“Muzey sənəti gələcək nəsillərin formalaşmasında böyük əhəmiyyətə malikdir”
Mayın 18-i Beynəlxalq Muzeylər Günüdür.
Ölkəmizdə muzey sənətinin
mövcud durumu nə dərəcədə qənaətbəxşdir? Muzeylər xalqın mədəni həyatında nə
kimi rol oynayır?
Moderator.az-a açıqlama
verən Beynəlxalq Muzeylər Şurasının üzvü, görkəmli kinorejissor,
professor Cəmil Quliyev ölkəmizdə muzey sənətinin inkişafı istiqamətində
ciddi addımların atıldığına diqqət çəkdi:
“Muzey işi, muzey sənəti elə
bir məfhumdur ki, o, daim inkişaf edir. Nə qədər bəşəriyyət var, bu müddət ərzində
yeni muzeylər açılacaq, yeni muzeylərə ehtiyac duyulacaq.
Bu gün Azərbaycanda çox
unikal muzeylər var. Mən Heydər Əliyev Mərkəzini xüsusilə qeyd etmək istəyirəm.
Orada çox unikal Heydər Əliyev Muzeyi yaradılıb. Xalça Muzeyi də qiymtəli bir
muzeydir. Bu muzey yüksək səviyyədə bərpa edilib. Eyni zamanda, Qobustan
qoruğunu da qeyd etmək istəyirəm. Orada da unikal bir muzey var.
Atəşgahda, Qala abidə
kompleksində də belə muzeylər var. Bizdə yüksək səviyyəli muzeylər çoxdur. Ümid
edirəm ki, gələcək də yeni muzeylər
açılacaq.
Muzey bir mədəniyyət, bir
tarixdir. Muzey keçmişə hörət və ehtirtamdır. Muzey işi, muzey sənəti gələcək nəsillərin
formalaşmasında, inkişafında çox böyük əhəmiyyət kəsb edir. Mən Beynəlxalq
Muzeylər Şurasının üzvü kimi çox sevinirəm ki, Azərbaycanda muzeylər inkişaf
edir, fəaliyyətdədir. Bütün bunlar onu göstərir ki, ölkəmizdə muzey işinə çox
böyük diqqət və məhəbbət var. Arzu edirəm ki, gənclərimiz muzeylərə getsinlər,
bizim tariximiz, mədəniyyətimizlə yaxından ünsiyyətdə olsunlar”.
Seymur ƏLİYEV
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247