Bakıda keçirilən Formula-1 yarışlarının ölkəmiz üçün idman əhəmiyyəti ilə yanaşı, həm də iqtisadi əhəmiyyətə malik olduğu şübhəsizdir. Bəs bu cür yarışlardan sonra həmin yarışların iqtisadi dəyərləndirlməsinin təşkilinə, gələcəkdə bu kimi yarışlardan daha artıq vəsaitin əldə edilməsi istqiamətində təhlillərin aparılmasına ehtiyac varmı?
Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov bu cür təhlillərin və araşdırmaların aparılmasının vacib olduğunu qeyd edib:
“Hər bir yarışın qiymətləndirilməsi çərçivəsində həm də onun iqtisadi baxımdan qiymətləndirilməsinə ehtiyac var. Həmin yarışın keçirilməsi üçün nə qədər vəsaitin xərclənməsinin, nə qədər gəlirin əldə edilməsinin müqayisəsi çox vacibdir. Xərc və gəlirin müqayisəsi nəticəsində bilmək olar ki, ölkə bu yarışın təşkilindən nə qədər qazanıb. Belə yarışların təşkili ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir. Rəsmi statistikaya görə Formula-1 gəlir əldə etməyə imkan verir.
Statistik məlumatlara görə, əvvəlki illərdə Formula-1 daha çox xərc tələb edirdi. Artıq o xərc çıxarıldığı üçün Formula-1 gəlirin əldə edilməsinə imkan yaradır. Formula-1-in xərc və gəlirlərinin qiymətləndirilməsi üçün bütün məlumatların əldə edilməsinə ehtiyac var.
Bakının daha çox məskunlaşdığını nəzərə alaraq təklif edirik ki, növbəti illərə Formula-1 yarışları ölkəmizdə keçirilərsə, o zaman bu yarış digər əksər ölkələrdə olduğu kimi paytaxtda deyil, paytaxtdadan kənarda təşkil olunsun. Biz Gəncə və Qəbələdə Formula-1-in keçrilməsi imkanlarını dəyərlndirmişik. Orada Formula-1 üçün tələb edilən maliyyə vəsaiti də böyük olmayacaq. Orada infrastrukturun sadəcə yarışa uyğunlaşdırılması tələb olunacaq.
Bu, Formula-1 vasitəsi ilə həmin bölgələrimizin tanıdılması baxımından da faydalı olar. Bu, regionalrın daha çox tanıdıımasına, ora daha çox turistin cəlbe dilməsinə imkan verəcək”.
Seymur ƏLİYEV