Kredit faizlərini kəlləçarxa çıxaran səbəblər açıqlandı - İlginc faktlar
İqtisadiyyat
Oxunub: 1283
15 Jun 2019 | 10:08
Kredit faizlərini kəlləçarxa çıxaran səbəblər açıqlandı -  İlginc faktlar
Azərbaycanda bank kreditlərinin faizlərinin yüksək olması yenidən ciddi müzakirə mövzusuna çevrilib. Bir sıra ekspertlər, Milli Məclis üzvləri əhalidən 12 faizlə əmanət kimi götürülən vəsaitlərin sonradan 25-30 faizlə kreditə verilməsinin normal olmadığını bildirir, kredit faizlərinin aşağı salınmasının zəruriliyini vurğulayırlar.

Bu günlərdə Mərkəzi Bankın yaydığı açıqlamadan aydın olur ki, ölkədə iqtisadi aktivlik üçün monetar şərait mövcud olsa da, biznesin kredit aktivliyi aşağı olaraq qalmaqdıdır. Üstəlik, kredit portfelində azalma baş verir: “Yanvar-aprel aylarında kredit qoyuluşları 0.1 faiz, o cümlədən hüquqi şəxslər üzrə 2.7 faiz azalıb”.

Mərkəzi Bank bildirir ki, kredit aktivliyinin az olması nəticəsində bank sektorunda aktivlərin bir hissəsi istifadəsiz qalıb: “Aşağı kredit aktivliyi şəraitində bank sisteminin likvidlik mövqeyində iri həcmli struktur profisiti qalmaqdadır”.

Qurum etiraf edir ki, aktivliyin aşağı düşməsi ölkənin iqtisadi sabitliyinə xələl gətirir: “Kredit aktivliyinin son illərdə də aşağı düşməsi iqtisadi artıma və məcmu təklifin genişlənməsinə neqativ təsir göstərməklə makroiqtisadi və maliyyə sabitliyinə xələl gətirir”.

Göründüyü kimi, banklarda izafi vəsait yığılsa da, kredit faizlərinin aşağı düşməsi baş vermir. Halbuki bir çox mütəxəssislər həm biznesin, həm digər təbəqələrin kredit aktivliyinin aşağı olmasının əsas səbəblərindən biri kimi kredit faizlərinin hədsiz yüksək olmasını qeyd edirlər.

Elman
Bütün bunlar vacib bir sual yaradır ki, bəs Azərbaycanda kredit faizlərinin bu qədər yüksək olmasının səbəbi nədir? Suala cavab verən bank sahəsi üzrə tanınmış mütəxəssis Elman Sadıqovun dediyinə görə, burada iqtisadi məsələdən başqa, həm də mənəvi bir məsələ vardır ki, heç kim ölkə vətəndaşının yüksək faizlə kredit götürməsini və kredit yükü altında qalmasını istəməz: “Kredit faizləri məsələsi incə məsələdir və hər bir ölkə vətəndaşını maraqlandıran, onların yaşayış tərzinə təsir edən məsələdir. Bildiyimiz kimi, kredit faizlərinin formalaşmasında əsas rollardan birini depozit faizləri oynayır. Çünki depozit faizləri kredit faizlərinin formalaşmasında və maya dəyərində önəmli rol oynayır. Birincisi ona görə ki, xarici ölkələrdə banklarda vəsaitlərin formalaşmasında əsas rolu depozitlər oynamır. Xarici banklarda aktivlərin formalaşmasında bir çox maliyyə mənbələri əsas rol oynayır ki, mövzudan yayınmamaq üçün bunlara toxunmayaq. Deməli, banklar illik 12 faizdən depozit cəlb edirlərsə, bu depozitlərin heç də hamısı kreditləşmədə istifadə edilə bilməz. Adətən banklar cəlb olunan depozitlərin 70 faizinə qədərini kreditləşmədə istifadə edirlər. Likvidlik, hər hansı şok hadisələr və sair səbəblərdən istifadə olunmayıb qalan təqribən 30 faizlik hissə də kredit faizlərinin maya dəyərinə daxildir. Deməli, 12 faiz dediyimiz illik depozit faizlərinin maya dəyəri əslində 15-16 faiz ətrafındadır.

İkincisi, kreditlərin verilməsi və yığılması proseslərində bankların əməliyyat xərcləri 5 faiz ətrafındadır. Bu kreditlər normal olaraq geri ödənən kreditlərdirsə. Əgər problemli kreditlərə çevrilirsə, yığım prosesi bu faiz dərəcəsini artırır.

Üçüncüsü, verilən kreditlərin 100 faizinin geri qayıtma zəmanəti heç bir ölkədə yoxdur, o cümlədən də Azərbaycanda. Bu təbiidir. Ölkədə orta hesabla problemli kreditlərin həcminin ümumi kredit portfelində 12 faiz ətrafında olduğunu nəzərə alsaq, deməli, verilən kreditlərin təqribən 10-12 faizinin problemli kreditlərə çevrilmə riskini nəzərə almalıyıq. Deməli, ölkədə kreditlər üzrə risk dərəcəsi təqribən 10-12 faiz ətrafındadır".

kredit
Mütəxəssis bildirir ki, problemli kreditlərin həlli, məhkəmə-icra prosesləri xarici ölkələrə nisbətən uzun çəkir: “Biz bank faizləri haqqında danışarkən xarici ölkələrlə müqayisə etməyi xoşladığımız üçün xarici ölkələr məsələsini qeyd edirəm. Əslində bu doğru müqayisə deyil. Əgər məsələn, 100 min manat məbləğində bir problemli kreditin məhkəmə-icra, girovun reallaşdırılması prosesi 2, 3, 4 il çəkirsə, bu o deməkdir ki, həmin 100 min manat məbləğində verilmiş və problemə çevrilmiş kredit üçün cəlb olunmuş depozitə görə bank 2, 3, 4 il müddətində depozitorlara faizlər ödəyir. Çünki adətən banklar məhkəmələrdən sonra faizlərin hesablanmasını dayandırır. Xarici ölkə banklarında bu təcrübə demək olar ki, yoxdur, çünki orada girovun reallaşdırılması daha sürətlidir. Məlumat üçün, qeyd edim ki, ölkəmizdə də faizlərin hesablanmasının dayandırılması qanunda, qaydalarda yoxdur. Banklar bunu müştərilərinə əlavə yük olmaması üçün öz təşəbbüsləri ilə öz daxili qaydaları əsasında tətbiq edirlər. Məhz problemli kreditlərin həlli məsələlərində mövcud olan bir çox amilləri nəzərə alan cənab prezident bu sahədə islahatların aparılacağı anonsunu da verib”.

E.Sadıqovun sözlərinə görə, Azərbaycan bankları transmilli banklar deyil: “Dünyanın pul bazarlarına birbaşa çıxışımız yoxdur. Törəmə alətlər, beynəlxalq maliyyə əməliyyatları üçün dünya bazarlarına və ya ən azı ucuz fond cəlb etmək üçün beynəlxalq pul bazarlarına birbaşa çıxış əldə etməyin şərtləri var. Bu şərtlərin bir çoxunu heç bir çox inkişaf etməkdə olan ölkələrin bankları da əldə edə bilmirlər. Biz bankların kredit faizlərini inkişaf etmiş ölkələrdəki bank faizləri ilə müqayisə ediriksə, o halda fond birjası, maliyyələşmə və digər amilləri də (məsələn, problemli kreditlərin həlli ilə bağlı sürətli prosedurlar və sair) nəzərə almalıyıq.

Bu qeyd etdiyim hər bir faktor üzrə xərc və riskləri illik depozit faizlərinin üzərinə gəldikdə kredit faizlərinin nə üçün 30-32 faiz olduğunu görmüş oluruq".

Bəs banklar yüksək faizli kreditlər verməkdə maraqlıdırlarmı? Bu onlar üçün zərərdir, yoxsa mənfəət? Mütəxəssis qeyd edir ki, yüksək faiz kreditin geri qayıtma ehtimalını və riskləri artırır: “Risklər artdıqca banklar daha çox zərərə uğrayır. Yəni yüksək maliyyət = yüksək faizli kredit = daha çox problemli kredit (buna ”vicious circle" (zərərli çevrə) deyirlər). Bu səbəblərdən banklar yüksək kredit faizlərində maraqlı deyillər. Bankların ən böyük marağı daha az maliyyətli maliyyələşmə mənbələrinə nail olmaqdır; daha az xərc müqabilində daha aşağı faizli kreditlər versinlər ki, bu kreditlərin də qayıtma ehtimalı daha yüksək olar".

Müsahibimizin fikrincə, hazırda vəziyyət əvvəlki illərə nisbətən müsbətə doğru dəyişməkdədir: “Əvvəla, istehlak kreditləşməsində ciddi qaydalar vardır və hər bir vətəndaş istədiyi qədər istehlak krediti götürə bilmir. İstehlak kreditləri üzrə banklar arasında ciddi rəqabət yaranmaqdadır ki, vətəndaşlarımız da bundan istifadə edərək daha uyğun şərtləri olan banklara üz tuta bilərlər. Biznes kreditlərində faizlər kifayət qədər enməkdədir. Hazırda əsaslandırılmış biznes-plana malik olan rentabelli layihələri (məhz belə layihələrə bu gün bank sektorunun ehtiyacı daha yüksəkdir və bank sektoru üçün bu cür layihələrin maliyyələşdirilməsi əsas prioritet istiqamətdir) illik 13-15 faizli kreditlərlə maliyyələşdirilir. Cənab prezidentin 28 fevral, 2019-cu il tarixli ”Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı da kredit faizlərinin aşağı salınmasına öz töhfəsini verməkdədir. Görülən müsbət işlər və tədbirlər çoxdur. Lakin təəssüf ki, bütün qeyd olunanları təhlil etdikdə, hələ də faizlərin yüksək olmasına səbəb olan bir sıra risklərin (bu risklərin bir çoxunun yumşaldılması bank sektorunun imkanları xaricindədir) qaldığını görürük. Xüsusilə kreditlərin faiz dərəcələrinin artmasına səbəb olan xərc, risk və digər mənfi amillərin aradan qaldırılması təkcə bank sektorundan deyil, həm də hər bir sahədən asılıdır. Bu faktorların hər birinin aradan qaldırılması, risklərin yumşaldılması yolları, əlbəttə, mövcuddur və həll olunması mümkündür. Düşünürəm ki, səylərimiz də bu istiqamətdədir və bu istiqamətdə də olmalıdır".(musavat.com)
Oxşar xəbərlər
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 10:05
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:54
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 10:05
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?