“AMEA-nın faydalı iş əmsalını artırmaq lazımdır ki, o ölkəmizə və xalqımıza xeyir versin”- Şahlar Əsgərov
Oxunub: 1290
27 Jul 2019 | 22:08
“AMEA-nın faydalı iş əmsalını artırmaq lazımdır ki, o ölkəmizə və xalqımıza xeyir versin”-  Şahlar Əsgərov

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturu və fəaliyyəti haqqında vaxtaşırı cəmiyyətdə müxtəlif məzmunlu müzakirələr gedir. Ümumilikdə bu elmi müəssisənin mövcudluğunu müsbət hesab edənlərlə yanaşı, elmi ictimaiyyətdə bəzən AMEA-nın öz funksiyasını dolğun yerinə yetirmədiyini düşünənlər də az deyil. Bir qrup isə hesab edir ki, AMEA köhnə Sovet stereotiplərindən xilas edilməli, müasir tələblərə cavab verən struktur və fəaliyyət islahatları aparılmalıdır. Mövzu ilə bağlı tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov əməkdaşımızın suallarını cavablandırıb.

Maraqlı fikirlərlə diqqət çəkən müsahibəni oxuculara təqdim edirik:

 

-Şahlar müəllim, bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ilə bağlı fikirləriniz mətbuatda yayılmışdı. AMEA-nın fəaliyyətində Sizi qane etməyən nədir?

 

-Elmin potensialından düzgün istifadə edə bilmirik, məqsədini düzgün və tam müəyyənləşdirə bilmirik.Nəticədə elmə xərclənən pul geri qayıtmır.Məlumdur ki, dünyada elmə xərclənən bir manat, 4-5 ildən sonra bir neçə dəfə çox gəlir gətirir, pullar geri qayıdır. Bizdə bu baş vermir. Bu səbəbdən də həm elm, həm də alim cəmiyyətin gözündən düşür. Cəmiyyətimizin elmdən və alimdən gözləntiləri çoxdur. Dövlət elmə ona görə dəstək vermir ki, alimlər özlərini elmlədolandırsınlar. Dövlət elmə ona görə pul ayırır ki, elm texnologiya yaratsın, elmi nəticələrtexnikada, sənayedə tətbiq olunsun, iqtisadiyyat qalxsın və güzaran yaxşılaşsın.Elmi uğur deyəndə stolun üstünə məqalələr və ya monoqrafiyalar tökürük, ammaortaya elmi məhsul qoya bilmirik. Elmi məqalə yazmaq və ya  monoqrafiya çap etdirmək son məqsədə gedən yolun yarısıdır. İkinci yarısı elmi bilikləri texologiya çevirməkdir, sənayedə tətbiq etdirməkdir. Bizim elm, texnologiya yarada bilmir, intellektual məhsul yarada bilmir. Narahatçılığın səbəbi budur.

Hesab edirəm ki,Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bugünkü fəaliyyəti yeni dövrüntələblərinə və çağırışlarına cavab vermir. Bu qurum Sovet dövlətindən qalan strukturdu və keçmişdə öz məqsədinə yaxşı qulluq edirdi.Respublikalarda alınmış elmi nəticələr nəhəng imperiyanın hansısa elmi mərkəzlərində toplanırdı, bəzənmüəllifdən xəbərsiz tətbiq də olunurdu. Tətbiq olunmayan nəticələr isə gələcək üçünarxivləşdirildi. Elmi mülkiyyətin, hətta ixtiranın sahibi dövlət idi. İndi başqa zamandır. Azərbaycan elminin fəlsəfəsiyeni quruluşun mahiyyətinə uygunlaşmalıdır.

Həm məzmun, həm də struktur baxımdan Elmlər Akademiyasınınmodernləşməsinə ehtiyac böyükdür.Elmi o sahələri və istiqamətləri inkişaf etdirilməlidir ki, onlar ölkəmizə, xalqımıza xeyir gətirər. SSRİ tərkibindəki və bugünki Elmlər Akademiyası eyni məqsəd daşımamalıdır. İmperiya üçün elmin hər istiqaməti əhəmyyətlidirsə, bizim kimi ölkələr üçün elmin ancaq müəyyən istiqamətləri əhmiyyətlidir. Bunun fərqinə varmaq lazımdır.

 

- Sovet dövründə  fizikanın qarşısında düran problemlərlə bu gün fizika qarşısında duran problemlər məgər eyni olmamalıdır?

