Xəbər lenti
04/04/2020 [18:53]:
DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət edib
04/04/2020 [18:46]:
Cazibədar aktrisa: “Hələ də gələcəkdə uşaq dünyaya gətirməyi fikirləşən varsa, arsızdır”
04/04/2020 [18:43]:
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
04/04/2020 [18:34]:
""Keçilməz" "Ohanyan səddi" darmadağın edildi və işğalçı ordu silahı atıb qaçmağa başladı"
04/04/2020 [18:28]:
Naxçıvanda artilleriya bölmələri gecə şəraitində taktiki təlim keçirib- VİDEO
04/04/2020 [18:21]:
"Bu kabusun nə qədər sürəcəyi bəlli deyil və onlar bunu nəzərə alaraq addım atmalıdırlar"
04/04/2020 [18:18]:
Təhsil Nazirliyinin yeni “Qaynar xətt”i fəaliyyətə başlayacaq
04/04/2020 [17:35]:
TƏBİB koronavirusa görə könüllü səhiyyə işçisi axtarır
04/04/2020 [17:33]:
“Barselona”nın vitse-prezidenti koronavirusa yoluxub
04/04/2020 [17:32]:
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 4 000-i ötdü
04/04/2020 [17:29]:
"Gəlin, gözəlliyimiz üçün qurbanlar verməyək" - Əməkdar incəsənət xadimi xanımlara səsləndi
04/04/2020 [17:08]:
“Yağışlı hava koronavirusun yayılmasını azaldır” iddiası nə dərəcədə doğrudur?
04/04/2020 [17:07]:
Əhməd İsmayılov KİVDF-yə sədr təyin edildi - Prezident Sərəncamı
04/04/2020 [17:03]:
İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib - SƏRƏNCAM
04/04/2020 [16:54]:
Vüqar Səfərli işdən çıxarıldı
04/04/2020 [16:50]:
DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək
04/04/2020 [16:45]:
Milli Məclisin Toponomiya Komissiyasına sədr seçildi
04/04/2020 [16:43]:
İqtisad Universiteti evlərdən distant təhsilə başlayır
04/04/2020 [16:35]:
“Kitablarımı oxusunlar” -Yazıçı Anar vətəndaşları evdə qalmağa çağırır
04/04/2020 [16:34]:
ABŞ özəl şirkətlərə nefti strateji anbarlarda saxlamağa icazə verəcək
04/04/2020 [16:33]:
Şarapova nömrəsini yaydı - “Mənə yazın”
04/04/2020 [16:32]:
Daha bir rus yazıçıdan sensasion iddia: virus gerçək xəstəlikdir, dollar yığan batacaq, qızılı olan isə…
04/04/2020 [16:24]:
"İnsanların həyatına son qoyan bu fəlakətdən öz məqsədləri üçün istifadə cəhdi rəzalətdir..."
04/04/2020 [16:23]:
Azərbaycanlı məşhur koronavirusa yoluxdu - FOTO
04/04/2020 [16:21]:
Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunacaq - RƏSMİ
04/04/2020 [16:18]:
Türkiyəli məşhur aparıcıda koronavirus aşkarlandı
04/04/2020 [16:10]:
Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub
04/04/2020 [16:10]:
Hərbi qulluqçular yeni mənzillərlə təmin olunub - VİDEO
04/04/2020 [16:06]:
Milli Məclisin sədr müavini növbəti dəfə onlayn qəbul keçirdi -FOTOLAR
04/04/2020 [15:54]:
"Koronavirus xəstəsi oruc tutmamalıdır"
04/04/2020 [15:53]:
15 yaşlı şagirdinə dəfələrlə təcavüz etdi, nişanlısını isə... - Azərbaycanda şok əməl
04/04/2020 [15:48]:
Koronavirusdan ölənlərin dəfni üçün din xadimlərinin siyahısı hazırlanır...
04/04/2020 [15:47]:
Azərbaycan neftçilərindən koronavirusla bağlı HƏMRƏYLİK ÇAĞIRIŞI + VİDEO
04/04/2020 [15:42]:
Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
04/04/2020 [15:42]:
Paralimpiadaya son təsnifat yarışı Bakıda olacaq
04/04/2020 [15:41]:
İtaliyada koronavirus pandemiyası ilə mübarizədə faciəvi səhvlər...
04/04/2020 [15:39]:
"Carçıoğlu" şirkətindən nümunəvi addım: 100 imkansız ailə himayəyə götürüləcək...
04/04/2020 [15:38]:
Koronavirus Avropa Birliyinin mövcudluğu üçün son damla ola bilər -Ekspertlərin xəbərdarlığı
04/04/2020 [15:30]:
Kennedilər ailəsinin başının üstündəki bəla əskilmir: Robert Kennedinin nəvəsi daşqında itkin düşüb
04/04/2020 [15:29]:
Bioloji savaşın əsas şifrəsi: Kraliçaya kimlər silah doğruldub, onu hədələmişdilər...
04/04/2020 [15:24]:
Allahşükür Paşazadə: "Bu, bizim üçün böyük imtahandır"
04/04/2020 [15:23]:
Bakıda “Whatsapp” vasitəsilə narkotik satanlar ələ keçdi - FOTOLAR
04/04/2020 [15:08]:
"Koronavirusla mübarizə aparanlar vəfat etsə, onlar şəhiddirlər" - Allahşükür Paşazadə
04/04/2020 [15:04]:
Dünyada koronavirusdan ölənlərin sayı 60 mini keçdi
04/04/2020 [14:57]:
Sərtləşdirilmiş karantin rejimi ilə bağlı ən çox verilən suallar və cavablar
04/04/2020 [14:55]:
“İndiki məqamda önəmli olan şaiyələrin yayılmasına yol verməməkdir”
04/04/2020 [14:52]:
Universitet tələbəsi eşitmə problemi olan insanlar üçün maska hazırladı - FOTO
04/04/2020 [14:49]:
Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
04/04/2020 [14:46]:
Bu ölkədə 600 hərbçi koronavirusa yoluxdu
04/04/2020 [14:39]:
İspaniyadan Türkiyəyə ŞOK İTTİHAM: Tənəffüs cihazlarımıza əl qoydu
04/04/2020 [14:32]:
MİQ müsabiqəsindəki suallar çətinləşdiriləcək? -RƏSMİ CAVAB
04/04/2020 [14:31]:
Pakistanlılar kütləvi ibadətə mane olan polisləri daş-qalaq etdilər - VİDEO
04/04/2020 [14:29]:
Artur Vanesyan Laçına gəldi –  Erməni uşaqlara distant "vətənpərvərlik" dərsi keçdi...-VİDEO
04/04/2020 [14:26]:
Milli Məclisin deputatları və Aparat işçiləri xidməti vəsiqə ilə hərəkət edəcəklər
04/04/2020 [14:26]:
DİN-in iki generalı qandallandı - qərarı şəxsən Putinin tələbə yoldaşı verib
04/04/2020 [14:23]:
Hansı rayonlarda koronavirus yayılmayıb? - Tam siyahı
04/04/2020 [14:21]:
Milli Məclisin iclasının vaxtı DƏYİŞDİRİLDİ
04/04/2020 [14:20]:
Dünyada koronavirusdan ölənlərin sayı 60 000-i ötdü
04/04/2020 [14:12]:
ABŞ-da beş körpədə koronavirus tapıldı
04/04/2020 [14:11]:
Şəxsiyyət vəsiqəsinin vaxtı bitən şəxslər SMS-lə icazə ala biləcək?
04/04/2020 [14:09]:
Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB
04/04/2020 [14:04]:
Hava ilə bağlı növbəti xəbərdarlıq
04/04/2020 [13:57]:
İranda koronavirusdan ölənlərin sayı 3 452-yə çatdı
04/04/2020 [13:54]:
İspaniyada pandemiya qurbanlarının sayı 12 minə çatır
04/04/2020 [13:23]:
Azərbaycan OPEC+ ölkələrinin görüşünə qatılacaq
04/04/2020 [13:14]:
Heydər Əliyev Mərkəzi koronavirusun geniş yayıldığı ölkələrə dəstək verdi - VİDEO
04/04/2020 [13:14]:
Gürcüstanda koronavirusdan ilk ölüm qeydə alınıb
04/04/2020 [13:13]:
Xidmətçini “sən koronasan, bizə yoluxdurub qaçırsan” deyib döydü
04/04/2020 [13:12]:
Qaxda karantin rejimini pozan 2 nəfər həbs edilib, 31 nəfər cərimələnib
04/04/2020 [13:11]:
Bakı-Sumqayıt yolundakı ağaclar bu rayonlara köçürülüb
04/04/2020 [13:09]:
“Survivior”da uduzanlar Türkiyəyə qayıda bilmir
04/04/2020 [13:04]:
DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi
04/04/2020 [13:03]:
Ağzını qapamadan öskürən sərnişinə əsəbləşən avtobus sürücüsü öldü...
04/04/2020 [13:02]:
DİN-dən jurnalistlərə xəbərdarlıq: Avtomobildən şəxsi məqsədlər üçün istifadə etmək olmaz...
04/04/2020 [13:00]:
Polis postlarında hərarət ölçən cihazların tətbiqi reallaşa bilərmi?
04/04/2020 [12:59]:
Karantin rejimini pozan daha 9 nəfər həbs edildi
04/04/2020 [12:58]:
Fransada 600-ə yaxın hərbçi koronavirusa yoluxdu
04/04/2020 [12:56]:
Koronavirusa yoluxan Neftçala sakini: “Nəfəs almaq mənim üçün çətin idi...”
04/04/2020 [12:51]:
Sarkisyan Qarabağdakı məğlubiyyətlərini etiraf edib
04/04/2020 [12:46]:
Koronavirus beyinə ciddi zərər vura bilər...
Bütün arxiv bir sırada
03/06/2019 [09:59] - Araşdırma - ( 1329 dəfə baxılıb)

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ FƏTƏLİ AXUNDZADƏ



(IV Hissə )

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU),
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Mirzə Fətəli Axundzadənin fəlsəfi baxışlarında din məsələsinin qoyuluşu və materalizmə meyillilik məsələsinə gəlincə, burada da düşündürücü məqamlar kifayət qədərdir. Buna ən bariz nümunə isə onun fəlsəfi əsəri hesab olunan «Kəmalüddövlə məktubları» və həmin kitabından sonra Mirzə Melkum xana, Manukci Sahibə, Cəlaləddin Mirzə və başqalarına yazdığı məktublardır. Təsadüifi deyil ki, Axundzadənin 1866-67-ci illərdə qələmə aldığı «Kəmalüddövlə məktubları» əsərinin qəhrəmanı Kəmalüddövlə də “İran”a, yəni Qacarlar dövlətinə səyahət edərək, burada “islami fanatizmi ifşa edir”. İndinin özündə də, əvvəllər də bir çox tədqiqatçılar Axundzadənin bu əsərdə İslamı olduqca sərt şəkildə tənqid etməsini başqa yerə yozmuş, məsələnin əsil mahiyyətinə varmamış, yaxu da varmaq istəməmişlər. Hazırda da Axundzadənin islama qarşı tutduğu radikal mövqeyin Azərbacan xalqının fəlsəfi fikir tarixində müsbət, yoxsa mənfi rol oynaması məsələsi öz həllini tapmamış qalır. Fikrimizcə, bu çox incə məsələdir və obyektiv şərhə ehtiyac var. Bu baxımdan Axundzadənin İslam dininə, bundan irəli gələn fəlsəfi-ideoloji düşüncələrinin fəlsəfi fikir tariximizə mənfi və ya müsbət təsirinin olması ayrıca tədqiqat tələb edir ki, biz burada bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışmışıq.
Birincisi, o, həmin dövrdə ruhanilərin və despotik məmurların mənfi əməllərini İslam dininin adına çıxmaqda yanlışlığa yol vermişdi. Hər halda onların mənfi əməllərinə görə, nə İslam dini, nə də onun Peyğəmbəri günahkar ola bilməzdi. Doğrudur, İslam dininə inkarçı münasibət bəsləməsinə baxmayaraq, Axundzadə onu da yazırdı ki, bütün dinləri puç və əfsanə hesab edir, azadlıq və xoşbəxtlik dininin tərəfindədir. Ancaq bütövlükdə, bu bir gerçəkdir ki, Axundzadənin əsas tənqid obyekti bütün dinlər deyil, məhz İslam dini olmuşdur. İkincisi, Axundzadə «Kəmalüddövlə məktubları» əsərində və bir sıra məktublarında yazırdı ki, İslam dininə qarşı mübarizəni “İran” xalqının rifahı naminə aparır. Bu baxımdan farsların islamdan öncəki dövrünün əzəmətindən, böyüklüyündən, cah-cəlalından söz açan Axundzadəyə görə, hicrətdən bəri isə “İran”ın başına yalnız müsibətlər gəlmişdir. Axundzadə yazır: “Ey İran, hansı sənin o şövkətin və səadətin ki, Kəymurəs və Cəmşid və Güstaşib və Nuşirəvan və Xosrov-Pərviz əsarında var idi?.. Əgərçi o növ şövkət və səadət Firəngistan (Avropa) və Yengi Dünya əhlinin bu əsrdə olan şövkəti və səadəti cənbində çıraq kimi hesab olunur gün müqabilində, lakin İranın bu halətinə nisbət nurdur zülmət müqabilində. Ey İran, o zaman ki, sənin səlatinin Peymani-fərhəngə əməl edirdilər, neçə min il dünyanın İrəmmisal səfhəsində əzəmət və səadət ilə kamiran oldular, xalq onların təhti-səltənətində neəmati-ilahiyyədən bəhrəyab olub, izzət və asayişdə zindəganlıq etdilər və yoxsulluq bilməzdilər və salibəkəflik etməzdilər və həm daxili-məmləkətdə azad və həm xarici məmləkətlərdə möhtərəm idilər və İran padişahlarının şöhrət-şövkəti külli-afaqi tutmuşdu”. 
Axundzadə «Kəmalüddövlə məktubları»nın əvvəlindən başlayaraq Sasanlar dövrünü cənnət kimi təsvir edir, fars şahlarını isə dünyanın yer üzərinə gəlib-getmiş ən ədalətli, cəsur, böyük fatehlər kimi qələmə verir. Sasanilər dövrünün “ədaləti”ndən, “hüquq”undan, “qayda-qanunun”dan bəhs edən Axundzadəyə görə “İran”ın bu cür möhtəşəm əsərləri İslam dini meydana çıxdıqdan sonra tamamilə məhv edilmiş, ancaq yunanlar tərəfindən bəziləri qorunub saxlanmışdır. Bir sözlə, mütəfəkkir farslardan, fars şahlarından elə danışır ki, bu zaman fars şairi Firdovsinin “İran” məddahlığından və ərəb-türk düşmənçiliyindən çox da fərqlənmir. Axundzadə yazır: «Peymani-Fərhəngin («Əhdi-hikmət»-F.Ə.) əhkamının nəticəsindən idi ki, səlatini-fürs (fars sultanları-F.Ə.) aləmdə namdar (məşhurlaşdılar-F.Ə.) oldular və milləti-fars bərgüzideyi-miləli-dünya idi (fars milləti dünya millətlərinin ən sayılanı idi-F.Ə.) və cahanyana aşikardır ki, dövri-qədimdə səlatini-fürsun ərseyi-mülki nə vüsətdə idi».
Bəs necə oldu türk Axundzadə fars Firdovsinin yolunu tutdu? Axundzadə «Kəmalüddövlə məktubları»nı bitirdikdən bir müddət sonra, İsakov adlı birisinə yazdığı məktubda «Firdovsinin yolu»nu tutmasını belə izah edir ki, ondan qabaq İslam dininin «mənfur din» olmasını yalnız «Şahnamə»nin müəllifi görə bilmişdir. Axundzadə yazır: «Bu cəhətdən təkcə Firdovsi müstəsnalıq təkil edir və o öz dühası ilə, həqiqətən, kəşf edə bilmişdir ki, Şərq xalqlarının bu qədər böyük bədbəxtliyinin səbəbi ərəblər və onların insan həyatına uyğunlaşmayan mənfur dinidr. Firdovsi isə dövründə onu əhatə edən müasirlərin müdhiş fanatizmi vasitəsilə sıxışdırıldığına görə, öz fikrini ehtiyatla, guya öz əqidəsi kimi deyil, ərəb ordularına qarşı vuruşlarda sonuncu İran şahı Yezdgürdün sərkərdəsi olan Hürmüzd şah oğlu Rüstəmin əqidəsi kimi ifadə etmişdir. Məhz buna görə də, Firdovsinin əqidəsi bizim günlərə qədər mütəfəkkirlərin diqqətini özünə cəlb edə bilməmişdir. Yalnız Kəmalüddövlə (yəni Axundzadə – F.Ə.) hazırkı əsrdə Firdovsinin fikrini başa düşərək, onu parlaq bir şəkildə inkişaf etdirmişdir». 
Firdovsinin yolunu parlaq şəkildə davam etdirməsini iftixarla qeyd edən Axundzadənin «Kəmalüddövlə məktubları»nı yazmasının kökündə Avropaya lazım olan “İran-Fars” kimlyinin dirçəlişi və bunun müqabilində islam dinini (ərəbləri), türk-müsəlman dövlətlərini (türkləri) isə ağaşılanması idi. Necə ki, vaxtilə fars şairi Firdovsi ərəblər qədər türklərə də nifrət bələmişdir, Axundzadə də Avropa-Rus ideoloqlarının təsiri altına bu xətti davam etdirmişdir. Bu anlamda da Axundzadə fars Firdovsinin islama qarşı düşmənçiliyini Rüstəmin yeni obrazı olan Kəmalüddövlənin yolu ilə davam etdirir və bunu, özü də gizlətmir: «Siz elə güman etməyin ki, müsəlmanların Kəmalüd¬döv¬lənin ideyalarını mənimsəməsi və onun nəzərdə tutduğu məqsədin əldə edilməsi üçün əsrlər keçməlidir. Əksinə, əksəriy¬yətinin savadsız olmasına baxmayaraq, islamizmin yalan olmasına dair bu kimi ideyalar kütlə arasında çox sürətlə yayıla bilər».
 “İran”ın islamaqədərki əzəmətini, fars şahlarının bənzərsizliyini tərifləyib qurtardıqdan sonra Axundzadə yazır ki, İslam dini bu ölkəyə qədəm qoyandan bu dövlətdə hər şey dəyişdi, “İran” öz keçmiş şan-şövkətini itirdi: «Heyf sənə, ey İran, hanı bu dövlət, hanı bu şövkət, hanı bu səadət? Ac, çılpaq ərəblər səni min iki yüz həştad ildir bədbəxt etdilər. Sənin torpağın xarabadır və əhlin nadandır və sivilizasiyoni - cahandan bixəbərdir və azadiyyətdən məhrumdur və padşahın despotdur və despot zülmünün təsiri və üləma fanatizminin zoru sənin zəf və natəvanlığına bais olubdur və sənin qabiliyyətini künd edibdir və cövhəri-əqlini paslandırıbdır… yüz-yüz illər keçəcəkdir ki, sən rövnəqə düşməyəcəksən və asayişə və səadətə çatmayacaqsan və sivilizasiyon tapan millətlərlə bərabər ola bilməyəcəksən». Maraqlıdır ki, “İran”da farslar qeyri-qanuni hakimiyyətə gətirildikdən sonra sivilizasiyadan çox uzaqlaşdı və bu gün də çox uzaqdır. Ancaq bütün Türk dövlətlərində az-çox inkişaf vardır..
Qeyd edək ki, fars şairi Firdovsi «Şahnamə» əsərində İslam dinini və onun peyğəmbərini farslara bədbəxtlik gətirən amil kimi irəli sürmüşdür ki, Axundzadə də «Kəmalüddövlə»də, “ey İrani-biçarə, Firdovsi rəhmətullah sənin bu gününü səkkiz yüz il bundan irəli ilham ilə bilib, Hürmüzd şahın oğlu Rüstəmin dilindən xəbər verir”-deyərək, fars şairindən bol-bol misalar gətirir. Onun sözlərinə görə, “İran” milləti ərəblər və türklərin hakimiyyəti dövründə bir-birinə qarışmış, fars, türk və ərəbdən ibarət yeni bir millət meydana gəlmişdir. Ona görə də ərəblərin farslara üstün gəlməsi ilə Sasanların bəxtinin sönməsini, indən belə hakimiyyətdə türklərin və ərəblərin olacağını ürək ağrısı ilə yazan Firdovsi, Rüstəmin dili ilə ərəbləri kərtənəkələ yeyən, dəvə südü içən ac və çılpaq bir xalq kimi qələmə verir.
Axundzadədə yaranan bu «farsçılıq», «fars təəssübkeşliyi» və islam düşmənçiliyinə birmənalı yanaşmaq mümkün deyildir. İlk baxışda aydınlaşdırmaq olmur ki, o, bir sıra ideyalarıını (yeni əlifba məsələsi, sivil millət və s.) həyata keçirmək üçünmü «fars təəssübkeşi» olub İslamı tənqid edir, yoxsa doğrudan da birdən-birə «fars olduğunu» anlamış və “İran” xalqının nicatı yolunu tutmuşdur. Hər halda, məlum əsərində Axundzadənin Sasanilərin keçmiş əzəməti məsələsində, o cümlədən İslam dininə və türklərə münasibətdə tamamilə obyektiv olmasını söyləmək çətindir. Axundzadəyə görə, İslam dinini qəbul etdikdən bu zamana qədər “İran” xalqının başına elə müsibətlər gəlibdir ki, dünyanın başqa bir xalqını başına belə müsibətlər, bəlalar gəlməyib. Axundzadə hesab edir ki, Ərəb Xilafətindən başlamış Deyləmilər, Qəznəvilər, Samanilər, Səlcuqlar, Atabəylər, Xarəzmşahlar, Çingizlər, Teymurilər, Şeybanilər, Çobanilər, Ağqoyunlular, Qaraqoyun¬lular, Səfəvilər, Əfqanilər, Əfşarlar, Zəndillilər, Qacarlar və başqaları “İran”ı ancaq talan edib və dağıdıblar. 
«Əhli-İranın bu günə bədbəxtliyinə səbəb ərəblər oldu»- deyən Axundzadə yazır ki, özlərini peyğəmbər övladı adlanıdran ərəblər hər yerdə “İran” xalqının qabağını kəsərək deyirlər: biz işləyə bilmərik, müftə yeməliyik, çünki sizi bu günə salan babaların övladlarıyıq. Axundzadə ərəblərin dilindən yazır: «Padişaha maliyyat ver, füqəraya fitrə və zəkat ver, qurban kəs, yüz qızıl, ya iki yüz qızıl xərc elə, get həcc qıl, ac ərəbləri doyur və qazandığının beşdə birisini də mənə ver». Axundzadəyə görə, belə bir vəziyyətdə “İran” xalqı onu zəlil günə qoymuş islam dini uğrunda baş-döşünə döyür, şaxsey-vaxsey naləsini göyə qaldırır və bunun səbəbini soruşanda deyir ki, bəs, min iki yüz bir neçə il bundan əvvəl beş-on ərəbi, beş-on ərəb Kufə səhrasında qırıbdır. Bütün bunların “İran” xalqı üçün ancaq bədbəxtlik arxasınca bədbəxtlik gətirdiyini iddia edən Axundzadəyə görə, islam qanunları buraya ayaq açıdğı gündən indiyə qədər guya yalnız despotizm hökm sürmüşdür. Axundzadə yazır: “Fransa və ingilis məmləkətlərində eşşəkləri və atları və öküzləri dəxi vurmaq və incitmək qədəğəndir, amma İran məmləkətində despotun fərmanı ilə, hətta cəlilüşşə üməranın ayaqlarını fələqqəyə qoyub çubuq vururlar və bir neçə vaxtdan sonra genə bu rüsvay olunmuş üməradan vəzirlər və sərdarlar qayırırlar və olardan ixlas və iradət təvəqqö edirlər və bu biçarə üməranın təbiətlərində despotun təhəkkümü təsirindən bir tövr rəzalət və übudiyyət və biqeyrətlik hasil olubdur ki, çubkarlığı özlərinə hərgiz ar bilməzlər və bu növ zillət və rüsvaylıqdan sonar genə bu dünyada zindəganlığa talib olurlar”.

“Kitablarımı oxusunlar” -Yazıçı Anar vətəndaşları evdə qalmağa çağırır
Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
"Carçıoğlu" şirkətindən nümunəvi addım: 100 imkansız ailə himayəyə götürüləcək...
28 aprel işğalı - Rusiya dövlət sosial siyasi tarix arxivinin sənədlərindəki ilginc faktlar...
Koronavirus səbəbi ilə həyatını itirən 6-ıncı tibb işçisi oldu - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Cəmiyyət
"Qırmızı Aypara Cəmiyyəti bu ağır gündə nə ilə məşğuldur, yığdığı pullar nəyə xərclənib..?"
Araşdırma
İmperator adı daşıyan, yəhudilərin qətliamına səbəb olan pandemiyalar – Dəhşətli tarix...
Hadisə
Qəbiristanlıqda yer qalmadı, virusdan ölənləri evlərinin qarşısına atırlar...
Hadisə
Karantin zamanı qumar oynayanlar 10 min cərimələndi– Ev sahibi tutuldu...
Siyasət
"Bu, onun torpaqlarımızın işğalda qalmasının əsas səbəbkarlarından biri olmasına dəlalət edir”
Yazar
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Seymur Əliyev
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
İlham İsmayıl
KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...
Sultan Laçın
“Küçələrimizdəki gerçək dilənçilər: pandemiya dönəmində onlara yardım edən olacaqmı?..”
Həftənin ən çox oxunanları
Dünya bu xəbərdən çalxalanır: Koronavirusla bağlı gizli sənədlər yayıldı...
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Koronavirusa görə Azərbaycan vətəndaşlarına pul veriləcəkmi?
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü - İBRƏTAMİZ...
Koronavirus bizi nələrdən məhrum edir və nəyə doğru aparır? - AYIQ OLUN!..
Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı
Koronovirusu dərmansız sağaldan Azərbaycanlı həkim ortaya rəsmi sənəd qoydu
Koronavirusa görə birbaşa maliyyə yardımı necə veriləcək? - Mikayıl Cabbarov açıqladı
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247