Onun qəlbində hər kəsə yer var - Professor Qara Məşədiyevin həyat cizgiləri
Oxunub: 1605
15 May 2019 | 12:46
Onun qəlbində hər kəsə yer var  - Professor Qara Məşədiyevin həyat cizgiləri
Gələcəyi düşünən, həyatın kələ-kötür yollarını büdrəmədən keçmək istəyən hər bir gəncin bu yolların çox hissəsini geridə qoymuş, çətinliklərini yaşamış, uğurlarını görmüş, öz ömrü ilə başqalarına nümunə ola biləcək insanların məsləhətlərinə ehtiyacı var. Belələrini Müəllim də adlandırırlar, Himayədar da,  İdeal da... 

Mən də taleyimdə öz yeri olan, daim məsləhət aldığım, rəyinə dəyər verdiyim müdrik bir insan haqqında söz açmaq istəyirəm. Səksən yaşını qeyd edən yaxın qohumum, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun “Müasir Azərbaycan dili” şöbəsinin baş elmi işçisi, Milli Məclisin yanında Toponimiya komissiyasının daimi üzvü, filologiya elmləri doktoru, professor Qara Məşədiyev haqqında... 

Onun elm və təhsil sahəsindəki peşəkarlığından, uğur və nailiyyətlərindən danışmayacağam. Bu barədə uzun illər çiyin-çiyinə çalışdığı tanınmış həmkarları, elm və təhsil xadimləri yetərincə  geniş və peşəkarcasına yazıblar... Mənim məqsədim başqadır: mən onun insanlıq xüsusiyyətlərindən, əziz bir qohum kimi həyatımdakı rolundan bəhs edəcəyəm...

 ***
Xasiyyətcə tez-tələsik qərar qəbul etməyi və işə başlamağı sevən adam deyiləm. Hər hansı addımı atmamışdan qabaq hər şeyi yaxşıca ölçüb-biçməyə çalışıram. Daim atamla, əmilərimlə məsləhətləşmişəm. Ağıllı sözü, məsləhəti, necə deyərlər, yaddaşıma həkk etmişəm. Qara müəllim də mənim üçün belə söz, hikmət sahiblərindən biridir. 
Biz onunla eyni nəsildən-kökdən olsaq da, ayrı-ayrı kəndlərdə yaşayırdıq. Amma  babamdan, atamdan hər zaman haqqında xoş, səmimi sözlər eşidərdim.  Bəlkə elə buna görədir ki, uşaqlıqdan Qara müəllimə qəlbimdə dərin hörmət və ehtiram yaranmışdı. Üzünü hələ görmədiyim vaxtlarda belə, dünyagörüşü formalaşmamış, həyatın gerçəklərindən xəbərsiz bir yeniyetmə kimi mən onu özüm üçün örnək seçmişdim. Həmin dövrdə  zəhmətkeşliyi, işgüzarlığı, təhsilə bağlılığı ilə Gəncənin və xüsusən də, paytaxt Bakının  şəhər həyatında öz cığırını tapmağı bacaran qohumlar, tanışlar, həmkəndlilər bizim üçün bir nümunə idilər. Qohum-əqraba arasında belələri az deyildi, xüsusən də texniki ixtisas sahibləri... Lakin mən humanitar sahəyə meyilli olduğumdan Qara müəllimi özümə yaxın bilirdim.  Bir az irəli gedib deyim ki, xasiyyətimiz də tutur. O da tələsik qərarları sevməyən, ehtiyatlı və təmkinli, yumor hissi olan çox nikbin adamdır.  Mənim ən çox xoşuma gələn isə hər hansı mübahisədə həmişə kompromis tapmağı və məsələni yoluna qoymaq üçün müdrik qərarlar verməyi bacarmasıdır.  Qara müəllim həm də səxavəti, xeyirxahlığı, qonaqpərvərliyi ilə tanınır. Bax, buna görə də hamını başına yığa bilir. Təsadüfi və təəccüblü deyil ki, tək mən yox, neçə-neçə başqası da onu özünə müəllim, himayədar, bələdçi hesab edir. Yaddaşıma həmişəlik həkk olunmuş bir neçə epizod var ki, məncə, bunlar yubilyarın portretini tamamlayan cizgilər sayıla bilər.   
    
  ***
Düz beş il keçsə də, elə bil dünən olub. 2014-cü ilin aprel ayında Qara müəllimin 75 illiyi ilə əlaqədar film hazırlayan çəkiliş qrupu ilə birlikdə Bakıdan onun doğma kəndinə - Gədəbəyin Şınıx mahalındakı Düzrəsulluya gedirdik. Yubilyardan başqa dəstəmizə müxtəlif nəşrlərdən jurnalistlər də qoşulmuşdular. Bir az yorulmuş və yügülcə mürgü vuran qonaqlarımız maşınlar düzəngahdakı Şəmkirlə dağlıq Gədəbəy arasında bir növ sərhəd olan məşhur dolamalara çatanda sanki yuxudan ayıldılar. Yaşıl xalıya bürünmüş dağlara, dərələrə, üfüqədək uzanan füsunkar mənzərəyə kim biganə qala bilərdi?! Adamı bihuş edən dağ havasından cana gələn hər kəs maşınların şüşəsi arxasından bu gözəlliyi seyr edirdi.  

Gədəbəyin kəndlərini bir-bir keçirik: Xar-xar, Zəhmət, mənim doğma Slavyankam, Maarif... Fikir verirəm – yaşayış məntəqələri arasında məsafə nə qədər qısalıb, bəzi yerlərdə bir-birinə birləşiblər, yol göstərən lövhələr olmasa, yad adam hansı kənddən keçdiyini çətin anlayar... Maarif kəndinə təzəcə girmişdik ki, Qara müəllim yoldan o qədər də uzaq məsafədə olmayan köhnə tikilini əli göstərib maşını saxlmağı xahiş etdi: - İnstitutu bitirdikdən sonra  ilk dəfə işə başladığım, əmək kitabçamda ilk sətirlərin yazıldığı məktəbdi bu, - bir az həyəcanla dedi, - gəlin, yaxınına gedək...

Köhnə məktəbin yanında iki kənd adamı dayanıb söhbətləşirdi. Onlara yaxınlaşdığımızı hiss edib çevrildilər və onlardan biri diqqətlə gələnləri seyr edib qəfildən səsini qaldırdı: “Ayə, məncə, bu Qara müəllimdi, Məşədiyev Qara... Yadındadı, 35-40 il əvvəl bizə alman dilidən dərs deyirdi”. Xoş mənzərə idi. Gör, neçə illər keçib, amma kənddə ilk rastımıza çıxanlar Qara müəllimi tanıdılar. Xatirələr dilə gəldi... Ötən illəri yada saldılar. Söhbət qızışdı, əhval-ruhiyyə yüksəldi. İş həyatına başladığı məktəbin həyətində, kəndin küçələrində gəzərkən Qara müəllimin necə qəhərləndiyini gördüm. Hətta gözlərinin nəmini bir neçə dəfə xəlvətcə dəsmalla sildi də...

***
...Beş il əvvəl Maarifdəki görüş mənim yaddaşımda bu kəndlə, Qara müəllimlə bağlı başqa bir səhnəni də yenidən canlandırdı. Bu, uşaqlığımın xoş bir xatirəsidi... 

İndi deyəcəklərim yaşlı birisinin “eh, bizim vaxtımızda...” eyhamı ilə köhnə əyyamların xiffətini eləməsi kimi anlaşılmasın. Hər kəsin öz xatirəsi var, yada düşəndə bəzən hisslərini cilovlaya bilmirsən. 
Dəqiq yadımda deyil, 11 və ya 12 yaşım olardı, Slavyanka kəndinin gənc rus dili və ədəbiyyatı müəllimi olan əmim Zirəddin Məmmədov, adətinə xilaf,  evə bir qədər erkən gəldi və məndən zəhmlə soruşdu: “Dərslərini hazırlamısan?” Sual həmişəki kimi o qədər sərt idi ki, bütün dərslərimi bildiyimə baxmayaraq,  hər gün təkrarlanan ciddi mini-imtahanın xofu basdı məni. Amma əmim qəfildən dedi: “Hazırlaş, Yaqut bibigilə gedirik”. Sevincimin həddi-hüdudu yox idi. Yaqut bibim bir müddət əvvəl qonşu Maarif kəndinə təyinatla gəlmiş müəllimə ərə getmişdi.  Ərinin adı Qara idi və bizim qohumumuzdu. Anlaya bilmirdim, niyə onu belə çağırırlar və o zaman  təsəvvürümdə yaratdığım qara adamı şəxsən görməyi çox istəyirdim. Şər qarışanda əmim atını yəhərlədi və bir cürdək də ev çaxırı götürərək məni tərkinə aldı. Biz gənc mütəxəssis – kənd müəllimi Qara Məşədiyevgilə yola düşdük. Mənim təsəvvür etdiyimin əksinə olaraq, bizi nur çöhrəli, xoşxasiyyət və ünsiyyətcil köhnə qohumumuz, təzə kürəkənimiz gülər üzlə qarşıladı. Bu işıqlı insanla ilk tanışlığım belə baş tutdu.
Böyüklərin söhbəti gecəyarısınadək uzandı. Onların yaxın-uzaq qohumlar, iş yoldaşları, dostları haqqında canınyananlıqla danışmaları, hər birinin dərd-sərindən xəbərdar olmaları, xoş sədalarından ürək açıqlığı ilə söz açmaları, doğma yurda bağlılıqları mənim üçün bir dərs idi... Həmin vaxtdan çox illər keçib. Maarif kənd orta məktəbində müəllimliyə başladığı vaxtan ötən 50 ildə Qara müəllim çətin və gərgin, eyni zamanda, məhsuldar, zəngin, maraqlı və şərəfli əmək yolu keçib.    
***
Bizim növbəti görüşümüz 1974-cü ildə, mən orta məktəbi bitirib Bakıya gələrək, sənədlərimi Azərbaycan Dövlət Uniersitetinin Hüquq fakültəsinə verəndə oldu. Hüquq-mühafizə orqanlarında işləməyi çox istəyirdim, müstəntiq olmaq arzusundaydım. Qohumlarla görüşümüz sevindirici olsa da, nəticəsi məni xeyli kədərləndirdi. Hüquqa pulsuz və tapşırıqsız girməyin mümkünsüzlüyünü əsas gətirən “ailə şurası” mənim planlarıma dəyişiklik eləməyi qərara aldı. Qara müəllimin rəyinin həlledici rol oynadığı qənaətin nəticəsi belə oldu ki, mən sənədlərimi geri götürüb, respublikadankənar təhsil üçün Moskva Dövlət Universitetinin Klassik filologiya fükültəsinə verdim. Sərt rəqabətin getdiyi dörd imtahandan sonra Azərbaycana ayrılmış 1 yerə  70-80 adam arasından 4 iddiaçı qaldı. Onlardan biri də mən idim. Moskvaya ən yüksək qiymət almış bir qızı göndərdilər, biz - qalan üç nəfər isə imtahansız ADU-nun Filologiya fakültəsinə qəbul edildik. Bu, mənim ürəyimcə deyildi, burada oxumaqdan imtina eləməyi düşünürdüm. Amma Oqtay əmim sənədlərimi geri götürməyə imkan vermədi, “kim bilir, gələn il necə olacaq”, - deyib məni inandırdı. Qara müəllim də onu dəstəklədi. Mənim elmə-biliyə həvəsim, çalışqanlığım onun xoşuna gəlirdi. Sözün düzü, qərar qəbul etməyimə də məhz Qara müəllimin məsləhət və tövsiyələri ciddi təsir göstərdi. Üstəlik, onun təkidi ilə Bakıya köçdüm. Mənim şəhər qeydiyyatına düşməyimə, işə düzəlməyimə kömək elədi, hər bir gəncin həyatında ən əsas məsələ olan ailə qurmaqda da yardımını əsirgəmədi. Elə həmin vaxtdan Qara müəllim şad gündə də, dar gündə də yanımdadı. Mən bütün mühüm qərarlarımı onunla razılaşdırıram. Hətta mənə nə deyəcəyini irəlicədən bilsəm də, qərarımın düzgünlüyünə bir daha əmin olmaq üçün rəyini soruşuram. 

Bu gün, 80 yaşında da o, yenə öz qohumları və həmkarları arasında böyük nüfuz sahibidir. Evi həmişə qonaq-qaralıdır, əvvəlki tək yenə məsləhət və kömək üçün Qara müəllimə müraciət edirlər. Bilirlər ki, onun qəlbində hər kəsə yer var. Mən təsadüfi demədim ki, qabaqlar insanların daha xeyirxah və  mərhəmətli, qohumluq əlaqələrinin daha səmimi, görüşlərin daha çox və təmənnasız olması barədə sözlərim yaşlı adamın deyingənliyi kimi qəbul edilməsin. Bu gün ən yaxın adamları belə bir-birindən biganəlik divarı ayırır, münasibətlər isə əvvəlki istiliyini itirib. Mənim bəxtim gətirib ki, yanımda hər zaman Qara müəllim kimi bir insanı, işıqlı, müdrik şəxsiyyəti görmüşəm. Aramızda 20 yaş fərq olsa da, biz dostduq. Həyatı necə yaşamağı, böyüklərimizin ənələrinə hörmət eləməyi, xeyrxah işlər görməyi və qohumluq əlaqələrini möhkəm saxlamağı belə ağsaqqallardan öyrənməliyik. 

Xanlar MƏMMƏDOV,
Əməkdar mədəniyyət işçisi
Oxşar xəbərlər
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
GÜNLÜK
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 15:40
Fələstin “kola”sı dünyanı fəth edir...-FOTOLAR
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 15:36
Bu gün Azərbaycanda Elm Günüdür...