Xəbər lenti
20/02/2020 [08:33]:
Makron İslamla mübarizənin  yanlış olduğunu söylədi, amma...
20/02/2020 [07:39]:
"Insanların haqqını tapdayanların cəzası axirətdə çox dəhşətli olacaqdır..."
20/02/2020 [00:13]:
Qızılın qiyməti 7 illik rekordu yenilədi
20/02/2020 [00:06]:
Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verdi
20/02/2020 [00:04]:
Azərbaycan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri sırasında 10-cu yeri tutur
19/02/2020 [23:47]:
Dünyanın qeyri-adi ağacları - FOTOLAR
19/02/2020 [23:22]:
ABŞ səssiz hipersonik sərnişin təyyarəsi istehsal edəcək
19/02/2020 [23:15]:
"Harada qoşa villa görürlər, deyirlər Gülyaz və Gülyanağındır, bizim heç həyət evimiz yoxdur"
19/02/2020 [23:12]:
Xərçəngin qənimi olan, metastazı və bütün bədxassəli şişləri yox edən MÖCÜZƏ BİTKİ...
19/02/2020 [22:44]:
Bərdədə 57 yaşlı sürücü sükan arxasında öldü
19/02/2020 [22:14]:
Tramp nazir müavinini istefaya göndərdi
19/02/2020 [22:13]:
İranda koronavirusa yoluxan iki nəfər ölüb
19/02/2020 [22:12]:
Prezident və ailəsi Romada şəhər gəzintisində - FOTOLAR
19/02/2020 [22:03]:
Moskvada 30 erməni silahla azərbaycanlılara hücum etdi
19/02/2020 [22:02]:
Dəhşət: Qatarın altında qalmaqdan son anda xilas oldu - ANBAAN VİDEO
19/02/2020 [21:20]:
Milli Platforma 76 saylı DSK-nın 16 saylı məntəqəsində baş verənlərlə bağlı bəyanat yaydı...
19/02/2020 [20:51]:
Lənkənarskinin üzr istədiyi "oğru" haqda maraqlı xəbərlər…
19/02/2020 [20:47]:
Ölümdən sonra həyat var? - 900 nəfəri 20 dəqiqə öldürüb diriltdilər
19/02/2020 [20:45]:
Ermənistanın baş qərargah rəisi Gürcüstanda - Hərbi əməkdaşlıq müzakirə edilib
19/02/2020 [20:44]:
Yəməndə partlayış - Nazirin oğlu öldü
19/02/2020 [20:42]:
5 otel və 14 evdə əməliyyat: Əxlaqsızlıqla mübarizə
19/02/2020 [20:41]:
İrəvan Qarabağ erməniləri üçün “işarə qoymaq” istəyir - Brayza
19/02/2020 [20:36]:
Bakıda hündürmərtəbəli binada yanğın başlayıb
19/02/2020 [20:35]:
Türkiyə - Azərbaycan oyunu Super Liqa klubunun stadionunda keçiriləcək
19/02/2020 [20:08]:
Qadın ağlayan uşağı sürüdü - VİDEO
19/02/2020 [20:06]:
Bir ildə məhkəmələr 143 milyon manat aliment ödətdirib
19/02/2020 [20:05]:
İlkin Süleymanovun vəkilləri: “İstintaq materialları bizdən gizlədilir”
19/02/2020 [19:58]:
Azərbaycanda bu binalar söküləcək
19/02/2020 [19:57]:
Turist problemləri "İntim otel"ləri ilə həll ediləcək - MARAQLI
19/02/2020 [19:52]:
Məşhur yunan alimi: “Azərbaycan Prezidenti Paşinyanın yalanlarını ifşa etdi” + VİDEO
19/02/2020 [19:35]:
Dairə Seçki Komissiyasının sədri vəfat etdi
19/02/2020 [19:29]:
MSK seçkilərlə əlaqədar müraciətlərə baxılma müddətinə aydınlıq gətirib
19/02/2020 [19:25]:
Dünyanın ən zəngin 8-ci adamı media şirkətini satacaq - SƏBƏB
19/02/2020 [19:11]:
Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxsə baş çəkdi
19/02/2020 [19:10]:
“Düşmənin ən çox zamana ehtiyacı var və biz ona bu imkanı verməməliyik”
19/02/2020 [19:03]:
Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq - MARAQLI
19/02/2020 [18:49]:
Beyin əməliyyatı olan xəstənin etdikləri çaşqınlıq yaratdı - MARAQLI... + VİDEO
19/02/2020 [18:49]:
Ukraynadakı diaspor liderindən etiraz: “Səfirin bizə qarşı qarayaxmalarını başa düşə bilmirəm”
19/02/2020 [18:46]:
“Əgər bu tərəfdən “birlik” deyilir, o biri tərəfdən hüquqlar, konstitusiya pozulursa...”
19/02/2020 [18:45]:
“Dava edən” azarkeşlərdən polisə doğum günü sürprizi - VİDEO
19/02/2020 [18:43]:
Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir...
19/02/2020 [18:36]:
Xəzər dənizində zəlzələ olub
19/02/2020 [18:32]:
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
19/02/2020 [18:29]:
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq davam etdirilir
19/02/2020 [18:27]:
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gömrük Akademiyasında olub
19/02/2020 [18:20]:
Putin maaşının azlığından şikayətləndi
19/02/2020 [18:03]:
Ermənistan ordusundakı ölüm faktları ilə bağlı ixtisar
19/02/2020 [17:59]:
İlham Əliyev və Mehriban Əliyeva Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi - FOTOLAR
19/02/2020 [17:58]:
Sərnişin təyyarəsinin mühərriki alovlandı - VİDEO
19/02/2020 [17:57]:
Estoniya xarici kəşfiyyatı Qarabağda müharibənin mümkünlüyü və Rusiyanın maraqları haqda
19/02/2020 [17:56]:
Məzahir Pənahov: “Bəzi namizədlərin iddiaları gülməlidir”
19/02/2020 [17:55]:
Paytaxtın bu hissəsində su olmayacaq
19/02/2020 [17:53]:
Özbəkistan Prezidenti Türkiyəyə səfər edib
19/02/2020 [17:51]:
Azərbaycan Prezidenti İtaliyada səfərdədir - FOTOLAR
19/02/2020 [17:46]:
Vasif Talıbov da “ASAN xidmət”lə bağlı sərəncam verdi
19/02/2020 [17:31]:
"Deməyə sözümüz var" layihəsi başa çatdı
19/02/2020 [17:26]:
Daha bir seçki dairəsində iki məntəqənin nəticəsi ləğv edildi
19/02/2020 [17:26]:
Aydın Mirzəzadənin dairəsində 3 məntəqə ləğv edildi
19/02/2020 [17:22]:
MSK sədri müraciətlərin poçt tərəfindən qəsdən gecikdirilməsi barədə məlumatlara münasibət bildirib
19/02/2020 [17:21]:
"Azərişıq" 5 min manat cərimə edildi
19/02/2020 [17:20]:
UNEC-də seminar: Qiymətli kağızlar bazarının inkişafı
19/02/2020 [17:20]:
Qidanın keyfiyyətini harada və necə yoxlatmalı?
19/02/2020 [17:01]:
Təcavüzdə ittiham olunan şəxs günahı əkiz qardaşına atdı
19/02/2020 [16:55]:
Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib
19/02/2020 [16:44]:
İranda iki nəfərdə koronavirus aşkarlandı
19/02/2020 [16:39]:
MSK daha 4 məntəqənin nəticələrini etibarsız saydı
19/02/2020 [16:35]:
"Dövlət özəl biznesə şərait yaratmaq əvəzinə özü biznesə girişib..." - EKSPERT
19/02/2020 [16:30]:
“Ukrayna təyyarəsinin “qara qutusu” təmir olunur” - İranlı nazir
19/02/2020 [16:29]:
“Nə Xan Şuşinskinin, nə də Üzeyir bəyin əsərlərini çörəyə bağlamaq mümkün deyil...”
19/02/2020 [16:27]:
Brilliant Dadaşova: "Kişi ilə cinsi əlaqə zamanı özünü videoya çəkib..." -VİDEO
19/02/2020 [16:26]:
"Ana ürəyinin gücü terrora qalib gələcək..." -Yeni dövrün toxumları əkilir
19/02/2020 [16:21]:
11 "həbsdə" qalan və hələ də üzə çıxmayan "Hələbin Yaqutu"...
19/02/2020 [16:08]:
“Azəriqaz” rəhbərliyi vətəndaş qəbulu keçirəcək
19/02/2020 [16:04]:
Kəlbəcərdəki qədim Azərbaycan məbədindən  xəzinə oğurlandı...
19/02/2020 [16:03]:
Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim edilib - FOTOLAR
19/02/2020 [15:54]:
İranda ilk dəfə koronavirus aşkarlanıb
19/02/2020 [15:53]:
"Türkiyəyə hücum ən pis ssenari olar" - Ərdoğan
19/02/2020 [15:52]:
11 məntəqə ləğv edildi, fərq isə belədir...
19/02/2020 [15:50]:
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
19/02/2020 [15:49]:
İqbal Ağazadə və Rauf Arifoğluya qarşı daha bir qalmaqallı rəqib
Bütün arxiv bir sırada
14/04/2019 [11:31] - Köşə - ( 5744 dəfə baxılıb)

Qarabağ savaşında bizim ağ bayrağımız yoxdur, olmayacaq!

İlham İsmayıl

Avropa İttifaqı ilə Azərbaycan arasında may ayında gözlənilən sazişin bağlanması ərəfəsində Ermənistan və Azərbaycanda  müzakirələr getdikcə çoxalır və narahatlıqlar ifadə olunur. Faktiki olaraq Azərbaycan tərəfi 90% razılaşma əldə olunması ilə özünə təskinlik verir, qalan 10 faiz üzərində də diplomatik çalışmaların davam etdiyini söyləyir. Bu 10 faiz məsələsi, Azərbaycanın taleyüklü faizidir. Bu faizə insan haqları, Ümumdünya Ticarət təşkilatına üzvülük, seçki məcəlləsinə dəyişiklik və sairə vacib demokratik islahatların keçirilməsi aid olsa da, faiz tərəzisinin ağır gələn gözü Qarabağdır.  Verilən ilkin xəbərlərdən məlum olur ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluması maddəsinin müqaviləyə salınmasında tərəddüd edir və belə bir bəyanatla çıxış etmək niyyətində olmadığını nümayiş etdirir. Azərbaycan XİN bəzi narahatlıqlara aydınlıq gətirmək məqsədilə Azərbaycanın “ərazi bütövlüyünün müzakirə predmeti olmadığı” haqqında dünən bəyanat verdi və açığı neçə gündür yaşanan stresə yaxın narahatlığa bir qədər su səpdi, amma bütövlükdə bu istiqamətdə narahatlıq davam edir. 

Avropa İttifaqı ilə əməkdaşlıq müqaviləsi dövlət olaraq bizim üçün nə qədər əhəmiyyətlidirsə, müqavilədə Dağlıq Qarabağ münaqişəsinin “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində”həll edilməsi bəndinin əks olunması daha önəmlidir, ikiqat əhəmiyyət daşıyır. Əks halda, bu müqavilədən imtina edilə bilər, imzalanmaya da bilər. Düzdür, o halda itirəcəklərimiz var, amma bu itkilər dünya ictimaiyyətinin şüurunda düşmənə haqq qazandırmaq və beynəlxalq aləmdə düşmənin mövqelərinin möhkəmlənməsinə səbəb olmaq kimi çıxılmaz duruma düşməklə müqayisəyə gəlməz. 

Nəzərə almaq lazımdır ki, bu günlərdə Strasburqda səfərdə olan Nikol Paşinyana Krımla bağlı verilən suala cavab verməkdən qaçması, Krım yarımadasının Rusiya tərəfindən işğal olunması ilə əlaqədar Avropanın anti Rusiya qətnamələrinin əleyhinə getməsinin səbəbləri haqqında verilən suala, erməni baş nazirin Rusiyayönümlü cavabı Avropa Şurasının məmur heyəti tərəfindən heç də xoş qarşılanmayıb və erməni mediasının özü  baş nazirin bu cavabını, Paşinyanın “Strasburqu mütəəssir etməsi” kimi dəyərləndirib və “sivil dünyada” birmənalı qarşılanmadığını qeyd edib. Ukraynada sosial şəbəkələrin milyonlarla istifadəçisi isə Paşinyanı “ağ yuyub, qara səriblər”. Yəni, Paşinyanın simasında Ermənistan haqqında Avropa Şurasında və beynəlxalq ictimaiyyətdə formalaşmış bu fikir Azərbaycana imkan verir ki, qeyd olunan “ərazi bütövlüyü çərçivəsində” bəndinin müqaviləyə salınmasında israr etsin və qəbul etdirə bilsin. Diplomatiyamızın bu günlərdə çevik, ağıllı və qətiyyətli addımlarından çox məqamlar asılıdır.

Erməni tərəf bu günlərdə ATƏT-in tərəddüdlü  mövqeyindən çox şaddır və başqa bir yolu, yəni, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tutacağı halda Ermənistanın “Avropa İttifaqı ilə münasibətlərə yenidən baxmağı” ilə faktiki Brüsseli şantaj edir. Sevinclərini də qətiyən gizlətmirlər ki, Azərbaycanın istəyi, şərti qəbul olunmayacaq və ümumiyyətlə müqavilənin imzalanması təhlükə altındadır. O qədər inamlıdırlar ki, erməni mətbuatının aparıcı siyasi ekspertləri bizi aşağılamaqdan belə çəkinmirlər: “Azərbaycan çoxdan reallıqla barışmalı və vətəndaşlarının problemlərini  mövcud  "ərazi bütövlüyü" çərçivəsində həll etməlidir”. Mövcud ərazi bütövlüyümüzdə Qarabağ yoxdur və düşmən bizi çox aciz görür. Düşmənin bu qənaətə gəlməsinin səbəbi bizim davamlı sərt mövqemizin cəbhə xəttində öz əksini tapmamasından, diplomatiyada isə yumşaq mövqe nümayiş etdirməmizdən irəli gəlir. 

 Azərbaycanda baş verən hadisələrə anında reaksiya verən düşmən, qaçqınların məskunlaşdığı yerlərdə yanğınların qəsd nəticəsində, bilərəkdən törədildiyini və rəsmilərin buna münasibətini də görün necə dəyərləndirirlər: “Avropa İttifaqı ilə əməkdaşlıq müqaviləsi imzalamaq üçün Azərbaycan hələlik diplomatik səylər göstərir, amma əslində münaqişənin nəticələrini sakitcə-susqunca aradan qaldırır, sanki öz vətəndaşlarını yeni reallıqlara alışmağa razı salır. Azərbaycan hakimiyyəti qaçqınlar üçün bütöv məhəllələr, yaşayış evləri tikib və qaçqınlar bundan razıdırlar və özlərini xoşbəxt hiss edirlər. Bununla yanaşı, bu günə qədər yataqxanalrda yaşayan qaçqınlar yeni ərazilərdə mümkün qədər tez ev almaq üçün yanğın törədirlər . Baş nazirin müavini Əli Əhmədov bu yolla məcburi köçkün və qaçqınların yaşadığı binalarda yanğınların tez-tez olmasını məhz belə şərh edib”(Lraqir.am.ru)

Azərbaycanın Qarabağ münaqişəsini həll etmək fikri yoxdur, vətəndaşlarının gözündən pərdə asır, qaçqınları da Qarabağa qaytarmaqla yox, çölü biyabanda yaşayış məhəllələri tikməklə sevindirir.., kimi erməni siyasi şərhçilərinin bu qənatə gəlməsi bizim üçün təhqirdir. Amma, həqiqət payı da var. Səbəb- arxada qalan 25 ildir, atəşkəsdən bəri gələn 25 illik dəyişməz status-kvodur. Erməni, məhz bu zamana görə reallıqla barışmağı təklif edir, indiki ərazi bütövlüyümüzlə qane olmağımızı “məsləhət” görür. Bu günə kimi Qarabağdan bir kəlmə danışmayan məmurlar dolyısı yolla qaçqına, köçkünə münasibət bildirəndə bir az ehtiyatlı olsunlar, bizdən fərqli olaraq düşmən deyilən hər sözü əleyhimizə işlətməyi bacarır.

Dəfələrlə qeyd etmişik ki, zamanın uzanması, status-kvonun dəyişməməsi, ermənilərin məskunlaşması bizim əleyhimizə işləyən faktorlardır.  Dünya güclərinin, beynəlxalq ictimaiyyətin təklifini gözləmədən, “reallıqla barışmağı” düşmən özü bizə “məsləhət və təklif”etməyə başlayıb. Dağlıq Qarabağ ətrafı işğal olunmuş əraziləri də qaytarmamağı, “mövcud ərazi bütövlüyü” ilə qane olmağı istehza ilə və fakt olaraq qarşımıza qoyur. Burda günahı özümüzdə axtarmalıyıq, düşmən də yox, düşmən bütün vasitələrdən istifaə edir,biz isə onun yaratdıqlarının arxasınca sürünürük, halbu ki, işğala məruz qalan ölkə olaraq situasiyaları biz yaratmalıyıq.

 Azərbaycan diplomatiyası ciddi sınaq ərəfəsindədir. Bu sınaqdan üzü ağ çıxmaq bizə Qarabağ uğrunda sonuna qədər savaşmaq üçün stimul verəcək. Avropa İttifaqının başqa şərtlərini dövlət maraqlarımıza uyğun şəkildə qəbul etmək də Qarabağ naminədir, “ərazi bütövlüyümüz”prinsipini qəbul etdirməyimiz də Qarabağ uğrunadır. Qarabağ uğruna dünyanı qarşımıza almağı nümayiş etdirməliyik. Bu savaşda Azərbaycanın ağ bayrağı yoxdur, olmayacaq!

İlham İsmayıl

Xərçəngin qənimi olan, metastazı və bütün bədxassəli şişləri yox edən MÖCÜZƏ BİTKİ...
Turist problemləri "İntim otel"ləri ilə həll ediləcək - MARAQLI
Beyin əməliyyatı olan xəstənin etdikləri çaşqınlıq yaratdı - MARAQLI... + VİDEO
Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Dünyanın ən zəngin 8-ci adamı media şirkətini satacaq - SƏBƏB
Gündəm
“Düşmənin ən çox zamana ehtiyacı var və biz ona bu imkanı verməməliyik”
Dünya
Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq - MARAQLI
Köşə
Nüvə effektli “Münhen təbəssümü”: İrəvan bir gülüşdən necə sarsıldı?
Cəmiyyət
“O orduda ki, hərbi nizamnamədən kənar əlaqələr hökm sürür, orda qeyri-döyüş itkiləri çox olur...”
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
Türkiyənin təyyarələrlə bağlı xəbərdarlığı Rusiyanı qoxuya saldı: Yada düşər xatirələr...
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
Seçildiyi dairənin nəticələri ləğv edilən Hadi Rəcəbli: “Qurtardı”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
"25 il bundan qabaq kişilikdən istefa vermişəm..."
“Danışıqların məqsədi hazırda Qarabağda əlimizdə olanları qanuniləşdirməkdir”+VİDEO
"Ziya Məmmədov büdcəni, Misir Mərdanov təhsili, Fazil Məmmədov iqtisadiyyatı çökdürəndə..."
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247