 

-Əlbətdə ki, eyni olmamalıdır. Sovet dövründə biz imperiyanın bir parçası idik. İndi müstəqil dövlətik. O zaman elmin qarşısında duran problemlərin həlli imperiyayanın tələblərinə qulluq edirdi.Bu gün bizim elmin qarşısında  duran problemlərin həlli dövlətimizə qulluq etməlidir. Bu müxtəlifliyin fəlsəfəsini fizika elmi üzərində izah etməyə çalışım.

Ötən əsrin ikinci yarısından dünyada və ölkəmizdə yarımkeçiricilər fizikası geniş tədqiq edilirdi. Bizim Akademiyanın fizika ilə bağlı elmitədqiqat institutlarında yarmkeçirici materialların xassələri hərtərəfli öyrənilirdi. Selen, Silisium və Germaniym kimi elementar yarımkeçricilərlə bərabər, ikiqat, üçqat və daha mürəkkəb yarımkeçrici maddələrin sayı yüzlərlədir. Struktur müxtəlifliyi nəzərə alsaq bu say lap çox (200-300) idi. Bu çox saylı yarımkeçrici maddələrin tədqiqi Sovet dövlətinin elm siyasətinə uyğun idi. Dövlət, super dövlət olduğundan kosmos, atom energetikası,elektron sənayesi və sənayenin digər sahələrinin birində tətbiq tapmaq ehtimalı böyük idi. Hətta zamanında tətbiq tapmayan elmi nəticələr “bu gün olmasa da, sabah işə yarayar” prinsipi ilə təşviq edilirdi,dəstək verilirdi və tədqiqatçılara elmi adlar, elmi rütübələr verilirdi. Sovet dövləti alimlərin elmi nəticələrini, ixtiralarını öz mülkiyyəti sayırdı.

Təəssüf ki, sovetin elm siyasəti ölkəmizdə bu gün də davam etdirilir. Bu isə bizim elmimizə və milli inkişafımıza xeyir vermir. Biz digər  dünya dövlətlər üçün elmi məhsul istehsal edən zavallıya çevrilməməliyik. Dövlətin elmə ayırdığı maliyə ilə ancaq özümüzə lazım elmi məhsul istehsal edilməlidir.


-Sizcə, elmin obyekti necə seçilməlidir?


-Əvvəlcə elmi prioritetləri düzgün müəyyənləşdirməlidir. Prioritet istiqamətlər yüksək səviyyədə bəyan edilməlidir. Elə elmi işləri maliyələşdirilməlidir ki, alınmış nəticələr ya bu gün, ya da sabah özümüzdə tətbiq tapılsın. Yəni konkret ölkənin iqtisadi inkişafına tövhə verəcək elmi tədqiqat işləri maliyələşməlidir.Bəyan edilmiş istiqamətlərdə böyük uğur qazanan alimlər dövlət tərəfindən mükafatlandırılmalıdır.Sağlam düşüncə soruşur ki, özümüz istifadə edə bilmədiyimiz elmi nəticələri niyə maliyyələşdiririk? Onda istifadə edə bilməyəcəyimiz elmi nəticələrimizdən kimlər bəhrələnəcək? Sizə elə gəlmir ki, biz səhv yol seçərək ola bilsin ki, düşmən dəyirmanına su tökürük?

AMEA yenidən elə qurulmalıdır ki, aldığımız elmi nəticələr ilk olaraq özümüzdə tətbiq tapsın. Heç zaman tətbiq tapmayacaq elmi nəticələrinmaliyləşməsipraktikasına son qoyulmalıdır. Axı, biz imperiya deyilki, dünyanın kiçik dövlətlərdən biriyik.


-Demək istəyirsiz ki, nisbətən kiçik ölkələrdə elmi tədqiqatların miqyası da kiçik və konkret olmalıdı?


-Yox, belə demirəm. Düşünürəm ki, elmə böyük və ya kiçik dövlət kontekstində yox, inkişaf etmiş və etməmiş dövlət kimi baxmaq daha düzgün olardı.

Adətən dünya dövlətləri inkişaf etmiş, inkişaf etməkdə olan və geri qalmış dövlərlərə bölünürlər. İnkişaf etmiş ölkələrin hamısı  məhz elmə əsaslanaraq inkişaf edirlər. “Elm” və “inkişaf” sözləri burada sanki sinonimdir. Dünyanın 200 top univeritetlərinin 186- sı inkişaf etmiş ölkələrdədir. Bu ölkələrdə elm yeni texnologiya, texnologiya isə yeni məhsul yaradır. Bazarı zəbt edən məhsulların 60-80 %  (bugün hər kəsin istifadə etdiyi smatfonlar, sabahkı sükansız avtomobillər və s) intellektual məhsuldur. Texnologiyalar əsasən universitetlər yaradır. Ancaq nəzərə almaq lazımdır ki, elm çox bahalı sahədir, çünki alim əməyi bahalıdır. ABŞ prezidentlərindən Ruzveltin sözü yada düşür:  “Amerika universitetləri qüvvətlidir ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır ona görə ki, onun universitetləri qüvvətlidir”İnkişaf etməkdə olan dövlətlərdə elm texnologiya yarada bilmir. Baxmayaraq ki, texniki kəşviyyatdan da geniş istifadə edilir. 200 top universitetlərindən cəmi 14 bu ölkələrdədir (RF, Çin, Türkiyə və s.). Bu səbəbdən də yeni texnologiyanın (hərbi sənaye, silahqayırma istisns olmaqla) yaradılması zəifdir. Misal üçün, qardaş Türkiyyənin ixracatında intellektual məhsulların payı 10% -də azdır. Və ya Sinqapurun istehsal etdiyi intellektual məhslun həcmi RF-dən çoxdur.


-Dəqiq elmlərdən, fizikadan misal çəkdiniz. Bəs ictimai elmlərdə vəziyyət necədir?


-Humanitar elmlərdə də vəziyyət ürək açan deyil. Bir misal çəkəçəm. Dövlətimiz cəmiyyətdə vətənpərvərlik ruhunu yüksəltmək niyyəti ilə çoxsaylı tədbirlər keçrir. QHT-lər da bu işdə fəal iştirak edirlər. Amma nəticə hiss olunmur. Demək çətindir ki, indi vətənpərvərlik beş il öncəkindən xeyli yüksəkdir. Səbəb nədir?

Qəti qənaətim belədir: öz tarixini bilməyən gənc vətənpərvər ola bilməz. Əvvəlcə bu millətin düzgün tarixin yazmaq lazımdır. Vətənpərvərlik ruhunun toxumları tarix kitabında əkilməlidir. Qorxmamaq lazımdır. Göstərmək lazımdır ki, bu millət bu günə gəlib çatmaq üçün od-alov içərisindən keçibdir. Bu yolda qəhramanlıq göstərənlər, ideya verənlər,şəhid olanlar həmin tarix kitabının səhvələrini bəzəməlidir. Orta məktəbin tarix kitabı xalqın şərəfli səhifələrini əks etdirməlidir. Rusiyanın, İranın, lap Türkiyənin xoşuna gələn tarix azərbaycan gənclərinin xoşuna gələ bilməz. Xoşu gəlməyən tarixi gənclər öyrənmirlər. Belə tarix kitabını dövlət başçısının rəhbərliyi altında müəlliflər kollektivi yazmalıdır ki, şəxsi ambisiyalar, subyektiv fikirlər kitabda yer almasın. Düşüncəmə görə orta məktəb və ali məktəb üçün tarix kitabları xeyli fərqli olmalıdır. Orta məktəbdə ruh yüksəldən məqamlar, səhnələr çox olmalıdır. Finlandiya universitetdə bir finndən eşitdiyim fikir yadıma düşdi:“bir finn 9 rusun öhtəsindən gələr, ancaq 10-cu rus gələrsə finn neyləsin? Bu fikirdə həm məğlubiyyət var, həm də uğur. Ancaq uğur daha çoxdur. Hər millətin tarixində belə dəyərli fikirlər var və onlardan istifadə etmək olar. Ali məktəb üçün tarix kitabında dəqiq elmi faktlar əks olunmalıdır.

Tarix hardan gəlir və hara gedir? - sualınıncavabı tarix kitablarında yazılmalıdır. Bəşəriyyətin inkişaf tarixinə diqqət yetirsək görərik ki, bəşəriyyətin tarixi ictimai mənafenin inkişaf tarixidir. Yəni tarixin başlanğıcında ictimai mənafe olmayıb, ancaq şəxsi mənafe olub.Zaman keçdikcə ictimai mənafe inkişaf edərək (Qərbdə)bu gün ali səviyyəyə qalxıbdı. XX əsrdə iki dünya müharibəsindən keçən qərbi Avropa ölkələri yüz illər boyu bir daha bir -biri ilə ta müharibə etməyəcəklər. Onların düşüncəsi o səviyyədədir ki, onlar nəinki insanın ölümünün, hətta Afrikadaşirlərin, fillərin də ölmünün əlehinədirlər.

