"Bu edilsəydi, indi qeyri-neft sektorunun ixracı 1,7 milyard yox, 7 milyard dollar olardı...”
Oxunub: 3271
29 Jun 2019 | 09:36

Cari ilin birinci yarısında dövlət başçısının əhalinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı atdığı addımlar təqdir olunur. Eyni zamanda bir sıra ekspertlər hesab edir ki, dövlətin yükünü azaltmaqdan ötrü paralel addımların atılması vacibdir. Konkretləşdirsək, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, rəqabət mühitinin yaradılması, yeni iş yerlərinin açılması, istehsal müəssisələrinə yaşıl işığın yandırılması, bu istiqamətdə əngəllərin aradan qaldırılması kimi. Prezidentin də mövqeyi və verdiyi qərarlar məhz bu addımların atılmasına istiqamətlənib. Bəs bu sahənin mütəxəssisləri necə hesab edir, hansı işlər həyata keçirilməlidir ki, dövlət başçısının təqdim etdiyi yol xəritəsinə uyğun işlər reallaşsın? Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bununla bağlı “Yeni Müsavat”a təkliflərini açıqlayıb. 

“Biz ”Üç amil" - insan kapitalı-sərvət-inteqrasiya - prinsipinə əsaslanan optimal inkişaf  modelinin reallaşdırılmasına dair təkliflər paketi hazırlamış və hələ 2 il bundan əvvəl onun birinci hissəsini Nazirlər Kabinetinə göndərmişik. Təbii ki, onun bütün cəhətlərini bir suala cavab çərçivəsində açmaq mümkünsüzdür. Amma əsas məqamlarını deyə bilərik:Təklif etdiyimiz  yeni inkişaf modelinin hərəkətverici  qüvvəsi neft, qaz yox, eləcə də neftdən sonra  yalnız kənd təsərrüfatı və onun xammalı əsasında  yüngül və yeyinti sənayesini inkişaf etdirməkdir. Və Azərbaycan tranzit ölkə imkanlarından  faydalanmaqla gəlir götürməklə kifayətlənməsi yox, neft gəlirlərindən də  səmərəli istifadə etməklə Azərbaycanda güclü intellektual bazaya, müasir biliklərə və səriştəyə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılmasıdır. Həmçinin elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, bilik, savad, səriştə dəyərlər sisteminin effektiv kombinasiyasından  qaynaqlanan istehsal mədəniyyətinə, innovasiyalara hədəflənmiş Yeni Azərbaycan quruculuğu məqsədi dayanır".

ölkə

Ə.Məsimli bildirdi ki, Azərbaycan iqtisadiyyatında optimal  inkişaf modelinin formalaşması və reallaşdırılmasının əsasları bunlardır: “1. Optimal  inkişaf modelinin reallaşdırılması tələblərinə uyğun olaraq Azərbaycan iqtisadiyyatında və cəmiyyət həyatının bütün sahələrində hüququn aliliyinə və iqtisadi azadlıqlara yönəlik əsaslı islahatlara davamlı xarakter verilməsi. Bazar mexanizminin səmərəli fəaliyyət göstərməsinin institusional əsaslarının inkişaf etdirilməsi, insan və mülkiyyət hüququnun konstitusion əsaslarla müdafiəsinin tam təmin  edilməsi istiqamətində fundamental islahatların həyata keçirilməsi.

İqtisadiyyatın idarə edilməsi və tənzimlənməsinin elmiliyinin, innovativliyinin və kreativliyinin artırılması. Dövlətin iqtisadiyyatdakı rolunun optimallaşdırılması. İdarəetmə sisteminin təşkilati strukturu, kadr tərkibi və koordinasiyasının optimallaşdırılması.

Korrupsiya, inhisarçılıq, məmur özbaşınalıqlarının və bunlardan doğan çoxsaylı neqativlərin aradan qaldırılması istiqamətində başlanan işlərin genişləndirilməsi və sürətləndirilməsi.

Biznesdə məmur sahibkarlığının, məmur himayədarlığının aradan qaldırılması.

Struktur islahatları vasitəsilə dövlətin, cəmiyyətin, biznesin və qabaqcıl texnologiyanın səmərəli kombinasiyasına nail olunması.

İqtisadi siyasətdə strateji xətt kimi əsas gücün yeni texnika və texnologiyaya əsaslanan fundamental struktur islahatlarının həyata keçirilməsinə  verilməsi və   keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidin sürətləndirilməsi. İqtisadiyyatın real sektorunun  keyfiyyətli təhsil, elm və səriştə, bilik iqtisadiyyatı ilə sıx əlaqəsinin təmin edilməsi.

Müasir mərhələdə alternativi olmayan insan kapitalının üstün inkişafına dayanan innovasiyalı inkişaf modelinin reallaşdırılması, yeni yaradılan dəyərin bölgüsündə ədalətın təmin edilməsi istiqamətində bu ildən başlayaraq atılan addımların davam etdirilməsi".

ölkə

Deputatın sözlərinə görə, bir sıra ölkələrin təcrübəsi göstərir ki, həqiqi və etibarlı iqtisadi və sosial yüksəlişə və tərəqqiyə neftin, qazın, qızılın, gümüşün və digər təbii sərvətlərin zənginliyi ilə deyil, elmdə, innovasiyalarda və elmi texnologiyalarda üstünlük əldə etmək yolu ilə nail olmaq mümkündür: “Təklif etdiyimiz yeni iqtisadi modelə uyğun surətdə Azərbaycanda neft amilinin aparıcı roluna əsaslanan iqtisadi inkişaf modelindən insan inkişafının prioritet təşkil etdiyi modelə keçilməsi üçün nəzərdə tutulan həmin tədbirlərin sistemli şəkildə həyata keçirilməsi ilə 2020-ci ildən iqtisadiyyatımızın rəsmi hökumət proqnozlarındakından 2 dəfə sürətli - 6 faiz və ondan yüksək artım trayektoriyasına çıxa, maliyyə sisteminin səmərəli fəaliyyətini və bu əsasda orta perspektivdə əhalinin bütün təbəqələrinin layiqli həyat səviyyəsi təmin edilə bilər. Bundan ötrü Azərbaycan iqtisadiyyatında artımın keyfiyyətinin və həyat səviyyəsinin ölkənin potensialına uyğunlaşdırılması istiqamətində  2019-cu ildən başlanan islahat xarakterli tədbirlər davam etdirilməlidir”.

