Xəbər lenti
04/06/2020 [00:36]:
"Yalanlar ifşa olunmayanda, həqiqət olur..." - VİDEO
03/06/2020 [23:18]:
Azərbaycanda koronavirusdan ölənlərin dəfni xüsusi qaydalara uyğun həyata keçirilir - VİDEO
03/06/2020 [23:15]:
Tramp tibbi müayinədən keçdi
03/06/2020 [23:11]:
“Paşinyan istefa verməlidir, yoxsa fəlakət olacaq...”
03/06/2020 [23:08]:
Məşhur yutuber uşağını çinli bir ailəyə övladlıq verdi - FOTO
03/06/2020 [22:40]:
"Həyatım boyunca belə bir şeylə qarşılaşmadım" - MARAQLI... + VİDEO
03/06/2020 [22:28]:
Qaxın kəndinə dolu yağıb
03/06/2020 [22:23]:
Nənəsinin cəsədini yeyərkən yaxalandı - QANDONDURAN HADİSƏ
03/06/2020 [22:20]:
190 manat məsələsinə yenidən baxılacaq
03/06/2020 [22:19]:
İki ay ərzində küçəyə çıxma qadağası təklif edilib - RƏSMİ
03/06/2020 [22:18]:
Növbəti həftədən qadağalar bütün ölkəni əhatə edəcək
03/06/2020 [22:16]:
“Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar” - İlham Əliyev
03/06/2020 [22:06]:
"Vikipediya"nın Azərbaycan dili bölməsində məqalələrin sayı 160 mini keçib
03/06/2020 [21:44]:
Həftəsonu imtahanlar olacaq? - Açıqlama
03/06/2020 [21:35]:
Türkiyədə koronavirusdan ölüm sayı 4600-ü keçib
03/06/2020 [21:31]:
"Geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün əməliyyatlarımız uğurla nəticələnsin..."
03/06/2020 [21:15]:
Fransızlar dörd il əvvəl öldürülmüş qaradərili üçün ayağa qalxıb VİDEO
03/06/2020 [21:12]:
İlham Əliyev: "Avropa Şurası anti-Azərbaycan mövqedədir"
03/06/2020 [21:11]:
Bu qadağa bəzi jurnalistlərə aid edilməyəcək
03/06/2020 [21:08]:
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir
03/06/2020 [21:05]:
Beynəlxalq uçuşlarla bağlı məsələyə - Münasibət
03/06/2020 [21:02]:
Şənbə və bazar günləri bu şəxslərə qadağalar olmayacaq
03/06/2020 [21:02]:
ABŞ-dakı etirazlara dəstək verən aktrisa təyyarədən endirildi - FOTO
03/06/2020 [20:55]:
Belarus Prezidenti hökuməti buraxdı
03/06/2020 [20:47]:
Donald Tramp öldürülən polis məmurunun fotosu paylaşdı - FOTO
03/06/2020 [20:28]:
UEFA "Trabzonspor"u avrokuboklardan kənarlaşdırdı - RƏSMİ
03/06/2020 [20:20]:
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
03/06/2020 [20:18]:
Maska qıtlığı yaradanlara SƏRT XƏBƏRDARLIQ
03/06/2020 [20:15]:
İbrahim Məmmədov: “Məhdudlaşdırmanı hökumət də istəmir, amma...”
03/06/2020 [20:07]:
Bütün ölkə ərazisində məhdudiyyətlərin tətbiq ediləcəyi vaxt açıqlandı - RƏSMİ
03/06/2020 [19:57]:
TƏBİB sədri: "İnsanlar diqqətli olmalıdır"
03/06/2020 [19:56]:
Metroda karantini pozan 5 nəfər barəsində cinayət işi başlanıldı
03/06/2020 [19:54]:
Operativ Qərargah: Vətəndaşlar həftəsonları üçün ərzaqlarını əvvəlcədən ala bilərlər
03/06/2020 [19:53]:
Həftəsonu keçiriləcək imtahanlarla bağlı açıqlama
03/06/2020 [19:52]:
Ramin Bayramlı: "Həftəsonu məhdudiyyətləri mətbuat sahəsinə də şamil ediləcək"
03/06/2020 [19:52]:
Azərbaycanda işçilərin işdən müxtəlif saatlardan çıxması ilə bağlı təklif verilib
03/06/2020 [19:50]:
Rayonlara gediş-gəlişin açılmamasının səbəbi açıqlandı
03/06/2020 [19:50]:
Azərbaycanda bəzi xəstəxanalar viruslu xəstələri qəbul etmək üçün tam boşaldılıb
03/06/2020 [19:49]:
Maskaların vahid qiyməti ilə bağlı - Açıqlama
03/06/2020 [19:48]:
Həftəsonları dükan və apteklər də bağlana bilər
03/06/2020 [19:47]:
Xankəndidə keçmiş təcridxananın zirzəmisindən adam skeletləri tapıldı...-Bəlkə bizim əsirlərinkidir?..
03/06/2020 [19:43]:
Azərbaycanda yeni QADAĞALAR
03/06/2020 [19:40]:
Mağazalar bağlanacaq, iş saatları qısaldılacaq
03/06/2020 [19:36]:
Corc Floyda dəstəyini nümayiş etdirən futbolçularla bağlı qərar verildi - Almaniyada
03/06/2020 [19:33]:
“Azərxalça” ASC-nin Tərtər filialı açılıb - FOTO + YENİLƏNİB
03/06/2020 [19:31]:
3 gün ərzində küçəyə çıxma qadağası tətbiq ediləcək - RƏSMİ
03/06/2020 [19:29]:
TƏBİB sədri həyəcan təbili çalır: “Normal həyata dönə bilmirik”
03/06/2020 [19:26]:
Aylarla gizlədilən koronavirus hesabatı ortaya çıxdı - MARAQLI
03/06/2020 [19:24]:
Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 325 yeni yoluxma faktı qeydə alınıb - RƏSMİ
03/06/2020 [19:24]:
UNEC-in tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub
03/06/2020 [19:22]:
Karantinin yumşaldılması dayandırılır, məhdudlaşdırma olacaq
03/06/2020 [19:19]:
“Yazılan məlumatların hamısı şər və böhtan xarakterlidir” - Səfir danışdı
03/06/2020 [19:15]:
BDU-da “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika virtual elmi konfransı keçirilir
03/06/2020 [19:10]:
Bir neçə dəqiqəyə 48 nüvə raketi: Səmadan gələn “cəhənnəm”!
03/06/2020 [19:08]:
Əbülfəz Qarayev pulları Panama, Malta, Litva və Rusiyaya daşıyıb...
03/06/2020 [19:05]:
Dövlət başçısı Tərtər Olimpiya İdman Kompleksinin açılışında - FOTOLAR
03/06/2020 [18:55]:
Prezident icra başçısına irad bildirdi
03/06/2020 [18:55]:
Boyanı qatıq hesab edərək yedi, canından oldu - FOTO
03/06/2020 [18:52]:
"Firuz müəllim canlı klassikdir"
03/06/2020 [18:45]:
“Kim işdən çıxarılırsa, altından çoxlu pullar, milyonlar çıxır” - Əli Məsimli
03/06/2020 [18:40]:
Şuradan yeni elektron tətbiq: SƏLİS müqavilə
03/06/2020 [18:39]:
Karantini pozan obyektlər bağlandı - FOTOLAR
03/06/2020 [18:33]:
Ölümü ilə ABŞ-ı ayağa qaldıran, Trampı bunkerdə gizlənməyə məcbur edən Corc Floyd
03/06/2020 [18:29]:
Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib
03/06/2020 [18:08]:
"Dava saldı ki, mən dura-dura Mələkxanım "Leyli" olmamalıdır"
03/06/2020 [18:05]:
Prezident Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında
03/06/2020 [18:01]:
Ramzan Kadırov məsciddə ağladı - VİDEO
03/06/2020 [17:59]:
Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
03/06/2020 [17:51]:
Prezident taxıl zəmisində olub - FOTO
03/06/2020 [17:49]:
Ermənistan ordusu Qarabağda itki verdi: Ölən və yaralananlar var
03/06/2020 [17:45]:
Prezident İlham Əliyev Ağcabədi rayonuna səfər edib
03/06/2020 [17:37]:
ABŞ-dakı mitinqlərdə Rusiya izi varmı?
03/06/2020 [17:34]:
Koronavirusa yoluxan jurnalist: “İnanmayanlara demək istəyirəm ki…”
03/06/2020 [17:29]:
Ramiz Mehdiyevdən yeni təyinat
03/06/2020 [17:24]:
Ermənistan parlamentinin keçmiş sədri öldü
03/06/2020 [17:19]:
"Bu cür qlobal yardım təşəbbüsləri ölkəmizin beynəlxalq nüfuzunu gücləndirib"
03/06/2020 [17:14]:
ABŞ-da etirazlar nəzarətdən çıxdı: polis rəisi öldürüldü
03/06/2020 [17:05]:
“Əbülfəs müəllimdə günah görmürəm, bu günə kimi neyləyib, günahı öz boynuna...”
03/06/2020 [16:58]:
Gəncədə oğul 85 yaşlı anasını döyüb
03/06/2020 [16:49]:
Su kanalına atılan heyvan leşləri məhv edilib
Bütün arxiv bir sırada
14/07/2019 [08:48] - Köşə - ( 3746 dəfə baxılıb)

Azadlıq Allah kimi yaxında olur, amma onu hamı görə bilmir

İlham İsmayıl

Bu gün tarixi gündür. Bu gün zülmdən, monarxiyadan, “zadəgan özbaşınalığından” cana doymuş insanların üsyan edib, zülmün qalasını, simvolunu darmadağın etdiyi gündür. Bu gün, yalnız onu həyata keçirən xalqın tarixində deyil, bəşər tarixində dəyişikliyə yol açan bir hadisənin  230 illiyi tamam olur. Bu gün Bastiliyanın alınması günüdür. 

Mövcud olduğu yüz illərlə işgəncə, zülm simvolunu təmsil edən bu qala 11 ilə tikilsə də, 20 günün içində azadsevər insanlar onu son daşına qədər sökdülər və yerində bu sözləri yazdılar: “burda insanlar rəqs edir, hər şey yaxşı olacaq”. ( Əkrəm İmamoğlu məşhur seçki şüarını , bəlkə də burdan götürüb) Oldu da. Hadisədən 90 il sonra fransızlar yekdilliklə bu günün milli bayram olduğunu rəsmiləşdirdilər. O günədək monarxın taxta çıxmasını qeyd edənlər, 230 ildir monarxları taxtdan saldığını bayram edir. Bir sözlə: ” fransız xalqı keyf edir”.

Məqsəd Bastiliyanın alınması tarixindən bəhs etmək deyil, bu taixi çoxları bilir, amma onun mahiyyətini yalnız dilindən, dinindən, milliyətindən, irqindən asılı olmayaraq azadlığı sevən insanlar dərk edə bilər. Bir də  230 il keçməsinə baxmayaraq, zülmü, işgəncəni XXI əsrdə hələ də tətbiq edənlər yaxşı bilirlər. Onlar heç vaxt üzə vurmadılar, amma üzə vurmasalar da bildilər ki, bir gün “öz Bastiliyaları alınacaq”. Bu günü Kaddafi, Səddam Hüseyn, Hüsnü Mübarək, Ben Əli, Ömər -əl Bəşir hər gün xatırlayıblar. Aqibətləri məlumdur. 

Bu gün və yaxud  bu günlər dünya tarixində daha bir bəşəri dəyərin simvolu sayıla biləcək hərəkatın başlanğıcı günüdür, günləridir.  Tam dəqiq olmasa da, eramızdan əvvəl 13-cü əsrdə  təxminən ilin yeddinci ayının ilk 15 günündə, İlahi Musa peyğəmbərə tapşırdı ki, yəhudi xalqını köləlikdən qurtar və azadlığa çıxart. Tarixi mənbələr yazır:” Musa şübhəsiz ki, İlahinin əmrlərini yerinə yetirir və xalqın azadlığı üçün İlahi planı həyata keçirir. İlahinin ittifaq qurduğu insanları azad etmək planını. O vaxtdan bəri  Musa bütün həyatını kölə tayfasının, İlahinin seçdiyi xalqa çevrilməsinə həsr edir”. Sonrakı tarix məlumdur- Musa yəhudiləri 40 il səhrada  gəzdirib, İlahi tərəfindən “vəd olunmuş yerə” gətirib çıxardı, həm də artıq köləliyi qəbul etməyən nəsil-millət yetişdirdi. Bu gün nəticəsi göz qabağındadır. 

Azadlıq İlahi dəyərdir, o ayrı-ayrı fərdlərdə özünü göstərər, amma hər bir millətə, xalqa nəsib olmaya bilər. Təbii, bu zamana bağlı prosesdir, çünki İlahi bəşər övladını zatən azad yaradıb, geci-tezi var. Sadəcə millət var ki, onu qazanmaq üçün hamılıqla ayağa qalxır, Bastiliyada olduğu kimi, ya da millətinə azadlıq bəxş edən  Musa peyğəmbər kimi lideri olur. Hər iki haldan məhrum olmaq, başqa liderlərin yaranmasına gətirib çıxarır. Dünyada azad olan xalqların sayından azad olmayanlar daha çoxdur və o xalqların liderləri Musa peyğəmbərin əksinə olaraq 40 il və bəzən daha çox xalqını köləliyə aparır, kölə olmağa alışdırır, çünki köləni idarə etmək asandır. Kölə xalq mövcud olduğu tarix boyunca yalnız itirməklə üzləşir. Mədəniyyətini, dəyərlərini, ərazilərini, keçmişini itirir. Belə xalqların gələcəyi sual altında olur. 

 “İlahi azadlığı sevir” və yuxarıda qeyd etdiyimiz iki faktor - Xalq və Lider İlahinin seçimidir. İlahi azadlığı hamıya verir, sadəcə onu görən lider və xalq olur, bir də görməyənlər. O zaman İlahiyə də yazıq olur. Azadlıq Allah kimi yaxında olur, amma onu hamı görə bilmir. 
 Bu gün -14 iyulda böyük gürcü yazıçısı Nodar Dumbadzenin də doğum günüdür. Onun  “ Əbədiyyət qanunu”romanından bir fikirlə  dediklərimə son vermək istəyirəm:  “ O, yavaş addımlarla, sakit, əyilmiş, heç kim fərq etmədən bağdan keçirdi.  Və mənim  heç kimin tanımadığı  Allaha yazığım gəldi. O Allaha ki, o qədər yaxındır, insan kimidir və elə sadədir ki, heç kim onda Allahı görmür”. 

Azadlıq da elədir, çox yaxındır, amma onu hər  insan  görmür.

"Yalanlar ifşa olunmayanda, həqiqət olur..." - VİDEO
Məşhur yutuber uşağını çinli bir ailəyə övladlıq verdi - FOTO
"Həyatım boyunca belə bir şeylə qarşılaşmadım" - MARAQLI... + VİDEO
Nənəsinin cəsədini yeyərkən yaxalandı - QANDONDURAN HADİSƏ
ABŞ-dakı etirazlara dəstək verən aktrisa təyyarədən endirildi - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
Xankəndidə keçmiş təcridxananın zirzəmisindən adam skeletləri tapıldı...-Bəlkə bizim əsirlərinkidir?..
Gündəm
“Orta məktəblərdə hərbi dərslərin keçirilməsi bərpa edilməli və gücləndirilməlidir”
Cəmiyyət
“Fədayə yaxşı sənətkardı, insandı, dostcanlıdır, yüz yaşını qeyd etsin...”
Cəmiyyət
“Könül xanım səbirli olsun, həyatın qanunu budur...”
Cəmiyyət
“Bundan sonra ancaq yarımçıq işləri ömür möhlət verdiyi qədər tamamlamağı düşünürəm...”
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
“Elə bildim, qaçqınlar “Qaçqınkom”un qarşısında  Qarabağın azadlığı tələbilə aksiya keçirir...”
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
ABŞ hər iki ölkəni “bombalayacaq”: Pentaqon sülhə “razı deyil”!
"Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."
Niyə Əbülfəs Qarayevin işdən qovulmasına ən çox sevinən Bərdə camaatıdır...?
Rusiyaya səs salan azərbaycanlı müğənni: “Gəncədə dörd manata ofisiant işləyirdim” - VİDEO
“Heç biriniz məndən nə ağıllı, nə də tərbiyyəli ola bilməzsiniz...”
"Qarayevin qonağı olan Jerar Depardye gördüklərindən o qədər heyrətə gəlmişdi ki..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247