Xəbər lenti
23/09/2020 [08:29]:
“Ehtiyatda olan hərbçilərin təlimlərə cəlb edilməsi, işğalçı ölkədə həyəcana səbəb olub”
23/09/2020 [08:18]:
64 kiloqram arıqlayan qadın uğurunun sirrini bölüşdü - FOTOLAR
23/09/2020 [08:15]:
Ermənilər ölkəni tərk etmək üçün aclıq aksiyasına başladılar - FOTO + VİDEO
23/09/2020 [08:13]:
Ayılar 100 ildən sonra Çernobıla qayıtdılar
23/09/2020 [01:26]:
Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO
23/09/2020 [01:09]:
"Siz mənim necə müəllim olduğumu necə təyin edə bildiniz?"
23/09/2020 [00:38]:
"İlin, günün bu vaxtında müəllimləri belə əziyyətə salmaq istəyənləri qınayıram"
23/09/2020 [00:20]:
“Səviyyəsiz işlərdə yorulmaq istəmirəm, mən bir-ikisinə çəkildim, çox peşman oldum...”
22/09/2020 [23:59]:
Məşhur aktrisa gizli şəkildə evlənib - FOTO
22/09/2020 [23:31]:
Oğluna 1500 qonaqla toy edən türkiyəli deputat cəzalandırıldı - VİDEO
22/09/2020 [23:22]:
Bakıda qəzaya uğrayan avtomobilin sürücüsü zərbənin təsirindən yol kənarına düşərək ölüb - FOTOLAR
22/09/2020 [23:04]:
Putin Makrona nə deyib? – Telefon danışığının detalları ÜZƏ ÇIXDI
22/09/2020 [23:01]:
Salyanda avtomobil 54 yaşlı qadını vurub
22/09/2020 [22:58]:
Azərbaycanda bir məktəb koronavirusa görə distant təhsilə keçib
22/09/2020 [22:36]:
"Bu yüksəkliklər Ordumuza Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır"
22/09/2020 [22:34]:
Bu gün Azərbaycanda 10 şagird koronavirusa yoluxub
22/09/2020 [22:12]:
“Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir”
22/09/2020 [22:05]:
“O aktrisa rolumu əlimdən aldı, rejissora dedi ki, onun xasiyyəti pisdir, çəkməyin...”
22/09/2020 [21:59]:
Bakıda yol qəzası nəticəsində dörd piyada vurulub
22/09/2020 [21:57]:
Qənirə Paşayeva şəhid Elşən Məmmədovun ailəsini ziyarət edib - FOTO
22/09/2020 [21:46]:
Azərbaycan və Ukrayna Prezidentləri arasında telefon danışığı olub
22/09/2020 [21:32]:
Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Koordinasiya Komitəsinin iclasında iştirak edib
22/09/2020 [21:14]:
Ölən pinqvinin mədəsindən baxın nə çıxdı - FOTO
22/09/2020 [21:01]:
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
22/09/2020 [20:48]:
Hikmət Cavadov: "Azərbaycan diasporu Ermənistan təxribatını pisləyir"
22/09/2020 [20:47]:
Baş nazirin ad günü şənliyi fəlakətə çevrildi - QORXUNC... + VİDEO
22/09/2020 [20:26]:
Nəhəng dalğa qorxu dolu anlar yaşatdı - VİDEO
22/09/2020 [20:21]:
Türkiyənin Ədalət və İnkişaf Partiyasının katibi: “Ermənistan odla oynadığını bilsin” - VİDEO
22/09/2020 [20:19]:
Sosial müdafiə və məşğulluq sahələrində BQXK ilə birgə layihələr davam edəcək
22/09/2020 [20:17]:
Diplomatların xaricdən ölkəyə avtomobil gətirməsinə dair tələblər sərtləşdirilib
22/09/2020 [20:14]:
Neymar və Qonsales ilin sonuna qədər diskvalifikasiya edilə bilər
22/09/2020 [20:08]:
Atasını axtaran qadın yüzlərlə bacı-qardaşının olduğunu öyrəndi - FOTO
22/09/2020 [20:08]:
“Vaksin bəşəriyyətin ortaq istifadəsinə buraxılmalıdır” - Ərdoğan
22/09/2020 [20:01]:
Küçə itləri 2 yaşlı uşağın cinsi orqanını parçaladı - DƏHŞƏT... + FOTO
22/09/2020 [19:42]:
Beynəlxalq Sülh Günündə sülhə təhdid yaradanlar barədə bir neçə söz...
22/09/2020 [19:40]:
Energetika Nazirliyinə yeni səlahiyyət verildi
22/09/2020 [19:37]:
Gənc sərnişin 15 nəfəri koronavirusa yoluxdurdu - FOTO
22/09/2020 [19:34]:
Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı
22/09/2020 [19:22]:
Peyvənd olunmağa hazıram - Kadırov
22/09/2020 [19:17]:
Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olunub
22/09/2020 [18:57]:
Ərdoğanla Makron arasında telefon danışığı olacaq
22/09/2020 [18:56]:
"1991-ci ilədək DIN-in Kadrlar İdarəsində şöbə rəisi erməni qadın idi…” 
22/09/2020 [18:46]:
"Ermənistan regionda sabitlik üçün əngəldir" - Ərdoğan
22/09/2020 [18:40]:
"Minsk qrupu sanki özü özünü “offsayd” vəziyyətinə salıb"
22/09/2020 [17:58]:
BMT-nin Baş katibi ilin sonuna qədər qlobal atəşkəs çağırışı edib
22/09/2020 [17:57]:
Ərdoğan, Merkel və Şarl Mişelin üçtərəfli videokonfrans formatında görüşü olub
22/09/2020 [17:52]:
Lotu Qulinin qurplaşmasına meydan oxuyan kimdir? - Şalinskinin iddiaları...
22/09/2020 [17:51]:
Azərbaycanda daha bir jurnalist koronavirusa yoluxdu
22/09/2020 [17:50]:
İnternet problemi necə həll olunacaq?
22/09/2020 [17:48]:
Oqtay Əsədovun eks-kürəkəni London meri olmaq istəyir
22/09/2020 [17:47]:
"Həmin profillər Ordu haqqında insanların inamını sarsıtmaq üçün yaradılır"
22/09/2020 [17:42]:
Azərbaycana payız gəlib
22/09/2020 [17:41]:
Moskvada Valentina Matviyenko və Sahibə Qafarova arasında görüş keçirilir - FOTO
22/09/2020 [17:38]:
Tələbə Nəzarət Qrupu yeni tədris ilindən danışdı
22/09/2020 [17:34]:
Azərbaycan Aşıqlar Birliyində yeni layihəyə start verildi
22/09/2020 [17:29]:
Azərbaycanda iki özəl klinika cərimələnib
22/09/2020 [17:26]:
Göydən yağan quş cəsədləri insanları təşvişə saldı- FOTO
22/09/2020 [17:23]:
Rövşən Rzayev vətəndaşların müraciətini dinləyib - FOTO
22/09/2020 [17:18]:
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
22/09/2020 [17:16]:
DTX cəbhədə baş verənlərlə bağlı məlumat YAYDI
22/09/2020 [16:59]:
Məhkəmə Sarkisyanın kürəkəninin həbsi barədə HÖKM VERDİ
22/09/2020 [16:57]:
Misirdə azərbaycanlı alimin elmi məqaləsi dərc olunub - FOTO
22/09/2020 [16:36]:
Rusiyada qırıcı qəzaya düşdü
22/09/2020 [16:32]:
Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır? - Siyahı
22/09/2020 [16:28]:
“Müharibəyə başlasaq, 5-10 günə torpaqlarımzı işğaldan azad edəcəyik”
22/09/2020 [16:26]:
ATU-nun tələbələrinin elmi tədqiqatlarda iştirakının məcburi olması təklif edilib
22/09/2020 [16:17]:
Kürəyindən bıçaqlanan gəncin yaşamaq uğrunda mübarizəsi kameralarda - VİDEO
22/09/2020 [16:16]:
Jirinovski: “ABŞ-dan yaxın onillikdə qurtulmaq lazımdır”
22/09/2020 [16:14]:
"Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir"
22/09/2020 [16:13]:
“Bu ensiklopediya böyük zəhmətin, uzunmüddətli fəaliyyətin nəticəsində ərsəyə gətirildi...”
22/09/2020 [16:12]:
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 98 yeni yoluxma - FOTO
22/09/2020 [16:11]:
Mehriban Əliyeva Bakıda Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak etdi - FOTO
22/09/2020 [16:10]:
Elnur Məmmədli: “Qapalı zallar ona görə açılmır ki...”
22/09/2020 [15:51]:
“Xüsusi xidmət orqanlarımızın erməni terrorizminə qarşı mübarizədə lazımi addımlar atdığına əminəm”
22/09/2020 [15:11]:
“Alçaq yaşamaqdan yorulmuşuq, bunun da yeganə yolu bu murdarları qovmaqdır...”
22/09/2020 [14:55]:
Məmur uşaqlarının “Hummer”lərini tank kimi ermənilərin üstünə sürmək olar...
22/09/2020 [14:49]:
Azərbaycanda toylar bərpa edilir
22/09/2020 [14:46]:
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları... - FOTOLAR
22/09/2020 [14:39]:
Putin 27 il sonra onu istefaya göndərdi
22/09/2020 [14:38]:
"Donuzu-işğalçıları payanın qabağına qatıb darıdan çıxarmaq lazımdır..."
Bütün arxiv bir sırada
05/07/2019 [10:00] - Ədəbiyyat - ( 1442 dəfə baxılıb)

Tənhalıq dövrünün adamları



“Hyresgäster” povestinin (“Çöl Qala”)  Stokholm təqdimatında dediklərim

Çoxdandı bu qədər adamla bir yerdə görüşməmişdim. Sonuncu belə görüş Bakıda, “Akademkitab” mağazasında “Çamayra. Kuba dəftəri” kitabımın təqdimatında olmuşdu.

İndi İsveçin dörd bir yanından dostlar gəlib. Neçə yüz kilometr yol qət etmisiniz. Çox sağ olun!

İsveçcə “Hyresgäster”, yəni “Kirayənişinlər” adıyla nəşr olunan “Çöl Qala” barədə adətən iki cür adamın sualı olur – onu oxuyanın, bir də oxumayanın. Oxuyanların suallarına görüşümüzün müzakirə, sual-cavab bölümündə toxunacam. İndi, icazənizlə, oxumayanların sualından danışım.

Oxumayanlar məndən soruşurlar, bu kitab nədən bəhs edir? Deyirəm, bu günün insanından!

Bu gün hansı zamandı və kimdi bu günün insanı?

20180514_205257

 

“İnfozibillik” əsrinin insanları

21-ci əsrin insanı min il, 5 min il demirəm, heç 100 il əvvəlin də adamı deyil. Zahirən dəyişməmişik. Amma şüur, bilik, səhhət, emosiya baxımdan fərqliyik. Başqa müqayisələr aparmayaq, elə orta yaş həddini götürək.

100 il qabaq orta yaş həddi 45 idi, bu gün 70 olub. Alimlər proqnozlaşdırırlar ki, bu əsrin sonuna orta yaş həddi 150 il olacaq. Hələ bir ehtimala görə gələn əsrin axırınadək insan ölümsüzlüyə çarə tapacaq. İsgəndər Zülqərneynin xəyal etdiyi dirilik suyunu deyirəm. Köhnələn genləri, sıradan çıxan daxili orqanları əvəz etməklə buna nail olacaqlar. İnsan ölməyəcək!

İnsanların ölmədiyi bir dünya, bir zaman təsəvvür edin!

O zamanı qoyaq qalsın gələcəkdə, bəs, bu günün insanı hansı duyğularla yaşayır?

Duyğuları beyinə çatan informasiyalar idarə edir, bilirsiniz. Beynin qəbul etdiyi acı xəbərdən kədərlənir, şad xəbərdən sevinirik. 21-ci əsrin insanı bəşər tarixi boyu heç vaxt indiki qədər informasiya selinə tuş gəlməyib. Özü də bir-birindən kəskin fərqlənən informasıyalar. Mən buna “infozibillik” deyərdim.

İnsan hər yanı zibilləyib, kirlədib. Dikəlib iki ayağı üstə yeriməyə başlayandan dünyanı dağıtmaqla məşğuldu. Biz təbiəti qoruyacaq heç nə etməmişik, əksinə, onu zibilləmişik.

Tək torpaq deyil, okean da, səma da, kosmos da zibillidi. Okeanın dibində milyonlarla ton tullantı var. Baltik dənizi dünyanın ən kirli dənizlərindəndi. İki dünya müharibəsindən qalan nə qədər zərərli maddə, zir-zibil yığılıb. İsveçdə Baltikdən tutulan balıqları yemirlər.

Təyyarələr hər gün səmaya tonlarla zəhərli qaz buraxır.

Kosmos kosmik aparatlar qəbirstanlığına çevrilib.

İnsan tək təbiəti kor günə qoymayıb, o, öz beynini də informasiya xıltıyla doldurub. Beynimiz bu qədər informasiyanı “həzm” edə bilmir. Nəticədə yorulur, zədələnir, pozulur və insan depressiv hala düşür.

Bu gün dünyada ən yayğın xəstəlik depressiyadı. O, infeksion xəstəliklərdən də sürətlə yayılır, epidemiya halını alıb. Yoluxucu xəstəlikləri karantinlə, vaksinlə önləyirlər. Bəs depressiyanın necə, vaksini varmı?

Depressiyanın əsas qaynağı “infozibillər”di. İnformasiya hər yandan üstümüzə yağır. Biz onu artıq cibimizdə daşıyırıq – smartfon şəklində.

Depressiyaya sadəcə özünəqapanma kimi baxmayın. Özünəqapanma həm də mənfi enerji mənbəyidi. Depressiya aqressiya doğurur. Bu gün insan toplumuna aqressiv ovqat hakimdi. Aqressiyanın meydan suladığı ortamda insan sağqalma çabası verir, fərqli mühit axtarır. “Çöl Qala”nın qəhrəmanı deyən kimi: “…elə bir imkan ola, özünü də qoyub gedəsən, palto kimi çıxarıb asılqanın qarmağına keçirib gedəsən”. İnsan belə ortamda – belə dünyada yox, özü yaratdığı, “allahı da, bəndəsi də özü olan dünya” qurmaq istəyir.

“Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya necə yaranıb, Allahın “Ol” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır. Hər kəs özünü kirayənişin sandığı özgə dünyadan yeni dünyaya, özünün yaratdığı, sahibi olduğu dünyaya can atır. Öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidir. Sən bunu yarada bildin. Biz bunu birlikdə yaratdıq”.

“Çöl Qala” öz dünyasını yaradanların hekayətidi!

20180528_193033

Təklərin dünyası

Bəşər fərdiləşməyə doğru gedir. Nədi fərdiləşmə?

Əvvəllər yaylağa elliklə gedərdilər, 3-5 ailə birlikdə. Məsələn, nənəmgil Qarabağda Kolatağ Turşsuyuna neçə ailə birgə gedərdi, alaçıqlarımızı yan-yana qurardıq.

İndi istirahətə, gəzməyə iki ailənin getməsi nadir hala çevrilib. Bu gün hətta ailənin bütün üzvləri bir yerdə səfərə çıxmır; hərənin öz marağı, öz dünyası var.

Toya qohum-əqrabanın, ağsaqqal-ağbirçəyin məşvərətiylə başlanardı. Xatırlayıram, toylarımızda, yaslarımızda mağarın qurulmasından ev sahibinin xəbəri olmazdı, qonum-qonşu edərdi. İndi qohumlar, dostlar evlilik xəbərini toya dəvət ediləndə bilir, bəzən gənclər heç evlənmə qərarını ailəylə məsləhətləşmədən verirlər.

Dara düşənin el-oba yığışaraq dadına çatardı. İndi düşdüyün quyudan təkbaşına çıxmağı öyrənməlisən.

İnsan beləcə fərdiləşib, individiuma çevrilib.

İndividualizm həm də tənhalıq deməkdi. 21-ci əsrin adamı tənhadı! “Çöl Qala”nın qəhrəmanı deyir: ”Tənhalıqda səsi itirmək qorxusu var. Öz-özünlə danış, lazım gəlsə, ağaclarla danış”.

Bu günün insanına gərək olan şey ünsiyyətdi! Hava, su, qida qədər önəm alıb o. Depressiyanın vaksini ünsüyyətdi. Sevgi ovqatında bir ünsiyyət. Bir-birimizin içindəki nifrəti, aqressiyanı sevgiylə, xoş bir ünsüyyətlə təmizləyə bilərik. Beləcə içimizi də arındırar, duruldar, təmizləyərik.

Aqressiyadan qurtulmasa insanlıq məhvə məhkumdu. Əlində bu qədər atom silahı, içində bu qədər aqressiya ilə insan dünyanın təhlükə mənbəyidi.

Bayaq ölümsüzlükdən danışdım. Bəli, elm genləri dəyişdirməklə uzunömürlüyə, lap ölümsüzlüyə də nail olacaq. Bəs, xoşbəxtliyin necə, düsturunu tapa biləcəkmi? Xoşbəxt olmayan insan əbədi demirəm heç, yüz illər boyu yaşamaq istəyərmi?

“Çöl Qala” sevgi ovqatlı ünsiyyətə ehtiyacı olan tənha adamların hekayətidi.

20180727_214914

“Oxumayan” “oxumuşun” quludu!

Bu cür görüşlər yazı-pozu adamı üçün başqa tədbirlərdən fərqlənir. Belə görüşə adətən təsadüfü adam gəlmir. Yazarla görüşə gəlibsə demək, o, ədəbiyyat adamıdı, ədəbiyyatsevərdi, sözə həssasdı. Yazar üçün belə insanlarla təmas xüsusi, əlahiddə görüşdü. Müəllifə oxucusu başqa bütün adamlardan bir köynək yaxındı. Yazı-pozu adamına ən doğma olan doğma bildikləri deyil, yazılarını, kitablarını oxuyub, onu anlayan, duyan və bunu ona deyəndi. Tanımadığın yad bir adam sənə kitabında oxuduqlarından danışırsa sənin üçün doğma birinə çevrilir.

İndi bildiniz sizinlə görüşdən niyə belə xoşbəxt duyğular yaşayıram?

Bu kitabı oxuyan varmı aranızda? Kim oxuyub?

Dediklərim həm də sizə aiddi. Bir qədər sonra kitabı müzakirə edəcəyik, ona görə indi bu kitabdan yox, ümumiyyətlə, kitab oxumaqdan danışmaq istəyirəm.

Bir dəfə xeyli vaxtdı kitab oxumadığını gördüyüm oğlumdan bunun səbəbini soruşanda dərsdən başı açılmadığını, vaxtının olmadığını dedi. Elə həmin günlərdə Barak Obamanın maraqlı bir müsahibəsinə rastlamışdım. O, müsahibəsində hər gün bədii əsər oxuduğunu deyirdi. Dedim, az qala dünyanın yarısına hökmü keçən bir ölkənin başçısı kitab oxumağa macal tapır, sənin vaxtın olmurmu?

Bizim bir missiyamız da oxumaq və uşaqları oxutmaqdı. Gələcək “oxumuşlar”ındı. Mirzə Cəlilin “Axund ilə keşişin vəzi” hekayəsində kitab oxuyan erməni uşağıyla pişiyin quyruğuna ip bağlayıb sürüyən müsəlman uşağı, məclisdəkilərə vətəni sevməkdən danışan keşişlə, xurafat söhbətləri eləyən molla müqayisə edilir. Ustad bu hekayəni 1906-cı ildə yazıb. 113 il sonra bənzər müqayisəni etmək ağır olmazmıi?

Oxumayanın haqqını da tapdalayarlar, azadlığını da, hələ desən torpağını da əlindən alarlar.

“Oxumayan”lar “oxumuş”ların quludu! Bizə yalan deyiblər, quldarlıq dövrü keçib, keçmişdə qalıb deyə.

Cəhalət azadlığın qənimidi. Azadlığın olmadığı cəmiyyətdə ədalət də olmaz! Ədalətli cəmiyyəti isə yalnız “oxumuş” insanlar qura bilər.

“Çöl Qala” ədalətli dünya axtaranların hekayətidi.

20180513_191340

Qürbətdə vətən

Vətəndən kənarda biz iki qat artıq oxumalı və oxutmalıyıq. İsveç oxuyub inkişaf etmək üçün hər cür şəraiti olan ölkədi. Bundan yararlanmamaq ən böyük günah olar. Mənim balam məndən savadlı, bacarıqlı, pullu, vətənpərvər, insansevər olmasa, demək, mən missiyamı yerinə yetirməmişəm. Onun balası da ondan artıq olmasa, həmçinin.

Qürbətdə yaşayan hər birimiz özümüzü yeriyən Azərbaycan sanmalıyıq. Biz burda ikinci vətən qururuq – qürbətdə vətən. Qəribə səslənir. Bizə qürbətdi, amma burada qalası olsalar nəvə-nəticələrə ikinci vətən olacaq. Biz vətən sevgisini içimizdə yaşadaraq ötürməsək uşaqlarımız, xələflərimiz unudacaq. Yurd sevgisi müqəddəs bir əmanət kimi ötürülməlidi nəsildən nəsilə.

100 il əvvəl ölkədən getməyə məcbur olanlar ayaqqabılarının dabanına vətəndən gətirilən torpaq qoyarmışlar. “Dabanımı vətən torpağına basıram”, deyərmişlər.

Yurd nostaljisi bütün həsrətlərin ən ağrılısıdı. Ötən il elə bu şəhərdə – Stokholmda Cümhuriyyətimizin 100 illiyini qeyd edirdik. Rəsulzadənin nəvəsi Rəis bəy bu mövzuda çox təsirli bir çıxış elədi. O, danışdı ki, sürgün olunduqları Qazaxıstandan uzun illər kənara çıxa bilməyiblər. Vətənə qayıtmaq onlara qadağan idi. İlk fürsətdə atası Özbəkistana keçib. Girəvələyib qatarla Türkmənistanın Xəzər sahilinəcən gedib. Tək məqsədi Xəzəri görmək imiş. Deyir, Krasnavodskda atam dənizi görəndə yüyürüb özünü elə paltarlı atıb Xəzərə. Göz yazı içində qışqırırmış: “Xəzərin o üzü mənim vətənimdir”.

Təsəvvür edin, bizim qürbətdə ölüb qalan cümhuriyyətçi babalarımız nələr yaşayıb. İnternet, skayp, feysbuk əsrində qürbətçilik mahiyyətini dəyişib.

Qərib həssas olur. O, vətən duyğusunu ana bətnində balasını duyan kimi duyur. Bəzən onu siniri oyaq dişin ağrısı kimi hiss edəcəksən. Nə cür istəyirsən elə də duy, təki bu duyğunu itirmə.

“Çöl Qala”nın qəhrəmanı Rəssam Şuşalıdı. O, özünə Bakıda da yer tapmır, dünyanı dolaşır, ölkələr gəzir, amma heç biri yurd yanğısını soyutmur.

Şərqin sufi fəlsəfəsində sevgi insana, eşq Tanrıyadı. Bu əsərdə isə eşq onun qəhrəmanlarının yaratdığı dünyadı. Rəssam özü yaratdığı dünyaya Şuşanın məhəllələrindən birinin adını qoyur – Çöl Qala. O qalaya özündən, bir də Qadından başqa heç kim girə bilməz – onun qıfılı, parolu var.

Cöl Qala (2)

“Çöl Qala” içində vətən sevgisini ilahi eşq kimi yaşadanların hekayətidi!

Bilmirəm, “Kitab nədən bəhs edir” sualına cavab verə bildimmi?

Vahid Qazi

4 may 2019

Sollentuna kitabxanası, Stokholm

P.S. Yazıda istifadə olunan fotoların müəllifi özüməm.

loading...
Ermənilər ölkəni tərk etmək üçün aclıq aksiyasına başladılar - FOTO + VİDEO
"Bu yüksəkliklər Ordumuza Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır"
Ölən pinqvinin mədəsindən baxın nə çıxdı - FOTO
Nəhəng dalğa qorxu dolu anlar yaşatdı - VİDEO
Küçə itləri 2 yaşlı uşağın cinsi orqanını parçaladı - DƏHŞƏT... + FOTO
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
Göydən yağan quş cəsədləri insanları təşvişə saldı- FOTO
Gündəm
Prezidentin “Ermənistan yeni hərbi təcavüzə hazırlaşır” bəyanatını təsdiqləyən fotofakt
Cəmiyyət
"Xidmət demək olar ki, yox səviyyədədir" - Beynəlxalq Bankda nə baş verir?
Araşdırma
Dünyamızı təhlükə qarşısında ən zəngin 63 MİLYON ADAM QOYUB...
Araşdırma
Rus qızlar daha çox Türk kişilərinə ərə getməyə  üstünlük verir...-TƏHLÜKƏ, YOXSA?..

Yazar
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Sultan Laçın
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
"Bu adam indiyə kimi heç bir təhsil naziri ilə yola getməyib, bilirsiniz niyə..?"
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
“Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
“Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib, lakin heç vaxt belə hazırlıq nümayişi olmamışdı"
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
“Torpaqları azad etmək istəyən bir nömrəli adam İlham Əliyevdir, çünki o, bilir ki...”
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247