ölkəBəs ölkəmizi neft asılılığından xilas edib aqrar ölkəyə çevirmək mümkündürmü? Ə.Məsimli: “Ölkəni neft asılılığından xilas edib aqrar ölkəyə çevirmək mümkün olsa belə, sözün dar mənasında buna getmək məqsədəuyğun deyil. Çünki ümumi rifah və rəqabətqabiliyyətli dövlətə çevrilmək üçün Azərbaycanın timsalında  bu model yetərli deyil. Son illər Azərbaycanda aqrar sahədə istər istehsal (xüsusən də bitkiçilik məhsulları), istərsə də ixrac kifayət qədər  yüksək templərlə artır. Kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası da genişlənir. 2018-ci ildə 560 milyon dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin göstəricisindən 40 % çox, 2017-ci ilin göstəricisi ilə isə təqribən eynidir. Bununla belə, hələlik ölkəmizdə kənd təsərrüfatı məhsullarının ixracı ümumi ixracımızın 2017-ci ildə cəmi 3 faizə yaxınını  təşkil edib ki, bu da mövcud potensialdan qat-qat aşağıdır. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və  ixrac potensialı çoxşaxəlidir. Ona görə də kənd təsərrüfatının yeni əsaslar üzərində yenidən qurulması, həmin potensialdan istifadənin səmərəliliyinin və yerli tələbatın ödənilməsində rolunun  artırılması, əhalinin bu sahənin məhsulları ilə təminatının yaxşılaşdırılması, eləcə də kənd təsərrüfatının neftdən sonra ixracımızın vacib sahələrindən birinə çevrilməsi günün tələbindən doğan zərurətə çevrilib. Bu gedişlə neft və qaz bundan sonra da hələ  xeyli müddət Azərbaycana ən çox valyuta gətirən sahə olaraq qalacaq. Bununla belə, son illər  qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün zəruri işlər görülür”. Ə.Məsimli dedi ki, ərazisi bizdən iki dəfə kiçik olan Hollandiya  innovasion əsaslarda qurduğu kənd təsərrüfatı üzrə ildə 102-103 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir ki, bu da  Azərbaycanın 2018-ci ildə neft-qaz ixracının göstəricisindən 6 dəfə çoxdur: “Təbii ki, biz aqrar sahənin eksportunu 102-103 milyard dollara çatdıra bilmərik, amma bu qədər potensialımız müqabilində 560 milyon dollar səviyyəsindən heç olmasa 2-3 milyard dollara catdırmaq imkanlarımız daxilində olduğundan, həm də çox vacib bir vəzifəmizdir. Bundan ötrü ”Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapmış tədbir və məqamları da nəzərə almaqla Azərbaycanda güclü aqrar-sənaye komplekslərinin yaradılması üzrə konkret mərhələlərə, istiqamət və sahələrə bölünmüş uzunmüddətli strategiyanın və xüsusi dövlət proqramının, o cümlədən onun ayrı-ayrı komponentlərinin inkişafının sürətləndirilməsinə yönəlik stimullaşdırıcı proqramlar və tədbirlər paketi hazırlayıb, optimal müddətdə həyata keçirilməsi təmin edilməlidir ki, həm yerli tələbatı yüksək səviyyədə təmin edə bilək, həm də xaricə ilk mərhələdə 2-3 milyard dollarlıq, sonradan daha çox kənd təsərrüfatı məhsulu çıxara bilək".

Deməli, iqtisadiyyatımızın neftdən asılılığını zəiflətməkdən ötrü kənd təsərrüfatı ilə yanaşı, qeyri-neft sektorunun digər sahələrinin inkişafına da  nail olmaq lazımdır. “Bəli. Son 15 ildə Azərbaycan iqtisadiyyatına 260 milyard dollar sərmayə qoyulub, 100 mindən çox müəssisə yaradılıb” - deyə deputat qeyd etdi: “Bərabər bölgü prinsipi ilə yanaşsaq, bu, hər rayonda 1500-dən artıq müəssisənin yaradılması deməkdir. Həmin 100 mindən çox müəssisənin 99 faizini bir kənara qoyaq, cəmi 1 faizini, yəni  1000-ni eksportyönlü qura bilsəydik və çox demirəm, hərəsi ildə cəmi 5 milyon dollarlıq məhsul ixrac etsəydi, indi qeyri-neft sektorunun ixracı 1,7 milyard dollar yox, 7 milyard dollar olardı. Bu da bir mənbədən valyuta daxilolması probleminin fəsadlarını  köklü surətdə aradan qaldırmaqla yanaşı, həm də manatı həmişəlik dünya bazarında neftin qiymət konyukturunun asılılığından xilas edərdi. Ona görə də idxalı əvəz edən və eksportyönlü normal fəaliyyət göstərə bilən müəssisələrin yaradılması işlərinin sürətləndirilməsini, əlavə stimullaşdırıcı tədbirlərin görülməsini və bu sahədəki xüsusən də regionlarda maneələrin aradan qaldırılmasını zəruri hesab edirik. Bu həm də rayonlarda iqtisadi fəallığı, eləcə də  yüksək maaşlı iş yerlərinin sayını əhəmiyyətli dərəcədə artıracaq”.

Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA