Xəbər lenti
05/07/2020 [20:41]:
“Mayor Platov” daha 12 il Kremldə oturacaq - Rus “çarı”nın qarşısında duran 3 seçim
05/07/2020 [20:35]:
190 manat veriləcək şəxslərin sayı AÇIQLANDI - VİDEO
05/07/2020 [20:27]:
“Forbes”: “Qafqazda dron müharibəsi olacaq”
05/07/2020 [20:15]:
Əməkdar artist uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib
05/07/2020 [19:40]:
Koronavirusa yoluxan alimin həyat yoldaşı da xəstəxanaya yerləşdirildi – YENİLƏNİB
05/07/2020 [19:36]:
Rusiya generalı erməniləri Qarabağdakı ağır məğlubiyyətdən necə xilas etdi - HƏRB TARİXİ
05/07/2020 [19:30]:
“Dörd-beş qəzetdən başqa bu gün ölkədə yazılı mətbuatı oxuyan yoxdur...”
05/07/2020 [19:26]:
"İrəvan xanlığının bayrağı döyüş bayrağı olduğuna görə ondan imtina etdik..."
05/07/2020 [19:11]:
ÜST daha bir preparatın kliniki testlərini dayandırıb
05/07/2020 [19:09]:
Azərbaycanda koronavirusa yoluxanların sayı 20 mini ötdü
05/07/2020 [19:05]:
“Fairmont Baku” otelində karantini pozanlar saxlanıldı - VİDEO
05/07/2020 [19:03]:
Ermənistandakı 102-ci bazada rus hərbçinin meyiti tapıldı...  
05/07/2020 [19:02]:
Konteyner qatarı Çindən Türkiyəyə rekord qısa müddətdə çatdırılıb
05/07/2020 [18:50]:
"Sobsan"boya fabrikində yenidən tüstüləmə başlayıb- Kəmaləddin Heydərov hadisə yerindədir
05/07/2020 [18:40]:
"Zakir Qaralov dedi ki, sizə kömək edərdim, amma maaşla dolanan adamlarıq..."
05/07/2020 [18:36]:
Azərbaycanda daha 523 nəfərdə koronavirus aşkarlandı – doqquz nəfər öldü + FOTO/VİDEO
05/07/2020 [18:20]:
Deputat onlayn qəbul keçirdi: Seçicilərini karantin rejiminin şərtlərinə əməl etməyə çağırdı
05/07/2020 [17:59]:
“Sobsan“ boya fabrikində baş verən yanğından FOTOREPORTAJ
05/07/2020 [17:54]:
BDU-nun daha bir tanınmış müəllimi vəfat edib - FOTO
05/07/2020 [17:43]:
“Sobsan”dakı yanğınla narkoloji dispanerdki yanğın arasında əlaqə var – ELMİ-LƏDUN...
05/07/2020 [17:36]:
Bakıda güclü yanğın başlayıb
05/07/2020 [17:17]:
Türkiyə Azərbaycana tibbi yardım göndərdi – Cihazlar, dərmanlar, qoruyucular + FOTOLAR
05/07/2020 [17:12]:
Cəmiyyətin təpkisi polisi hərəkətə keçirdi: “Fairmont”da "qulaqlama" əməliyyatı + VİDEO
05/07/2020 [16:54]:
“Qara Pantera”dan Vaşinqtona müharibə elanı: “Döyüş meydanından qarşımıza çıxın...”
05/07/2020 [16:46]:
Xaçmaz və Siyəzənin giriş-çıxışlarında müvəqqəti postlar quruldu
05/07/2020 [16:42]:
TƏBİB koronavirusa yoluxan alimlə bağlı məsələləri nəzarətə götürdü
05/07/2020 [16:35]:
ABŞ-da bir gündə 242 nəfər koronavirusdan öldü
05/07/2020 [16:35]:
Qənirə Paşayevdan növbəti xoş xəbər: "İdris Abbasov artıq "Yeni Klinika"dadır..."
05/07/2020 [16:26]:
"İnanıram ki, mәn mәğlub millәtin mәğlub şairi kimi dünyadan köçmәyәcәm..."
05/07/2020 [16:08]:
Bakının məşhur hotelində karantin qaydaları pozuldu - FOTO/VİDEO
05/07/2020 [16:03]:
Türkiyədə lunaparklar açılır
05/07/2020 [15:36]:
Bərdədə qanunsuz işləyən kafe sahibi həbs edildi
05/07/2020 [15:26]:
Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
05/07/2020 [15:24]:
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
05/07/2020 [15:00]:
Kəlbəcərin Qozlu kəndində küçələr  asfaltlanmağa başlandı...-FOTOLAR
05/07/2020 [14:44]:
"Öz-özümə düşünürdüm ki, Xudu Məmmədov hara, "Bakı" restoranı hara..."
05/07/2020 [14:38]:
BMU-da yaz imtahan sessiyası başa çatıb
05/07/2020 [14:29]:
Pandemiya keçmiş müdafiə nazirini canından artıq sevdiyi Azərbaycana həsrət qoyubmuş...
05/07/2020 [14:27]:
Qusara qanunsuz istirahətə gedənlər cərimələndi
05/07/2020 [14:25]:
Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir
05/07/2020 [14:17]:
Sabah Bakıda 37 dərəcə isti olacaq
05/07/2020 [14:12]:
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper...
05/07/2020 [14:00]:
Elektron icazə portalında problem yaranıb, sahibkarlar qeydiyyatdan keçə bilmir
05/07/2020 [13:33]:
Buffon yeni rekorda imza atdı
05/07/2020 [13:32]:
Daha bir rayon su böhranı ilə üz-üzədir
05/07/2020 [13:32]:
“Sobsan”dakı dəhşətli yanğından sonra nazirlik araşdırmalara başladı - RƏSMİ AÇIQLAMA
05/07/2020 [13:23]:
Çurbanovun “xüsusi” səlahiyyətləri, Andropovla Şelokovun çəkişməsi- külə dönən sənədlər...
05/07/2020 [13:14]:
DİM 2 və 3 iyulda keçirilən imtahanların nəticələrini açıqladı
05/07/2020 [13:13]:
Tənəffüs aparatına qoşulu qalmağın “lüksü” - Məclis həvəskarlarının diqqətinə!
05/07/2020 [13:01]:
Ona görə gənclərimiz Quba ilə Qubadlını səhv salır...
05/07/2020 [12:56]:
3M və ya VƏTƏNDAŞ ANLAYIŞI...
05/07/2020 [12:50]:
"Ümidləri neft-qaz satışından gələn gəlirlərə bağlamaq çox təhlükəlidir, biz yubanırıq..."
05/07/2020 [12:39]:
Vahid Əhmədov səhhətindəki problemlə bağlı Türkiyəyə aparılıb
05/07/2020 [12:30]:
“Qaçmamışam, huşumu itirmişdim"- 3 nəfərin ağır xəsarət almasına səbəb olan sürücü
05/07/2020 [12:24]:
TIR aşdı, içindəki 15 min toyuğun beş mini tələf oldu - VİDEO
05/07/2020 [12:22]:
Marsın ən böyük kraterinin görüntüləri heyran etdi - VİDEO
05/07/2020 [11:58]:
Braziliya millisinin keçmiş baş məşqçisi koronavirusa yoluxub
05/07/2020 [11:55]:
DYP: Xüsusi karantin rejimini pozan 1818 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
05/07/2020 [11:53]:
Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
05/07/2020 [11:48]:
Ermənistanda daha 706 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb
05/07/2020 [11:31]:
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
05/07/2020 [11:27]:
İldırım 150 illik məbədi külə çevirdi - VİDEO
05/07/2020 [11:25]:
Mayk Tayson görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi – FOTO
05/07/2020 [11:23]:
"Virusu son dövrdə yayan da, yayılmanı sürətləndirən də nevroz, qorxu, vahimədir"
05/07/2020 [11:21]:
Bakıda istirahət mərkəzində karantini pozan qadınlar saxlanıldı
05/07/2020 [11:17]:
"İyulda əhalini və sahibkarları dəstəkləmək üçün vəsait ayrılmasa, bunun bədəlini..."
05/07/2020 [10:40]:
Naftalanda ər arvadını öldürüb, ögey qızını ağır yaraladı - TƏFƏRRÜAT
05/07/2020 [10:32]:
“Diplomatiyadakı nailiyyətlərdə Azərbaycan diasporunun əhəmiyyətli rolu var”
05/07/2020 [10:29]:
Magistral yolda iki yük maşını toqquşub - FOTO/VİDEO
05/07/2020 [10:24]:
Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq edib
05/07/2020 [10:23]:
Gəlir vergisi tutulmayan ölkələr hansılardır?
05/07/2020 [10:00]:
Bu ilin üçüncü Ay tutulması sona çatıb
05/07/2020 [09:58]:
Naftalanda ana və qızını bıçaqlayan şəxs saxlanıldı
05/07/2020 [09:53]:
Türkiyə bizə meydan oxuyur - Afina
05/07/2020 [09:51]:
“Koronavirus ABŞ kəşfiyyatının ən böyük əməliyyatıdır” - SENSASİON İDDİA
05/07/2020 [09:42]:
Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır
05/07/2020 [09:41]:
Yaponiyada daşqınlar nəticəsində azı 18 nəfər həlak olub - FOTO
05/07/2020 [09:37]:
Atəşkəs rejimi 43 dəfə pozulub
05/07/2020 [09:35]:
Yaxın onillikdə ən çox yayılacaq kibertəhlükələr açıqlandı
05/07/2020 [09:08]:
Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını ağır yaralayıb
Bütün arxiv bir sırada
17/04/2019 [14:53] - Araşdırma - ( 2496 dəfə baxılıb)

Adıgözəl Məmmədovun Ramiz Mehdiyevin doğum günün həsr etdiyi yazı...



Bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ad günüdür.

Ramiz müəllimin  öz tədqiqatlarında Şah İsmayıl Xətaiyiyə və Səfəvilər dövlətinə  xüsusi önəm verərir. Bu baxımdan  tanınmış yazarımız, Prezident mükafatçısı, Adıgözəl Məmmədovun Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” yazısını oxuculara təqdim edirik.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ictimaiyyətə təqdim edilmiş “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” yazısı uzun müddət idi ki, məni çox düşündürürdü. Bu gün Azərbaycanımızın dünyada xüsusi yeri var və o, bir çox ölkələrin xarici siyasi kursuna və daxili siyasi tədbirlərinə təsir edə bilir, bir sıra dövlətlərə və onların iqtisadiyyatının inkişafında yardım göstərir. Bütün bunları Azərbaycanımızı sevməyən ölkələr də anlayır və bilirlər. Ona görə də hansısa yolla bölgədəki vəziyyəti dəyişmək istəyirlər. Son vaxtlar bu tendensiya daha çox ideoloji ekspansiyalar formasında həyata keçirilir. Bu özünü ictimai fikri formalaşdıran bəzi siyasət adamlarının çıxışları və onların tariximizi təhrif edən təbliğatları formasında daha çox özünü bürüzə verir. Acınacaqlı hal odur ki, bu vəziyyətlə ədəbi məfkurəlikdə də və incəsənət aləmində də tez-tez rastlaşırıq.
Azərbaycan türkləri ta qədimdən müəyyən intellektual və emosional keyfiyyətləri ilə fərqlənmişlər. Məhz bu qabiliyyətləri ilə Azərbaycan türkləri yeni ərazilərdə nəhəng dövlətlər ərsəyə gətirirdilər. Azərbaycan türkləri özləri üçün ictimai tərbiyə formasına çevrilən, çoxsaylı məziyyətlərə malik davranış normaları işləyib hazırlayırdılar. Türk hələ uşaqlıqdan dünya ilə ünsiyyətin prinsiplərinin məcmusunu əxz edir, vaxt ötdükcə bunları həyati davranış normalarına çevirir və yaşa dolduqca bu dəyərlər refleks şəklində onun şüurunda möhkəmlənirdi. Nəticədə genealoji olaraq beyin neyronlarında bütün toplananlar yeni nəsillərə ötürülürdü. Azərbaycan türklərinin dövlət təşkilatının hərbi-demokratik xarakteri bir sıra hallarda hakimiyyətin “mülki” və “hərbi” olaraq bölgüsünə gətirib çıxarmışdı. Xalq bu cəmiyyətdə bütün işlərdə başlıca təsirə malik idi və çoxluğun razılığı olmadan heç bir iş görülmürdü. Bütün bunlarla bərabər Azərbaycan türklərinin dövlətçilik ənənələrində dövlət başcısı mühüm qərarları cəmiyyətin demokratik təşkilinin vacib elementi olan məclislə məsləhətləşmələrdən sonra qəbul edirdi. Məsələn, Səfəvilərdən sonra hakimiyyəti ələ almış Nadir Şah 1736-cı ilin martında Muğana gəldi və xalq məclisi çağıraraq özünü yeni Əfşarlar imperiyasının banisi elan edərək tacqoyma mərasimi keçirdi (Yaqub M. Mahmudov, Kərim K.Şükürov Azərbaycan Beynəlxalq münasibətlər və diplomatiya tarixi, Dövlətlər arası müqavilələr və digər xarici siyasət aktları 1639-1828 Dörd cilddə Birinci cild, Bakı 2009. səh95).
Xalq Məclisi həmçinin, “ağsaqqallar şurası” və ictimai məhkəmə idi. Əksər hallarda Şah titulu on illərlə, bəzənsə yüz illərlə eyni bir zadəgan ailəsinin əlində qalırdı.
Çox vaxt hakimiyyət atadan oğula keçirdi, lakin şahlığa iddialı zəruri keyfiyyətlərə malik olmadıqda bu vəzifə digər bir zadəgana çatırdı. Ona görə ki, xalq bütün işlərdə başlıca təsirə malik idi və əksəriyyətin razılığı olmadan heç bir iş görülmürdü.
Burada akademik Ramiz Mehdiyevin aşağıdakı fikirlərinə tam təqdirlə ixtibas etmək istərdim: “Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası onun rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər. Deməliyik ki, Azərbaycan dövlətçiliyinin tarixinin çoxsaylı əlaqələri ilə birlikdə, habelə dövlətin inkişafının varisliyi mövqeyindən öyrənilməsi Azərbaycanın tarixi gerçəkliyinə dolğun baxış formalaşdırmağa, XVI əsrdə Ön Asiyada baş verən bütün hadisələrin anlaşılmasına daha geniş mövqedən yanaşmağa imkan verir.”
Yaxud Ramiz müəllimin F. Ələkbərliyə qarşı olan iradı: “Azərbaycan xalqının formalaşmasının mühüm mərhələlərindən biri XVI-XVII əsrlərdə Səfəvilər sülaləsindən olan ilk şahların hakimiyyəti dövrü olmuşdur. Həmin vaxtda qədim Azərbaycan etnosu onu digər qohum türk xalqlarından fərqləndirən yeni səciyyəvi milli xüsusiyyətlər qazanmışdır.Bu müddəaların müəllifi olan F.Ələkbərli, eyni zamanda, zənnimcə, Şah İsmayılın fəaliyyəti barədə bəzi mülahizələrində subyektivizmə meyillidir. Ümumiyyətlə, XVI əsrin əvvəlində regionda baş verən proseslərin bütün dolaşıqlıqlarını bilmədən təkcə bir dövlət başçısının fəaliyyətini tənqid etmək nə dərəcədə düzgündür”.
Doğrudan da haqlı bir iraddır, ona görə ki, hər bir tarixi dövrün öz xüsusiyyətləri var, hər tarixi hadisə öz ilkin şərtlərinə malikdir və bunların birini digərindən ayırmaq olmaz. Əks-təqdirdə tədqiqatçı mütləq subyektivizmə uğrayacaqdır. Doğrudur, nəzərdən keçirilən sivilizasiyanın içərisində və ya ondan kənarda yer almasından asılı olmayaraq, hər bir müəllifdə hadisələrə özünə məxsus yanaşma tərzi əmələ gəlir. Bu və ya yekun nəticə ona daxili məntiqin gətirdiyi inandırıcılıq vektorlarının qarşılıqlı təsiri ilə izah oluna bilər. Ancaq mən tariximizi tədqiq eləyən bir şəxs kimi kitablarımın süjet xətlərində həmişə bir prinsipial şərtə əməl etmişəm – tarixi hadisələrə bu günün nəzərləri ilə baxmaq olmaz. Osmanlı – Səfəvi qarşıdurması zamanı Şah İsmayılın şəxsi keyfiyyətlərindən qaynaqlanan xüsusiyyətləri ilə bərabərdə, dövrün geosiyasi vəziyyətinin baş verən bu siyasi hadisələrə təsiridə nəzərə alınmalıdır. II Bayazid həyatda ola-ola özündən böyük qardaşlarını öldürməklə hakimiyyətə gələn Bəyazidin üçüncü oğlu sultan I Səlim isə ölkənin coğrafi cəhətdən genişlənməsini, babası Fateh Sultan Məhəmmədin yolunu davam etdirmək istəyirdi. Ancaq şərqdə sürətlə güclənən Səfəvilər onun üçün təhlükəli görünürdü. Belə olan halda I Səlim və I İsmayıl arasında münasibətlər çox kəskinləşdı. Əslində hər iki lider xilafətdən sonra möhtəşəm bir imperiyanı yaratmaq arzusundaydılar. Hər ikisidə müqqədəs şəhərlərə və ümumilikdə Ərəbistana sahib olmaq istəyirdilər. Təsadüfi deyil ki, məhz Çaldıran savaşından sonra Osmanlı ordusu Misiri fəth etdi və çox keçməmiş Hicaz, sonra da Yəmən, Əl-İhsən və Ərəbistanın digər hissələrini ələ keçirdi. Məkkənin dəniz qapısı olan Ciddəyə, Misir, Hicaz və Əlcəzairin bir hissəsinə Sultan öz paşasını başçı təyin etdi (Cevdet. Ahmed. Tarih-i vekaiya devlet-i aliye. vol. 1-12. Istanbul. hicri 1271-1292. 12 vols). XVI əsrdə qüdrətli Osmanlı donanması demək olar, bütün Aralıq dənizi hövzəsinə nəzarət edirdi. 1521-ci ildə türk qoşunları Belqradı tutdular. 1526-cı il Moxaç döyüşündə onlar macar-çex qoşunlarını ağır məğlubiyyətə uğratdılar, sonra isə Macar krallığının əhəmiyyətli hissəsini ələ keçirdilər. Yalnız 1555-ci ildə Osmanlı dövləti ilə Səfəvilər arasında sərhədlərin tanınması barədə müqavilə imzalandı (İsmail Hakkı Uzunçaşırlı. Osmanlı tarihi. III с. Аnкаrа, 1988) .
Fikrimcə, tarixə bu baxımdan nəzər yetirmək daha ədalətli olardı. Bu həqiqət tarixin bütün gedişi boyu təsdiqlənmişdir. Əgər dünyanın bugünkü geosiyasi vəziyyətinə nəzər salsaq görərik ki, keçmiş tarixi vəziyyət davam edir və təkrar olunur.
Ramiz müəllimin xüsusi ilə üstündə dayandığı digər bir qeydi: “Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan “Dəhnamə” (“On məktub”) poemasının müəllifi deyildi. O, həm də dövlət fərmanları imzalayır və beləliklə, Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmiş olurdu. Bununla bağlı İ.P.Petruşevskinin bir fikrini xatırlatmaq istərdim. O yazırdı: “Aldığı tərbiyəyə və maraqlarına görə İsmayıl qızılbaş tayfaları və köçəri əyanları ilə sıx bağlı idi. O, yaxşı təhsil görmüşdü, şair və alimlərə himayədarlıq edirdi. Xətai təxəllüsü götürmüş İsmayıl öz vaxtının tanınmış şairi idi, özündən sonra şeirlər toplusu (divan) qoyub getmişdir. Diqqətəlayiq cəhət həm də odur ki, şair olan və özündən sonra divan qoyub getmiş Osmanlı sultanı I Səlim yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Qərbi Avropa tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi qələmə vermək cəhdlərinin nə qədər cəfəng olduğunu göstərir. Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında azərbaycanca danışırdılar (Петрушевский И.П. В книге Сборник статей по истории Азербайджана. Стр. 242-243)”.
Azərbaycan tarixən tayfa və xalqların hərəkətinin mərkəzində olub. Azərbaycan dəfələrlə yadellilər tərəfindən təcavüz və işğala məruz qalıb. Azərbaycanı zəbt edənlər qılınc gücünə onun xalqına öz dillərini qəbul etdirməyə çalışıblar. Lakin onlar öz çirkin məqsədlərinə nail ola bilməyiblər. Azərbaycan xalqı öz milli mədəniyyətini, incəsənətini və öz dilində ədəbiyyatını yaradıb və inkişaf etdirib.Səfəvilər dönəmi isə dilimizin inkişafının və yayğınlaşmasının zirvə nöqtəsi olubdur. Amerikalı etnoqraf Eduard Holl yazır: “Milli yaddaş, kostyum kimi geyinilib, soyunulacaq bir adət deyil. İnsan nə qədər çalışsa da, o öz milli yaddaşından və mədəniyyətindən imtina edə bilməz, çünki bu onun sinir sisteminin köklərinə hoparaq, onun dünyanı necə dərk etməsinə təsir göstərir. Milli mədəniyyətin böyük hissəsi şüura nəzarətin hüdudlarından kənarda gizli qalaraq, insan həyatının əsasını təşkil edir. Hətta milli mədəniyyətin gizli bir hissəsinin idraki mövcudiyyətin bir hissəsinə çevrilməsi halında belə onları dəyişdirmək çətindir. Ona görə yox ki, onlar insanlar tərəfindən duyulmuş və yaranmışdır, ona görə ki, insanlar mədəniyyətdən başqa heç bir dərk edilmiş yolla fəaliyyət göstərə bilmirlər”.
Bax bu baxımdan akademik Ramiz Mehdiyevin aşağıdakı fikirləri olduqca maraqlıdır:“Özünü dərk edən fərd ona tarixi obyektiv qiymətləndirmək imkanı verən dəyərlərlə zənginləşir. Çünki əvvəlki tarix, daha dəqiq desək, keçmiş insanın özündə müdriklik formalaşdırması üçün təcrübədir. Ona görə də keçmiş həmişə indiki zamandan daha müdrikdir, çünki indiki zamandakılar hələ gerçəkliyə çevrilməlidir. Deməli, indiki zamanda keçmişin izləri nə qədər qalmışdırsa, o, bir o qədər müasirdir. Elə buna görə də keçmiş həmişə bizimlədir və o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz. Məhz bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə millətə münasibətdə öz keçmişindən yüksəkdə olmaq mümkün deyil, çünki bu, millətin tarixidir. Ona görə də öz keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır. İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o, özü ilə də eyni dərəcədə həmrəy yaşayır deyənlər haqlıdırlar”.
Lakin bu gün keçmiş Səfəvi coğrafİyasında Azərbaycan dilinə qarşı hücumların şahidi oluruq. Amma bu qafillər bilmirlər ki, Səfəvilər dövləti müasir Azərbaycan dövlətçiliyinin geneloji yaddaşıdır. Məhz bu geneloji yaddaş vasitəsi ilə Azərbaycan dili özünü həmişə qoruyub və bundan sonrada qoruyacaqdır, o yaşayır və yaşayacaqdır!

loading...
"İrəvan xanlığının bayrağı döyüş bayrağı olduğuna görə ondan imtina etdik..."
"Öz-özümə düşünürdüm ki, Xudu Məmmədov hara, "Bakı" restoranı hara..."
İclas zamanı çılpaq görüntülənən bələdiyyə üzvü istefa verdi - VİDEO
Hamilə qadın sel fəlakəti zamanı uşaq dünyaya gətirdi - VİDEO
"MİQ imtahanın keçirilmə tarixlərinə və formatına dair müxtəlif ssenarilər hazırlanır"
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Qənirə Paşayevdan növbəti xoş xəbər: "İdris Abbasov artıq "Yeni Klinika"dadır..."
Cəmiyyət
"İyulda əhalini və sahibkarları dəstəkləmək üçün vəsait ayrılmasa, bunun bədəlini..."
Siyasət
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
Hadisə
İranda daha bir partlayış baş verdi...
Siyasət
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevinkini asan yerdə tutdum..."
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247