Xəbər lenti
18/11/2019 [20:59]:
"Qayğı " Sosial İnkşaf Mərkəzinin rəhbəri "Nur" uşaq evində qonaq oldu - FOTOLAR
18/11/2019 [20:30]:
Əsgərimizin canını almaq istədi, öz ayağından oldu
18/11/2019 [20:20]:
Sosial medianı ayağa qaldıran evlilik təklifi - MARAQLI...+ VİDEO
18/11/2019 [20:18]:
Torpaq qiymətli sərvətdir: Onun loğmanı ADAU- da yetişir...
18/11/2019 [20:11]:
Bakıda avtomobilini qəza yerində qoyub qaçan sürücü ilə bağlı cinayət işi başlayıb - RƏSMİ
18/11/2019 [20:05]:
İranın Ali Rəhbərinin nümayəndəsinə sui-qəsd cəhdi olub
18/11/2019 [20:02]:
Prezident Donald Tramp Dövlət Departamentinin əməkdaşını kəskin tənqid edib
18/11/2019 [19:57]:
“ABŞ İrandakı etirazları dəstəkləyirsə,  Güney Azərbaycanla bütövləşəcəyik?..”
18/11/2019 [19:56]:
Tbilisidə aksiyanın dağıdılması zamanı 18 nəfər saxlanılıb
18/11/2019 [19:26]:
Braziliya dünya çempionu oldu - VİDEO
18/11/2019 [19:23]:
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Mirzə Möcüz Şəbüstəri
18/11/2019 [19:23]:
Ronaldu komanda yoldaşlarından üzr istəmək üçün şam yeməyi təşkil edəcək
18/11/2019 [19:22]:
Cem Yılmaz azərbaycanlı məşhurlarla bir arada: Miri Yusif, İradə İbrahimova, Fərda...
18/11/2019 [19:17]:
Rusiya Ukrayna gəmilərini qaytarıb
18/11/2019 [19:15]:
Ali Radanın deputatı Qarabağ münaqişəsinin həlli yollarından danışdı - VİDEO
18/11/2019 [19:10]:
Rektor jurnalistə yüksək vəzifə verdi
18/11/2019 [19:08]:
Aparıcı Mələk: “Mənim həyatımda kimsə olsa...” - VIDEO
18/11/2019 [19:05]:
Məşhur xəbər agentliyinin redaktoru itdi
18/11/2019 [19:01]:
İşə gecikən 19 yaşlı gənc avtomobili saatda 203 kilometr sürətlə idarə etdi
18/11/2019 [18:58]:
Müəllim sinifdə qız şagirdinə görün nə etdi - Kameraya çəkdi - VİDEO
18/11/2019 [18:54]:
"Onun tikdiyi "evlər"in divarları ona görə möhkəmdi ki..."
18/11/2019 [18:45]:
Qubada maşın aşıb, 3 yaşlı uşaq ölüb
18/11/2019 [18:38]:
ADMİU SABAH qrupları Beynəlxalq Festivalda mükafat qazanıb - FOTO
18/11/2019 [18:33]:
ADMİU-nun rektoru VIII Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib - FOTO
18/11/2019 [18:28]:
Ədliyyə Nazirliyi tərəfindən ağacəkmə kampaniyasına başlanılıb
18/11/2019 [18:20]:
Xatirə ərindən gileyləndi: “Bıçağa görə 3 ay məni dindirmədi” – VİDEO
18/11/2019 [18:16]:
Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır - VİDEO
18/11/2019 [18:12]:
UNEC rektoru yeni Tələbə-rektorla görüşüb - FOTO
18/11/2019 [18:11]:
Serj Sarqsyan aprel döyüşləri ilə bağlı dindiriləcək
18/11/2019 [18:07]:
Dekabrda psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək
18/11/2019 [18:06]:
"Xarici qüvvələrin İranda sabitliyi pozmasına imkan verilməyəcək"
18/11/2019 [17:52]:
Tbilisidə xüsusi təyinatlılar parlamentin ətrafını etirazçılardan təmizləməyə başlayıb - YENİLƏNİR
18/11/2019 [17:51]:
Əmək münasibətləri necə rəsmiləşdirilir? - FOTO
18/11/2019 [17:45]:
Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
18/11/2019 [17:45]:
Sumqayıtda görülməmiş hadisə: Helikopterlərdən dəvətnamə atdılar - FOTO/VİDEO
18/11/2019 [17:41]:
Kreml “Normand formatı”ında keçiriləcək sammitə hazırlaşır
18/11/2019 [17:38]:
Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü - FOTO
18/11/2019 [17:37]:
Dünyada 15 milyon uşaq vaxtından əvvəl doğulur
18/11/2019 [17:36]:
Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
18/11/2019 [17:35]:
Küveyt baş naziri əmiri rədd etdi
18/11/2019 [17:31]:
“Hər şeydən öncə Xameneyi...”
18/11/2019 [17:30]:
“Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır” – Prezident
18/11/2019 [17:24]:
ATƏT Belarusdakı parlament seçkilərini tanımadı
18/11/2019 [17:21]:
“Oliqarxiya asanlıqla getməyəcək…” – “Azərbaycanda yeni mərhələ başlayıb”
18/11/2019 [17:16]:
İkinci Daşkənd Beynəlxalq Biennalesində Azərbaycan da iştirak edib - FOTO
18/11/2019 [17:09]:
"Cəlil Məmmədquluzadənin heykəli Anarın təklif etdiyi yerdə qoyula bilər”
18/11/2019 [17:05]:
“Azərbaycan və “Bakı” sözləri Cənubi Koreyanın axtarış platformalarında ilk pillələrdə yer alıb - VİDEO
18/11/2019 [16:58]:
Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı...
18/11/2019 [16:55]:
“Beynimi 100 milyona sığortaladacam”
18/11/2019 [16:52]:
“Vəsiyyət edərdim ki, başdaşımın üzərinə bu kitablarımın şəkli vurulsun”
18/11/2019 [16:49]:
Xankəndidə bina yandı – Bir erməni öldü...-FOTO
18/11/2019 [16:44]:
“Vergi ödəməyən müğənnilərin maşınını, evini əlindən alacağıq”
18/11/2019 [16:36]:
Bakı Slavyan Universitetinin professoru “İlin Ən Yaxşı PR Mütəxəssisi” seçilib - FOTO
18/11/2019 [16:26]:
"Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib"
18/11/2019 [16:23]:
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim etdi
18/11/2019 [16:18]:
İlham Əliyev Vasif Talıbovu qəbul etdi - FOTO
18/11/2019 [16:12]:
İngilis ailəsi qızlarına “cizgi filmi evi” tikmək üçün 5 min fund sterlinq xərclədi - FOTOLAR
18/11/2019 [16:04]:
Metropolitençilərin Qax istirahəti - FOTOLAR
18/11/2019 [16:02]:
Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR
18/11/2019 [15:58]:
Son iki günün dəhşətli yol qəzaları: 12 nəfər ölüb, 5 nəfər yaralanıb
18/11/2019 [15:57]:
7 rayon üzrə 400 nəfər əlilliyi olan şəxsin təlimlərə cəlb edilməsi nəzərdə tutulub - FOTO
18/11/2019 [15:50]:
ADAU-nun prorektoru Varşava Təbiət Elmləri Universitetində mühazirə söyləyib - FOTOLAR
18/11/2019 [15:47]:
Pakistan “Şahin-1” ballistik raketinin sınağını keçirib - VİDEO
18/11/2019 [15:40]:
“Deyim ki, bir könüldən min könülə aşiq oldum”
18/11/2019 [15:35]:
Sosial Tədqiqatlar Mərkəzi ali məktəblərə qəbulla bağlı araşdırma aparıb
18/11/2019 [15:18]:
“Heç uşaq vaxtı məni elə öpməmişdi” - VİDEO
18/11/2019 [15:15]:
“Azərxalça” boyaq bitkilərinin tədarükü ilə bağlı maarifləndirmə işlərini davam etdirir - FOTO
18/11/2019 [15:10]:
“Xalqın heysiyyatı da Qarabağ kimi tapdaq altındadır...”
18/11/2019 [15:06]:
Bazar günü Lənkərana gəlmək üçün səbəb var… - FOTO
18/11/2019 [15:05]:
“Elektriklə çalışan avtobusların Bakıda və ya Sumqayıtda fəaliyyət göstərməsi mümkündür”
18/11/2019 [14:59]:
Deputatdan istilik qalmaqalına ETİRAZ: “Bunun əziyyətini vətəndaşlar çəkməməlidir”
18/11/2019 [14:44]:
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
18/11/2019 [14:42]:
Lukaşenko zarafatla vəzifə təklif etmişdi, deputat oldu - FOTOLAR
18/11/2019 [14:36]:
Tofiq Yaqublu azadlığa buraxılıb
18/11/2019 [14:32]:
“Atam Xankəndinə qayıdacağı günün ümidilə dünyadan köçdü” - Xankəndi sakininin acı XATİRƏLƏRİ
18/11/2019 [14:32]:
"Şahənşah" restoranında zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA
18/11/2019 [14:28]:
“Türkiyə İŞİD-ə qarşı mübarizə aparan yeganə NATO dövlətidir”
18/11/2019 [14:27]:
YAP-çı deputat toy və yas mərasimlərinin “siyasiləşdirilməsini” mənəviyyatsızlıq adlandırdı
18/11/2019 [14:26]:
Həftəsonu yol qəzalarında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb
18/11/2019 [14:21]:
Paşinyan Baş qərargah rəisini istefaya göndərdi - SƏRƏNCAM
Bütün arxiv bir sırada
03/06/2019 [12:23] - Köşə - ( 3273 dəfə baxılıb)

Haram yemədiyi üçün ona dəli deyirlər...

Seymur Verdizadə

Qələm dostum Ramiz bəy qarşımda dayanmış 35-40 yaşlı kişini mənə belə təqdim etdi: "Bu cavan oğlanın adı Əlidir. Adı Əli olsa da, hamı ona dəli deyir. Rayonumuzda Əlini tanımayan adam yoxdur".

Dost-tanış bilir, tez-tez ölkəmizin müxtəlif rayonlarında keçirilən tədbirlərdə iştirak edirəm. Hər səfər mənə yeni dostlar qazandırır. Atalar nahaq deməyiblər ki, bir düşmən çoxdur, min dost azdır. Camaat pulunun miqdarını, mən isə dostlarımın sayını artırmaqla məşğulam...

Ramiz bəy cənub bölgəsində yaşayır. Əli onun tay-tuşu, uşaqlıq dostu sayılır. Bəlkə də xoş təsadüf olmasaydı, mən onun Əli adlı tanışının varlığından heç vaxt xəbər tutmayacaqdım. Nimdaş geyimli, qarayanız bu kişiyə ilk baxışda qanım qaynadı. Sifətində uşaqlara xas olan təbəssüm vardı. "Mən sizi televizorda görmüşəm" - deyəndə, dodaqlarına gülüş qondu, arıq, qarayanız çöhrəsi bir andaca işıqlandl. Amma bu xoşbəxtliyin ömrü uzun olmadı. Ramiz onun dəli olduğunu söyləyəndə, üzündəki təbəssüm bir andaca yox oldu, başını aşağı salıb, iti addımlarla bizdən uzaqlaşdı.

Kobudluq etdiyinə görə Ramizi qınadım. Dedi ki, narahat olma, Əli belə zarafatlardan inciyən deyil...

Əli inciməsə də, mən incimişdim. Ramizdən soruşdum: "İndiyə kimi Əlinin sənə bir pisliyi keçib?"
Dedi ki, Əli nəinki ona, rayonda heç kimə yamanlıq etməyib: "Əli dəli olsa da, mərdimazar adam deyil. Hələ indiyə kimi bir qarışqanı da ayaqlamayıb".
Yenə əl çəkmədim: "Bəlkə kiminsə uşağını döyüb, toyuğuna daş atıb?"

Dostum ciddi görkəm alıb, belə dedi: "Bizim dəlinin ipək kimi yumşaq ürəyi var. O, uşaqları böyüklərdən çox istəyir. Bura rayon yeridir. Səhər-axşam küçələrdə it-pişik çox olur. Əli ertədən qalxır ki, it-pişik uşaqlara toxunmasın. O, hər gün məktəbə gedən şagirdlərin əlindən tutub, yolu keçirir. Bəzən çiynində üç-dörd çanta olur. Aşağl sinif şagirdlərinin çantasını daşımaq Əlinin sevimli məşğuliyyətidir".

Ramiz danışdıqca əsəblərim tarıma çəkilirdi. Onun zavallı bir insanı aşağılayıb yola salmasını heç cür həzm edə bilmirdim. Əli haqda daha çox məlumat toplamaq məqsədilə növbəti sualı verdim: "Əlinin məhkəmədə kiminsə üzünə durduğu, kimisə şərlədiyi yadına gəlir?"

Dostum ürəkdən gülüb, belə dedi: "Əli məhkəmənin qapısını da tanımır. Tutaq ki, kiminsə üzünə dirəndi. Kim bu dəlinin sözünün başına ip salar?"
Araya sükut çökdü. Qısa aradan sonra əlimi dostumun çiyninə qoyub, ehtiyatla soruşdum: "Ay Ramiz, sənin dəli dediyin bu adam əliəyri deyil ki? İnsanların evindən, həyət- bacasından oğurluq etmir ki?"

Dostum ilan sancmış adamlar kimi yerindən sıçradı: "Qardaş, nə danışırsan? Əli gözü-könlü tox adamdır. Səhərdən-axşama kimi ona-buna su daşıyır, odun yarır, həyət-bacada kömək edir. Bayaq gördüyün o paltarı beş ildi əynindın çıxarmır. İşlədiyi qapılarda ona yemək verəndə, yarısını küçədəki sahibsiz it-pişiyə yedizdirir".

Bu söhbətdən sonra az qaldı ki, Ramizi boğum. Özümü güclə ələ alıb, belə dedim: "A kişi, siz bu zavallıdan nə istəyirsiniz? Kaş, bütün dəlilər Əli kimi olaydı..."
Dostum bir qədər fikrə gedəndən sonra belə dedi: "Əli pis adam deyil. Uşaq vaxtı ata-anası gözünün qabağında avtomobil qəzasında həlak olub. O vaxtdan da qaradinməz olub".

Hər rayonda, bəlkə də hər kənddə Əli kimi çoxlu "dəli" var. İndiyə kimi heç kəsin toyuğuna "kiş" deməsələr də, biz "ağıllılar" onlara dəli deyirik. Onlar isə rüşvət alan, el-obaya nifaq salan, haram yeyən, vəzifəli şəxslərə mədhiyyə deyən, beş manata görə atasını öldürən, neçə-neçə yetimin çırağını söndürən, qardaşını satan, dostuna-sirdaşına badalaq atan biz "ağıllılara" baxıb, belə deyirlər: "Sizin kimi ağıllı olmaqdansa, bizim kimi dəli olmaq yaxşıdır".

Məncə, düz deyirlər…

loading...
loading...
Sosial medianı ayağa qaldıran evlilik təklifi - MARAQLI...+ VİDEO
Torpaq qiymətli sərvətdir: Onun loğmanı ADAU- da yetişir...
Ali Radanın deputatı Qarabağ münaqişəsinin həlli yollarından danışdı - VİDEO
"Onun tikdiyi "evlər"in divarları ona görə möhkəmdi ki..."
"Baldızım üstümə hücum çəkdi ki, qardaşımdan əl çək, imkan ver, başqası ilə ailə qursun"
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Əsgərimizin canını almaq istədi, öz ayağından oldu
Cəmiyyət
“Elektriklə çalışan avtobusların Bakıda və ya Sumqayıtda fəaliyyət göstərməsi mümkündür”
Gündəm
“Bu layihənin ölkəmiz üçün iqtisadi önəmi qədər də siyasi önəmi mövcuddur”
Siyasət
"Proseslər onu göstərir ki, İrandakı hadisələrdən ABŞ-ın doğrudan da xəbəri yoxdur, çünki..."
Siyasət
Tramp onun rəqibini quduz itə bənzətmiş Kim Çen In-ı danışıqlara dəvət etdi...
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
Yanvardan pensiyalar bu qədər ARTACAQ
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247