isə 98-99%-i aradan qaldırılır”.

 

Turqut bəy nəinki pomidorların, hətta özlərinin də bu sudan içdiklərini bildirdi.  

Növbəti iş mövsümünün sentyabrda başlayacağını bildirən operator bizi istixana ilə daha yaxından tanış etmək üçün müəssisəni gəzdirdi. İstixananın ortasından yanlara doğru uzanan, eni və hündürlüyü böyük kibrit qutusuna bənzəyən və üzərində yumru deşiklər olan ağ  qutular torpağı əvəz edir. Bu “torpaq” Şri-lankadan gətirilir. İçərisinə pomidor toxumu basdırıldıqdan sonra istixana boyu düzülür. Osmos sutəmizləmə cihazında arınmış suyla cücərdilən məhsullar çiçəklənmə dövründə xüsusi arılarla tozlandılır. Bu arılar Türkiyədən gətirilir. Tozlandıqdan 3 aydan sonra məhsul yetişir. Mövsüm boyu hər kol 17 ədəd pomidor verir.

 

5 hektarlıq ərazidən nə qədər məhsul aldıqları ilə maraqlandım. Turğut bəyin bildirdiyinə görə, ötən məhsul mövsümündə 5 hektarın hamısında pomidor yetişdirməyiblər. Ərazinin 1 hektarını çiyələyə ayırıblar. Dolayısıyla, pomidora düşən 4 hektarda 1200 ton məhsul almaq mümkün olub. Növbəti mövsümdə isə bütün sahədə pomidor əkməyi planlaşdıran müəssisə məhsulu 1500 tona çatdırmağı planlaşdırır. Məhsullarını isə Rusiyaya satırlar.

 

Nəzərə alsaq ki, ölkəmiz 2018-ci ilin 9 ayı ərzində 144 mln. 672 min dollar dəyərində pomidor ixrac edib, “Kurdemir Agro”-nun qarşıya qoyduğu bu hədəf cari ildə ümumi ixracımızın 1%-nə bərabər olacaq. Sadəcə 5 hektardan bu qədər məhsul götürmək mümkündürsə, Azərbaycanda bu cür istixanaların sayı niyə artırılmır? Axı, necə olsa, qarşımızda Rusiya kimi böyük tələbat potensialına malik bazar var və Qərbin sanksiyalarına məruz qaldığından bu bazarda böyük rəqabət də mövcud deyil.

 

Bu sualımı çiynini çəkməklə cavablandıran Turqut bəyin köməyinə müəssisənin təsisçilərindən olan Zaur Əmirov yetişir:

-Əvvəla, sizin “Rusiya bazarında ciddi rəqabət yoxdur” fikrinizlə razılaşmıram. Rusiya da artıq 2015-ci ildəki ölkə deyil. İqtisadi sanksiyalara məruz qaldıqdan sonra bu ölkə də öz aqrar potensialını fəaliyyətə keçirməyə başladı. Son zamanlar Dağıstan, Krasnodar və digər cənub vilayətlərində böyük istixanalar salınıb. Yəni Rusiya bazarında rəqabət aparmaq, dediyiniz kimi, o qədər də asan məsələ deyil.

İkincisi, Azərbaycanda ərazi olaraq bizdən dəfələrlə böyük  istixanalar var. Amma onların hamısının məhsuldarlığı və məhsul keyfiyyəti eyni deyil. Bizdən daha əvvəl yaranan bəzi istixanalar Rusiya bazarındakı rəqabətə duruş gətirə bilmirlər. Biz isə, şükür Allaha, Prezidentimizin fermerlərə bəslədiyi bu etimadı az-çox doğrultduq”.

Qarşımızda başarısından qürurla danışan həmsöhbətimizə ikinci sualı yönəldirik:

-“Kurdemir Agro” bu nailiyyətini kimə və nəyə borcludur?

(ardı var)

Məmməd Tahir

Şair-publisist, AYB üzvü

Moderator.az

"Tez bir zamanda qanunvericiliyə edilmiş o əcaib dəyişiklik ləğv edilməlidir"
Koronavirusdan qorunmaq üçün 6 vacib addım: Ümumdünya Səhiyyə Təşkilatı...
Qəzəbli kərgədan dəhşət saçdı - QORXUNC... + VİDEO
Donan pişikləri isti qəhvə ilə xilas etdi - İBRƏTAMİZ... + VİDEO
80 yaşlı qadın özündən 45 yaş kiçik kişi ilə evlənəcək: "Həqiqi sevgimi tapdım"
Loading...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
"Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı bərpa olunsun" - TƏKLİF
Dünya
Səkkiz il ərzində saçlarına şampun vurmadı, nəticəsi heyranedici oldu - VİDEO
Cəmiyyət
35 min manatlıq qızıl-zinət əşyaları oğurlanan Masallı sakinindən DİN rəhbərinə ŞİKAYƏT
Gündəm
Cenevrə görüşü Qarabağ probleminin həllinə nə verəcək?
Müsahibə
“Mir Şahin dedi ki, ərizənin üstünü hələ də yazmamışam, ürəyim gəlmədi...” -ANS-in keçmiş müxbiri...
Həftənin ən çox oxunanları
“O qızları da, əxlaqsızlıqla məşğul olan ərəbləri də güllələmək lazımdır...”
Erməni helikopterini vuran MAXE Saleh Məmmədova səsləndi: "Bir şey fikirləşmirlər..."
Paşinyan 7 rayonun qaytarılmasından danışdı: "Onlar razılaşsa, dərhal masaya qoyulacaq..."
"Qarabağ cəhənnəmə çevrilməlidir, hər gün Ermənistana əsgər meyiti getməlidir..."
ABŞ-ın yeni nəsil dronları Rusiya və Çini qorxuya saldı: Onları vurmaq mümkün deyil, çünki...
“Qarabağa gedən cəmi bir turist avtobusu dronla vurulsa, turist axınına son qoyular...”
“Bizim əsas düşmənimiz Azərbaycan yox, Türkiyədir...”
İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb zorladı: 16 yaşlı qızın dramı – VİDEO
12 yaşıma çatanda bu barədə ailəmə danışmaq qərarına gəldim, bundan sonra bir daha..."
Putin İsrailə 5  uçaq və 200 nəfərlik heyətlə gəldi...-FOTOLAR+VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247