“Elinaların qatili - Azərbaycandakı yanlış,  dinsiz-imansız düşüncə sistemidir...”
Oxunub: 6140
11 Apr 2019 | 19:36
“Elinaların qatili - Azərbaycandakı yanlış,  dinsiz-imansız düşüncə sistemidir...”
Son illər bütövlükdə cəmiyyətimizdə olduğu kimi, təhsil ocaqlarında da baş verən əndrəbadi, anormal olayların sayı artmaqdadır. Ötən illər Bakı və rayon məktəblərində şagirdlər, hətta direktor-müəllim, müəllim-şagird, nə bilim, müəllim-süpürgəçi arasında zorlama, zinakarlıq kimi biabırçı, iyrənc olaylar yaşanmışdı. Bu günlərdə də 8-ci sinif şagirdi Elinanın faciəli intihar halını yaşadıq...

Bütün böhranların ilkin səbəbi kimi, təhsil sahəsindəki mənfi proses və hadisələrin də kökündə dayanan dünyada və ölkədə şiddətlənməkdə olan ruhi-mənəvi, əqidə böhranıdır. Planetimiz hazırda şiddətli ruhi-mənəvi böhran, tənəzzül yaşayır və həmin böhranın ən kəskin ağrılı nahiyələrindən biri də Azərbaycandır.  Minilliklər boyu ərazisini işğal edən hər bir imperiyadan, yağı dövlətdən genefonduna sarsıdıcı zərbələr alan və XX yüzilliyin əvvəli və ortalarında görünməmiş mənəvi, ideoloji, fiziki soyqırımlara, repressiyalara məruz qalmış Vətənimiz 1988-1994-cü illərdə yurd itkisi və qaçqın-köçkünlük kimi zərbələrlə də üzləşdi. Son 25 illik “atəşkəs” dediyimiz dövrdə isə bünövrəsi Çar Rusiyası və xüsusən sovet dövrünün son 2 onilliyində qoyulmuş rüşvətxorluq və korrupsiya, eləcə də məmur özbaşınalığı bəlalarıyla  üz-üzə qaldı. 2011-ci ildən bəri Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə müharibə elan etdiyi bu şəbəkələr hələ də çökdürülməyib və Azərbaycanda həyatın bütün sahələrində baş verən proseslərə, o cümlədən hər bir vətəndaşın, eləcə də uşaqların, yeniyetmə, gənc oğlan və qızların əqidə və düşüncə tərzinə, gün-güzəranına, taleyinə həlledici təsir göstərməkdədir... Gündən-günə oğurluq, saxtakarlıq, dələduzluq, hətta qardaşın qardaşa, bacının qardaşa və s. kələk  gəlməsi hallarının çoxalması məhz bu korrupsiya  şəbəkələrinin fəaliyyətinin nəticəsidir. 

Ümummilli əqidənin pozulmasının ikinci və bəlkə də daha böyük səbəbi planetin, demək olar ki, əksər hissəsini qaplayan “demokratiya”, “qloballaşma”, “inteqrasiya” və s. adlanan proseslərin insanlığı Allaha- Yaradana bağlılıqdan, təbiilikdən çıxarıb adamları dini,  cinsi məlum olmayan anormal, mənəviyyatsız, əqidəsiz, iyrənc bir həyat tərzinə sürükləyən ən mənfi təzahürləridir... 

Həyatının cəmi 14  ilini bu dünyanın Azərbaycan deyilən parçasında yaşamış Elinanın faciəli taleyi də bütün deyilənlərin təsir və təzyiqi altında  formalaşıb. Körpəlik və uşaqlığı İslama, bütün  səmavi dinlərin təlqin etdiyi bəşəri dəyərlərə hərbi, siyasi,  iqtisadi-sosial, ideoloji, mənəvi-psixoloji hücumların daha da şiddətlənməyə başladığı illərdə keçmiş bu qızcığaz bir yeniyetmə, bir məktəbli kimi görün, neçə-neçə insanların və insan qruplarının, partiya, cəmiyyət, nə bilim holdinq, telekanal, sayt rəhbərlərinin əqidəsi, həyat tərzinin birbaşa və dolayısıyla təsiri, eləcə də internet-kanal, sosial şəbəkələrdəki qrupların baxışları, oralardakı video-görüntü və yazılarla, paylaşımlarla, eləcə də saxta və haram qidalarla ünsiyyətdə yetişib. İndiki bütün yeniyetmə  və gənclər kimi, Elinanın da düşüncə və həyat tərzinə onun sovet dövründə və ondan əvvəl yaşamış ata-ana, baba-nənələrinin genetik olaraq transformasiya olunan əqidələri, onun  ogey atasının əqidəsi, onun qohum-qonşularının, bağça tərbiyəçiləri və yoldaşlarının, ibtidai  və yuxarı məktəb müəllimləri, sinif rəhbəri və sinif, məktəb yoldaşlarının, təhsil aldığı məktəblərin direktor, müavin və psixoloqlarının və s. əqidəsi təsir göstərib. Onun valideynləri övladlarını Allahın, Peyğəmbərlərin buyruqlarına uyğun, milli dəyərlərimiz, adət-ənənələrimiz ruhunda tərbiyə ediblərmi? Onlar özləri, eləcə də sözügedən məktəb direktorları, müavinlər psixoloqlar, müəllimlər, Elinanın sinif, məktəb yoldaşları bu ruhda tərbiyə alıblarmı? Tərbiyəsində bilavasitə iştirak edən anası, nənəsi, ögey də olsa, atası bu qız uşağına  internet və sosial şəbəkələrdə nəyin faydalı, nəyin zərərli olduğunu, bunlara həddindən çox bağlanmanın təhlükəliliyini anladıblarmı? Ona Azərbaycan qızına layiq geyinib-geçinmənin, bəzənmənin vacib olduğunu təlqin ediblərmi? Elinananı təzyiq və təhqirlərə məruz qoyan sinif, məktəb yoldaşlarına başqasına qarşı yersiz böhtan atmanın, təhqiramiz və  zorakı davranışın Allah  qarşısında böyük günah, dövlət, xalq qarşısında ağır cinayət olduğunu anladan olubmu?  Onun şagirdi olduğu məktəbin direktoru, müavinləri, psixoloqu və s. hər bir şagirdin təlim-tərbiyəsi, gündəlik qayğı və ehtiyaclarıyla məşğul olmağın vacibliyini dərk ediblərmi? Yoxsa bütün fikirləri yalnız valideyn komitəsinin  Müəllim günü, 8 Mart və s. öncəsi keçirdiyi məlum tədbirlərdə, “təmir pulu”nun,  nə bilim “süpürgə pulu”nun yığılmasında qalıb?.. Bu sualların cavablarını dərindən düşünsək, görərik ki, konkret olaraq əksəriyyətin cəzalanmasını tələb etdiyi direktor, müəllim və şagirdləri cəzaya məruz qoymaqla, hətta təhsil nazirini istefaya yollamaqla da bu cür olayların kökü kəsilməyəcək. Sabah başqa bir məktəbdə başqa cür elinaların faciəsinin şahidi olacağıq. Odur ki, Təhsil Nazirliyi və digər müvafiq milli(!) dövlət və hökumət orqanları məsələyə qlobal, kompleks yanaşmalı, yeniyetmə və gənclərimizin, ümumiyyətlə, cəmiyyətimizin əqidə, düşüncə, həyat tərzi sisteminin qanunlarımızla paralel milli, dini dəyər və prinsiplərimizə uyğun  formalaşması üçün təcili tədbirlər görülməli, bu istiqamətdə mükəmməl bir konsepsiya hazırlanmalıdır...

Bəylər, xanımlar, inanın ki, biz öz milli- mənəvi, İslami adət-ənənə, dəyər və prinsiplərimizdən uzaqlaşdıqca belə faciələri hələ çox yaşayacağıq... Bayaq daha bir neçə sarsıdıcı xəbər aldıq: Bakıda 26 yaşlı  Azərbaycan(!) gənci  borca görə özünü asıb öldürüb, Ağdaşda gənc bir hamilə qadın özünü çaya ataraq həyatına son qoyub. Say-seçmə qız və oğlanlarımız, kişi və xanımlarımız, geniş prizmadan yanaşanda heç nədən bir-bir həyatlarına son qoyurlar. Axı bunlar hansısa nəslin, tayfanın, bütövlükdə xalqın soyudur, köküdür, genefondudur...

Əminik, özü də böyük ehtimalla əminik ki, əgər Elina əsl azərbaycanlı, müsəlman əqidəsində böyüsə və məktəbə mini-ətəkdə yox, hicabda getsə idi və buna görə bir qrup məktəb yoldaşının təhqirlərinə məruz qalsaydı belə, əsla intihar etməz, bu vəziyyətdən uğurla çıxış yolu tapardı... Və ümumiyyətlə, Elinanın sinif yoldaşlarının da əksəriyyəti yarı Amerika, yarı Avropa, yarı Rusiya, yarı Türkiyə, yarı müsəlman, milli əqidədə yox, mükəmməl Azərbaycan(!), İslam əqidəsində böyüsəydilər, belə bir hadisə əsla baş verə bilməzdi... 

Deməli, bu qızcığazın, eləcə də onun kimi ətrafın, mühitin, icra qurumlarının və s. laqeydliyi ucbatından həyatına son qoyan uşaqlarımızın, gənclərimizin vətəndaşlarımızın qatili yalnız yanlış valideyn, həyat yoldaşı, rəhbərlik, müdiriyyət,  direktor, psixoloq, müəllim, sinif yoldaşı yanaşması deyil, bütövlükdə Azərbaycanda son iki əsrdə, xüsusən son 3 onillikdə formalaşan yanlış, dinsiz-imansız düşüncə, əqidə sistemi, bayağı, cahil həyat tərzidir...  

Dövlət başçısının Elina Hacıyevanın faciəsinin ciddi araşdırılması barədə rəsmi göstəriş verməsi çox təqdirəlayiqdir. Ancaq öncə dediyimiz kimi, bir olayın nəticələrini araşdırmaq, günahkarlarını cəzalandırmaqla iş bitmir. Bu cür faciələrin, biabırçı olayların qarşısını almaq üçün kompleks tədbirlər görmək vacibdir və bu, milli(!) dövlətin birbaşa borcudur. Konkret təhsil ocaqlarına, ali məktəb, kollec, orta məktəblərə və s. gəldikdə isə burada hər kəs milli, dini dəyər, adət-ənənələrə riayət etməkdə biri-birinə nümunə olmalıdır.  Müəllim, tələbə, məktəbli qız, oğlan təhsil ocağına fahişə, “mavi” görkəmində getməməlidir. Axı Azərbaycan(!) oğlanı,kişisi niyə saçını qırmızı, sarı boyamalı, küçədə, məktəbdə şortda, yaxud cırıq-curuq cins şalvarda gəzməli, Azərbaycan(!), müsəlman(!) qızı, qadını niyə gah yuxarıdan, gah aşağıdan əndamını yarısını bayırda qoymalıdır?.. Məgər bizim heç dini demirəm, milli adət-ənənələrimizdə belə bir geyim forması olub?.. Hələ bəyənmədiyimiz sovet dövründə belələrinin hansı adlarla çağrılması və daim cəmiyyətin qınaq obyekti olması da yaxşı yadımızdadır. Belə geyim formalarının kütləviləşməsinə əsas səbəblərdən biri Qərbdən, Amerikadan gələn insan azadlığını “kefim nə istəyir –geyirəm, ürəyim nə istəyir-edirəm, canım nə istəyir –yeyirəm” kimi yanlış anlama tərzidirsə, digər səbəbi də məhz belə bir “demokratik” düşüncənin nəticəsi kimi telekanallarımızda nümayiş etdirilən və “əməkdar artist”, hətta “xalq artisti” kimi titullarla başımıza çıxardılan açıq-saçıq, dini-imanı bəlli olmayan qadın və kişi aparıcı, aktyor və müğənnilərdir...  Gəlin, ümummilli əqidəmizi qoruyaq və belələrinin uşaq və gənclərimizin kumirinə çevrilməsinə imkan verməyək. Ümumiyyətlə, halallıq, dürüstlük, səbirlilik, təmkinlilik, təvazökarlıq, sadəlik və s. kimi dəyərlərə köklənək. Gənclərimizə nümunə kimi 1-ci Qarabağ, Aprel savaşlarının qəhrəman kişi və qadınlarını göstərək... Əks təqdirdə hələ çox fərdi və kütləvi faciələr yaşayacağıq...  

Allah Özü bizləri doğru yola hidayət etsin!

Sultan Laçın

Oxşar xəbərlər
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ÖZƏL-AÇIQLAMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 10:05
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 10:15
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 10:34
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
28 Mar 2024 | 10:40
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 10:05
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
28 Mar 2024 | 11:16
Metroda niyə zibil qabı yoxdur?
28 Mar 2024 | 10:15
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
28 Mar 2024 | 10:53
İdeal səhər rejimi necə olmalıdır?