Xəbər lenti
14/07/2020 [18:58]:
“Azərbaycan xalqı Prezident İlham Əliyevin və Milli Ordunun yanındadır”
14/07/2020 [18:45]:
“Bu müharibənin bir hissəsi düşmənin “əlaltıları” vasitəsilə həyata keçirilən təxribat siyasətidir”
14/07/2020 [18:43]:
"Ermənistan həqiqəti dərk etməli, problemləri həll etmək üçün səy göstərməlidir"
14/07/2020 [18:29]:
Ermənistan itkilərini etiraf etməyə davam edir, daha iki nəfərin adı açıqlanıb
14/07/2020 [18:17]:
Daha 350-dən çox azərbaycanlı Rusiyadan təxliyə olunub
14/07/2020 [18:14]:
Tovuzda daha bir ev atəşə tutuldu - VİDEO
14/07/2020 [18:14]:
Azay Quliyev QHT-lərə müraciət etdi
14/07/2020 [18:09]:
“Genişmiqyaslı əməliyyatlar başlayan kimi, Ermənistan dünyaya yalvarmağa başlayır ki...”
14/07/2020 [18:03]:
"İşğalçı dövlət tərəfindən mülki əhalinin, onların əmlakının məqsədyönlü şəkildə hədəfə alınması faşizmin təzahürüdür"
14/07/2020 [17:55]:
Nar və TƏBİB-in birlikdə keçirdikləri " Günün qəhrəmanları" yazı müsabiqəsi üçün məqalə hazırlayıb
14/07/2020 [17:51]:
Şortik geyindiyi üçün döyüldü - VİDEO
14/07/2020 [17:49]:
“Əsgərlərimizə çox inanıram, bu cür təxribatların qarşısı alınmalıdır ki...”
14/07/2020 [17:43]:
“Ordumuza dəstək üçün hər cür fədakarlığa hazırıq!”
14/07/2020 [17:41]:
Metronun bəzi stansiyaları AÇILIR
14/07/2020 [17:40]:
"Artıq döyüş meydanını Dağlıq Qarabağa, işğal olunmuş torpaqlarımıza çəkməliyik..."
14/07/2020 [17:39]:
Azərbaycan dili imtahanlarının nəticələri elan olunub
14/07/2020 [17:36]:
Azərbaycan xalqı və dövləti növbəti erməni məkrinə qarşı
14/07/2020 [17:34]:
Ermənistan ordusunun məhv edilən hərbçiləri - FOTO
14/07/2020 [17:31]:
“Azərbaycan xalqı Milli Ordunun yanındadır”
14/07/2020 [17:24]:
Sevgilisinin evinə icazəsiz girdiyi üçün 2 il həbs olunması tələb edilir...
14/07/2020 [17:23]:
“Sarsıdıcı zərbələr Ermənistana və onun havadarlarına ciddi siqnal olmalıdır”
14/07/2020 [17:18]:
Azərbaycanlı qardaşlarımıza dəstəyi davam edəcəyik” - Türkiyənin Müdafiə naziri
14/07/2020 [17:15]:
Ombudsman Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub - YENİLƏNİB + FOTO
14/07/2020 [17:10]:
Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri saxlayır - VİDEO
14/07/2020 [17:05]:
Ermənilərə qan udduran GENERALIMIZ
14/07/2020 [17:03]:
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
14/07/2020 [16:50]:
Saray qəsəbəsinin mərkəzi yolu əsaslı şəkildə təmir edilib
14/07/2020 [16:48]:
Bu günlərdə ata olacaqdı... - FOTO
14/07/2020 [16:44]:
Sürücüsüz avtomobil qorxu dolu anlar yaşatdı - VİDEO
14/07/2020 [16:37]:
Küçəyə maskasız çıxan yaşlı adam döyüldü - VİDEO
14/07/2020 [16:33]:
"Ermənilərin öldürdüyü mülkü vətəndaş çörək üstündə olub" - Ombudsman
14/07/2020 [16:25]:
Mingəçevirdə yas mərasimi keçirən şəxslər cərimələndi - FOTO
14/07/2020 [16:22]:
Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır - Dövlət Xidməti
14/07/2020 [16:08]:
“Qarabağ istiqamətində hücum etsək, bir həftəyə Ağdərəni, Ağdamı, Füzulini  götürərik”
14/07/2020 [16:05]:
“Geri çəkilməklə gələcəkdə daha böyük uğursuzluqlara məruz qala bilərik...”
14/07/2020 [16:01]:
"Düşmənə məxsus PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib"
14/07/2020 [16:00]:
Aya-Sofyanın gizlin tərəfi
14/07/2020 [15:57]:
Baş Prokurorluq cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
14/07/2020 [15:52]:
Azərbaycan şəhidini dəfn etdi - YENİLƏNİB + VİDEO
14/07/2020 [15:47]:
Erməni bizə böyük şans verdi: Müharibəyə başlamaq şansı!
14/07/2020 [15:39]:
Azərbaycanlı xakerlər 30-dək erməni saytını dağıdıblar
14/07/2020 [15:39]:
“Bu gün hamımız bir nəfər kimi ordumuzun, ali baş komandanımızın ətrafında birləşməliyik”
14/07/2020 [15:38]:
Azərbaycan - Böyük Britaniya parlamentlərarası İşçi Qrupunun iclası keçirilib
14/07/2020 [15:35]:
İƏT Parlament Assambleyası: “Erməni qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
14/07/2020 [15:32]:
ABŞ-da qırıcısı təyyarə qəzaya uğradı
14/07/2020 [15:32]:
Şəhid general-mayor II Fəxri xiyabanda dəfn olunacaq - RƏSMİ
14/07/2020 [15:31]:
Düşmənin döyüş mövqelərində olan hərbi texnika və vasitələrə zərbə endirilməsi ilə bağlı əmr verildi - SON DƏQİQƏ
14/07/2020 [15:29]:
Politoloq: “Nikol Paşinyanı Serj Sarqsyanın taleyi gözləyir”
14/07/2020 [15:18]:
BDU-da akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyinə həsr olunmuş onlayn dəyirmi masa keçirilib
14/07/2020 [15:17]:
Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatlar və 100-dək canlı qüvvəsi məhv edilib - VİDEO
14/07/2020 [15:10]:
Ermənistan ordusunun mayor və kapitanı məhv edildi - RƏSMİ
14/07/2020 [14:59]:
General Natiq Əliyev: "Ali Baş Komandanın əmrindəyik və döyüşə atılmağa hazırıq..."
14/07/2020 [14:50]:
Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edir - MN-dən növbəti açıqlama...
14/07/2020 [14:48]:
“Müharibə sonuncu erməni əsgəri zərərsizləşdirilənə qədər davam etdirilməlidir”
14/07/2020 [14:47]:
“Azərsu”dan sayğaclarda hesablanmış artıq ödənişlərlə bağlı şikayətlərə cavab
14/07/2020 [14:47]:
"Heydər Əliyevi səciyyələndirən ən parlaq xüsusiyyətlərdən biri də..."
14/07/2020 [14:37]:
Şiddətli döyüşlər: Ordumuz hansı obyektləri vurdu? – Rəsmi
14/07/2020 [14:37]:
Hollivudun ən sadiq ailələrindən birində hüzn
14/07/2020 [14:23]:
Atəşkəsin pozulması Ermənistanda qarşı uğursuzluğun artdığı dövrə təsadüf edir
14/07/2020 [14:22]:
Ermənilər Tovuzun üç kəndini atəşə tutublar - VİDEOREPORTAJ
14/07/2020 [14:09]:
KTMT-dən ermənilərin törətdikləri təxribatla bağlı BƏYANAT
14/07/2020 [14:07]:
Şəhid gizir Zeynallı - FOTO
14/07/2020 [14:06]:
"İnanıram ki, Azərbaycan əsgəri işğalçını son yuvasına qədər qovaraq lazımi dərsini verəcək"
14/07/2020 [14:03]:
“Adam deməyə söz tapmır, bilmirsən ki, o analara necə kömək olasan...”
14/07/2020 [14:03]:
Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa hesablanıb
14/07/2020 [13:51]:
"Atəşkəsi pozmaqla Ermənistanın Azərbaycanla müharibədən qorxmadığını sübut etmək istəyirlər"
14/07/2020 [13:47]:
"Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır..."
14/07/2020 [13:47]:
"Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini kəskin şəkildə pisləməlidir"
14/07/2020 [13:45]:
Burda tək deyiləm ki... - ŞƏHİDLƏRİMİZƏ İTHAF
14/07/2020 [13:32]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq - Müdafiə Nazirliyi
14/07/2020 [13:29]:
“Hərbi əməliyyatlar uzunmüddətli müharibə ilə nəticələnməyəcək” – PROQNOZ!
14/07/2020 [13:27]:
“Hazırda cəbhə bölgəsində döyüşlər davam edir” - Nazir müavini
14/07/2020 [13:27]:
“70 yaşın var, get otur yerində də, sən o zaman müdaifə naziri olanda nə iş gördün ki, indi nə iş görəsən?”
14/07/2020 [13:23]:
Azərbaycan Ordusu daha yeddi şəhid verdi - SİYAHI
14/07/2020 [13:13]:
Azərbaycan mətbuatında Ceyhun Hacıbəyli – Nəsiman Yaqublunun araşdırması...
14/07/2020 [13:09]:
“Hökumətin büdcəsi ancaq alimenti ödəyəcəksə və bunu faizlə geri ala bilməyəcəksə, onda burda nə maraq var?
14/07/2020 [13:06]:
Son dəqiqə! Müdafiə Nazirliyi yeni görüntülər yaydı - VİDEO
14/07/2020 [13:03]:
Rusiya KİV: Azərbaycan Ermənistanın yaşayış məntəqlərinə atəş açmayıb
14/07/2020 [12:56]:
AzTU adı Azərbaycan Texniki Universitetinin brendi kimi təsdiqləndi
14/07/2020 [12:48]:
Hərbi əməliyyatların aktivləşməsi QHT-lər qarşısında hansı yeni vəzifələr qoyur?
Bütün arxiv bir sırada
05/07/2019 [22:43] - Köşə - ( 5157 dəfə baxılıb)

Hamı sussun, görək kim sinidə gətirib bizə Qarabağ verəcək?

İlham İsmayıl

Siz, Azərbaycan məmurunun kalibirindən asılı olmayaraq Qarabağ haqqında istər siyasi baxımdan, istər həssas ovqata köklənib hansısa bəyanatını oxumusunuz, eşitmisiniz? Vəzifədə olanda, bəlkə də nədənsə çəkinib, hərçənd işğal olunmuş vətəndən danışmaqdan niyə çəkinmək lazımdır, amma heç vəzifədən çıxanın da dilindən Qarabağ haqqında yaddaqalan bir təsirli söz eşitməyib bu camaat. Məmurlar bir tərəfə, heç son on ildə Azərbaycanda ziyalı kimi tanınan, qəbul edilən şəxslərin də Qarabağ haqqında heç bir yazısını, cəmiyyətə təsir edəcək bir çıxışını, tələbini, mövqeyini bu xalq görməyib, eşitməyib. Ən uzağı, yemək süfrəsi arxasında əttökən sağlıqla Qarabağ yad edilib. Ona görə də bu gün  Qarabağdan ötrü xalq ayaqda deyil. Təəssüf... Yox, təəssüfü xırda məsələlərdən ötrü edərlər, bu təəssüfedici məsələ deyil, bu faciədir. Biz, bütöv toplum olaraq Qarabağ məsələsində elə acınacaqlı durumdayıq ki, buna yadlar təəssüf edə bilər, yeddi biyana yad təəssüf edər. Amma, biz özümüzü heç nə olmamış kimi aparırıq. Məmurun da, ziyalının da, sıravilərin də gündəmində hər şey var, Qarabağdan başqa. Axı nə etməliyik? Bu söhbət olanda ən çox verilən və ən mənasız sual da budur. Bu sualı içində vətən, Qarabağ sevgisi olmayan insanlar verir. Bu sualı bəzən qeyd etdiyimiz məmur və ziyalı təbəqəsi də verir, cavabdan yayınmaq üçün 80-ci illərin sonunda meydan hərəkatından, o vaxt yazdığı şerdən, məqalədən danışıb işini bitmiş hesab edənlər də var. 
   
Birbaşa Qarabağ münaqişəsi ilə məşğul olan məmurların da standart cavablarından, bəzən isə tam yanlış bəyanatlarından başqa nə eşitdik ki? Nadir hallarda bəzi keçmiş məmur mütəxəssislər, ekspertlər istisna olaraq nəsə deyirlər, o da, jurnalist sual ünvanlayanda.
 
Nədən bu vəziyyəti xüsusi vurğulamaq məcburiyyətində olduq? Biz məğlub vəziyyətdə olan dövlətik, xalqıq. Biz böyük bir ərazimizi itirmişik və onun geri qaytarılması, azad edilməsi uğrunda daha çox, hər gün  danışmalı və iş görməliyik. Amma, əksinə proses baş verir. Qalib düşmən daha çox iş görür, Qarabağ problemini gündəlik olaraq müzakirə edir, nəinki Dağlıq Qarabağın, hətta bütün işğal olunmuş Qarabağ torpaqlarının Azərbaycana  qaytarılmayacağını hər gün xalqının beyninə yeridir. Həm də təkcə özlərinin deyil, bütün dünyanın şüuruna, düşüncəsinə yeridirlər və buna demək olar ki, nail olublar. Qeyd etdiyimiz kimi bu işdə düşmənin bütün təbəqələri fəaldır, Paşinyandan tutmuş Kəlbəcərdə məskunlaşan Yervanda qədər.
 
Qarabağda bu günlərdə səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan “Artsax xalqının qətiyyətindən” məmnun qaldığını söyləyir. Vaşinqton görüşündən sonra Qarabağa baş çəkən nazir görünür perspektiv sülhməramlılar, hansısa ərazilərin geri qaytarılması barəsində dediklərinin süngü ilə qarşılandığını hiss edəndə bu qənaətə gəlib. İrəvandan gələn məmura sərt cavablar verilib. Onlar bu sərtliyi illərlə aparılan təbliğatdan və bizim susqunluğumuzdan ilhamlanaraq nümayiş etdirirlər. Qarabağın təhlükəsizlik məsələləri üzrə eksperti hesab edilən Raçya Qalstyanın Mnatsakanyana cavabına diqqət edin.

“Nə sülhməramlılar, nə ərazi qaytarmaq? Yerevan ictimaiyyəti (biz yox ha, özləri!) bizim qalib gəldiyimizlə barışmalıdır. Qalib olmağa alışın və XXI əsrin təhlükələrinə və çağırışlarına hazır olun. XX əsrdən qalma bir işimizi də başa vurmalıyıq, Miatsum prosesini bitirmək lazımdır. Erməni dövlətçiliyi arasındakı bölücülüyü, aranı ləğv edib, Birləşmiş Ermənistan yaradılmalıdır”.
Bu, bir separatçı erməninin mövqeyi deyil, buna ”əşşi, erməni qələt eləyir, nə olsun deyib” kimi mənasız yekəxana (əslində bacarıqsızlığın sığortası) əl yelləmək də lazım deyil. Sovet dönəmindəki respublika rəhbərləri də başlarını işlətmək əvəzinə əllərini yellədib Kremlin başında yanan ulduzu özünə mayak bilib Qarabağı bu günə qoydular. Məsələdən xəbərdar ola-ola, heç bir real iş görmədilər.
 
Və erməninin “qalib olmağa alışın” deyiminin arxasında böyük siyasət dayanır. Ona görə ki, hər gün onun ziyalısı, məmuru bunu onların şüuruna yeridib. 25 ildir biz  bu mövqeyin tam tərsi olan “məğlub olmağa alışın”durumu ilə üz-üzəyik.

Açığı, Qarabağ məsələsinin həllinə yanaşmada Qarabağ erməniləri ilə İrəvan ermənilərinin mövqeyində üst-üstə düşməyən məqamların olduğu məlum idi və güman etmək olardı ki, bizim keçmiş vətəndaşlarımız hansısa keçmiş münasibətləri yadda saxlayıb barışığa meyilli olarlar. Tam əksi imiş. Onlar indiki duruma alışıblar və burda ən çox bizim rolumuz var. Rolumuz susqunluğumuzdur.
 
Separatçı rejimin keçmiş məmuru da “nə işimə qalıb” fəlsəfəsindən uzaq olduğunu nazir Mnatsakanyana çatdırıb. Qondarma rejimin (özümüzə verdiyimiz təsəlli terminlərinə bax...) keçmiş xarici işlər naziri Arman Melikyan təkcə Yerevan rəsmisini yox, bəzi tərəddüd keçirən yerli erməniləri də hədəf götürür. “Bəziləri düşünür ki, ərazi güzəşti olmasa necə olacaq? Biz nəsə verməliyik ki, nəsə də alaq. Bu kommersantlar üçün olan yoldur. Bizim problem kommersiya vasitəsi ilə həll olunmur. Ticarətçilər anlamaz ki, diplomatiyada nəsə almaq üçün ən yaxşısı heç nə verməməkdir”. Bu da, keçmiş məmurun fəlsəfəsi. Bütün həyat fəlsəfəsini maddiyyat üstündə quran keçmiş, indiki məmurlarımızın mövqeyi qolda iki milyonluq saat taxmaqdan o yana deyil. O saatı taxanın, o pulları oğurlayanın yadına Qarabağ hardan düşsün?
 
Hamı sussun, görək kim sinidə gətirib bizə Qarabağ verəcək?
 
İlham İsmayıl


loading...
Şortik geyindiyi üçün döyüldü - VİDEO
Sevgilisinin evinə icazəsiz girdiyi üçün 2 il həbs olunması tələb edilir...
Sürücüsüz avtomobil qorxu dolu anlar yaşatdı - VİDEO
Küçəyə maskasız çıxan yaşlı adam döyüldü - VİDEO
Ermənistan ordusunun mayor və kapitanı məhv edildi - RƏSMİ
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Genişmiqyaslı əməliyyatlar başlayan kimi, Ermənistan dünyaya yalvarmağa başlayır ki...”
Hadisə
“Geri çəkilməklə gələcəkdə daha böyük uğursuzluqlara məruz qala bilərik...”
Gündəm
“Müharibə sonuncu erməni əsgəri zərərsizləşdirilənə qədər davam etdirilməlidir”
Cəmiyyət
Məşhur türk firması məhsullarında  homoseksual rəmzlərindən istifadəni qadağan etdi...
Hadisə
"Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdləri iflasa uğradı"
Yazar
İlham İsmayıl
Məmurlar xalqın başında qoz sındırıb, cibində siçanlar oynatsalar da...
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
Sultan Laçın
“Gündə koronavirusla zarımaqdansa, qalxaq kişi kimi “ya ölum -ya qalım” savaşına!..”
Həftənin ən çox oxunanları
"Mənə ağıl öyrətmə, Emil, mənim nitqimdə heç kim qüsur tuta bilməz, çünki mən..."
"Artıq qərar vermək zamanıdır" - Etibar Məmmədov İlham Əliyevə səsləndi...
Etiraf: Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı... - FOTO
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
Ermənilər ağır itkilər verdilər — Düşmənin 31 hərbçisi məhv edildi - FOTO
Kürdoğlu Əsgərovdan Süleyman Süleymanlıya şillə kimi cavab: "Get işinlə məşğul ol..."
Tovuz təxribatının baiskarı olan erməni general - FOTO
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
"Bu kişi geyimidir, get xalatını geyin" atmacasından prinsipə düşüb general oldu...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247