Hadi Rəcəbli: "Hər şeyə pul tapırlar, amma beş günlük istirahətə qızırqalanırlar"
Oxunub: 1698
28 Jun 2019 | 10:26
Hadi Rəcəbli:
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli oxu.az-ın suallarını cavablandırır:

- Hadi müəllim, artıq yay istirahət mövsümü başlayıb. İnsanlarımız bunu lazımınca dəyərləndirə bilirlərmi? Turizmlə bağlı qanun layihəsinin taleyi nə yerdədir?

- Belə bir məlumat getmişdi ki, guya biz nəzərdə tutduğumuz qanun layihəsini yaz sessiyasının müzakirəsinə çatdıra bilmədik. Əslində, elə deyil. Gündəlikdə “Turizm haqqında” qanun layihəsi var. Onun hələ tövsiyə olunması, plenar iclasa çıxması mütləq deyildi. Hazırda qanun layihəsi ətrafında geniş iş gedir. Amma bugünkü həqiqət nədən ibarətdir?

Azərbaycan qədimdən turizm məkanı olub. Sovet dönəmində Azərbaycanın bir sıra bölgələri - Qəbələ, Şabran-Qalaaltı, Lənkəran, Şəki, Zaqatala, Gəncə-Hacıkənd, işğala qədər Şuşa turizm məkanı olub. SSRİ-nin ayrı-ayrı bölgələrindən turistlər buraya maraq göstərib. Sanatoriya-kurort xidmətinə, dəniz kənarına istirahətə gəliblər. Azərbaycanda bu ənənələr var.

Ta qədimdən Azərbaycanda deyirlər ki, get, suyunu dəyiş və ya çox gəzənlə çox oxuyan çox bilər. Çox gəzməyi həmişə məsləhət biliblər. Həmçinin, Məşhəd ziyarəti, Həcc ziyarəti olub.

Bu da “get, havanı dəyiş”, “get, dünyanı gör” deməkdir. Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin içərisində bu məsələlər var. Ona görə biz bunu inkişaf etdirməliyik. Nə edəsən ki, Sovet hökuməti dağılandan sonra bütün bu məsələlər aradan çıxdı.

Nə üçün Azərbaycana turizm və istirahət biznesi lazımdır, əhəmiyyətlidir? Niyə biz buna can atırıq? Niyə biz bunu inkişaf etdirməliyik? Əsas məsələlərdən biri odur ki, Azərbaycan əmək ehtiyatları çox olan ölkədir. İldə bizim yüz min artımımız var. Əvvəlki illərdə yüz əlli min olub və bu təbii artım işlə təmin olunmalıdır.

Əgər biz intensiv təsərrüfata gediriksə, əmək məhsuldarlığına gediriksə, qiyməti aşağı salmaq haqqında fikirləşiriksə, o zaman sahibkar işçini daha çox ixtisar etmək haqqında fikirləşir. Amma Prezident İlham Əliyev çox maraqlı sistem qurub. Turizm sahəsini inkişaf etdirmək üçün güzəştli kreditlər verilir.


Çox qısa müddətdə bizdə beş minə yaxın hotel və hotel tipli müəssisələr qurulub. Bəli, bilirəm, dərhal soruşacaqsınız ki, Hadi müəllim, düzdür, turizm inkişaf edir, amma bizdə beşulduzlu hotellər çoxdur. İndi sizə deyim, məgər mənim daha çox məlumatım olan Lənkəranda beşulduzlu hotellər var? Bir dənəsi var, o da  beşulduzlu deyil. 200 yer var orada, dördulduzludur. Gəlib-gedən, turist də var.

Sadəcə, bunun təbliği pisdir. Elə hamının fikrindəki odur ki, hotellərimiz beşulduzludur. Üçulduzlu da var, dördulduzlu da. Yenə deyirəm, bu gün bu məsələnin təbliği, əlaqələndirilməsi yaxşı deyil. 

Görürsünüz, biz xarici turistlər üçün viza rejimini sadələşdirmişik, çarter reysləri qurmağa başlamışıq, ərəb ölkələrindən Rusiyadan Azərbaycana turistlərin sayı artıb. Hətta deyirlər ki, Gürcüstana gedən turistlər axır zamanlar Azərbaycana daha çox gəlirlər.

Azərbaycan görmək, yaşamaq, istirahət etmək üçün gözəl yerdir, qulluq, iaşə, servis xidməti də indi yerinə oturub...

- Amma etiraf edək ki, iaşə-servis xidməti hələ də axsayır...

- Xeyr, sizinlə razılaşmıram. Mən dünyanın çox ölkələrini gəzmişəm. Bu yaxınlarda gəlmişəm ABŞ-dan. Mənim bildiyim, tanıdığım Lənkərandakı yerlərdə xidmət ABŞ-dakı yerlərdən yaxşıdır. Biz niyə pisi görürük?

Yaxşısı da var. Beləliklə, xidmətdə də köklü dəyişiklik olub. Biz bu gün hər şeyi yerə vuraq, deyək ki, xidmət yoxdur, belə deyil. Turist axını üçün sadələşdirilmiş viza da var, yollarımız da səliqəyə düşüb, dördulduzlu, beşulduzlu hotellərimiz, xidmət lazımi qədərdir. Sadəcə, təşkilati, əlaqələndirmə-koordinasiya məsələləri istənilən səviyyədə deyil.

- Qiymət, bahalıq məsələsi ortadadır. Nə qədər tənqid edilsə də, bu məsələdə irəliləyiş yoxdur...

- Bəli, qiymət məsələsi də var. Odur ki, əlaqələndirməni gücləndirmək lazımdır. Azərbaycanın bu gün turizmlə bağlı dünyada dörd bölgədə xüsusi mərkəzləri var. Bunlar geniş fəaliyyət göstərməlidir. Kompüter texnologiyalarından geniş istifadə etməliyik.

“Facebook”da, sosial şəbəkələrdə onlar daha geniş yayılmalıdır. Elə etməliyik ki, gələn bir də gəlsin. Məsələn, cənub yolunun düzəlməsi Lənkəranda xeyli turist artımına səbəb olub. İndi başqa şeyə qayıdaq.

Gürcüstana niyə turistlər daha çox  gəldi? Çünki təyyarə biletlərinin qiyməti optimaldır. Çarter reysləri var. Niyə Antalyaya, Bodruma daha çox axın var? Çünki çarter reysləri var, qiymət iki dəfə ucuzdur. Biz bu gün bunu fikirləşməliyik. Yolun qiymətini aşağı salmalıyıq.

Bir var təyyarədə əlli faiz gələn olur, bir də var ki, təyyarə yüz faiz dolur. Düşünürəm ki, mütləq təyyarə biletlərində qiymətlər dəyişməlidir.

Yeri gəlmişkən, biz bəzən də yapışırıq sanatoriya-kurortdan. Ancaq, məsələn, həftəsonu turizmi var. Ölkədaxili turizm var. Niyə bunu inkişaf etdirmirik? Çox təəssüf edirəm ki, bəzən soruşursan, bala, harada istirahətdə idin, cavab verir ki,  Dubayda idim, Antalyaya getmişdim.

A bala, Qəbələni görmüsən? Yox. Haradadır Qəbələ? Qalaaltıda istirahət eləmisən? Yox. Mən şəxsən bir müddət öncə Naftalanda istirahət elədim, hər şey ən yüksək səviyyədə idi. Lənkəranda yeni tikilib hotel-kurort xidməti. Dünyada analoqu yoxdur. Amma təbliğat yetərincə deyil. Əlaqələndirmək, adamları dəvət etmək, Lənkərana uçan təyyarənin qiymətini iki dəfə ucuzlaşdırmaq lazımdır.

Həftəsonu turizm, ölkədaxili turizm, yemək turizmi, təbiət turizmi, ekoturizm, bunları genişləndirmək gərəkdir. Adamlar var ki, istəyir ki, getsin, gölün qırağında, bulağın başında kabab bişirsin, yesin. Bunların hamısını fikirləşmək və təşkil etmək lazımdır.


- Siz də hər zaman gileylənirsiniz, həqiqətən, bizdə istirahət mədəniyyəti hələ də yetərli səviyyədə inkişaf etməyib. İmkanının az və ya çox olmasından asılı olmayaraq, insanlar əksəriyyət etibarilə nədənsə istirahətlərinə pul ayırmaq istəmirlər...

- Vallah, beş günlük ömürdür. Qızılı alıb, paltarı əyninə soxuşdurub buradan uçur 13-19 saata ABŞ-a, dünyanın o başına gedir. Özünə zülm edir, amma sənin qulağının dibində hər bir şərait var.

Və yaxud, hər şeyə pul tapır, amma beş günlük, bir həftəlik istirahətinə pul ayırmağa qızırqalanır. Yenə də məsələ maarifləndirməyə, təbliğə gəlib çıxır.

Burada digər bir məsələ var: özəl bölmələr, sahibkar – işəgötürən – işçi münasibətləri.

İşəgötürən bunu təşkil eləməlidir. Həmkarlara vəsait çox köçürülməli, həmkarların imkanlarından daha çox istifadə edilməlidir. Bəzən xaricdən gələn turistlər ev turziminə üstünlük verirlər, məsələn, evdə yox, həyətdə dincəlmək istəyirlər. Evdə xalçanın üstündə uzanıb yatmaq istəyirlər.

Belə-belə ekzotik şeylər gözləyirlər. Yəni bunların hamısını təbliğ etməliyik, deməliyik, çatdırmalıyıq ki, bunlar olsun. Bunun üçün gəlib nəyə çıxırıq? Şəhər mədəniyyəti. Bakıya gələn qonaqlar bulvara çıxırlar, razı qalırlar. Mən, məsələn, ABŞ-ın Montere şəhərinə getmişdim,  şəhərin otuz min əhalisi var, amma ildə ora qırx milyon turist gəlir. 

Sizə deyim ki, oranın qeyri-adiliyi də yoxdur, regionlar ondan qat-qat yaxşıdır. Amma görürsünüz, bunun üçün yaxşı təbliğat olub. Məsələn, onlar gəlib buranı görüblər və çox razı qalıblar, danışırlar ki, Lənkəran kimi bir yer, Bakı kimi gözəl şəhər var.

Niyə bunları təbliğ eləməyək? Niyə bunları geniş açmayaq?

- Yeri gəlmişkən, bəzən parlamentin özündə də belə fikirlər, iradlar, sərt tənqidlər yer alır ki, xarici turistlər Bakıya, Azərbaycana seks turizmi üçün gəlirlər...

- Bunu bir az şişirdirlər. Dünyanın hansı ölkəsinə gedirsən, turist olan yerdə buna oxşar şeylər olur. Biz buna haqq qazandırmırıq. Bu, əlbəttə, qəbulolunmazdır. Çünki bizim mentalitetimiz, adət-ənənəmiz, milli dəyərlərimiz var. Ancaq burada da ola bilər hansısa yanlışlıqlar, hansısa nöqsanlar var, amma bunu ümumiləşdirmək, bunun ətrafında düşmən obrazı yaratmaq düzgün deyil.


- Bu kimi xoşagəlməz, milli dəyərlərimizə zidd olan hallarla bağlı hansı addımlar atılmalıdır?

- Qanunda yazılıb ki, belə hallar cinayətdir. Ancaq ümumi götürəndə nöqsan, xoşagəlməz hallar harada yoxdur ki?! Dünyanın harasına gedirsən-get, nöqsan, xoşagəlməz hallar görəcəksən. Məsələn, elə bilirsən, Antalyada, Bodrumda nöqsan yoxdur? Nöqsan oralarda da var. Əgər iki nəfərin bir-biri ilə münasibəti varsa, nə ad qoyarsan ona, nə deyərsən ona? Əlbəttə, biz bir az diqqətli olmalıyıq, təbliğatda yanlışlığa yol verməməliyik, kütlənin psixologiyası ilə oynamamalıyıq, sensasion yaratmamalıyıq.

Gərək ona nail olaq ki, turist qəbuletmə mədəniyyəti bir az da yüksəlsin. Turizmin inkişafı üçün biz neqativləri aradan qaldırmalıyıq, elə etməliyik ki, turist gəlsin.

- Komitənizin mətbəxində hansı qanun layihələri var, nələr planlaşdırılır?

- Bizim əlimizdə hələlik turizm haqqında qanun layihəsidir, bunu işləyəcəyik. Sonradan ola bilər ki, əlillər üçün iş yerlərinin, əlillərin ixtisaslarına, onların xasiyyətinə, fiziki imkanına uyğun olan istehsalat müəssisələrinin açılmasını özündə ehtiva edən qanun layihəsi hazıralansın. Bunu götür-qoy edirik.

- Son illər erkən nikahlar və boşanmalar məsələsindən, ailə institutunun yavaş-yavaş aradan çıxmasından tez-tez narazılıqlar, şikayətlər edilir. Bunların qarşısını almaq üçün hansı addımların atılması lazımdır?

- Biz dünyaya inteqrasiya edirik. Dünyaya inteqrasiya edərkən, onun müsbət məqamları da özünü göstərir, mənfi məqamları da. Möhtərəm prezidentimizin istəyi nədir? Nə deyir həmişə? Həmişə deyir ki, dünyaya inteqrasiya o demək deyil ki, azərbaycançılığı unudaq, milli-mənəvi dəyərlərimizi itirək. Bu, baş xətdir.

Biz hamılıqla çalışmalıyıq ki, milli-mənəvi dəyərlərimizi qoruyaq və ona nail olaq ki, ailə institutunu bir az da möhkəmləndirək. Ailə institutuna, ailə təməlinə önəm verilməlidir. Məsələn, bizdə niyə boşanmaları faiz olaraq görürük? Çünki ABŞ-da, Avropada vətəndaş nikahı deyilən bir məsələ  var. Yaxud Rusiyada əlli faiz boşanma var, yüksək rəqəmdir.

Azərbaycanda dünyaya inteqrasiya edə-edə o məqamlar özünü göstərməyə başlayır. Məsələn, bizdə deyirlər ki, doğuş azalıb. Nədən azalıb? Təzadlı görünsə də, bizim durumumuzun yaxşılaşmasına görə. Niyə Avropada azalır? Çünki sosial durumları yaxşıdır, pulları var, çox uşaq istəmirlər. Bizdə də həmin o tendensiyalar əmələ gəlməyə başlayır. Bunlar hamısı ailələrin ixtiyarına verilib. Heç kim bura müdaxilə eləmir, yəni Azərbaycanda müdaxilə yoxdur.

Azərbaycanda doğuş 2011-ci ildən bu yana azalmaqdadır, keçən il 138 min doğuş olub, amma 2011-ci ildə 176 min olmuşdu. Buna baxmayaraq, bizdə 100 minlik təbii artım var. Bunu da nəzərə almalıyıq və burada heç bir müdaxilə yoxdur. Ailələr özləri belə məsələləri tənzimləyirlər.


- Amma bütün hallarda ailə institutunun tədricən aradan çıxması qəbulolunmaz bir məsələdir və bunun qarşısının alınması üçün daha təsirli, effektli addımlar atılmalıdır. Siz necə düşünürsünüz, təklifləriniz nədən ibarətdir?

- Ailədə təlim-tərbiyəyə ciddi diqqət yetirilməlidir. Çünki tərbiyə ailənin təməlidir. Tərbiyə məsələsində orta məktəb də güclü rol oynayır, amma təməl ailədir. Ailədə qız uşağını gəlin kimi böyütmək lazımdır. Qız uşağını ana kimi böyütmək lazımdır. Bunun təbliğatı aparılmalıdır. Bununla mətbuat ciddi məşğul olmalı, qeyri-hökumət təşkilatları işləməlidir. Qadınların, qızların təhsili məsələsi öndə tutulmalıdır. Ağıllı qadının uşağı ağıllı olur.

- Təəssüf ki, qızların təhsildən yayındırılması məsələsi də aktual problemlərdən biridir...

- Burada kütləvilik görmürəm. Məsələn, tez-tez Lənkəranın, Cənub bölgəsinin adını çəkirlər, amma Lənkəranda belə bir şey mənə konkret heç rast gəlməyib. Demək olar ki, yoxdur.

Yəni, bunu şişirtməyin yeri yoxdur. Bununla belə, qızların təhsilə cəlb olunması, qızların təhsilə bağlanmasını istəyirik və bununla da ciddi məşğul olmalıyıq. Bu da yenə gəldi çıxdı bələdiyyələrə, dini qurumlara, bütün məsələlərin başında duran ailəyə. Nikaha girəndə ərizəni verirlər, onlara bir ay müddət verirlər ki, nikaha girənlər bu bir ay müddət ərzində bir-birini tanısınlar, bir aydan sonra nikah bağlayırlar.

Dünyada belə qəbul olunub. O bir ay müddətində bunlara kurs keçirlər. Kişini necə yola gətirmək olar, kişinin başına necə sığal çəkərlər? Həyat yoldaşı, qadın özünü necə aparmalıdır? Kişi həyat yoldaşına necə münasibət bəsləməlidir?

Gərginlikləri, o mübahisələri necə çözək? Necə edək ki, mübahisələr şişməsin, artmasın? Qarşılıqlı güzəşt, bir-birinə güzəştə getmək bacarığını öyrətmək lazımdır. Mən belə düşünürəm.


- İstərdik ki, bir qədər də siyasi məsələlərə yer ayıraq. Qarşıdan 2020-ci il 6-cı çağırış parlament seçkiləri gəlir. Amma belə fikirlər də səslənir ki, seçkilər bir qədər qabağa çəkilə bilər.

- Bu, prezidentin səlahiyyətində olan məsələdir. Möhtərəm prezidentin qəbul etdiyi qərar bizim üçün qanundur. Mən hələ belə bir rəsmi qərar eşitməmişəm. Sadəcə, sözdür, el arasında gəzən söhbətlərdir bunlar, heç birinin hələ nə siyasi əsasını görürəm, nə kökünü. Yalnız prezident o qərarı qəbul edə bilər. Yəni Konstitusiyaya etdiyimiz dəyişikliklə səlahiyyət verilib ki, istədiyi vaxt prezident parlamenti buraxa bilər.

Başqa bir şeyi vurğulamaq istəyirəm, nə edəsən ki, deputatlardan cəmiyyətdə mənfi obraz yaratmağa çalışan qüvvələr var. Bunun da kökündə duran məsələlərin ən başlıcası odur ki, parlament prezidentin ətrafında birləşən, xalqı təmsil edən parlamentdir, parlament dövlət quruculuğuna xidmət edən parlamentdir. Mən dövləti təmsil edən adamam, xalqın nümayəndəsiyəm, o parlamentdə mənim də kəskin çıxışlarım olub.

Mən özüm də bu yaxınlarda danışmışam ki, minimum əməkhaqqı və pensiyalar qalxmalıdır. Biz bunu deyiriksə, niyə təhrif edirlər, niyə başqa cür yozurlar sözlərimizi? Özünüz də gördünüz ki, biz boşuna, elə-belə danışmırıq, bilirik nə danışırıq, nə deyirik.

Son bir neçə gündə maaşlar, minimum əməkhaqqı, pensiyalarla bağlı atılan inqilabi addımlar kimlərin həqiqəti danışdığını, kimlərin yalançı, böhtançı olduğunu göstərdi. Amma çox təəssüflər olsun ki, yenə də millət vəkilləri hədəfə götürülür.

- Sizcə, millət vəkilləri öz missiyasının öhdəsindən lazımınca gələ bilirmi?

- Məsələn, missiya nədir? Missiya odur ki, xalq, sahələr və dövlət, bunlar bir yerdə və daim qarşılıqlı əlaqədə olsun. Missiyanı hərə bir cür fikirləşir. Biz də fikirləşirik. Nə deyirik? Şəxsən həmişə demişəm ki, əməkhaqları artmalıdır.

Həmişə demişəm ki, yaşayış minimumu ilə minimum əməkhaqqı üst-üstə düşməlidir.  Bütövlükdə biz bunları demişik. Xalqın mənafeyinə, rifahına uyğun danışmışıq. Bəziləri danışan yox, iş görən deputatlardır. Adlarını çəkmək istəmirəm. Qayğı göstərirlər, xalqın içindədirlər.

Ona görə bizə ünvanlanan o söyüşlərin hamısını o mədəniyyətsiz, tərbiyəsiz, anonim adamların özlərinə, ailələrinə qaytarıram. Çünki onlar mənəviyyatsızdırlar.
Oxşar xəbərlər
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:30
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
24 Apr 2024 | 19:24
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
24 Apr 2024 | 19:21
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Apr 2024 | 19:19
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
24 Apr 2024 | 19:17
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:09
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
24 Apr 2024 | 18:58
Krım körpüsü bağlanıb
24 Apr 2024 | 18:54
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
24 Apr 2024 | 18:48
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
24 Apr 2024 | 18:42
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 18:33
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
24 Apr 2024 | 18:28
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
24 Apr 2024 | 18:20
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
24 Apr 2024 | 18:15
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
24 Apr 2024 | 18:11
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
24 Apr 2024 | 18:02
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 17:58
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:55
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 17:52
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
24 Apr 2024 | 17:48
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 17:44
BDU-da Karyera Festivalı keçiriləcək
24 Apr 2024 | 17:40
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
24 Apr 2024 | 17:36
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
24 Apr 2024 | 17:33
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
24 Apr 2024 | 17:30
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
24 Apr 2024 | 17:27
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
24 Apr 2024 | 17:24
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
24 Apr 2024 | 17:19
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
24 Apr 2024 | 17:18
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
24 Apr 2024 | 17:16
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
24 Apr 2024 | 17:12
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
24 Apr 2024 | 17:10
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
24 Apr 2024 | 17:08
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
24 Apr 2024 | 17:04
Büdcəyə yenidən baxılacaq? - FOTO
24 Apr 2024 | 17:00
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
24 Apr 2024 | 16:56
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 10:08
Bu səhvlər bürclərin həyatını məhv edir
24 Apr 2024 | 09:20
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
24 Apr 2024 | 08:48
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
24 Apr 2024 | 08:44
Xalq artisti Məleykə Əsədova: “Arzuolunmaz övlad olmuşam” – VİDEO
24 Apr 2024 | 08:42
PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir
24 Apr 2024 | 08:57
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 08:45
Bu yay üçün REKORD İSTİLİK gözlənilir
24 Apr 2024 | 09:09
Turqut Özala məxsus məxfi sənəd ələ keçdi - Gizlinlər açıldı
24 Apr 2024 | 10:08
Bu səhvlər bürclərin həyatını məhv edir
24 Apr 2024 | 09:20
Bakıda taksilərin qiyməti BAHALAŞDI - VİDEO
24 Apr 2024 | 08:48
Diqqət! Bu ərazilərdə saat 10:00-dan sonra qaz olmayacaq
24 Apr 2024 | 08:44
Xalq artisti Məleykə Əsədova: “Arzuolunmaz övlad olmuşam” – VİDEO
24 Apr 2024 | 08:42
PSJ “Barselona”nın oyunçusuna böyük məbləğ təklif edir
24 Apr 2024 | 08:57
Avropada şahzadəni öldürməyi planlaşdıran narkobaron səhvən həbsxanadan azad edilib - FOTO