Xəbər lenti
11/07/2020 [21:31]:
Azərbaycanda Baş həkim koronavirusdan dünyasını dəyişdi
11/07/2020 [21:14]:
"O, Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli örnəklərini yaradıb"
11/07/2020 [21:10]:
Ədliyyə Nazirliyinin vəzifələri artırılıb
11/07/2020 [20:55]:
Koronavirusa yoluxan jurnalist sağaldı
11/07/2020 [20:53]:
Paşinyan Ermənistanın təcavüzkar siyasətini bir daha etiraf etdi
11/07/2020 [20:52]:
Azərbaycanda beş milyonluq dövlət vəsaitini mənimsəyən mütəşəkkil dəstə ələ keçdi - VİDEO
11/07/2020 [20:43]:
Bred Pittlə Ancelina Coli yenidən evlənəcək
11/07/2020 [20:40]:
“Erməni yalanlarını ifşa edən kitablar beynəlxalq arenaya çıxarılmalıdır”
11/07/2020 [20:35]:
Şəmkirdə mikroavtobus aşıb, xeyli sayda yaralı var
11/07/2020 [20:00]:
Yerevanda "bit bazarında" etiraz aksiyası keçirilib
11/07/2020 [19:55]:
XİN: Bölgədə artan gərginliyin məsuliyyəti bilavasitə işğalçı Ermənistanın üzərindədir
11/07/2020 [19:53]:
Rəşad Mahmudov: "Cavid Paşayev hələlik EKMO cihazına qoşulmayıb”
11/07/2020 [19:48]:
AMEA-nın tarixi binasının üzərindəki yazıların sökülməsi müzakirələr səbəb oldu - VİDEO
11/07/2020 [19:44]:
"Neftçi"nin sabiq vitse-prezidenti koronavirusdan vəfat etdi
11/07/2020 [19:39]:
Rusiyada ermənilərin Polad Bülbüloğluya qarşı təxribatı baş tutmadı
11/07/2020 [19:15]:
Baş Nazir Konstitusiya Məhkəməsinə sorğu göndərib
11/07/2020 [19:12]:
Ermənistan rəhbərlərinin “demokratiya” anlayışı və Avropa təşkilatlarının susqunluğu...
11/07/2020 [19:10]:
Gələn həftə Azərbaycanda leysan və dolu gözlənilir - PROQNOZ
11/07/2020 [18:49]:
“Ramiz Mehdiyevin xarici dövlətin yüksək səviyyəli qurumları qarşısında öhdəlikləri var”
11/07/2020 [18:48]:
Azərbaycan Prezidentinin təşəbbüsü ilə toplanan BMT BA-nın xüsusi iclası üçün BMT gündəliyi açıqlanıb
11/07/2020 [18:47]:
İşdən çıxarılan icra başçısı: “Səhvim oldu, Prezident məni vəzifəmdən azad etdi”
11/07/2020 [18:39]:
Qənirə Paşayeva Abbas Səhhətin anım günündən yazdı...
11/07/2020 [18:19]:
Elza Seyidcahan: “Qadın ərinə xidmət etməlidir” - VİDEO
11/07/2020 [18:17]:
Mehriban Əliyevanın göstərişi ilə şəhid ailəsi üçün ev tikildi - VİDEO
11/07/2020 [18:14]:
Xızıda körpünün altından 13 ədəd zenit top mərmisi tapılıb - FOTO
11/07/2020 [18:01]:
Hindistanda almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
11/07/2020 [17:58]:
Nazirlikdən azərbaycanlı bloqerin 190 manatlıq yardımla aldığı qarpızları təpikləməsinə REAKSİYA
11/07/2020 [17:56]:
Ermənistan prezidenti Azərbaycanda ermənilərin artımı üçün praktik addım atdı...
11/07/2020 [17:55]:
Maştağada zibil qabları olmayan sakinlər tullantıları tarixi abidənin içərisinə atır
11/07/2020 [17:24]:
Ucar sakininin döyülərək öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
11/07/2020 [17:19]:
Azərbaycanda bir gündə 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib
11/07/2020 [17:07]:
ABŞ-ın kəşfiyyat təyyarəsi yenə Rusiyanın hava məkanına daxil olub
11/07/2020 [17:04]:
Xabarovskda görünməmiş aksiya
11/07/2020 [17:01]:
"Heç bir başqa ölkədə son 17 ildə sosial - iqtisadi sahədə bu qədər artım olmayıb"
11/07/2020 [16:59]:
DTX-nın “Təşəbbüsçü” agent kateqoriyasına kim cəhd edir?
11/07/2020 [16:55]:
Məmurların həbsi fonunda övladlarının da gündəmə gətirilməsi hüquq və media əxlaqı baxımından doğrudurmu?
11/07/2020 [16:25]:
"Xeyli çəki almışam" - Rafael Ağayev
11/07/2020 [16:24]:
İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
11/07/2020 [16:22]:
Cəlilabadda karantin qaydalarını pozan obyektlər aşkarlandı
11/07/2020 [16:18]:
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
11/07/2020 [16:02]:
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
11/07/2020 [16:00]:
“Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır...”
11/07/2020 [15:47]:
Vüqar Bayramov: “BMT-nin hesabatına görə Azərbaycan regionun lider ölkəsidir”
11/07/2020 [15:45]:
Cəsarət Valehov: "Ümid edirik ki, sentyabrda dərslərə əvvəlki formada başlayacağıq"
11/07/2020 [15:43]:
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”
11/07/2020 [15:40]:
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO
11/07/2020 [15:38]:
Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
11/07/2020 [15:14]:
Azərbaycan BMT-nin təhsil proqramında təmsil olunub
11/07/2020 [15:03]:
"Əgər qızı pis yola düşübsə, bunun məsuliyyətini atası daşıyır..."
11/07/2020 [15:01]:
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi
11/07/2020 [14:56]:
"Haqlı olaraq vətəndaş dilə gətirir ki, hamımızın bərabər səviyyədə müalicə olunmaq haqqımız varsa..."
11/07/2020 [14:54]:
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü... - Xanım Qafarovasız 6 il
11/07/2020 [14:49]:
MİDA-nın Yasamalda tikdirdiyi binalardan mənzil alanlar aldadılıb..?
11/07/2020 [14:45]:
Mədəni təəssübkeşlik, yoxsa ikili standartlar?
11/07/2020 [14:41]:
Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır
11/07/2020 [14:39]:
"Attestatı 100 dollara almışam"
11/07/2020 [14:36]:
Ermənistanda qızları öldürürlər: “Həvva olmasa, Adəm neynəyəcək?”
11/07/2020 [14:32]:
Məşhur klubun 6 futbolçusunda koronavirus aşkarlandı
11/07/2020 [14:31]:
Tarixi Aya Sofya qərarı: Türkiyə tələsdi?
11/07/2020 [14:29]:
“Görünür, məşhurlar da gigiyenik  səhlənkarlığa görə koronavirusa yoluxurlar…”
11/07/2020 [14:21]:
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI
11/07/2020 [14:18]:
“Jurnalistləri pandemiyaya qarşı mübarizədə ona görə qəhrəman hesab edirəm ki...”
11/07/2020 [14:17]:
Sabahın hava proqnozu
11/07/2020 [14:14]:
Samuxda qadının evinə maskalı basqın edənlər tutuldu - FOTO
11/07/2020 [14:12]:
Məşhur müğənni koronavirusdan sağaldı: “Bazar ertəsi evə buraxılacağam”
11/07/2020 [13:43]:
DİN-ə Bakıda avtomobillərin dayanma və durma qaydalarını pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib
11/07/2020 [13:37]:
"Buna Türkiyənin öz suveren ərazisində siyasi hegemonluğunun təsdiqi kimi baxılmalıdır"
11/07/2020 [13:34]:
Bakıda qadına zor tətbiq edilərək pulu əlindən alınıb
11/07/2020 [13:30]:
Kürdə batan şəxslərin meyitləri tapıldı
11/07/2020 [13:26]:
Fazil Mustafa: “Sabunçu rayonunda müasir standartlara cavab verən xəstəxananın tikilməsinə ehtiyac var”
11/07/2020 [13:21]:
Pendirin orqanizmə faydaları və təhlükələri
11/07/2020 [13:10]:
Dünya çempionu 85 yaşında öldü
11/07/2020 [13:06]:
Millimizin yeni baş məşqçisinin daha 2 köməkçisi bilindi
11/07/2020 [13:05]:
"Ora gələnlər “Sultan Əhməd” məscidindən daha çox feyziyab olurlar, nəinki Ayasofyadan"
11/07/2020 [12:37]:
Fərəc Quliyev Ədalət Vəliyevlə görüşdü
11/07/2020 [12:36]:
“Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub
11/07/2020 [12:20]:
Qusarda keçən əsrdən qalmış elektrik dirəkləri ölüm təhlükəsi saçır - FOTO
11/07/2020 [12:08]:
Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimiz vətənə çatdırıldı - FOTO
11/07/2020 [12:06]:
Tunis millisi Bakıdan təxliyyə olundu - FOTO/VİDEO
11/07/2020 [12:04]:
İki gün əvvəl Kürdə batan şəxslərdən birinin meyiti tapılıb
Bütün arxiv bir sırada
01/04/2019 [21:38] - Araşdırma - ( 4805 dəfə baxılıb)

“Biz bakılı, naxçıvanlı, lənkəranlı, zaqatalalı, qarabağlı yarlıqlarından qurtarmışıqmı?..”

“Nə qədər ki, bu suallara müsbət cavab verə bilmirik, Xocalının sönmüş külü hər il ürəklərimizi qızmar dəmir kimi yandıracaq...” 
“Nəyə görə Xocalı əməliyyatına getməli olan bəzi komandirlər fevralın 25-də öz dəstələrini gətirmədilər?..”  



Moderator.az 1992-ci ilin yazından başlanılmış araşdırmalar əsasında 1993-cü ilin fevralında  Milli Məclisin iclasında qəbul olunmuş “Azərbaycan Respublikası Milli Məclisinin Dağlıq Qarabağda, o cümlədən Xocalıda törədilmiş soyqırımı hadisələrini aydınlaşdıran deputat- istintaq komissiyasının RƏYİ”nin hələ 27 il sonra – bu gün də  mübahisələr doğuran əsas, diqqətəlayiq məqamlarının təqdimatını yekunlaşdırır. Bu günədək həmin məqamları nəzərinizə çatdırmaqda əsas məqsəd ilk növbədə Xocalı faciəsini daim ictimaiyyətin gündəmində saxlamaqdır. Yəni, biz bütövlükdə bəşəriyyətə,  türk-müsəlman dünyasına, xalqımıza qarşı bu soyqırım aktını bir gün, bir həftə yox, o şəhərimiz, o yurdlarımız düşməndən azad edilənədək, orada amansız işgəncələrə məruz qalmış, qətlə yetirilmiş soydaşlarımızın qisası alınan günədək hər gün anmalıyıq... 
Bir daha təkrar edirik; deyə bilmərik ki,  DEPUTAT-İSTİNTAQ KOMİSSİYASININ RƏYİndə Xocalı və 1988-1992-ci illərdə Qarabağda və  ümumiyyətlə, Azərbaycanda yaşanmış ictimai-siyasi və hərbi olaylar tam obyektiv əks etdirilib.  Lakin 26-27 il öncə  neçə-neçə insanın zəhməti sayəsində tərtib olunmuş və  bəhs edilən faciələr barədə ilk rəsmi sənədlərdən olan həmin sənədi yenidən ictimaiyyətin müzakirəsinə çıxarmaq hələ də bir sıra məqamları qaranlıq qalan bəzi gizlinlərin üzə çıxmasına səbəb ola bilər. Bu sənəd son iki onillikdə, demək olar ki, qəzet və saytlarda dərc edilməyib, ictimailəşdirilməyib. Mümkündür ki, 25-26 il öncə sözügedən rəylə tanış olmuş adamlar, o cümlədən tanınmış siyasət nümayəndələri, ziyalı,  hərbçi və qazilər, hətta sənəd müəlliflərinin özləri belə, bu gün həmin sənədi yenidən nəzərdən keçirdikdən sonra hansısa fakt, olay, məqam, proses barədə tamamilə fərqli şərhlər versin. Bu baxımdan oxucuların, həmçinin materialda adları çəkilən şəxslərin, o dövr olaylarının şahidi olmuş hər bir kəsin fikir və mülahizələrini də olduğu kimi təqdim etməyə hazırıq. Və xahiş edirik ki,  təqdim etdiyimiz sənəddə razılaşmadığınız məqamlar barədə bizə məlumat verməkdən çəkinməyəsiniz... 

“Nəyə görə  Xocalını xilas etməli olan komandirlər bir-birlərinə inanmırdılar?..”

“...Nəyə görə fevralın 25-də bəzi komandirlər öz dəstələrini gətirmədilər? Bəlkə yalnız ona görə ki, onların məxfi yiyələri, şefləri bir-birləri ilə sözləşmişdilər? Nəyə görə həmin səhər milis polkovniki Şahin Cahangirov tabeliyindəki bölməni başqa yerə göndərdi? Olmaya gecə pis yuxu görmüşdü? Nə üçün deputat Qasım Kərimov adamları  Fəhmin Hacıyevin əleyhinə qaldırırdı? Bəlkə ona görə ki, Hacıyev Xalq Cəbhəsinin üzvü idi? Bəs eləsə, nəyə görə Fəhmin Hacıyev öz növbəsində  bələdçi Musayevə etibar etmədi? Bəlkə ona görə ki, Musayev Xalq Cəbhəsindən deyildi, adi bir kəndli idi?
Nəyə görə komandirlər bir-birlərinə inanmırdılar? Yoxsa ona görə ki, biri milisdə, o birisi orduda qulluq edirdi? Bəs nə üçün bəziləri Dadaş Rzayevə inanmırlar? Bəlkə ona görə ki, bir vaxtlar o, Polyaniçko ilə işləyib?

Yadınızdadırmı, Ağdam “Qrad”ları barədə nə qədər söhbət getdi, nə qədər yazıldı və onların nə üçün həmin gecə atılmadığı ilə əlaqədar nə qədər gümanlar dilə gətirildi? Onları Ağcabədiyə kim göndərmişdi? Satqın kimdir? Vallah-billah, bu suallara cavab vermək belə, çətindir. Ona görə ki, həmin “Qrad”lar əslində heç bir hərbi təşkilata məxsus deyil. 
Elə mülki təşkilata da. Yəqin ki, onlar formal olaraq kiminsə hesabındadır. Lakin əslində onlar bir adamınkıdır. Qeyri-rəsmi şəxsin, adı, atasının, soyadı bəlli bir nəfərin. Bunlar onun əşyalarıdır. Bəlkə ona bunları bağışlayıblar, bəlkə də öz puluna alıb – biz bilmirik. Fakt odur ki, “qrad”lar onunkudur. İstəsə Ağcabədiyə aparar,  istəsə Bərdəyə, ya da Yevlağa. Vəssəlam...

Yeri gəlmişkən, “Qrad”lar həmin gecə hər halda atəş açmışdı. Onları, gec də olsa, Ağcabədidən gətirmişdilər. Amma necə atəş açmışdılar? Yəqin ki, necə gəldi. Hətta peşəkar hərbçi də axtarmamışdılar. Halbuki, polkovnik Niçepurenko onların qulağının dibində, Ağdam mehmanxanasında gecələyirdi...

Bu cür hadisələrin dəhşəti onların tipikliyindədir. Əslində bu, satqınlıqdan daha pisdir. Çünki satqını tapmaq və zərərsizləşdirmək mümkündür. Bununlasa heç nə edə bilməzsən. Bu, bizim məişətimiz, güzəranımız və alışdığımız həyat tərzidir. Nəyə görə belə hadisələr mükün olur. Cavabı uzaqda axtarmaq lazımdır. Yuxarılarda kimsə kimdənsə xahiş edib, ona görə vəzifəyə bunu yox, o birisini qoyublar. O da öz növbəsində işi biləni qovub, yerinə öz yerlisini gətirib. O isə öz növbəsində lazım bilmədiyi, əslində gərəkli müəssisəni bağlayıb, öz istədiyini açıb. Hər işdə belədir. Bu zəncirin son həlqəsi isə bizə məlumdur- “Qrad”lar lazım olan yerdə tapılmadı, vəssəlam. Buna bənzər bir-birindən kədərli istənilən qədər misal çəkmək olar...

Hörmətli millət vəkilləri!

Bu cür təzahürlər bizim həyatımızdan silinmiş olsaydı, bu gün bu barədə uzun-uzadı və ətraflı danışmazdıq. Təəssüf ki, sələflərimizin buraxdığı səhvlərin bəziləri bu gün də təkrarlanır. Bu gün də bəzi rəhbərlərin münasibətləri qaydasında deyil. Bu  gün də bəzən peşəkarlıq amili, bilik amili, öz yerini yerlibazlıq, müəyyən siyasi və ictimai axına mənsubluq amillərinə verir. Bu gün də yerliçilik və qohumluq amilləri mühüm rol oynaya bilər və oynayır. Bu gün də biz bu salonda heç də həmişə səmimi olmuruq...

Təkrar edirik: bəli, bizim güclü rəqiblərimiz və bədxahlarımız var. Bəli, biz Azərbaycan xalqı son illərdə başqalarından çox əziyyət çəkmişik. Bizi döyüblər, qırıblar və çox təəssüf ki, yenə qırırlar... 

Lakin biz bütün bunlardan sonra mütəşəkkil və həmrəy olmuşuqmu? 

Xırda şəxsi-qərəzlikdən, haqq-hesab çəkməkdən yaxamızı qurtarmışıqmı?.

Biz bir-birimizə mehriban, diqqətli, canıyanan olmuşuqmu? 

Və biz bakılı, naxçıvanlı, lənkəranlı, zaqatalalı, qarabağlı yarlıqlarından qurtarmışıqmı? Sadəcə, adi azərbaycanlı, yeganə, doğma və ana torpağın övladı olmuşuqmu?..
Nə qədər ki, bu suallara müsbət cavab vermək üçün mənəvi hüquq qazanmamışıq, Xocalının sönmüş külü hər il ürəklərimizi qızmar dəmir kimi yandıracaq...

KOMİSSİYANIN GƏLDİYİ NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR
 
Komissiya topladığı dəlilləri, sənədləri, sorğuları, KİV məhsullarının təhlilini,  müstəqil təşkilatların, ayrı-ayrı şəxslərin təhqiqatlarının təhlilini, eləcə dəAzərbaycan Respublikası Prokurorluq orqanlarının apardıqları istintaqların təhlilini yekunlaşdıraraq aşağıdakı nəticələrə gəlir:
1. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş vermiş hadisə- erməni silahlı dəstələrinin MDB-nin 4-cü ordusunun 23-cü moto-atıcı diviziyasının 366-cı moto-atıcı alayının bilavasitə köməyi və iştirakı ilə Xocalı şəhərinin azərbaycanlı əhalisini kütləvi qırması dünya təcrübəsində bəşəriyyətə qarşı ən ağır cinayət – yəni soyqırımı hesab edilsin. Bu hadisənin soyqırımı olması aşağıdakı  
əlamətləri ilə soyqırımının tam tərkibini yaradır, tamamlayır:
a) Bir qrup əhalini (bu hadisədə xalqın) milli, irqi, dini əlamətlərinə görə(bu hadisədə milli) vəhşicəsinə qırmaq;
b) Tamamilə, yaxud qismən(bu hadisədə qismən) etmək üçün qəsdən ağır həyat şəraiti( bu hadisədə əsirlikdə saxlamaq) yaratmaq.
2. Soyqırımı haqqında beynəlxalq hüquq-mühafizə orqanlarının, müstəqil müşahidəçilər və ekspertlərin bu barədə təsdiq etdikləri rəylərinə qoşularaq bildiririk ki, 366-cı rus alayı və ermənilərin həyata keçirdikləri əməliyyat aşağıdakı hüquq normalarına ziddir:
a) BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixdə təsdiq etdiyi  İnsan Hüququnun Ümumi  Deklarasiyasının 2, 3, 5, 9, 17-ci maddələrinə; 

b) BMT Baş Məclisinin 14 dekabr 1979-cu il tarixdə  təsdiq etdiyi qadınların və uşaqların fövqəladə şəraitdə və silahlı konflikt vaxtı müdafiə olunması haqqında deklarasiyanın məzmununa.
Aşağıdakı təklifləri Milli Məclisin müzakirəsinə təqdim edirik:
1. Azərbaycan Ali Sovetinin Milli Məclisindən xahiş edilsin ki, bütün sənədlər, materiallar 26 fevral 1992-ci il Xocalı faciəsinin Azərbaycan xalqının soyqırımı kimi beynəlxalq təqvimdə əks etdirilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün  müvafiq beynəlxalq təşkilatlara göndərilsin:
2. Azərbaycan Respublikasının ərazisində, yaxud Qarabağ ərazisində  Xocalı faciəsinə həsr edilmiş abidə ucaldılsın.
3. Toplanmış sənədlər, materiallar, arayışlar və s. tədbir görülməsi üçün Azərbaycan Respublikası Prokurorluğuna göndərilsin.
Deputat-istintaq komissiyası:

Əhalinin Xocalıdan çıxarılmasını və onların təhlükəsizliyini təmin etmədiklərinə və öz vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə, səhlənkarlığa, düşünülməmiş kadr siyasətinə, xalqa yalan məlumatlar və vədlər verdiklərinə görə, əməllərində konkret olaraq Cinayət Məcəlləsinin hansı maddəsinin tətbiq edilməsini göstərməsə də( bu prokurorluqda aparılan istintaq orqanının səlahiyyətinə aiddir), aşağıdakılar bu və ya digər dərəcədə Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyırlar:
 
Mütəllibov Ayaz Niyazi oğlu, Həsənov Həsən Əziz oğlu, Kərimov Tofiq Mirzə oğlu, Musayev Şahin Xeyrəddin oğlu, Mehdiyev Tacəddin İmran oğlu,  Hacıyev Fəhmin Əhmədpaşa oğlu, Hüseynov İlhüseyn  Pirhüseyn oğlu, Məmmədov Musa Salam oğlu.

Komissiyanın sədri: R.M. Fətəliyev, məsul katibi:Ə.Ö. Ömərov. Üzvləri: Ş.B. Hüseynov,  F.N. Məmmədov, M.C. Nəsirov,  T.T. Rüstəmov,  K.Ə. Məmmədov, C.Q. Nuriyev,  S.P. Verdiyev,  Y.T. Əliyev,  B.S. Zahidov, R.M. Gülməmmədov.

P.S. Sözügedən Rəy ətrafında müzakirələri davam etdirəcəyik.

Təqdim etdi: Sultan Laçın

loading...
"Bəlkə də DTX-nın XİN-də keçirdiyi son əməliyyatında bu amilin açar rolu var..."
"Əxlaqa söykənən güc həmişə qalib gəlir, Türkiyəni dünya güclərindən fərqləndirən budur"
"İndi rəhmətlik prezident Əbülfəz bəyin arxasında gizlənməyin, onu rahat buraxın..."
Kadavr mərkəzində siçanların cəsədləri gəmirdiyi ortaya çıxdı - FOTO
Aya Sofya məscidə çevrildi - Məscidə xristianlar da girə biləcək...
Clean City Company
N.Tusi adına Klinika

Dünya
Bred Pittlə Ancelina Coli yenidən evlənəcək
Dünya
Xabarovskda görünməmiş aksiya
Gündəm
Məmurların həbsi fonunda övladlarının da gündəmə gətirilməsi hüquq və media əxlaqı baxımından doğrudurmu?
Cəmiyyət
“Arif Qasımov vəzifədən belə salamat getməsinə görə nəzir-niyaz paylamalıdır...”
Gündəm
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”
Yazar
Seymur Verdizadə
Dünənə kimi “Toylar yoxdur, acından ölürük” deyib, efirdə göz yaşı axıdan siz deyildiniz?
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
DTX tərəfindən həbs edilən XİN əməkdaşı məşhur "avtoş"un atası imiş... - FOTO + VİDEO
“Bakının bütün neft komplekslərini vuracağıq” – “Onların hamısına çıxışımız var!”
"Xalxın fahişəsinə, bizim də “nemes"lərə bax..."
“Belə getsə, Azərbaycanı Rusiya, İran və Ermənistan arasında böləcəklər...”- SOS!!!
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247