"Layihənin məntiqi sonluğu kimi kitabın nəşrinin əsas təşəbbüskarı Lütfi Zadə oldu"
Müsahibə
Oxunub: 1198
20 May 2019 | 10:18
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı  elm tarixində böyük uğura imza atıb.

Professorun materialşünaslıqla bağlı elmi tədqiqatları dünyanın ən nüfuzlu elmi nəşriyyatı olan “World Scientific” tərəfindən kitablaşdırılıb.

Məlumat üçün deyək ki, adıçəkilən nəşriyyat dünyanın ən ciddi elmi nəşrlərinin çapı ilə məşğuldur və hər hansı alimin əsəri orada yalnız mürəkkəb şərtlər, tələblər əsasında işıq üzü görür. Bundan əlavə, hər hansı əsərin çapı üçün nəşriyyatın özünün xüsusi sifarişi ən vacib amildir.

Rektorun materialşünaslıqla bağlı apardığı orijinal elmi tədqiqat işləri “Fuzzy-logic based material selection and synthesis” adlı kitabda cəm olunub.

Burada ilk dəfə olaraq dahi həmyerlimiz  Lütfi Zadənin əsasını qoyduğu Qeyri-səlis  məntiqin  materialşünaslığa tətbiq məsələləri əksini tapıb. Elə kitabın ilk xeyir-duasını da Lütfi Zadə verib.

Rektor isə öz növbəsində kitabın ön sözündə onu həm də Lütfi Zadənin ruhuna həsr etdiyini vurğulayıb:

Moderator.az AzEdu.az-a istinadən bu elmi uğurla bağlı professor Mustafa Babanlı ilə müsahibəni təqdim edir:

Söhbətə başlamazdan öncə Mustafa müəllimi bu böyük elmi uğur münasibətilə təbrik edirik. Rektorun elmi tədqiqatlarının “World Scientific” nəşriyyatının sifarişi əsasında kitablaşdırılması və bu kitabda materialşünaslığın Qeyri-səlis məntiqlə əlaqələndirilməsi çağdaş elmi prosesdə  önəmli hadisələrdən sayılmalıdır. Amma Mustafa müəllimi sevindirən məqam tamam başqadır: O, bir alim kimi qazandığı uğurdan da çox, Azərbaycanın hər hansı universitetində aparılan tədqiqatların həmin nüfuzlu nəşriyyatda sistemli şəkildə, kitab halında çıxmasına sevinir:

-Kitabı yazarkən, orada  bir sistem şəklində toplanan elmi tədqiqatlar üzərində işləyərkən, onun çap edilib-edilməyəcəyi barəsində heç düşünmürdüm.

Mənim üçün mühüm olan kitabın çapı yox, bu gün Azərbaycan universitetlərinin birində aparılmış elmi tədqiqat işlərinin “World Scientific” tərəfindən sifariş olunub, kitab halında buraxılmaq səviyyəsinə gəlib çatmasıdır.

Bildiyimiz kimi,  “World Scientific”  dünyanın ən böyük elmi nəşriyyatlarındandır.  Burda kitab çap etdirmək alimin şəxsi iradəsindən asılı deyil. Yalnız nəşriyyatın  özü hər hansı alimə müəyyən elmi istiqamətdə kitab yazmağı sifariş verə bilər.

Mustafa Babanlı Azərbaycan alimləri arasında bu işi görən ilk həmyerlimiz oldu. Lakin elm dünyəvi faktor olduğundan  böyük elmi işlər dünya prizmasından dəyərləndirilməlidir. Professor materialşünaslığı dünya alimləri arasında ilk dəfə olaraq, Qeyri-səlis məntiqlə əlaqələndirməklə beynəlxalq müstəvidə yeniliyə imza atdı. Özü bu elmi işin  və onun maddi təsdiqi olan kitabın tarixçəsi haqqında bunları deyir:

“2015-ci ildən sonra ADNSU-nun  ABŞ-ın məşhur  universitetlərindən olan və böyük alim Lütfi Zadənin çalışdığı Berkli Universiteti ilə əlaqələri yarandı. O zaman    Lütfi Zadəyə məktub yazaraq, Qeyri-səlis məntiqlə bağlı aparılan  tədqiqat işlərinin materialşünaslıq istiqamətində də davam etdirilməsini təklif  etdik.  O, buna dərhal müsbət cavab verdi; Qeyri-səlis məntiqin meyarlarını saxlamaq şərti ilə bu  istiqamətə rəhbərliyi mənə təklif etdi. Beləliklə, iki universitet mütəxəssislərinin birgə çalışacağı bir  layihəni yazıb - hazırladıq.  Bütün bu işlər  2015-ci ildən etibarən həyata keçməyə başladı və  3 il müddətində icra olundu. Layihə çərçivəsində biz tərəfdən çalışan əməkdaşların məvaciblərini ADNSU,  digərlərini isə Berkli Universiteti qarşıladı.


Onu bir daha qeyd edim ki, bu layihənin məntiqi sonluğu kimi nüfuzlu nəşriyyatda çapdan çıxan kitabın nəşrinin əsas təşəbbüskarı Lütfi Zadə  oldu.

Kitab onun sayəsində ərsəyə gəldi. Bu səbəbdən də, kitabın  girişində də onu həm atama, anama, daha sonra isə dahi Lütfi Zadənin ruhuna həsr etdiyimi vurğulamışam.

Rektor söhbətin bu yerində kitabda qabardılan elmi məsələlər və yeniliklərdən danışır:

- Alimlər, tədqiqatçılar nə vaxta qədər yalnız təcrübi yollarla ərintilərin xassələrini öyrənəcəklər? İnformasiya texnologiyalarının müasir inkişaf səviyyəsini, böyük verilənlər bazasının yaradılması mümkünlüyünü və Qeyri-səlis  məntiq nəzəriyyələrini tətbiq etməklə yeni yanaşma tətbiq etmək olmazmı? - Məni düşündürən məsələlər bunlar oldu.

Yeni materialların alınması istiqamətdə indiyə qədər bəlkə də  milyardlarla  təcrübə həyata keçirilib.  Bunların demək olar ki, hamısı açıq elmi mətbuatda dərc olunub, lakin sistemli şəkildə istifadə edilməyib. Araşdırmalar zamanı müxtəlif optimallaşma, modelləşdirmə yollarından, həmçinin, Fizikanın müxtəlif qanunlarından istifadə edirdik, lakin bizim tədqiqat işlərimiz qismən fərqli idi və ciddi nəticələrə nail ola bilmirdik. Yeni yanaşmada isə, materialşünaslıqla Qeyri-səlis məntiqin əlaqələndirilməsinə nail olduq və həqiqətən, fərqli (yüksək) nəticələr alındı.


Elə kitabın da yaranmasına əsas səbəb bu olub: Qeyri-səlis məntiqin materialşünaslıqla əlaqəsinin  fərqli nəticələrini görən “World Scientific” bu istiqamətdəki tədqiqatları kitablaşdırıb.  Bəs, Mustafa müəllimin özü  bu elmi sintezin gələcək potensialı haqqında nə düşünür? Özündən eşidək:

 -Qeyri-səlis  məntiqlə alınan nəticə məni sözün yaxşı mənasında təəccübləndirdi.  Biz məhz bu yoldan istifadə edərək daha irəli gedə bilərik. 

Yuxarıda qeyd etdiyimi bir daha vurğulamaq istəyirəm, XXI əsrin 19-cu ilində həm kompüterin imkanları əvvəlki kimi deyil, həm də alimlərin səyi nəticəsində  güclü eksperiment bazası yaradılıb.  Bu gün  dünyada xüsusi “Super kompüterlər” mövcuddur ki, onların tətbiq edilməsi ilə  mühüm (bəzən də mümkünsüz görünən) məsələlərin həlli mümkündür. Bizim gələcəkdə əsas məqsədlərimizdən biri mövcud eksperimentlər bazasının yaradılması və tətbiq edilməsidir.

İkinci bir tərəfdən düşünürəm ki, materialşünaslıqla məşğul olan dünya alimləri bu istiqamətdə aparılan işlərə həvəslə qoşulacaqlar. 27-28 avqust 2019-cu il tarixlərində, Praqa şəhərində keçirələcək beynəlxalq konfransda iştirak üçün çoxsaylı müraciətlər qəbul edilib ( //www.icsccw2019.com). Bizim universitet bu elmi konfransın əsas təşkilatçılarından biri kimi çıxış edir.