 

-Yuxarıda dünya dövlələrini üç qrupa böldünüz. İkinci dünya ölkələri birinci dünya ölkələrinə keçidi təkamül yolu ilə, yoxsa inqlabi yolla mümkündür?

 

-Hər iki yol məqbuldur. Dünya dövlətləri bugünkü inkişafı təkamül yolu ilə təmin ediblər. Bunun nəzəri əsası Karl Poperin əsərlərində var. Ancaq Cənubi Koreya və Sinqapur  sıçrayış ilə inkişafa nail oldular. Sinqapur deyəndə bizə elə gəlir ki, hansısa coğrafi baxımdan böyük bir dövlətdən bəhs edilir. Hansı ki, onun ərazisi bizim Zəngilan rayonunun ərazisi qədərdi. Ancaq görün nələr edir! Cənubi Koreya 30-40 il bundan əvvəl Türkiyədən borc alırdı. Ancaq indi onun iki-üç böyük firmasının büdcəsi az qala Türkiyənin dövlət büdcəsi qədərdi. Onlar buna necə nail oldular? Yalnız güclü universitetlərin hesabına. Qərbdə texnologiyalar universitetlərdə yaradılır. Bu səbəbdən də heç akademiya qurmağa ehtiyac yoxdur.

Aydındır ki, hansısa inkişaf etmiş kiçik Avropa dövlətinin elmi məqsədi, Amerika kimi böyük dövlətlə eyni deyildi. Danimarkanın və ya Finlandiyanın  nəyinə lazımdı ki, külli miqdarda vəsait xərcləyib kosmosa gəmi göndərsin. Bu ABŞ, Rusiya, Çin kimi böyük dövlətlərə daha çox lazımdı...

Bu baxımdan, hesab edirəm ki, Azərbaycan da bu praqmatik yolla getməlidir.

 

- İnkişafa sıçrayış yolu ilə nail olmaq üçün nə təkilf edərdinsiz?

 

-İkinci dünya ölkələrinin də Yaponiya, Sinqapur, Cənubi Koreya kimi sürətlə inkişaf etməsi nəzəri cəhətdən münkündür. Bunun üçün vacib şərtlər:

texnologiyanı xaricdən almaq;

güclü universitetlər yaratmaq;

hüququ müstəvi üzərində rəqabət mühiti yaradıb, manopoliyaya son

qoymaq;

Elmi qəsdən yaddan şıxartdım.Qərbdə texnologiyalar universitrtlərdə yaradılır. Ona görə bu ölkələrdə bizim akademiyaya bənzər elmi struktur yaratmırlar.

 

- Qısa oldu. Geniş açıqlamaya  ehtiyac var...

 

-Akademiya həm məzmun, həm də strukturu baxımdan yeniləşməlidir. Və ölkədə elmin fəlsəfəsi yenindən işləməlidir. Bu gün bizim elmi-texniki tərəqqimizə töhfə verəcək tətqiqatlara və alimlərə (kvazialimlərə yox) ehtiyacımız var. Elm sahələrinin prioritetləri yenidən müəyyənləşməlidir. Misal üçün,yuxarıda fizikadan danışdıq. Bu gün fizikada ən aktual sahələrdən biri günəş batareyalarıdır. Materialşünaslığın  o istiqamətinin inkişafına üstünlük verməliyik ki, o sahə günəş bateriyalarında tətbiq edilir.Alimlərimizin gücünü yeni texnologiyaların yaradılmasına yönəltməliyik ki, iqtisadiyyatımız inkişaf etsin, xalqın rifah halı daha da yüksəlsin.

Tez tez deyirlər ki, 11 iqlim qurşağından 9 ölkəmizdə var. Deməli, bizim tormağın iqtisadi potensialı çox rəngarəngdir. Emal sənayesi vasitəsi ilə bu rəngarəngliyi iqtisadi potensiala çevirmək lazımdır.  Məlumdur ki, Azərbaycanda xeyli növdə meyvə yetişir. Tutaq ki, yüzlərlə ton xurma ya bazarlarda satılır, ya da bağlarda məhv olub gedir. Niyə biz onun emalı ilə məşğul olmuruq? O cümlədən, digər kənd təsərrüfatı məhsulları. Azərbaycan da bir dənə də olsun meyvə qurutma mərkəzi yoxdu. Halbu ki, bu çox sadə bir işdir, onu cüzi vəsaitlə də yaratmaq olar. Bununla biz həm yeni texnologiyanı istehsala tətbiq edərik, həm də əhalimizi bütün fəsillərdə bol meyvə ilə təmin edərik, iqtisadiyyatımız yüksələr.

Azərbaycanın hər rayonunda qızıl gül bitir.Mənə çox ağırdı ki, biz buraya Hollandiyadan qızıl gül gətiririk. Əzizlərimizi holland gülləri ilə yad edirik, təbrik edirik. Botanika institunun alimlərinə yardım etsək, inanıram ki, bioloqlarımız yeni növ qızıl gülü yetişdirərlər. Valyuta da xaricə axmaz. 

 AMEA tələbə maqistr hazırlamamalıdır.Bu işi universitetlər görürlər. AMEA  daha yüksək intellektual işlə məşğul olmalıdır. Elm istehsal etməli, onu texnologiya şevirməlidir. Bunun üşün vacı şərtlərin biri, kadırları düzgün seçməli və qiymətləndirməsidir. AMEA rəhbərliyi bilməlidir işə götürdüyü şəxs özünü elmə qurban verəcək, yoxsa elmi özünə qurban verəcək?

 

-Akademiyada struktur islahatları ilə nəyəsə nail olmaq olarmı?

 

-AMEA zəruri qurumdur, lakin onu zəruri edən formal varlığı deyil, məzmun və mahiyyətindəki faydalılıq olmalıdır. Akademiya həm məzmun, həm də strukturca dəyişməlidir. AMEA-nın faydalı iş əmsalını artırmaq lazımdır ki, o ölkəmizə və xalqımıza xeyir versin.

Bu qurum sökülüb yenidən yığılmalıdır. Ona baxış dəyişməlidir. Dünyanın ən ucuz malı olan kömür də, ən bahalı daşı olan almaz da karbon atomlarından təşkil olunubdur. Onlar arasındakı fərq yalnız quruluşdadır. Karbon atomunun düzülüşündədir. Demək istəyirəm ki, AMEA-nın strukturunu dəyişməklə onu almaz kimi qiymətli və çox faydalı bir quruma çevirmək mümkündür. Necə İzraillilər çevrə bildilər. Nəzərə alın bizim EA , İzrail dövlətindən qabaq yaranıb, amma çox geridəyik. Geriliyin səbəbi strukturda və  idarəetmədədir.

Qeyd edim ki, keçmiş Sovet respublikalarının bəziləri bunu ediblər və onun bəhrəsini də görürlər. Onlar universitetlərlə intiqasiya gediblər. Bunu ona görə belə etdilər ki, elm təhsildən cücərir, elmin qidalandığı torpaq təhsildir.


-Son olaraq alim və elm haqqda nə deyərdiniz?


-II Dünya müharibəsi zamanı SSRİ rəhbərlərindən Lavrenti Beriya ölkənin “Atom layihəsi”-nin elmi rəhbəri akademik Y.Xaritonun davranışı ilə bağlı dəfələrlə İ.Stalinə şikayət edir. Söhbətlərin birində İ.Stalin Beriyaya  deyir:  “Lavrenti, səni çıxarsam yerinə onlarla namizəd taparam, bəs Xaritonu çıxarsam, onu kimlə əvəz edim?”  Buradan görünür ki, L.Beriyadan fərqli olaraq, Stalin alimin unikallığını, əvəzedilməz olduğunu dərk edirdi. 

Bu misalda da görünür ki, alimi qoruma lazımdır. Alim elmin yaradıcısıdır. Elm isə cəmiyyətin müşküllərinin açarıdır. Alimin digər yaradıcı ziyalılardan (yazıçıdan, musiqiçidən, rəssamdan və s )fərqli olaraq qorumaq lazımdır. Ona görə ki, onları kvazialalimlər tez üstəliyir. Bu səbəbdən də elm texnologiya yarada bilmir.

 

 

Seymur Əliyev,

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.

 

 

Oxşar xəbərlər
23:50, Bu gün
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
23:27, Bu gün
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
23:22, Bu gün
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
23:17, Bu gün
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
23:12, Bu gün
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
23:07, Bu gün
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
23:02, Bu gün
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
22:55, Bu gün
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
22:47, Bu gün
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
22:42, Bu gün
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
22:35, Bu gün
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
22:27, Bu gün
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
22:17, Bu gün
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:35, Bu gün
Səhər Günəş doğandan sonra açılır...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr