Xəbər lenti
14/11/2019 [18:26]:
"Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır"
14/11/2019 [18:22]:
Dövlət Mülki Aviasiya Agentliyinin vəzifələri artırılıb
14/11/2019 [18:17]:
TIR 20 metr hündürlükdən belə aşdı - ANBAAN VİDEO
14/11/2019 [18:14]:
Prezident bu sazişləri təsdiq etdi
14/11/2019 [18:12]:
İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - SİYAHI
14/11/2019 [18:10]:
İlham Əliyev və Mehriban Əliyeva Patriarx Kirill ilə görüşdü - FOTO
14/11/2019 [18:07]:
Emin Həsənli Şimali Kipr prezidenti və nazirlə görüşüb
14/11/2019 [18:06]:
Şamaxıda qaz xətti bir gündə 2 dəfə zədələnib
14/11/2019 [18:03]:
İkinci dəfə əməliyyat olunan Xalq artisti: “Ağrılarım çoxdur”
14/11/2019 [17:56]:
İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq
14/11/2019 [17:45]:
“Qarabağ məsələsində romantizmə yer yoxdur”
14/11/2019 [17:40]:
BDU-da marketinqin kommunikasiya sistemi haqda tədbir keçirilib - FOTO
14/11/2019 [17:30]:
İnək nəcisindən sabun, sidiyindən isə kosmetik vasitə hazırlanacaq - MARAQLI
14/11/2019 [17:28]:
“Sevil” tamaşasının primyerası olub - FOTO
14/11/2019 [17:16]:
BSU-da Pedaqoji fakültədə təhsil alan tələbələr üçün seminar keçirilib - FOTO
14/11/2019 [16:59]:
İlham Əliyev Mahmud Abbası təbrik edib
14/11/2019 [16:58]:
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
14/11/2019 [16:50]:
İcazəsiz ov edən şəxslər saxlanılıb
14/11/2019 [16:43]:
Goranboy rayonunun Xasadarlı kəndinə qaz verilib - FOTO
14/11/2019 [16:38]:
Şuranın dəstəyi ilə yaradılan grant.az saytının təqdimatı keçirilib - FOTOLAR
14/11/2019 [16:33]:
QAT erməni jurnalistlərin səfərinin mümkün olmayacağını bildirib
14/11/2019 [16:28]:
“Burda Tramp faktoru var və o, çalışacaq ki, Türkiyəylə münasibətlərdə tam qırılma olmasın...”
14/11/2019 [16:21]:
Şair Şamxal Rüstəm vəfat etdi - FOTO
14/11/2019 [16:20]:
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri başlayır
14/11/2019 [16:17]:
Bakıda məktəbli qız uşaq dünyaya gətirdi
14/11/2019 [16:14]:
Sabir Rüstəmxanlı qardaşının Almaniyada saxlanılmasından DANIŞDI
14/11/2019 [16:10]:
Ərdoğan Trampın sözünü kəsdi və səhvini düzəltdi - VİDEO
14/11/2019 [16:10]:
ADNSU-da Fərman Salmanova həsr olunmuş miniatür kitabın təqdimatı keçirilib
14/11/2019 [16:07]:
“Xaricdən gələn investisiyalara vergidən azadetmə və güzəştlər tətbiq edilsin”
14/11/2019 [16:05]:
BMqT-nin Azərbaycan nümayəndəliyi Zaqatalada təlim-seminar keçirtdi
14/11/2019 [16:00]:
Beyləqan şəhərinə 8,5 km magistral su xətti çəkilib - FOTOLAR
14/11/2019 [15:53]:
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO
14/11/2019 [15:41]:
İranda yol qəzasında 28 nəfər ölüb
14/11/2019 [15:38]:
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
14/11/2019 [15:36]:
Akademik Musiqili Teatrın aktyoruna Mədəniyyət Nazirinin mükafatı təqdim olundu
14/11/2019 [15:33]:
Bankomatlara xüsusi kameralar quraşdırılacaq - Rusiyada
14/11/2019 [15:32]:
""Qarabağ” adlı ayrıca telekanal yaratmağa ehtiyac yoxdur"
14/11/2019 [15:31]:
Azərbaycanda birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqlənib
14/11/2019 [15:30]:
Gürcüstan müxalifəti genişmiqyaslı mitinqlərin keçiriləcəyini bəyan edib
14/11/2019 [15:29]:
Ali təhsil çox böyük transformasiyalara uğrayıb”
14/11/2019 [15:25]:
Azərbaycan neftinin bareli 67,43 dollara satılır
14/11/2019 [15:24]:
Kərim ona gələn təkliflərdən DANIŞDI: “Bəylər mənə yazır” –FOTO/VİDEO
14/11/2019 [15:21]:
“Məni kim tanımır ki?!” - FOTO/VİDEO
14/11/2019 [15:20]:
ATU rektoru Türkiyənin Boylam Psixiatrik Xəstəxanasının professoru ilə görüşüb - FOTO
14/11/2019 [15:08]:
Milli Məclis Aparatının saxlanmasına 45,488 milyon manat XƏRCLƏNƏCƏK
14/11/2019 [15:02]:
Özündən 48 yaş böyük kişi ilə evlənən aktrisa boşanır - FOTO/VİDEO
14/11/2019 [14:57]:
Bu dünya ulduzu 13 ildir mobil telefondan istifadə etmir
14/11/2019 [14:57]:
Tanınmış aktrisanın səhnədə vəziyyəti pisləşdi, xəstəxanaya qaldırıldı
14/11/2019 [14:55]:
Türkiyə prezidenti Allahşükür Paşazadəni təbrik edib
14/11/2019 [14:52]:
Türkiyədə hərbi hissədə partlayış: 17 nəfər xəsarət aldı
14/11/2019 [14:50]:
Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib
14/11/2019 [14:48]:
Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb - FOTO
14/11/2019 [14:46]:
Şamaxıda dörd uşaq anasını zorlamaq istəyənlər məhkəmə qarşısında
14/11/2019 [14:41]:
“18 yaşına çatmayan əlillərə ayrılan müavinətlər daha da artırılsın” - VİDEO
14/11/2019 [14:38]:
“İnsanlar adi qaydada pul qazanmaq imkanından məhrumdurlar”
14/11/2019 [14:30]:
Vladimir Putin Allahşükür Paşazadəni təltif edib
14/11/2019 [14:28]:
Serialın başıbağlı obrazını bu halda görməmisiniz - Dekolte, qısa ətək və başqa açıq-saçıq fotoları
14/11/2019 [14:27]:
Kəlbəcərdə 3 erməni Tərtər  dərəsinə yuvarlanıb öldü...
14/11/2019 [14:26]:
“Qulaqlarınız daha çox nəzərə çarpır” - vitse-spiker
14/11/2019 [14:24]:
Prezident təqaüdçüləri solo konsertlə çıxış edəcəklər
14/11/2019 [14:17]:
Yaşlı qadın Medvedevin qarşısında diz çökdü - VİDEO
14/11/2019 [14:15]:
Nursultan Nazarbayevin qızı Ermənistana getdi
14/11/2019 [14:11]:
“Azərbaycanda nağdlaşdırılan vəsait azalıb”
14/11/2019 [14:08]:
Bərdədə üçotaqlı ev külə döndü - FOTO
14/11/2019 [14:06]:
BDU-da “Cybernetic19” adlı təlim keçirilib
14/11/2019 [13:59]:
“Bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılıb”
14/11/2019 [13:52]:
“YPG ilə əməkdaşlığımız davam edəcək...” - ABŞ müdafiə nazirindən qalmaqallı açıqlama...
14/11/2019 [13:50]:
Təhsil Nazirliyi: Nöqsanlara yol verən yeddi nəfərə töhmət verilib
14/11/2019 [13:25]:
Hava yağmurlu olacaq
14/11/2019 [13:22]:
Sağlam yaşamaq necə qidalanmağımızdan asılıdır: Satan da bizik, alan da...
14/11/2019 [13:19]:
Bakı alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına ev sahibliyi edəcək
14/11/2019 [13:17]:
Qardaşı İlham Həsənin saxlanılmadığını deyir
14/11/2019 [13:17]:
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır
14/11/2019 [13:10]:
Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların sayı açıqlandı
14/11/2019 [13:08]:
Deputat müğənniləri hədəf aldı: "Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər"
14/11/2019 [13:06]:
“Dövlət-din münasibətlərinin əsasını Ulu öndər Heydər Əliyev qoyub”
14/11/2019 [13:03]:
Patriarx Kirill: “Ənənəvi dinlərə qarşı əsl müharibə gedir”
14/11/2019 [12:57]:
“Vergilər Məcəlləsinə 162 dəyişikliyin edilməsi nəzərdə tutulub”
14/11/2019 [12:55]:
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu - VİDEO
14/11/2019 [12:52]:
UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır - FOTO
Bütün arxiv bir sırada
07/08/2019 [11:42] - Köşə - ( 13040 dəfə baxılıb)

“Arvadı girovluqda qalan kişinin yaxşı xiyar becərməsi ilə qürrələnməsi biqeyrətlikdir...”

“Şuşa bizim olmayandan sonra lap vətəndaşımızı kosmosa uçursaq da, faydası yoxdur...”
Fikir savaşı...
Sultan Laçın

 İşğalçı, separatçı ermənilərin dünyanın hər tərəfindən minlərlə soydaşlarını bizim torpaqlarımıza, şəhərlərimizə toplamaqla ümumerməni oyunlarının təntənəli açılışını keçirməsi və orada bir daha bütün dünyaya Qarabağın Ermənistanın tərkib hissəsi olmasını bəyan etməsi namusu, qeyrəti olan hər bir Azərbaycan vətəndaşına od qoydu.... Bu, faktdır... Buna şübhə ola bilməz...

**** 

Yenə bəzi yaltaq-yultaq, ütülü adamlar, pulitoloqlar, siyasi şərçilər-filanlar başlayıb ki, əşşi, bu erməni oyunları da boş şeydi, Paşinyanın Qarabağdakı çıxışı da hakimiyyətini möhkəmləndirmək üçün növbəti şou idi. Bu cür danışıb-danışıb axırda da yenə deyəcəklər ki,  “Azərbaycan  bir qarış da torpaq verməyəcək, lazım gəlsə, ordumuz torpaqlarımızı işğaldan azad edəcək...”

*** 

Adama deyərlər ki, erməninin, Paşinyanın, Saakyanın Qarabağda göstərdiyi şoudan birini də sən get orada göstər görək... Yox, o torpaqlara addımını basa bilmirsənsə, heç bir prosesə müdaxilə etməyi bacarmırsansa, barı sus, səsini çıxarıb xalqın heysiyyatıyla oynama...

***  

Bəziləri də Paşinyanın Xankəndidə Qarabağı Ermənistanın tərkib hissəsi adlandırmasından sonra  Azərbaycan Xarici İşlər Nazirliyinin ona sözlə cavab verməsini, yaxud bir rəsminin "Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində ”Qarabağ - Ermənistandır" sözlərini qəti şəkildə rədd edirik"  cümləsini “sərt, tutarlı cavab” adlandırır...

***  

Bəsdir, özümüz-özümüzü və xalqı 25 ildən çoxdur aldatdığımız, cənablar, xanımlar, yoldaşlar!  Torpağı 30 ildir işğal altında qalan xalqın sərt  cavabı sözlə olmur, silahla, raketlə, topla, tankla olur...

***  

1987-1988-ci illərdə Qarabağ “problemi” supergüclər tərəfindən yenicə qondarılanda da “əşşi” deyərək ermənilərin Azərbaycan torpaqlarını işğal etməsini “nağıl”, adlandırırdıq, indi isə Paşinyanın Qarabağın Ermənistana birləşdirilməsi barədə bəyanatını “utopiya” kimi dəyərləndiririk...
 
***  

Cənablar, xanımlar, artıq 25-26 ildir ki, nəinki Dağlıq Qarabağ, Azərbaycanın digər ətraf  7 bölgəsi də de-fakto Ermənistana birləşdirilib. Qalır bu gerçəkliyi hüquqi sənədlərlə de-yure etmək – bunu da super güclərin icazəsi olmadan İrəvanın etməsi hələlik mümkün deyil. Çünki münaqişənin belə qeyri-müəyyən vəziyyətdə uzanması hələ həmin güclərə lazımdır.  Odur ki, hazırkı şəraitdə bizim İrəvanı, Zəngəzuru azad edəcəyimiz barədə populist bəyanatlarımızı “utopiya” adlandırmaq daha doğru olardı...

***  

Əgər hüquqi-tarixi Azərbaycan torpaqlarında iyunda keçirilmiş “CONİFA” Avropa futbol çempionatını və hazırda keçirilən 7-ci ümumerməni oyunlarını durdurmağa gücümüz yetmirsə, sentyabrda keçiriləcək “bələdiyyə seçkiləri”ni də bu minvalla yola verəcəyimizi biliriksə, yaxşı olar ki, bir neçə kəlmə hüquqi cavab verdikdən sonra susaq. Bunun ardınca hər hansı uğurdan, qələbədən, nə bilim, sərt cavabdan danışmayaq. Bunun əvəzində sakitcə səfərbər olunaq, güc toplayaq və gözlənilmədən ildırımsürətli savaşla torpaqlarımızı azad etməyə çalışaq. Yox, buna da “beynəlxalq vəziyyət” imkan vermirsə, yenə susmaq məsləhətdir...

*** 

Ümumiyyətlə, torpağı işğal altında qalan ölkənin, xalqın hər hansı digər sahədə uğurdan, inkişafdan ağızdolusu danışması çox bayağı, gülünc səslənir.  Lap doğrudan da hər nə qədər uğur əldə etsə, belə...  

***

Əgər bu gün Şuşanı, Kəlbəcəri, Laçını, Murovu, Dəlidağı, İşıqlı dağı, Kirsi, Hoçazı, Sarıbabanı, Ziyarət dağını azad edə bilmiriksə, innən belə, Nyu-Yorkdakı keçmiş “əkiz qüllələr”in, yaxud Dubaydakı Xəlifə bürcünün Bakıda oxşarını yaratsaq da, lap vətəndaşımızı kosmosa uçursaq da, faydası yoxdur... Çünki bu, itirilmiş ümummilli qeyrətimizi əvəzləməyəcək. Öncə xalqın Qarabağda tapdanmış namusunu, qürurunu, vüqarını qaytarmaq, bərpa edib ucaltmaq gərəkdir... Axı  digər müsəlman, türk xalqları kimi, Azərbaycan xalqı üçün də tarixən torpaq, Vətən namus, qeyrət hesab olunub...  Necə ki, ana, ailə, övlad, qız namus-qeyrət sayılıb və sayılır...

***

Anası, yaxud arvadı, qızı  illərlə düşmən girovluğunda  qalan kişi cinsindən olan adamın yüzlərlə qoyun-keçi saxlamasından, bağında, bostanında bolluca və keyfiyyətli qoz-fındıq, alma-armud, kartof-soğan, pomidor, xiyar, badımcan, boranı yetişdirməsindən danışması nə qədər bayağı, nə qədər gülünc, lap düzünü desək, xoşqeyrətlik, biqeyrətlik kimi səslənir... Əlbəttə, əgər o kişinin(?) özü, doğmaları, övladları yaşadığı toplumda namus, qeyrət, vicdan kimi əxlaqi dəyərlər öz funksiyasını itirməyibsə...

***  
Bəşəri, islami, milli mənəvi-əxlaqi kateqoriyalarını itirmiş toplum və onu təmsil edən kişi(?) üçün isə, əlbəttə,  nəinki torpaq, Vətən itkisi, heç şəxsi əxlaqi-mənəvi itkiləri də, məsələn, anasının girov düşməsi, yaxud arvadının, qızının gündə bir kişinin, oğlanın yatağında yatması da fərq etməyəcək və o irişə-irişə ağzına gələni danışıb, əynindəki təzə kostyumu ilə belə qürrələnərək gərəksiz həyatını davam etdirəcək...

Allah Özü bizlərə bir xalq olaraq iman,  ağıl, qeyrət və  təpər  versin!..

Sultan Laçın  

loading...
loading...
Pulsuz benzin üçün bunu da etdilər - MARAQLI + FOTOLAR
Bu heyvanlar da insanlar kimi yas saxlayır - MARAQLI ARAŞDIRMA
"Bu qurumun ləkələnmiş imici artıq aradan qaldırılmaqdadır və biz bunu alqışlayırıq..."
Dünyanın ilk Ebola peyvəndi təsdiqləndi
"Hökumət hələ uşaqpulu məsələsində birbaşa addımlar atılmasına hazır deyilsə, o zaman..."
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Burda Tramp faktoru var və o, çalışacaq ki, Türkiyəylə münasibətlərdə tam qırılma olmasın...”
Dünya
İranda yol qəzasında 28 nəfər ölüb
Siyasət
“Heç bir lider Ərdoğan qədər istədiyini əldə edə bilmədi...”
Gündəm
“Haraya ki, türk ordusu girir, oraya hüzur, çörək, nizam gəlir”
Dünya
Beş milyon insan quraqlıq səbəbiylə qida böhranıyla üzləşəcək - BMT
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Yanvardan pensiyalar bu qədər ARTACAQ
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Qalmaqallı biznesmenin maşınına bomba atıldı, cangüdənin başı qopdu - DƏHŞƏT + VİDEO
Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..
Rusiyanın zəmanəti ilə Talışa köçürülən ermənilər...
“Onlar rus ordusunun hücumunu önləməyə qadir deyil”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: [email protected]l.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247