Xəbər lenti
10/07/2020 [20:34]:
İlham Əliyev 2 fərman imzaladı
10/07/2020 [20:33]:
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlandı
10/07/2020 [20:30]:
Ədliyyə sistemində çalışan şəxslərdən və məhkumlardan 13 minədək test nümunələri götürülüb
10/07/2020 [20:28]:
Rusiya beynəlxalq aviauçuşları bərpa etməyə hazırlaşır
10/07/2020 [20:21]:
“1994-cü ilə qədər Azərbaycan düşmən qarşısında yalnız bir sahədə üstünlüyə malik olub, o da...”
10/07/2020 [19:36]:
Bəzi rayonlar sərt karantin rejimindən çıxarıla bilər - RƏSMİ AÇIQLAMA
10/07/2020 [19:32]:
Ekspres avtobusların fəaliyyəti dayandırılır
10/07/2020 [19:31]:
“2016-cı ilin aprelində Şoyqunun zənginə fikir verməməliydik” – Elxan Şahinoğlu
10/07/2020 [19:27]:
Ermənistan koronavirusla bağlı bu göstəriciyə görə dünyada ikinci yerdədir
10/07/2020 [19:26]:
“Ümid edirəm ki, pandemiyadan sonra çox fərqli Azərbaycan görəcəyik” - Fazil Mustafa
10/07/2020 [19:25]:
Bakıda istixanada sahibkar və 22 nəfər cərimələndi
10/07/2020 [19:19]:
Ölkəmizin adına şərəf gətirənlər - Vətənlə nəfəs alan soydaşımız...
10/07/2020 [19:10]:
TƏBİB-lə Səhiyyə Nazirliyi arasında səlahiyyət bölgüsü aparılır - Prezidentin köməkçisi
10/07/2020 [19:07]:
"Jurnalistlərinin əməyini xüsusi qiymətləndirirəm, onlar ön cəbhədədirlər...”
10/07/2020 [19:01]:
DTX Xarici İşlər Nazirliyindəki yeni həbslərlə bağlı MƏLUMAT YAYDI
10/07/2020 [19:00]:
Göyçayda 23 yaşlı gənci maşın vurdu
10/07/2020 [18:54]:
Karantin rejimi barədə qərarların necə qəbul olunduğu açıqlandı
10/07/2020 [18:47]:
Nazirlik rəsmisindən Oqtay Şirəliyevin vəziyyəti ilə bağlı açıqlama
10/07/2020 [18:44]:
“Hazırda orduda koronavirusa yoluxma yoxdur” - Prezidentin köməkçisi
10/07/2020 [18:41]:
Karantin daha 60 gün uzadılacaq? - AÇIQLAMA
10/07/2020 [18:39]:
Azay Quliyev seçicilərlə videogörüş keçirib - FOTO
10/07/2020 [17:53]:
"Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir" - Nadir Zeynalov
10/07/2020 [17:48]:
Məhkəmə XİN-in Konsulluq İdarəsinin rəsi barəsində həbs qərarı çıxardı...
10/07/2020 [17:46]:
Azərbaycandakı xəstələrin müalicəsi üçün xaricdən mütəxəssislər cəlb olunub - TƏBİB
10/07/2020 [17:43]:
"İş yerlərinin sayı azaldıldıqdan sonra metro bağlandı" - Yaqut Qarayeva
10/07/2020 [17:42]:
Prezidentin köməkçisi: "Mən də ictimai nəqliyyatdan istifadə edirəm"
10/07/2020 [17:40]:
Virusa yoluxmuş 18 məhkum vaxtından əvvəl azadlığa buraxılıb
10/07/2020 [17:39]:
Azərbaycanda 90 yaşlı qadın koronavirusdan sağalıb - FOTOLAR
10/07/2020 [17:18]:
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
10/07/2020 [17:17]:
İnsanların rayona getmək arzusu ilə bağlı TƏBİB-dən açıqlama
10/07/2020 [17:16]:
Türkiyə məhkəməsi Ayasofyanın məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edib
10/07/2020 [17:10]:
Geri qaytarılan ƏDV-ni nağdlaşdırmaq mümkün oldu
10/07/2020 [17:08]:
DİN polisin yas mərasiminin keçirilməsi üçün pul tələb etməsi barədə məlumata münasibət bildirib
10/07/2020 [17:07]:
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
10/07/2020 [17:00]:
Ermənistan prezidenti  növbəti dəfə  Azərbaycanın dövlət sərhədini pozdu..-FOTO
10/07/2020 [16:17]:
ABŞ-da daha 1,3 milyon işçi işsizliyə görə müavinət üçün müraciət edib
10/07/2020 [16:12]:
Azərbaycanda dəhşətli hadisə: Yüngül həyat tərzi keçirməsindən şübhələndiyi qızını zəncirlədi
10/07/2020 [16:09]:
Bugünkü qəbul imtahanında iki nəfərdə telefon aşkarlanıb
10/07/2020 [16:05]:
Ədalət Vəliyev Azərbaycan Liberal Demokrat Partiyasının sədri ilə görüşdü
10/07/2020 [16:04]:
Vüsal Qasımlı: “Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək”
10/07/2020 [16:01]:
“Azərbaycan 90-cı illərdə üstün hərbi qüvvələr şəraitində məğlub olub” – İrəvan “yalan istehsalını” dayandırmır...
10/07/2020 [15:59]:
Azərbaycanda karantin qaydalarına məhəl qoymayan kənd aşkarlandı - FOTO
10/07/2020 [15:34]:
Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edildi
10/07/2020 [15:32]:
“Mənim üçün çox maraqlıdır ki, erməni helikopterini hansı istiqamətdə və necə vurmusan”
10/07/2020 [15:30]:
Bu gün BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası çağırılacaq
10/07/2020 [15:23]:
Şeyxin elmi platforması nələrə qarşı sipərdir?
10/07/2020 [15:17]:
Kişini toy gecəsi belə aldadırlarmış - Namussuz qızların yeni fırıldağı...
10/07/2020 [15:11]:
Azərbaycandan Rusiyaya daha iki xüsusi reys planlaşdırılıb
10/07/2020 [15:08]:
Vitali Arkov: “Ermənistan razılaşmaları yerinə yetirmir, daim vurnuxur” - MÜSAHİBƏ
10/07/2020 [14:48]:
Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ
10/07/2020 [14:38]:
“Valideyn övlad itkisinə hazır deyil, həmişə arzulayır ki, özü övladının çiynində getsin...”
10/07/2020 [14:37]:
"Mən onu olduğu kimi tanıya bilməmişəm..."
10/07/2020 [14:36]:
Elmar Məmmədyarovdan DTX-nın əməliyyatı ilə bağlı AÇIQLAMA: "İstefa verəcəyimlə bağlı deyilənlər..."
10/07/2020 [14:17]:
Şəhid ailələri və Qaradağ müharibəsi əlillərinin istifadəsinə verildi
10/07/2020 [14:11]:
Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı 146-ya çatıb
10/07/2020 [14:07]:
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu
10/07/2020 [13:42]:
Onların övladları niyə hərbçi yox, polis olur? - XOCALIDAN “TEXOSMOTR İDARƏSİ”NƏ GEDƏN YOL...
10/07/2020 [13:41]:
Türkiyəli gəncə Azərbaycan bayrağı hədiyyə edilib
10/07/2020 [13:29]:
Qənirə Paşayeva APA-nın COVİD-19 həsr olunmuş konfransında Azərbaycanın gördüyü işlərdən danışıb
10/07/2020 [13:26]:
“Yalan arayış cinayət məsuliyyətidir...” -XƏBƏRDARLIQ
10/07/2020 [13:20]:
Azərbaycan daha 200 vətəndaşını Gürcüstandan təxliyə edəcək
10/07/2020 [13:18]:
“Həkimlərin sözlərinə görə ağ ciyərimdə sağ kürəcikdə hələ iltihab qurumayıb...”
10/07/2020 [13:16]:
Qeyri-OPEC ölkələri öhdəliyini 99% yerinə yetirib
10/07/2020 [13:08]:
Nazirlər Kabinetinin qərarı olmadan 3 "JEK" yaradılıb
10/07/2020 [13:07]:
Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ
10/07/2020 [13:05]:
“Əgər hansısa məmur vəzifəsindən sui-istifadə edərək karantin qaydasını pozubsa, o zaman...”
10/07/2020 [13:03]:
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
10/07/2020 [13:03]:
Partiya sədri: "Ədalət Vəliyev dedi ki, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var”
10/07/2020 [12:59]:
Səhiyyə sahəsində nöqsanlar aşkarlandı
10/07/2020 [12:57]:
Baş prokurorun müavini videokonfransda iştirak edib
10/07/2020 [12:56]:
Bərdədə mobil qruplar tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir
10/07/2020 [12:55]:
Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı
10/07/2020 [12:51]:
Meyiti tapılan merin qan donduran vəsiyyətnaməsi
10/07/2020 [12:31]:
Çingiz Qənizadənin oğlu Nərimanov prokurorunun müavini təyin edilib
10/07/2020 [12:10]:
Ermənistan korrupsiya qarşısında aciz qaldı: ABŞ kömək göndərir
10/07/2020 [12:09]:
“Səksən min nəfər əhalisi olan Neftçalada içməli su yoxdur, ona görə də təcili...”
10/07/2020 [12:06]:
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
10/07/2020 [12:02]:
"Keçəl dərman bilsə öz başına sürtər" - Rusiya və Türkiyədən həkim gətirincə...
10/07/2020 [12:00]:
Kamran Əliyevdən yeni TƏYİNAT
10/07/2020 [11:42]:
Azərbaycan mətbuatı tarixində Üzeyir Hacıbəyli - NƏSİMAN YAQUBLUNUN ARAŞDIRMASI
Bütün arxiv bir sırada
05/08/2019 [22:38] - Köşə - ( 6861 dəfə baxılıb)

Paşinyandan misilsiz həyasızlıq: "Qarabağ yoxdur, Ermənistan var..."

"Bu gün küləyin saniyədə 40 metr sürətlə əsdiyi, tozanaq götürdüyü Bakıda tozu ciyərlərinə çəkən Qarabağ köçkünlərinin yadına düşdümü Şuşa, Xankəndi?"
İlham İsmayıl

Paşinyanın Qarabağa gəlişi adidən də adiləşib. Ona görə, xəbər olaraq - “ Paşinyan Qarabağa gəldi”, artıq həyəcan simptomlarını itirib. Bu saat, “Paşinyan Kürü keçdi” informasiyasını da Azərbaycan emosiyasız, sanki elə-belə də olmalıdır kimi qəbul etmək vəziyyətindədir. Mane olan yox, hədələyən yox, gəlişinə-gedişinə gərginlik yaradan yox, etiraz yox, niyə də keçməsin?
 
Paşinyan bayaqdan Stepanakertdə (əgər rəsmilər unutmayıbsa, biz tərəfdə Xankəndi deyirdilər) Paşinyanın minlərlə insan qarşısında çıxışını canlı izləyirəm. Mən erməni dilini bilmirəm, amma əhalinin reaksiyasından və tək-tək sözlərdən nə dediyini anlamaq çətin deyildi. (Sonra rusdilli KİV-lərini də oxudum) Ermənilər rəhbərlərinin çıxışından vəcdə gəlmişdilər, ruhlanırdılar, gələcəklərinə böyük ümid və inam yaradan rəhbəri alqışlayırdılar. Zatən o inama görə də rahat yaşayırlar, həm də bizim bivecliyimiz, yaramaz vətəndaş olmağımız, onlarda qəti olaraq bu inamı formalaşdırıb. Onlar bilirlər ki, bizi düşmən üzərinə apara biləcək heç kəs yoxdur. Kəsəsi, bizim illərdir yatdığımızı və oyanmayacağımızı yaxşı bildiklərindən rahat yaşayırlar. Paşinyanın çıxış etdiyi yer bu yay günündə ən sərin, ən gözəl yerdir. Bu gün küləyin saniyədə 40 metr sürətlə əsdiyi, tozanaq götürdüyü Bakıda tozu ciyərlərinə çəkən Qarabağ köçkünlərinin yadına düşdümü Şuşa, Xankəndi? Vaxtilə ən gözəl havanı udduğunuz yerdə indi Paşinyana minlərlə erməni əl çalırdı, o da ləzzət alıb bizə meydan oxuyurdu. 
 Paşinyan bilirsiniz nəyə gəlib? İdman yarışlarına - 7-ci Ümumerməni yay oyunlarının açılışına. Azərbaycanda indiyədək keçirilən bütün idman yarışlarının millətimizin mənəvi dünyasına necə təsir etdiyini, bir millət nümayəndəsi kimi yaxşı bilirəm. Bu yarışlar bizim problemimizə su səpmədi, səpəsi də deyildi. Stepanakertdəki bu yarışlar bütün ermənilərə böyük ruh verməklə bizim bütün keçirdiyimiz, keçirəcəyimiz yarışların kürəyini yerə vurdu. Erməni dedi ki, 90-cı illərdən sonra ilk Ermənistan dövlət başçısıdır  ki, burda, kütlə qarşısında “Miatsum”dan - yəni birləşməkdən danışdı. Erməniyə idman yarışı lazım deyil, bu bir bəhanədi, ermənilər xırda, korporotiv, merkantil, yəni boş-boş işlərlə deyil, problemlərinə aid işlərlə məşğuldurlar, idman yarışları təşkil edəndə də məqsədləri  yüyürmək, qaçmaq, hoppanmaq deyil, Qarabağdır, ona görə də qalib statusundadırlar. Paşinyan bu gün sözün həqiqi mənasında meydan oxudu.
 
Birinci meydanı Azərbaycan müdafiə nazirliyinə oxudu. Dedi: ”Ermənistan ordusu dünyada ən güclü 20 ordu cərgəsində yer alacaq və biz buna doğru gedirik”. Sonra, Azərbaycanın xüsusi xidmət orqanına meydan oxudu. Dedi: ”Öz effektliyinə görə erməni təhlükəsizlik qüvvələri dünyanın 10 ən güclü xüsusi xidmət orqanı sırasına daxil olacaq”. 

Biz, dünyanın 50 ən güclü ordularından biri olmağımızla lovğalandığımızı deyəndə, Paşinyan əməldə sübut etdi ki, bu elə deyil. Gəlişi-gedişi ilə onsuz da bunu çoxdan sübut etmiş Ermənistan baş naziri bir daha göstərdi ki, biz əslində nəyə qadirik. Bu gün, Paşinyan tərəfdən bu faktın konstatasiyası ortaya qoyuldu. Həmişəki kimi əvvəlcədən elan etdi ki, gəlirəm və hava limanında qarşılandı. Azərbaycan tərəfdən isə..,Sfinks sükutu.  

Xüsusi xidmət orqanının əvvəlcədən verdiyi informasiyalar və gördükləri təhlükəsizlik tədbirlərindən cuşa gələn Paşinyan Ermənistan MTN-nin 10 ən güclü xidmətdən biri olacağını dedi. Baxmayaraq ki, biz tərəfdən nəinki Paşinyanın, heç sıravi ermənin də indiyədək Qarabağa sərbəst gəliş-gedişinə mane ola biləcək əməliyyat tədbirləri, planı yoxdur və üfüqdə də görünmür. 
 
Bunlar yalnız söz deyildi, təbliğat deyildi, bunlar Azərbaycana ünvanlanmış təhqir dolu bəyanatlar idi. Və Paşinyan son nöqtəni bütün Azərbaycan siyasətinə qoydu. Ermənistanın gələcəyindən, gücündən, əhalisini 5 milyona çatmasından, gedənlərin qaytarılmasından, iş yerlərinin açılmasından standart danışandan sonra, bizimkilər üçün də, bəzi  ermənilər üçün də, hətta Putin üçün də gözlənilməyən bir bəyanat verdi. Paşinyan dedi: "Sizlərdən çoxunuz soruşursunuz ki, Artsax niyə bu planlarda yoxdur. Cavab çox sadədir: Artsax-Ermənistandır və tamam, iş bitdi”.  Paşinyan bəyanat verdi ki, iş bitdi, Artsax dövləti deyilən bir şey yoxdu, olmayacaq, Artsax elə Ermənistandır. 2018-ci ilin mayında mənə irad tutan nökər xislətli yazarlar, bu dəfə Paşinyanın sözlərini həqiqi olaraq dırnaq içərisində yazdım. İnanmırsınızsa, açın, Stepanakertdən reportaj verən erməni mediasını oxuyun.
 
Bununla Paşinyan demək istədi ki, gedin nə qədər istəyirsiniz görüşlər keçirin, nazirlər, dövlət başçıları səviyyəsində keyfiniz nə qədər istəyir görüşün, “mən Heyvagülü oynayacam”- yəni işğal etdikləri torpaqları Ermənistana birləşdirəcək. Sonda da “ Miatsum”-Birləşmək- qışqırıb erməni millətini ruhlandırdı.
 
Bax, belə. Nə edək ay millət, nə edək ay Qarabağ camaatı? Bu qədər şərəfsizliyi necə sinirirk?  Paşinyanın bu hərəkətləri bizi də ruhlandırmaılıdır, axı. Düşmən adamın üzünə söyəndə, yalnız biveclər başını aşağı salır, həqiqi vətəndaş olanlar söyüşü qəbul etməyib, davaya qalxırlar.  Belə şərəfsizliklə yaşamaq olmaz!

Artıq, fikrim yoxdur, düsünə də bilmirəm,utanıram...İçi özüm qarışıq,10 milyon Azərbaycan vətəndaşının bu hadisəyə biganə qalmasına utanıram ... Xankəndində 50 min ermənini gorüb utanıram ... Biz necə bu gunə qaldıq ..?  Necə olur ki, Paşinyan artiq Qarabagda yox, “mən Ermənistandayam” deyir ..? Gərəkən addımlar atılmadıqca istər xalq, istər dovlət  olaraq, biz, deyəsən hələ cox utanmalı olacağıq. 

İlham İsmayıl

loading...
"Keçəl dərman bilsə öz başına sürtər" - Rusiya və Türkiyədən həkim gətirincə...
"Hansısa işsiz özünə sayt yaradaraq guya jurnalistika ilə məşğul olursa, dövlət niyə ona vəsait ayırmalıdır?"
"Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk"
“Fürsət tapan kimi şəhərdən uzaqlaşıb, təbiətə üz tuturam, çox sayda ağaclar, çiçəklər əkmişəm"
Rusiyada daha bir dərman koronavirusun müalicəsi üçün təsdiqləndi - KORONAVİR...
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edildi
Cəmiyyət
“Yalan arayış cinayət məsuliyyətidir...” -XƏBƏRDARLIQ
Gündəm
“Əgər hansısa məmur vəzifəsindən sui-istifadə edərək karantin qaydasını pozubsa, o zaman...”
Araşdırma
Azərbaycan mətbuatı tarixində Üzeyir Hacıbəyli - NƏSİMAN YAQUBLUNUN ARAŞDIRMASI
Cəmiyyət
Fironluq edən hökmdarların qəbir əzabına məruz qalacağının Qurandakı təsdiqi üzə çıxdı
Yazar
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Seymur Verdizadə
Artıq hamı anlayır ki, jurnalist göy alçanı da, şirin əriyi də öz puluyla alıb yeməlidir...
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247