Bütün bu işlər heç də asan başa gəlməyib. Əvvəla ona görə ki, 3 il ərzində çətin elmi tədqiqatlar dünyanın məşhur universitetinin görkəmli alimləri ilə birgə aparılıb. İkincisi isə elmdə yeniliyin gətirdiyi məsuliyyət. Yaradıcı heyət təbii ki, bu 3 il ərzində nələri hədəflədiyinin fərqində idi. Lakin Mustafa müəllim deyir ki, o kitabın ona müəllif kimi təqdim olunan nüsxələrini gömrükdən götürənə kimi bu elmi uğurun həyata keçdiyinə inanmayıb:

 “Onu da deyim ki,  layihə çərçivəsində yalnız Qeyri-səlis məntiq–materialşünaslıq istiqamətindəki tədqiqatlarla məşğul deyildik. Bizdə iqtisadçılar, kimyaçılar da Qeyri səlis məntiqin imkanlarından yararlanmağa çalışır, tədqiqatlar zamanı ondan  istifadə edirlər.


Kitab təbii ki, yeni çapdan çıxıb. Amma onunla bağlı artıq müəyyən rəylər, fikirlər də var.

Kitabla bağlı dünyanın görkəmli alimlərindən fikirləri, rəyləri, sualları, şərhləri mən yox, nəşriyyatın özü alırdı. Ümumiyyətlə, “World Scientific”-dəki iş prinsipi belədir. Hər hansı alimin kitabının çapına qərar verən şəxslərin kimlikləri gizli saxlanılır. Onlar da təbii ki, çox güclü, müxtəlif nüfuzlu mükafatlar alan alimlər arasından seçilirlər. Kitab bu cür çətin mərhələlərdən sonra çap üçün təsdiqlənir və son ana qədər müəllifin onun çap olunub-olunmayacağından xəbəri olmur.

Ümumiyyətlə, bütün bu işlər üzündən  çox yorulurdum. Onlar kitabın məzmunu, dizaynı və s. kimi yarana biləcək suallarla bağlı bir neçə nəfərdən ibarət  xüsusi işçi qrup yaratmışdılar. Bütün sualları və tələbləri bu qrup mənə e-mail vasitəsi ilə göndərirdi. Bəzən elə olurdu ki, onların sorğuları şəxsi e-mail ünvanıma göndərilsə də “spam mesajlar qutusuna” düşürdü və  mən onları görmürdüm. Bu zaman problemlər yaranırdı. Çünki sualların cavablandırılması çox vacib meyarlardan sayılır. Nəticəni əldə edənə qədər çox çətinliklərdən keçdik: Belə deyim, kitabı gömrükdən götürənə kimi bu işin öhdəsindən gələcəyimə inanmırdım”.

Nəşriyyatın müəllifləri  və onların çap olunacaq kitablarını yalnız özü seçdiyini bildirən Mustafa müəllim gələcəkdə də “World Scientific”-lə əməkdaşlığın inkişafına ümid edir:

-Əvvəl də qeyd etdiyim kimi, bu nəşriyyat kitab çap ediləcək şəxsləri özü seçir və özləri də müraciət edir. Nəşriyyatın  bir çox məsul işçiləri bu kitabın ərsəyə gəlməsində zəhmət çəkiblər, lakin mən heç onları görməmişəm. Seçdikləri  müəlliflər əsasən,  müxtəlif mükafat, laureatlar almış şəxslərdir. Mənimlə işləmək onlar üçün də bir növ risk idi.


Kitabın qiyməti 98 ABŞ dollarıdır, bizim milli valyutamız ilə 165 manat. Həcmi isə 276 səhifədir ( //www.worldscientific.com /worldscibooks/10.1142/11164). Real götürsək, hər kəsin ala biləcəyi bir kitab deyil.  Doğrudur, mənə müəllif  kimi kitabın bir neçə nüsxəsi verilib.  Onlardan birini universitetin kitabxanasına təqdim etdim. Daha sonra insanların yararlana biləcəyi yerlərə (məsələn, Azərbaycan Milli Kitabxanasına) verməyi düşünürəm.  Gələcək üçün də  əməkdaşlığımızın inkişaf edəcəyinə ümidliyəm.

Əsas hədəfimiz (yaxın iki-üç ildə)  elmi tutumlu sənayeni yeni materiallarla təmin etmək, onların günü-gündən artan  tələblərinə daha operativ və dolğun cavab verməkdir.

Materialşünaslıq çağdaş elmlərin içərisində öz vacibliyinə görə seçilir. Məsələn, keçən əsrin 60-cı illərində Amerikada mobil telefon yaradılmışdı, amma bu telefon o qədər böyük idi ki, onu bir əsgər silah yerinə daşıyırdı. Çünki kiçildilməsi və bütün funksiyaları həyata keçirə bilməsi üçün tələb olunan material alimlər tərəfindən yaradılmamışdı. Zaman keçdi, İT sahəsi inkişaf etdi, material elmi ilə məşğul olan alimlər yeni materiallar kəşf etdi və müasir smartfonlar yarandı.

Materialşünaslıq, materialın strukturu ilə xassəsi arasındakı əlaqəni öyrənən elmdir. Bizim istəyimiz, nəzəri cəhətdən əsaslandırılmış, yeni forma yaddaşlı ikili, üçlü ərintilər hazırlamaq və bu işlərdə böyük verilənlər bazasından istifadə etməklə, Qeyri-səlis məntiqin əlaqələndirilməsinə nail olmaqdır. Əsas hədəfimiz bu sinif ərintilərə aid olan, lakin yeni, bu günə qədər məlum olmayan materialların hazırlanmasıdır.


Rektor Azərbaycanda elmin inkişafı üçün gənclərin üzərinə düşən işlər barəsində bunları deyir:

-Biz gənclərimizi  ölkəyə fayda verəcək  mütəxəssis kimi yetişdirməliyik. Bir Azərbaycan gənci  ali təhsil alarkən, öz gələcəyi, ölkəsi üçün nələri qazandıra biləcəyini düşünməlidir.  Bugünkü cəmiyyətimizdə, plagiatla məşğul olmaq, imtahanlarda qadağan edilmiş vasitələrdən istifadə etməklə layiq olmadığın qiyməti qazanmaq, kiminsə himayəsinə sığınmaqla nəsə əldə etmək keçərli deyil. Biz gənclərə ilk növbədə, universitetə diplom adlanan  kağız parçası üçün yox, bilik əldə etmək üçün gəldiyini başa salmalıyıq.  Bunu tək tələbəyə yox, tədris prosesinə cəlb olunan hər bir kəsə aşılamalıyıq. Müəllimlərə qiymətləndirmə zamanı  tələbənin məntiq və biliyini nəzərə almalarını məsləhət görərdim. Ali məktəb tələbəsi seminar (məşğələ) dərslərində müəllim tərəfindən orta məktəbdəki kimi lövhəyə çağırılmamalıdır. Müəllimlər (tələbənin iştirakı ilə), mühazirələrdə tədris etdikləri nəzəri materialların praktik vərdişlərə (biliklərə) çevrilməsini təmin etməlidirlər. Ən müasir düşüncəli universitet müəllimi tələbənin fərdi  yaradıcılıq qabiliyyətini formalaşdırmalı və bu vərdişləri tələbələrin kollektiv şəkildə və ya fərdi qaydada hazırladıqları təqdimatlarla, düşündürücü suallarla biliyə çevirməlidirlər. Aralıq  qiymətləndirmə zamanı isə tələbənin semestr boyu göstərdiyi faktiki aktivlik nəzərə alınmalıdır.

Söz elə ali məktəblərdəki tədrisdən düşmüşkən, Mustafa müəllimdən həm bir rektor, həm də elm xadimi kimi bir neçə təkliflə çıxış etməsini xahiş edirik:

-Bu gün universitetlərin əsas bəlası yeni texnologiyaların sifarişçisi kimi çıxış edə bilməməsidir. Yaxşı olardı ki, ali məktəblərimiz ölkəyə gətirilən yeni (müasir) texnologiyaların öyrənilməsi və onun elmi əsaslarla tədrisdə istifadə edilməsi üzrə təkmilləşsinlər. Bunun üçün ölkəmizdə yaradılmış texnologiya parklarına və müasir texnoloji səviyyədə qurulmuş zavodlara gətirilmiş qurğular gənclər tərəfindən elə mənimsənilməlidir  ki, onlar universiteti bitirdikdən sonra bu müəssisələrdəki həmin qurğularda sərbəst işləyə bilsinlər. Universitetlər, tələbələrin təcrübə qazanması üçün həmin sənaye müəssisələri ilə əməkdaşlıq etməyə borcludurlar, tədris proqramlarına əlavələr edilməsinə (bəzi hallarda yenilənməsinə) şərait yaratmalıdırlar və həmin qurğuların öyrənilməsini  təmin etməlidirlər. Biz universitetlər olaraq çalışmalıyıq ki, Ölkəmizin prioritet istiqamətlərinə və iştirakımızla həyata keçirilən beynəlxalq layihələrdə işləyə biləcək layiqli kadrlar hazırlayaq. Digər tərəfdən yalnız texnologiyaların arxasınca qaçmaqla da böyük uğur qazanmaq mümkün deyil.  Texnologiyalar tez-tez dəyişir və dəyişən texnoloji tələblərə uyğun, hər ilin sonu  universitetdə yeni laboratoriyalar yarada bilmərik. Buna nə vəsaitimiz çatar, nə də zamanımız. Bunun üçün fundamental biliklərin verilməsi universitetlərdə prioritet istiqamət kimi saxlanılmalı, Ölkəmizin prioritet istiqamətləri ciddi nəzərə alınmalıdır. 

Dil  bilgisinin əhəmiyyətindən  danışan Mustafa müəllim bu gün ingilis dilli ixtisaslara tələbatın artdığını  deyir:

-Biz fundamental və dil biliklərinin verilməsi üzərində də çalışmalıyıq.   Bu gün ingilis dilini bilməyən tələbə araşdırmalar aparıb texnologiyaları öyrənə bilməz. Gənclərimizə ingilis dilini mükəmməl səviyyədə öyrənməyi tövsiyə etməliyik. Cari ilin aprel ayının 22-də “BP”, British Council  və ADNSU arasında üçtərəfli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, bu ilin may ayının 1-dən ADNSU-nun ştatda olan 35 nəfər ingilis dili və 55 nəfər ixtisas (texniki) fənləri tədris edən müəllimlərin ingilis dilində tədrisin aparılması üçün yenidən, ən yüksək tələblərə cavab verən səviyyədə hazırlanmasına başlanılmışdır. “BP”-nin sponsorluq etdiyi layihənin ikinci fazasında (2020-ci ilin yanvarından), layihə çərçivəsində hazırlanmış ADNSU müəllim-ekspertlər, yenə də “BP”-nin maliyyəsi ilə, 200 nəfər ADNSU tələbəsinə, magistrına və doktorantına nəinki adi ingilis dilini, həmçinin texniki ingilis dilini də ən müasir tələblərə cavab verən səviyyədə öyrədəcəklər. Bu isə ölkədə görülən işlərin nəticəsidir. Bu gün “BP” ölkədə təhsil sahəsindəki işlərə inanıb universitetlərə dəstək göstərməsəydi belə layihələrin icrası mümkün olmazdı. Biz hazırda universitet olaraq 23 ixtisas üzrə ingilis dilində tədris aparırıq. 2018/19  tədris ilində DİM keçirdiyi qəbul imtahanlarında yüksək ballar toplamış abituriyentlər məmnuniyyətlə ingilis dilində tədris aparılacaq ixtisaslara üstünlük vermişdir. Məhz bu il, ilk dəfə olaraq, qəbul zamanı ADNSU-da ingilis bölməsində  təhsil alan tələbələrin sayı rus bölməsində təhsil alan tələbələrin sayından artıq olmuşdur. Orta məktəblərin rus bölmələrini bitirən abituriyentlərinin yarıdan çoxu bizim universiteti seçərkən ingilis bölmələrində təhsil almağa üstünlük vermişlər. Bu bir tərəfdən bizi sevindirir, digər tərəfdən məsuliyyətimizi artırır. Bizim I kursda 8 ixtisas üzrə ingilis dilində tədris alan tələbələrimizin Dövlət İmtahan Mərkəzinin keçirdiyi mərkəzləşdirilmiş imtahanlardan qazandığı keçid balı 600-dən yuxarıdır. Hazırda,  qeyri neft sektoruna aid olan texniki ixtisaslar üzrə təhsil alan  tələbələr  böyük  nailiyyətlər  qazanırlar. Bu ölkəmizdə aparılan siyasətin uğurudur. Burada startap hərəkatının ölkəmizdə geniş vüsət aldığını, müasir, innovativ düşüncəli gəncliyin yarandığını xüsusi vurğulamaq istərdim. İndi universitetlərimiz geniş dünya görüşünə malik olan kiçik və orta  sahibkarlar ordusunun yaranmasına töhfə verməyi qarşılarına məqsəd qoyurlar. 

Həmişə olduğu kimi, bu gün də ölkəmizdə, tələbələrin rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə mühüm addımlar atılır. Cənab Prezidentin sərəncamı ilə, bütün tələbə təqaüdləri orta hesabla 20% -dən artıq artırıldı, bununla yanaşı tələbələrə 16 min əlavə təqaüdün verilməsi ilə bağlı qərar verildi və uğurla icra olundu. Yalnız bizim universitetimizdə 1033(bir min otuz üç nəfər) tələbəyə mart ayının 1-dən əlavə təqaüdlər hesablandı. Xüsusi qeyd etmək istəyirəm ki, bu təqaüdlərin bir çoxu əlaçı  və zərbəçi təqaüdləridir. Bu təqaüdlərə görə tələbələrimiz adından cənab Prezidentə xüsusi təşəkkür bildirmək istərdim. Belə ki, bizim universitetimizdə tələbələr arasında təqaüd qazanmaq yolunda sağlam rəqabət o qədər yüksəlmişdi ki, imtahan sessiyasının yekunlarına görə ortalama balı  93 (100 ballı qiymətləndirmə şkalası ilə) olan tələbələrimiz də bəzən təqaüd qazana bilmirdilər. Məlum sərəncamdan sonra bu çətinlik aradan qaldırıldı, çünki, bu təqaüdlər ixtisasa deyil uğur qazanan tələbələrə verildi. Son illərdə gəncliyin inkişafı ilə bağlı ölkəmizdə onlarla sərəncamlar və proqramlar qəbul edilmişdir, lakin mən Ölkə başçımızın təşəbbüsü ilə qəbul olunmuş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ilə bağlı bir neçə məqama toxunmaq istərdim. 2018-ci il noyabrın 16-da qəbul olunmuş bu proqramda ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılması ilə bağlı  iki əsas istiqamət var:

Birinci istiqamət, Dövlət Proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 (beş) beynəlxalq ikili diplom proqramının təsis olunması;
ikinci istiqamət, Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə doktorantura səviyyəsi üzrə yüksək reytinqli xarici ali təhsil müəssisələrində və xüsusi ixtisaslaşmış elm-təhsil mərkəzlərində təhsilin maliyyələşdirilməsinin təşkili;
Dövlət proqramına əsasən, 2019-2023-cü illər ərzində  Azərbaycan gəncləri dünyanın aparıcı universitetlərində doktorantura təhsili almaq hüququ qazandığı təqdirdə dövlət tərəfindən onlara tam maliyyə dəstəyi göstərilir. Bu Azərbaycanda fəaliyyət göstərən universitetlər üçün çox vacib layihədir. Dövlət proqramının icrası nəticəsində yüzlərlə gəncimiz yüksək səviyyəli elmi məktəb keçəcəklər. Yekunda, gənclərimiz Azərbaycan universitetlərinə dönərək nəinki öz elmi fəaliyyətlərini davam etdirəcəklər, həmçinin iki universitet və ya elmi laboratoriya arasında yeni layihələrin hazırlanmasına və icrasına yardım edəcəklər. Bununla da yeni elmi mühitin formalaşdırılması təmin ediləcəkdir.
Oxşar xəbərlər
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
GÜNLÜK
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR