“Sözümün canı ondadır ki,  Xalq Hərəkatının maddi bəhrəsini oliqarxlar yeyir…”
Köşə
Oxunub: 4726
01 May 2019 | 12:38
“Sözümün canı ondadır ki,  Xalq Hərəkatının maddi bəhrəsini oliqarxlar yeyir…”
Bir müddət öncə bəndənizin  “Azərbaycanda xalq hərəkatı yox, oliqarx hərəkatı olub və var…” (//www.moderator.az/news/267186.html ) başlıqlı köşə yazısının əksəriyyət tərəfindən tələsik, təhlil olunmadan oxunmuş cəmi 3 cümləsi  1988-1992-ci illərdəki proseslərin fəal iştirakçısı olmuş bir sıra insanların qəlbinə toxunub.  Xüsusən, həm müstəqilliyimiz, həm də ərazi bütövlüyümüz uğrundakı mübarizədə böyük mərhumiyyətlərə məruz qalmış, bu yaxınlarda qardaşını da itirmiş(Allah rəhmət eləsin!)  Qarabağ qazisi, keçmiş tabor komandiri, hazırda məcburi köçkün müəllim Vaqif Əlisoyun telefonda  söylədiyi kövrək fikirlər çox təsirli oldu…  Elə həmin yazının sonundakı qeydimdə oradakı fikirlərin geniş şərhini yazacağıma söz verdiyimdən dəyərli oxucuları bir daha bu mövzuda narahat etməli oluram. Xahiş edirəm, diqqətlə oxuyun və yenə də öz fikirlərinizi bildirin…  

***

Öncə bildirim ki,  bəhs edilən  kiçik tezis- yazının 3-cü, yəni sonuncu cümləsində  Hərəkat iştirakçılarına xitabən demişəm:  “Allah həmin Hərəkatda ixlaslı, səmimi mübarizə apararaq gerçəkdən xalq, Vətən yolunda həlak olmuş oğul-qızlarımıza rəhmət etsin, sağ qalanlara qüvvət versin…”  

İkincisi, bilməyənlər bilsin ki,  bəndəniz də müzakirə obyektimiz olan Hərəkatın meydanlarında, səngərlərində, zindanlarında az-çox və heç bir təmənna, hakimiyyət, vəzifə güdmədən əziyyət çəkənlərdəndir. Bunun sübutu onun bu günkü gerçək gün-güzəranıdır... 

***

Tərif üçün yox, fakt üçün deyirəm.  Bu gün nazirliklərimiz, icra hakimiyyətlərimiz və s. üzərində dalğalanan Azərbaycan bayrağı üstündə mübahisə etdiyim  işğalçı sovet ordusu əsgərlərinin fitvasıyla  Azərbaycan milisi tərəfindən sutkalarla həbsə məhkum edilmişəm... 1988-ci ilin noyabrında ardıcıl 10 gecə Meydanda qalmışam... Və  təbii ki, bu cür, bundan çox zəhmət çəkən yüz minlərimiz var...

***

Mərhum Elçibəyin yaxın qohumu və cangüdəni, dəfələrlə çörək kəsdiyimiz, dərdləşdiyimiz, birgə tədbirlərə qatıldığımız  Mərdan bəy bəndənizi hələ tələbəlik illərindən yaxşı tanıyır və hansı xarakterə malik olduğumu gözəl bilir. Hərəkat liderlərindən İsa Qəmbərlə jurnalist kimi, Arif Paşa ilə  həm yazar, həm dost kimi yaxın ünsiyyətimiz olub. Sonra da İsgəndər Həmidov, Vaqif Əlisoyla da yaxın tanışlığımız yaranıb.  Onlarla Bakıda,  Əbülfəz bəyin  özü ilə isə 1994-cü ildə Kələkidə xalq hərəkatı, Qarabağ, hakimiyyət və digər mövzularda xeyli söhbətlərimiz, müsahibələrimiz olub. İqtidarın keçmiş və indiki nümayəndələri arasında da  ünsiyyətdə olduğum adamlar xeylidir. Yəni bu günədək istər o vaxtkı Hərəkat, istərsə də indiki hakimiyyət dairəsində, ən azı, bölgə səviyyəsində önə çıxmaq, vəzifəyə, karyeraya, var-dövlətə yiyələnmək üçün yetərli qədər şanslarım da olub.  Amma bu günədək heç bir kəsi, heç bir partiya, cəmiyyət və hərəkatı ideallaşdırmaq, bütləşdirmək, onların diqtəsi ilə hərəkət etmək tərəfdarı olmamışam. Bunları sadalamaqda məqsədim odur ki, bu və əvvəlki yazılarımda söylədiyim fikirlər boşundan və yaxud kiminsə, hansı qrupunsa sifarişi ilə yaranmayıb, hamısı - Allaha inancım və  mövcud iqtisadi-siyasi gerçəklik işığında zehnimdə apardığım özəl təhlillərimin məhsuludur...

***

1988-ci ildən bəriki  proseslərə qatılmış  yüz minlərdən biri kimi  zəhmətkeş, halal hərəkat öndərləri və sadə iştirakçılara,  eləcə də bütün belə vətəndaşlara öz kiçik zəhmətimi halal edirəm. Amma bu gün  üçrəngli bayrağımız, gerbimiz altında  min hoqqalardan çıxıb ölkənin milyonlarını, sərvətlərini talayan “demokrat” oliqarxlara Meydandakı bir “Azadlıq”, “Qarabağ” hayqırtımı da, ermənilərlə üzbəüz sərhədlərimizdəki, səngərlərimizdəki bircə anlıq duruşumu da halal etmirəm... Bilirəm ki, çoxunuz da bu düşüncədəsiniz... 

***

Soydaşlar, qardaşlar, o yazımdakı başlığı da, o 3 cümləni də meydana çıxaran məhz bu müştərək yanğımızdır. Elə sözümün canı da ondadır ki, bizim o hərəkatdakı, meydanlardakı, səngərlərdəki zəhmətimizin, əziyyətimizin maddi-siyasi bəhrəsini transmilli super oliqarxlar və onların ölkəmizdəki nökərləri olan anti-milli bala oliqarxlar yeyib və yeyir.  O dövrdə Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı uğrunda  səmimi, təmənnasız mübarizə aparan insanlara qalan isə çağdaş dünyanın, o cümlədən Qərbin ən arxa plana atdığı mənəvi-ideoloji bəhrədir. Yəni,  beynəlxalq sənədlərdəki hüquqi müstəqilliyimiz,  milli ordumuz, himnimiz, qerbimiz, konstitusiyamız, milli manatımızın və s. varlığı... 

***

Bu gün bizim üçün azadlıq uğrunda mübarizəmizin nəticəsi olan milli dövlətçilik atributları, milli dəyərlər qürur mənbəyidirsə, oliqarxlar, korrupsioner məmurlar üçün bir şirmadır, bir vasitədir. Yəni belələri üçün fərqi yoxdur, Azərbaycan müstəqil olsun, ya olmasın, Bakı, ya Moskvaya tabe olsun, ya Londona, Təl-Əvivə, yaxud Vaşinqtona. Təki, onların yeyib-dağıtmaq, varlanmaq azadlığı təmin edilsin. Sabah, min ağac iraq, Bakıda rus İvanov, hətta erməni Köçəryan hakimiyyətdə olsa və eyni şəraiti yaratsa, bu manqurt, anti-milli “elita” onlara da baş əyib, yaltaqlanıb yeyib-dağıtmaqlarını davam etdirəcək...  Dünənki “KQB”-partiya sisteminin “şinelindən çıxmış”  bu günkü iri və orta oliqarxlar özləri və ya ata-babaları 30 il öncəki hərəkata yüksək səviyyədə dəstək verməklə məhz indiki rüşvət almaq, dövlət büdcəsini korrupsiya yolu ilə talamaq azadlıqlarını düşünüblər... Dünən Moskvanın, Mərkəzi Komitənin, “NKVD”-nin, “KQB”-nin qorxusundan sərbəst, azad şəkildə rüşvətxorluq edib, xalqı talayıb neçə-neçə avtomobil, ev ala bilməyənlər, villa yapa bilməyənlər, dollara belə qorxa-qorxa toxunanlar müstəqillik əldə edildikdən sonra bütün bunlara, yəni şəxsi nəfslərinə azadlıq qazandılar, üstəlik, xarici ölkələrdə banklarda hesab, villa, şirkət, otel, ada və s. sahibi oldular. Nələr getdi, nələr daşındı,  nələr talandı bu 28 ildə? Elə yalnız keçmiş MTN-çi oliqarxların ölkədən talayıb daşıdığı yüz milyonları, bəlkə də milyardları misal çəkmək kifayətdir. Sovet dövründə Azərbaycanın hər hansı təhlükəsizlik və ya hüquq-mühafizə qurumunun rəhbəri bu  məbləğdə yeyinti edə bilərdimi?.. Amma bu niyyətdə olanlar müstəqillik dövründə yaranmış şəraitdən məharətlə yararlandılar. Hərəkatın səmimi, təmənnasız, həm də fəal iştirakçılarıysa malik olduqları peşə, ixtisas üzrə işləyib ala bildikləri halal, amma cüzi maaşla heç bir koma da tikə bilmədilər özlərinə, heç bəzilərinə siyasi mövqeyinə görə adi sürücülük, mühafizəçi işi də verilmədi, xaricdə iş axtarmağa məcbur oldular... Bax, bunlardır, bizləri, bəndənizi yandıran... 

***


Yəni, həqiri-bəndəniz əsla bu Hərəkatda saf, dürüst savaş aparmış hər hansı liderin arxasında hansısa oliqarxın dayandığını demək istəməmişəm...


***

Bəlkə milli azadlıq, müstəqillik, Qarabağ uğrunda təmənnasız mübarizə aparmış, sınmamış hansısa liderin və ya sıravi Meydan hərəkatçısının yuxarılara, oliqarxlara yarınmadan, daxildən və ya xaricdən qrant almadan, haram yollara qurşanmadan Vətənində maddi cəhətdən rahat, xoşbəxt həyat sürməsinə misal çəkəsiniz?..

***

Doğrudur, Allaha inanc, dinimiz, Qurani-Kərim baxımından yanaşdıqda əgər Vətən uğrunda təmənnasız zəhmət çəkmişiksə, onun nəticə və bəhrələrini də yalnız mənəvi baxımdan dəyərləndirməli və buna heyfsilənmədən “təki Allah bilsin, bəndə bilməsə də olar” deməliyik. Amma axı biz, ailəmiz, ata-anamız, övladlarımız bu dünyada da, ən azı, elementar həyat vasitələrinə sahib olaraq yaşamağı haqq edirik və həmin haqqımızı tələb etməliyik, bunun üçün mübarizə aparmalıyıq. Odur ki, dünyəvi, siyasi baxımdan yanaşdıqda sual olunur: niyə yüz minlərin, milyonların əziyyətinin bəhrəsini  tamahkarlar, özü də əclaf, anti-milli harın qurdlar rahatca həzmi-rabedən keçirməlidir...

*** 

O da var ki, Allah, dinimiz baxımından yanaşdıqda hərəkatın bu nəticələrə varmasında özümüzün də kifayət qədər günahı olub. Görünür, çoxumuz gərəyincə təmənnasız, ixlaslı, səmimi olmamışıq. Yumşaqlıq gərək olan yerdə radikallıq, kəskinlik lazım olan yerdə loyallıq, mərhəmət göstərmişik. Qarabağın, Azərbaycanın taleyi həll edildyi ən gərgin vaxtlarda erməni işğalına qarşı müəyyən uğurlar əldə etmiş siyasi hakimiyyətlə ortaq məxrəcə gələrək xalqın bütün gücünü imperiyalara, işğalçılara qarşı yönəltmək əvəzinə, Qərbin körüklədiyi xalq inqilabı” eyforiyası altında həmin hakimiyyəti nə yolla olursa-olsun yıxmağa tələsmişik.  Bəzən ad qazanmaq, posta, vəzifəyə, mandata yiyələnmək uğrunda mübarizədə biri-birimizin haqqını tapdamış, şöhrətpərəstlik, təkəbbürlülük nümayiş etdirmişik... 

***

Çoxumuz sovet dövründə İslamdan uzaq olduğumuzdan halal-haram bilməmişik, nə gəldi yeyib-içmişiik.  İstər siyasi, istər hərbi döyüş meydanına  “Allahu Əkbər!” “Ya Allah!” deyərək yox,  rus “vodka”sını, erməninin tut arağını başımıza çəkərək getmişik.... 

***

Və elə dinimizdən uzaqlığımızdan qaynaqlanan ən əsas mənfiliklərimizdən biri: biz millətçliyi, türkçülüyü öz dinimiz dəyərlərimizlə qovuşdurmaq əvəzinə, Qərbin əxlaqımıza uyğun gəlməyən dəyərsizlikləriylə sintez etmişik. Ona görə də bu gün türkçülüyü də, bozqurdçuluğu da gözdən salımışıq. Halbuki, qardaş Türkiyənin gerçək ülküçüləri də   türkçülüyü dinimiz İslamla üz-üzə qoymağın tərəfdarı olmayıblar. 

***
Biz özümüz və dostlarımız bu günah və xətaları görə bilməsək də, Yaradan görüb və  bizlərə hərəkatımızın, azı, 4-5 illik zəhmətimizin niyyətimizə əməlimizə uyğun bəhrəsini, nəticəsini verib. Yəni Allah qarşımıza öz günah əməllərimizlə dolayısıyla, bəzən isə birbaşa  enerji verdiyimiz tamahkarları, anti-milli yerli və xarici gücləri çıxarıb... 

***

Bütün sadalanan xüsusiyyətlərmizdən, üstəgəl agentura  “KQB”-“QRU”-“SRU” və s. agentura şəbəkələrindən ustalıqla bəhrələnən  düşmən güclər məhz bizlərin meydanlarda səngərlərdə xərclədiyimiz potensialı istismar etməklə planlarını icra edərək ölkəni, xalqı talamaq müstəqilliyi, azadlığı qazanıblar... 

***

Amma inanın ki, əgər əksəriyyətimiz milli azadlıq, Qarabağ uğrunda mübarizədə ixlaslı, imanlı, təmənnasız və təmkinli olsaydıq, anti-milli qüvvələr təşəbbüsü ələ ala bilməz və bu  gün qarşımızda tamamilə  başqa bir Azərbaycan olardı; korrupsionerlər, mənəviyyatsızlar, əxlaqsızlar barmaqla sayılar və torpaqlarımız bu miqyasda, bu müddətdə işğal altında qalmazdı. Nə yazıqlar ki, mövcud gerçəklikdə, SSRİ-nin amansız “37”, “41-45” dəzgahından keçib,  Allahsız, imansız  “kommunizm nağılı”nın beşiyindən birdən-birə Qərbin, ABŞ-ın yalançı, çoxüzlü, əxlaqsız “demokratiya”sının ağuşuna atılmış əzabkeş xalqdan bundan artığını gözləmək sadəlöhvlük olardı... 

***

Dəfələrlə demişik: 1988-1993-cü illərdə Azərbaycanda baş verən proseslərin aparıcı qüvvəsi  xalq kütlələri olsa da, əslində hərəkatı kənardan yönləndirən SSRİ-ni çökdürmək istəyən xarici super güclər, məhz transmilli super oliqarxlar və həmin dalğalar üzərində Azərbaycanda hakimiyyətə yiyələnməyə çalışan qüvvələr,  supergüclərə nökərçilik edən mikro oliqarxlar olub. Bunu həmin proseslərin nəticəsinin, yəni hərbi-siyasi, iqtisadi-siyasi və  maddi baxımdan qazananların kim olmasının məntiqi təhlili sübut edir. Yəni bəhs etdiyimiz proseslər bizim  qəlbimizdə, niyyətimizdə Xalq Hərəkatı, Milli Azadlıq Hərəkatı, düşmən güclərin nəzərində anti-milli oliqarx hərəkatı olub. Nəticədə mənəvi baxımdan biz, maddi, iqtisadi-siyasi baxımdan onlar qalib gəlib... 

***

Özümüzə toxtaqlıq vermək üçün 25 ildir deyirik: Azərbaycan xalqı 1988-1990-cı illərdəki milli azadlıq hərəkatına görə “ilin mübariz xalqı” elan olunub. Bu qaranlıqlar müvəqqətidir, biz yenə də torpaqlarımızı azad edib qalib gələcəyik...

***
 
Sual olunur: bəs hanı bizi “ən mübariz xalq” deyə qızışdıraraq Moskva tanklarının qarşısına  çıxartdırıb əzdirən və 20 Yanvar faciəsindən sonra “bu, SSRİ-nin daxili işidir” deyən çoxüzlülər? SSRİ dağıldı, Rusiyadan ayrıldıq- hüquqi müstəqillik qazandıq. Və bundan sonra Qarabağ-hüquqi-tarixi torpaqlarımızın 20 faizi işğal olundu. Bəs niyə bu gün həmin Amerika, Avropa bu mübariz xalqa dəstək verib torpaqlarının azad edilməsinə şərait yaratmır?.. 

***
Hanı 1988-ci ildə Azadlıq meydanındakı insanlara kabab, sosiska, meyvə, içki göndərtdirən “KQB”-partnomenklatura oliqarxları, tanınmış sənət, siyasət, din adamları? Haradadırlar? Niyə Şuşadakı bir neçə ağacın harayına yığışmış yüz minləri, 30 ilə yaxındır işğalda qalan o boyda Qarabağın harayına toplamırlar? Niyə ölkəni talayan, xalqın milli, dini mənəviyyatını məhv edən korrupsioner, əxlaqsızlar, “mavi”lər şəbəkəsinə qarşı cınqırlarını çıxarmırlar?..

***
Bilirsiz niyə? ABŞ, Avropa ona görə bizə dəstək vermir ki, artıq məqsədlərinə nail olublar: SSRİ, sosializm sistemi çöküb, dağılıb, onlar da neftdən-qazdan paylarını artıqlamasıyla alıblar, ölkədəki rus yazılarını ingilis yazılarıyla əvəz ediblər, geyim, davranış mədəniyyətimizi, əxlaqımızı öz mədəniyyətsizlikləri, əxlaqsızlıqlarına uyğunlaşdırıblar...
***

“Özümüzünkü”lər isə ona görə susurlar ki, onlar da niiyyətlərinə çatıblar. Dediyimiz kimi, dünən qorxa-qorxa talayanlara müstəqillik, azadlıq qazandırıblar? Qısası,  Azərbaycan xalqının toparlanıb ayağa qalxaraq Qarabağı azad etməsi, korrupsioner, “mavi”lər şəbəkəsindən  canını qurtarması nə xaricdəki, super güclərə, nə də onların daxildəki nökərlərinə sərf etmir... 

***

Məhz ona görə də dünən meydanda hayqıran “azadlıq aşiqləri”, hərəkat liderləri hesab edilən şəxslər bir yerə yığışıb bir 50 nəfərik də olsun “Xalq Hərəkatı” qura bilmirlər...

***

Bir də ki, Xalq Hərəkatına qarşı haqsızlığı bəndəniz etməyib- o hərəkatın içinə-başına yerləşib “KQB”-“QRU”, nə bilim, “SRU” agenturalarına xidmət edib xalqın enerjisini boşa xərclədənlər, Osmanlı qardaşlarımız demiş, kullandıranlar olub?

***

Bu gün bizə işğalçı, separatçı ermənilər Qarabağdan,  geylər, “mavi”lər, lesbiyanlar teleekranlardan, korrupsionerlər, rüşvətxorlar  nazirliklərdən, idarələrdən, icra hakimiyyətlərindən, məktəblərdən, xəstəxanalardan meydan oxuyursa, mandatlı, medallı “ziyalı”lar bütün bunları malalayıb, ütüləyib başımıza corab toxuyursa, biz necə mübarizik və bu xalq hərəkatının qalibi kimlərdir?.. 

***

Doğrudur, hər şeyi qara rəngdə də görmək olmaz: Şükür Allaha, Azərbaycan bir sıra maddi, zahiri cəhətlərdən 1988-1993-cü illərlə müqayisədə çox inkişaf edib. Qarabağı de-fakto itirdikdən sonra ölkədə hərbi-siyasi sabitlik yaranıb, yaxınlığımızda Suriya, İraq kimi digər müsəlman ölkələrindən fərqli olaraq ölkəmizdə xaos, vətəndaş qırğını yoxdur, başımıza gah ingilisin, gah yəhudinin, gah rusun bombaları yağmır. Bir tikə çörəyimizi çətinliklə də olsa, tapıb, başımızı bir komaya soxub yaşayırıq. Ancaq bu, o demək  deyil ki, kimlərsə bu sabitlikdən sui-istifadə edib üçrəngli bayrağımız altında hər birimizin  payı olan sərvətlərimizi, büdcəmizi kefi istədiyi kimi talayıb, xaricə daşıyıb ailəsini, tayfasını dolandırsın, biz də sakitcə baxaq, barmağımızı sümürək... 

***

Hər kəs öz şəxsi həyatından başlayaraq öncə öz nəfsi ilə, sonra da ətrafında haqqını tapdamağa cəhd edənlərlə inancımız və qanunlar çərçivəsində mübarizə aparmalıdır... 

***

Haqq, ədalət, Qarabağ uğrunda düzgün, dürüst, imanlı, halal mübarizə aparmaq üçün isə öncə Qərbin çoxüzlü dermokratiyasına yox, öz milli törələrimiz, dəyərlərimiz və inanc sistemimizə güvənməliyik, Quranımızı, bayrağımızı, mədəniyyətimizi, musiqimizi, ədəbiyyatımızı, geyim tərzimizi başımız üzərində tutmalıyıq. Amerika, Avropanın isə yalnız texnologiyaları və müəyyən qədər idarəçilik sistemlərindən yararlanmaq olar. Yoxsa onların abırsız-həyasız, cəmiyyəti gündən-günə leqal fahişəliyə, “mavi”liyə, əyyaşlığa, narkomanlığa sürükləyən, beynəlxalq idman tədbiri zamanı lütlənib eyvanlara çıxmalarıyla  gündəmə gələn “tolerant”, “multikultural” həyat tərzini nümunə kimi  xalqımıza sırımaq lazım deyil... 

***

Mübarizəmizi deyilən tərzdə aparsaq və nəticədə bir yumruq kimi səfərbər olunsaq, nə cinayətkar oliqarxların korrupsoner şəbəkəsi, nə də bizə təşkilatlanmağa imkan verməyən “KQB”-“QRU”-“SRU” agentura şəbəkələri, nə də işğalçı ermənilər qarşımızda dayana bilər. Əks halda köhnə “KQB” oyunçuları həm aşağıda, həm yuxarıda təzə oyunlarını davam etdirməklə anti-milli talançılara şərait yaradacaq...   

Allah Özü bizləri doğru, dürüst, imanlı HƏRƏKAT yoluna hidayət etsin!..

Sultan Laçın

Oxşar xəbərlər
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 11:25
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
28 Mar 2024 | 11:07
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”