"Rüşvətxorluqla faşistlik arasında bağlılıq varmı?.."
Köşə
Oxunub: 4009
02 Jul 2019 | 12:26
 Son günlər  filan korrupsioner məmurun övladının 2 milyonluq saatının oğurlanması, filan  başçının  xaricdəki mülkləri barədə və xüsusən Azərbaycan xəstəxanalarından birində Aprel qazisinin həkimlərin övladına laqeyd, bisavad münasibətinə görə özünü yandırması haqda xəbəri eşidəndə neçə onilliklərdir beynimdə fırlanan bu sualı sosioloqlara, psixoloqlara, nə bilim, tarixçilərə, filosoflara ünvanlayası oldum: “Sizcə, rüşvətxorluqla, korrupsionerliklə faşistlik arasında əlaqə, bağlılıq varmı?..”

***

Zənnimcə var. Şəxsi təcrübəmdə də dəfələrlə rastlaşmışam və rastlaşıram. Bunlar özləri kimi rüşvət alıb-verməyənlərə, bu rəzalətə qarşı mübarizə aparanlara,  onların üzlərinə gerçəyi söyləyib “oyunları”na qoşulmayanlara sanki başqa ölkədən, planetdən gəlmə, özgə, alçaq bir irq, millət nümayəndəsi kimi baxırlar. Bunlar gördükləri işə görə “haqlarını” vermək istəməyənləri nəinki şərləməyə, həbs etdirməyə, hətta qanını içməyə, belələri üçün məmləkətdə xüsusi işgəncə mərkəzləri, konslagerlər qurmağa hazırdırlar… Ləğv olunmuş yalnız bir nazirliyin məmləkət boyu törətdiyi əməllər  ortalığa çıxanda məlum oldu ki, belə gizli türmələr qurulmuşdu da, orada vicdanlı vətəndaşlara, sahibkarlara olmazın işgəncələr verilirdi də…

***
İnsan puldan, var-dövlətdən, hakimiyyətdən, kürsüdən ötrü nə qədər azğınlaşar, heyvanlaşar, iblisləşər ki, öz xalqına, öz soydaşına, öz vətəndaşına qənim kəsilər?..  

***

Bir insanın, müsəlmanın, Azərbaycan vətəndaşının sənin baş həkim kimi yuxarıdakı həmkorlarının razılığıyla müəyyən etdiyin “haqqı” verməyə imkanı yoxdur deyə, müalicə olunmamasına, həlak olmasına göz yumursansa, sənin Xocalıda hamilə ananı, südəmər körpəni, azyaşlı qızı minbir işgəncələrlə amansızlıqla qətlə yetirən Balayan ilə, Köçəryan ilə, Sərkisyan, Melkonyan ilə heç bir fərqin yoxdur.... Hələ bu xalq üçün onlarddan da təhlükəlisən. Çünki içimizdə oturmusan...

***

Sən nazir, icra başçısı, təhsil şöbəsinin müdiri kimi 20 Yanvar, Xocalı soyqırımı, yaxud hansısa rayonun işğalı günündə telekameralar önündə özünü guya bir vətənpərvər kimi  nümayiş etdirmək üçün Şəhidlər Xiyabanını ziyarət edib şəhidlərin məzarlarına gül qoyursansa, amma kabinetinə qayıdıb torpağı işğal altında olan bölgələrin şöbələrindən, yaxud elə həmin şəhidlərin adlarını daşıyan məktəblərdən və ya xəstəxanalardan, həkimlərdən, tibb baxcılarından, süpürgəçilərdən “hesab” umursansa, alırsansa, sən o şəhidin daşnak qatilindən də betərsən... Çünki o erməni şəhidimizə bir dəfə güllə atıbsa, sən hər gün onun ruhunu güllələyirsən, sən onun adını daşıyan təhsil ocağını rüşvətxorluğa bələməklə,  rüşvət hesabına savadsız kadrları o məktəblərə, təhsil şöbələrinə yerləşdirməklə orada təhsil alan Azərbaycan balalarının, Azərbaycan xalqının gələcəyini qətlə yetirirsən... Sən rüşvət hesabına savadsız, rüşvətxor həkimlərin xəstəxanalara yerləşməsinə şərait yaradırsansa,  yüzlərlə nəsilə, tayfaya zərbə vurursan, yüzlərlə xəstə, şikəst körpənin doğulmasına səbəb olursan və nəticədə bu xalqın genefondunu böyük zərbə altında qoyursan...   
Öz vicdanın qarşısında cavab ver, alçaq: sən daşnak deyilsən, faşist deyilsən, bəs nəsən?...

***

“Maaşımız azdır, dolana bilmirik”, “gələn qonaq-qaranı yola salmalıyıq...”, “yuxarıdan hesab istəyirlər”   kimi cavabların hamısı öz nəfsinin acgözlüyünə  bəraət qazandırmağa xidmət edən bəhanələrdir. Maaşın azdır; tələb et, mübarizə apar, səndən yuxarıdakı rəhbərlər rüşvət tələb edirsə, vermə. Mümkün qədər halal, düzgün işlə ki, yuxarıların yanında gözükölgəli olmayasan. Bunları da etmək alınmırsa, tutduğun postda işləmə, istefa ver, get fəhləlik et, daş qaldır, yük daşı, küçə süpür, amma harama bulaşıb bu korrupsiya şəbəkəsinin elementinə, quluna çevrilmə... Ölməyəcəksən, bir az maddi çətinliklə yaşayacaqsan,  amma insan kimi yaşayacaqsan, şərəfini, ləyaqətini, şəxsiyyətini, mənliyini, vicdanını itirməyəcəksən... Və ən əsası, Allahın qarşısına üzüağ çıxacaqsan...
Bütün bunları dərk etmirsiz. Ona görə də yazıqsınız... Amma nadan, cahil  ağlınızla elə düşünüsüz ki, rüşvətdən, haramdan uzaq qaçan bizlər yazığıq... Darıxmayın, inşallah, bütün gerçəkləri görəcək və cəzanızı çəkəcəksiniz...

***

Hər hansı bir ölkədəki korrupsionerlər ofşorlardakı milyardlarını, İsveçrədəki, Londondakı hesablarını, Virciniyadakı, Çexiyadakı... mülklərini  o  qədər “halal”sayırlar ki, onlardan ötrü bütün xalqın qanını tökməyə hazırdırlar... 

***

Düzdü, qazinin özünü yandırmasına, intiharına haqq qazandırmaq olmaz. Doğru seçim deyil, Allah qarşısında böyük günahdır. Keçmiş döyüşçüyə yaraşan yol deyil... Amma görün,  onu nə dərəcədə bezdiriblərsə, cana-boğaza yığıblarsa, o, bu yolu seçməyə məcbur olub...
Burada  günahkar, cinayətkar yalnız bir baş həkim, yaxud bir həkim, bir neçə həkim, tibb bacıları-filan deyil, on illərlə qoynumuzda yetişməsinə şərait yaratdığımız bir sistemdir. Son illər yüzlərlə insanın intiharına səbəb olmuş bu acgöz, rüşvətxorlar, korrupsionerlər şəbəkəsidir... 

***

İnsan öz milli kimliyini, mənliyini, anasını belə unudub öz xalqına qənim kəsilirsə, buna manqurt, faşist deməyəsən, nə deyəsən?..

***
Sizi bilmirəm, şəxsən hesab edirəm ki, rüşvətxorluq sosial irqçiliyin, faşizmin və həm də manqurtluğun təzahürü olan bir xəstəlikdir. Özü də müalicəsi çox çətin olan, əksəriyyət üçün mümkün olmayan bir xəstəlikdir...  

***

Bu mənfur xəstəliyin müalicəsi isə yalnız bir neçə xırda rüşvətxorun həbsi ilə bitmir. Bu, “müalicə kursu” hər bir Yer sakininin, o cümlədən hər bir Azərbaycan vətəndaşının nəfsindən keçir. Dəfələrlə deyirik: hər kəs haqq-ədalət uğrunda mübarizəyə   özündən başlamalıdır. Hər kəs özünü dəyişməlidir, təmizləməlidir ki, bütövlükdə cəmiyyət dəyişsin, təmizlənsin....
Qurani-Kərimdə deyildiyi kimi, bir cəmiyyət özünü dəyişməyincə Allah da onu dəyişməz...

***

Rüşvətxorlara, korrupsionerlərə vəkillik etmək istəyənlər varsa, buyursunlar...

Sultan Laçın

Oxşar xəbərlər
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
GÜNLÜK
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 11:33
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
18 Apr 2024 | 11:31
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 12:17
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 11:33
Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO
18 Apr 2024 | 11:31
Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI
18 Apr 2024 | 12:42
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
18 Apr 2024 | 12:17
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı