Maaşlar və yaşayış minimumu ilə bağlı əhaliyə ŞAD XƏBƏR
Oxunub: 2662
18 Jul 2019 | 14:31
Maaşlar və yaşayış minimumu ilə bağlı əhaliyə  ŞAD XƏBƏR
Moderator.az Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin “Yeni Müsavat”a müsahibəsini təqdim edir:

– Hadi müəllim, sizinlə sonuncu müsahibəmizdə növbəti sərəncamların anonsunu vermişdiniz. Çox keçmədi ki, prezident mühüm qərarlar verdi, necə deyərlər, söhbətimiz düşərli oldu. Bu mənada növbəti müsahibəmizdə də xoş xəbərlərin anonsunu eşidəcəyimizi güman edirəm.

– Əslində bu anonslar möhtərəm prezidentimiz İlham Əliyev cənablarının həmən ərəfədə dəfələrlə səsləndirdiyi sosial müdafiənin gücləndirilməsi, əmək haqlarının və pensiyaların artırılması ilə bağlı fikirlərinin həyata vəsiqə alması ilə tamamlandı. Bunlar nədən olur? Bizim məsələlərə elmi əsaslarla münasibət bəsləməyimiz, populizmdən kənar fikirlər səsləndirməyimiz, Azərbaycanın reallığı ilə bağlı ölçülü-biçili fikirlərimiz hamısı, əlbəttə, son nəticədə möhtərəm prezidentimizin də düşündüyü məqamlardır.

Nə üçün biz prezidentin komandasındayıq? Nə üçün prezidenti təbliğ edirik, nə üçün sevirik? Çünki biz prezidentimizin baş xəttini görürük, onu daim hiss edirik və o xəttə daim layiqincə xidmət etməyə çalışırıq. Beləliklə, həmin o ideyaların ortaya çıxmasının bir səbəbi də bizim xalqın düşüncələrini ifadə etməyimizdir. Biz populist danışmırıq, xoşa gəlmək üçün söz demirik, fantastik, utopik rəqəmlərdən bəhs etmirik. Reallığa və ölkədəki sosial siyasətin baş xəttinə uyğun olaraq fikirlər səsləndiririk. O fikirlər də sonda möhtərəm prezidentimiz tərəfindən nəzərə alınır və biz buna sevinirik.

– Dediyiniz kimi, ilin ilk yarısında prezident bir sıra artımlarla bağlı sərəncamlar verdi, bəzilərinin tətbiqinə payız aylarından başlanacaq. 2019-cu il üçün artımlar bitdimi?

– Yox, hələ heç nə demək olmaz. Hələ sosial müdafiə sisteminin digər sahələri var, toxunulmayıb. Onlara da zaman-zaman baxılır. Məsələn, möhtərəm prezidentimiz DOST və ASAN Xidmətlə bağlı qanunlara yeni düzəlişlər elədi ki, daha hansı qrupları yenidən belə xidmətlərə cəlb etmək olar. Yəni bu cür addımlar atılacaq və biz onların faydasını görəcəyik. Bu addımların davamı olacaq. Davamının olacağının təzahürləri odur ki, bu günlər gələn ilin büdcəsi nazirliklərdə və Nazirlər Kabinetində müzakirə olunur. O müzakirələrin gedişində də mənim irəli sürdüyüm bəzi ideyalar gələn ilin büdcə zərfində həyata vəsiqə alacaqdır. İnşallah, biz bu rəqəmləri noyabr ayında dinləyə biləcəyik.

– Konkretləşdirsək…

– Orada da bəzi məsələlər gözlənilir. Hesab edirəm ki, yaşayış minimumu rəqəmi mütləq artacaq. Mən qabaqcadan bunun proqnozunu verirəm. Bizim istədiyimiz yaşayış minimumunun reallıqlara daha məqbul, yaxın olmasıdır. Statistika Komitəsi ilə İqtisadi İnkişaf Nazirliyi birgə bazardakı qiymətlərlə, reallıqlarla, rəqəmləri ölçüb-biçməklə yaşayış minimumu göstəricisini müəyyənləşdirirlər. Mən bunu xüsusi vurğulamaq istərdim ki, beynəlxalq standartlara uyğun olaraq məhz yaşayış minimumu bizə təqdim olunur. Bizim də onlarla mübahisə etməyə sözümüz qalmır, çünki onlar dünya standartlarını, digər məsələləri əsas götürürlər. Bizə də daim deyirlər ki, bu hesablamalar axı minimumdur.


– Yaşayış minimumu neçə manata qaldırılacaq?

– Ən aşağısı 200 manat ola bilər. Mümkündür bundan da çox olsun. Nə üçün? Bu gün real bazar qiymətlərinin hesablanması və istehlak səbətinin standartları var. Yəni neçə kalori nə yeyilməlidir, nə geyilməlidir, digər məsrəflər  və s. Biz deyirik ki, gəlin bu standartdan da bir az kənara çıxaq, istehlak tələbatını bir az yüksək götürək, nə olar?

– O halda yenidən minimum əmək haqqı arta bilərmi?

– Məntiqi olaraq. Ehtimal var ki, artsın. Onu biz indi deyə bilmərik, gələn ilin fevralında deyiləcək. Lakin mən təminat verirəm onun da artım ehtimalı var. Yaşayış minimumu və minimum əmək haqqının artması ehtimalı var. Bugünkü büdcənin müzakirələri bir daha onu göstərir. Digər tərəfdən, büdcəyə daxil olan əlavə, real məbləğlər, gömrükdən, vergidən daxil olan vəsaitlər, Sosial Sığorta Fondunun özünün yığım imkanlarının artması… Görürsünüz, onlar son 5 ayda əlavə 350 milyon vəsait  toplamışdılar. Buna görə də biz onlar üçün dövlət büdcəsindən ayrılan dotasiyasını azaltdıq.  Düşünürəm ki, ilin sonunadək də bu artım yüksələcək, gələn il üçün də bu ehtimallar var. Əgər biz Sığorta Fondunu dotasiyadan azad etsək – biz ora 1,5 milyard əlavə pul veririk – hətta biz onları yarıbayarı bu vəsaitdən azad etsək, o vəsait yenə də adamlarımıza qayıdacaq.

– Bu, nəyin hesabına oldu?

– Özəl bölmədə vətəndaşın vergi yükünü demək olar ki, sıfıra endirdik. Vətəndaş vergi ödəmir. Həmçinin Sığorta Fonduna 22 faiz, 3 faiz məsələsi var idi, onlar da götürüldü, çünki sahibkar onları da gizlədirdi. Gəldi sahibkara haradasa 10 faiz düşdü, 10 faiz də sığorta olunana. Beləliklə, burada da tənzimləmə getdi. Vətəndaş da bildi ki, sığorta olunarsa, onun pensiya məsələsi həll olunar, müavinət ala bilər. Beləliklə, burada aparılan islahatın nəticəsi özünü göstərdi.

Biz gələn il yenə də bu addımları atacağıq. Təbii ki, pensiyada, minimum əmək haqqında və bütövlükdə əmək haqqında da müsbət fərq olmalıdır.  Gələn il üçün ən aktual məsələlərdən biri də orta və kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi, özünüməşğulluğun geniş vüsət almasıdır. 2-3 il bundan qabaq mən deyəndə ki, ünvanlı yardım əvəzinə  özünüməşğulluq proqramına keçib, kəndlərdə, dağ yerlərində bu adamlara qoyun versinlər, o fikrimi nə qədər təhrif edib lağa qoyanlar oldu, bu, mənə nə qədər pis təsir etdi.

Amma siz görürsünüz, o ideyalar həyata keçir. Yadınıza gəlir, mən maliyyə nazirinin yanında yaşayış minimumu ilə bağlı təklif verəndə kəskin şəkildə etirazlar olurdu. Minimum əmək haqqının qaldırılmasının adını çəkmək olmurdu. Amma görürsünüz, zaman və prezidentimizin istəyinin bizim istəyimizlə üst-üstə düşməsi çox şeyi yoluna qoydu. Beləliklə, artımların davamı olacaq.

– Hadi müəllim, deputat həmkarınız Tahir Kərimli parlamentin növbədənkənar sessiyasında iqtisadi amnistiya çağırışı etdi. Əslində məntiqli təklifdir. Azərbaycan varlı ölkə, gəlirləri yüksək məmləkət olmasına baxmayaraq, hansısa bir Azərbaycan vətəndaşının adını dünyanın varlıları siyahısında görmürük. Bəlkə də nədənsə ehtiyat etdikləri üçün varlılar da gəlirlərini açıqlamırlar. Hansı ki, “Forbes”in siyahısında 6 azərbaycanlı var, amma başqa ölkələrin vətəndaşı. Niyə Azərbaycan vətəndaşlarını görmürük o sırada?

– Çox maraqlı, dünyəvi mövzudur. Bunu dünya yaşayıb. İnkişaf etmiş ölkələr bunu ilk addımlarında hiss ediblər. Rokfellerə sual edirlər ki, sən necə milyarder oldun? Dedi ki, mənə birinci milyonu necə əldə etdiyim barədə sual verməyin, qalan milyonlarım haqqında danışacağam. Digər tərəfdən, ABŞ-ın kapitalı 1929-cu ildə qanqsterlərin pulu üzərində quruldu. Dünya onu keçdi.

Yaxud hamımıza tanış olan “Ozalın özəl proqramı”na baxın. Bodrumun, Antalyanın, ümumiyyətlə, Türkiyə iqtisadiyyatının köklü surətdə dəyişməsinin əsasında nə dururdu?  Turqut Ozal elan etdi: dünyada yaşayan türklər, həmçinin ölkədəkilər, kim istəyirsə ölkədaxili istehsala yatırım gətirib ayırır, onların qoyduğu vəsaitə rəsmi amnistiya verilir, o vəsaitin heç bir sorğusunu aparmırlar, qeydiyyata alırlar, soruşmurlar ki, bu vəsaiti haradan, necə gətirmisən? Bax, dünyada belə təcrübə var. Əlbəttə, Azərbaycanda da ola bilər.

Amma bütün hallarda bu gün Azərbaycanda nə pisdir, mən nəyə təəssüf edirəm? Azərbaycanda nə mətbuat, nə bələdiyyələr, nə QHT-lər cəmiyyətə pullu adamın heç halal gəlirlərini belə təbliğ etmirlər. Cəmiyyətdə pullu adam obrazı düşmən obrazı kimi formalaşdırılır. Pulu olan adam korrupsioner kimi təqdim olunur. İmkanı olan adama mütləq pis gözlə baxılır. Sual vermək lazımdır: o imkanı necə əldə edib? Kimi deyirsinizsə, soruşaq, görək o pulu necə qazanıb? Korrupsionerlər isə məntiqi olaraq ölkə qanunlarına uyğun olaraq cəzalanmalıdır, günahlarına görə cəzalanmalıdır.

– Kim?

– Cahangir (Hacıyev-red.), nə bilim kimdir, həbs etdilər. Yaxud başqa korrupsioner işdən qovuldu. Nə yaxşıdır? Azərbaycanda qadağa qoyaq, aparsın pulunu qoysun İngiltərəyə, ya Dubaya? Hansı yolu seçək? Bəli, gəlin bizdə ölçülü-biçili amnistiya eləyək. Gəlin hansısa məqamda o vəsaitlərin qeydə alnmasına gedək. İnanın, bunların böyük əksəriyyəti zirək adamlardır. Amerikada milyonu olmayan adama prezidentliyə, deputatlığa namizədliyini irəli sürməyə icazə vermirlər. Sənin milyonun yoxdursa, necə namizədliyini verə bilərsən?

– Bu məntiqlə bizdə nə qədər milyonçu var?

– Mən o rəqəmi deyə bilmərəm.

– Hər halda, 10 milyonçu, milyarder ortaya çıxıb konkret təkliflərlə çıxış etsə, bölgələrdə işlər qursalar, bu, həm dövlətin yükünü azaldar, həm də Hadi Rəcəbliyə gələn müraciətlərin sayına təsir edər. Elə deyil?

– O adamlar bu gün də həmin işləri görürlər. Onlara şərait da yaradılır. Bölgələrdəki işləri görürük, amma bir az qeyri-rəsmi olur, amma bütün hallarda həmin vəsaitlərin Azərbaycanda qalmasına imkan yaradılır. O vəsaitlərin Azərbaycandan çıxmaması üçün də şərait var. Bax, görürsən, çayçılığın, pambıqçılığın inkişafı göz önündədir. Əlbəttə, mən də düşünürəm ki, elə sahələr var, əməktutumludur, onlarla bağlı müəyyən, kənd təsərrüfatı və emal müəssisələrinə kredit faizi güzəştlidir.

Dövlət buna şərait yaradıb ki, əmək tutumlu iş yerləri yarat. Eyni zamanda biz sahibkarlara da şərait yaratmalıyıq. Kiçik və orta biznesə isə güzəştli kredit yox e… O adamlar üçün yaşıl işıq yandırmalıyıq. İcra başçılarının işinə verilən qiymət onunla olmalıdır ki, kimin ərazisində nə qədər iş yeri yaradılıb, kimin ərazisində nə qədər kiçik və orta sahibkarlıq formalaşıb. Sovet vaxtı bizdən nə soruşurdular: taxıl planı, ya süd planı necədir, heyvandarlıqda doğum faizi necədir?

O vaxt birinci katiblərə bu göstəricilərə görə orden, medal, “keçici bayraq”  verirdilər, həvəsləndirirdilər. İndi nə ilə həvəsləndiririk? Təklif edirəm ki, bu gün icra başçılarının ən yüksək göstəricisi sahibkarlığa necə şərait yaratması olmalıdır. Məsələn, Lənkəranın icra başçısı investorların bölgəyə gəlməsinə şərait yaradır, mane olmur. Orada liberal elementlər var ki, adam gəlsin, işləsin, vəsait qoysun, iş yeri yaratsın. Bu bizim prezidentin də istəyi və tələbidir.

– Hadi müəllim, yay mövsümündə yenə də Xəzərin hasarlanması geniş müzakirə olunur və çıxış yolları aranır. Yeri gəlmişkən, sizin də uşaqlığınız dəniz sahilində keçib. Bu sahədə qayda-qanun yaradılması üçün nə təklif edirsiniz? 

– Əslində burada bir az məntiqsizlik var. Bu gün Xəzərin hər hansı bir yerində özəl sektorun əli yoxdursa, gedək, o çimərliyə baxaq, görək orada vəziyyət necədir: plastik qablarla, qarpız qabıqları ilə dolu, bağışlayın məni, qumun üstündə tualet… Əlbəttə, mən razıyam ki, dəniz vətəndaşlar üçün açıq olmalıdır, bunun forması tapılmalıdır.
Oxşar xəbərlər
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
GÜNLÜK
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 13:23
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 13:23
Rəqsanənin əmlaklarına həbs qoyuldu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 13:23
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 13:23
Rəqsanənin əmlaklarına həbs qoyuldu