Xəbər lenti
17/09/2019 [18:54]:
"10 il boyunca mənə uşaqlarımın gözü önündə təcavüz etdi" - AĞLASIĞMAZ...
17/09/2019 [18:39]:
Bu da oldu: Hindistanda "qaz çıxarma" yarışması keçiriləcək...
17/09/2019 [18:32]:
MDTF tərəfindən "Yaxşılıq unudulmur" layihəsi ilə bağlı mükafatlandırma mərasimi keçirilib
17/09/2019 [18:23]:
"Dünyanın ən xoşbəxt kirpisi" fenomenə çevrildi - MARAQLI
17/09/2019 [18:22]:
“Qarabağ uğrunda intellektual, diplomatik və fiziki savaşa hazır olmalıyıq”
17/09/2019 [17:41]:
“ƏDƏBİYYAT QƏZETİ”NİN MÜZAKİRƏ SAATI” KİTAB OLDU
17/09/2019 [17:39]:
Universitet tələbələri sərxoş vəziyyətdə gülünc duruma düşdülər - FOTOLAR
17/09/2019 [17:35]:
Hərəkətdə olan avtomobilin üzərinə ildırım düşdü - QORXUNC... + VİDEO
17/09/2019 [17:29]:
"Ekologiya postu"na yeni rəis təyin olundu - Nazir əmr imzaladı...
17/09/2019 [17:17]:
54 saat dayanmadan üzərək rekord qırdı - MARAQLI
17/09/2019 [17:16]:
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub
17/09/2019 [17:09]:
Azərbaycan Polisinin “Bilik Günü”nə töhfəsi - FOTOLAR
17/09/2019 [17:07]:
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edəcək
17/09/2019 [17:05]:
“Rəngarəng Türk Dünyası” rəsm müsabiqəsi elan olunur
17/09/2019 [17:00]:
FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib - FOTOLAR
17/09/2019 [16:57]:
“Azərsu” ASC Bakının yağış sularının yığılma təhlükəsi olan qəsəbələrində yeni layihələrin icrasına başlayıb
17/09/2019 [16:06]:
“Övladımız olmadığı üçün ikimizi də boşadılar...” - Əkiz bacıların acı taleyi...
17/09/2019 [15:45]:
UNICEF və BAMF rəhbərliyi Goranboyun icra hakimiyyəti başçısı ilə müzakirələr aparıb
17/09/2019 [15:43]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17/09/2019 [15:40]:
Arvadını 6 il əvvəl öldürüb, basdıran şəxs hakim qarşısına çıxarılıb
17/09/2019 [15:33]:
“Türk Hava Yolları” “2020-ci ilin beş ulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb
17/09/2019 [15:25]:
Türkiyənin şəhid ailələri və qaziləri Qənirə Paşayeva ilə görüşüb - FOTOLAR
17/09/2019 [15:20]:
“Sınıq Körpü” də film kimi olay- 1 MİLYON 700 MİN AVROLUQ DƏRMAN NECƏ SAXLANILDI?
17/09/2019 [15:15]:
Aygün Kazımova: ”Sami Yusufdan başqa kimsəni dinləməmişəm”
17/09/2019 [15:14]:
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17/09/2019 [14:41]:
Balıqçı 800 metr dərinlikdən “yadplanetli” tutdu - FOTO
17/09/2019 [14:37]:
“Dədə Süleyman”dan acı xəbər- Gözü tutuldu...
17/09/2019 [14:35]:
“Müdafiədən hücuma!..- Bunu Azərbaycan əvəzinə, həyasız düşmən deyir...-VİDEO
17/09/2019 [14:31]:
Ərdoğan Putin və Ruhanini əncirə qonaq etdi - FOTO
17/09/2019 [14:20]:
Məhkəmə Koçaryanla bağlı qərar verdi
17/09/2019 [14:19]:
Azərbaycanın yeddi klubu 800 manat cərimələndi
17/09/2019 [13:52]:
"Bu gün teatr və aktyor sənəti haqda bilən də, bilməyən də danışır, belə olmaz, ayıbdır"
17/09/2019 [13:47]:
“Qarabağ yalnız iqtidarın problemi deyil” – “Bu, bütün xalqın problemidir”
17/09/2019 [13:34]:
Bakıda qəbiristanlıqda bir nəfər intihara cəhd edib
17/09/2019 [13:31]:
İlham Əliyev gürcüstanlı naziri qəbul edib
17/09/2019 [13:17]:
18 sentyabrda gözlənilən hava şəraiti
17/09/2019 [13:15]:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daha bir yeni addım...
17/09/2019 [13:06]:
Ölümlə nəticələnən qəza törədən sürücü həbs edildi
17/09/2019 [12:55]:
Azərbaycanın turizm potensialının tanıdılmasının növbəti ünvanı Pakistandır
17/09/2019 [12:49]:
Şəkidə attraksiondan yıxılan qızla bağlı cinayət işi başlanıb
17/09/2019 [12:46]:
Kulis.az şeir müsabiqəsi elan edir: ŞƏRTLƏR...
17/09/2019 [12:45]:
Hikmət Hacıyev: Ermənistan tərəfi provokativ addımlar atır
17/09/2019 [12:32]:
"Niyə təkcə “Kapital bank", başqa bankların bankomatları yoxdurmu..?"
17/09/2019 [12:17]:
Ucar sakinindən külli miqdarda narkotik götürüldü - FOTOLAR
17/09/2019 [12:14]:
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçiriləcək
17/09/2019 [12:12]:
Təhsilin sosial tələbata çevrilməsi zəruri məsələdir
17/09/2019 [12:10]:
DİM dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan etdi
17/09/2019 [12:05]:
DİM dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan etdi...
17/09/2019 [12:02]:
“Konsertimdə Nəsimiyə müraciət etdim, amma bu gün Afətlə Samini gündəmə gətirmək düzgün deyil...”
17/09/2019 [11:49]:
“Kəfənimi kipriyinlə tikərsən...”
17/09/2019 [11:32]:
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
17/09/2019 [11:26]:
Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR
17/09/2019 [11:22]:
“Nəvələrimin toyunu görmək üçün Allahdan ömür istəyirəm...”
17/09/2019 [11:14]:
Türkiyənin Təkaltı dağından Ermənistana bayraq mesajı: "Vaxt gələcək, o ərazilər də..."
17/09/2019 [11:07]:
Keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə şübhli bilinən şəxs tutuldu
17/09/2019 [10:58]:
Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA
17/09/2019 [10:55]:
Azərbaycanda genişmiqyaslı təlimlərin ikinci günü - VİDEO
17/09/2019 [10:53]:
ADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilib
17/09/2019 [10:53]:
“Ermənistanın bu günki hakim dairələrindən hər şey gözləmək olar..."
17/09/2019 [10:50]:
“Bütün dünya başını itirdiyi bir zamanda biz başımız uğrunda mübarizədən qalib çıxa bildik”
17/09/2019 [10:47]:
VK rəhbərliyi Türk-AV-ın baş assambleyasının 3-cü zirvə toplantısında iştirak edib
17/09/2019 [10:39]:
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
17/09/2019 [10:32]:
İsrail növbədənkənar seçkilərə gedir
17/09/2019 [10:28]:
Vüqar Bayramov: “Hökumət neftin qiymətini 50 dollar götürməliydi”
17/09/2019 [10:23]:
АDU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib- SİYAHI
17/09/2019 [10:19]:
Rəsmi İrəvan təlaşda: “Rusiya bu dəfə əhali üçün də qazın qiymətini qaldıracaq?!.” 
17/09/2019 [10:10]:
“Hindistanla gərginlik yaşayan Pakistanın yanında olmağa borlcuyuq, çünki...”
17/09/2019 [09:38]:
Səudiyyənin neft zavodlarındakı partlayış birjaları da “alovlandırdı”
17/09/2019 [09:34]:
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır - Araşdırma (Video)
17/09/2019 [09:32]:
“Google”un fəaliyyətində problem yaranıb
17/09/2019 [09:18]:
Gürcüstan Amerikanın tank daşıyan gəmisini ərazi sularına buraxmadı... 
17/09/2019 [09:02]:
Əli Kərimli-İlqar Məmmədov debatı - moderator kim olsun?
17/09/2019 [09:01]:
“Paşinyanın ətrafında elə bir tor qurulur ki...” - politoloq
17/09/2019 [08:59]:
Qabil Hüseynli: “Xarici təhlükələrin içərisində təkcə Azərbaycanda siyasi hakimiyyət məsələsi yox, həm də...”
17/09/2019 [08:57]:
Əliməmməd Nuriyev: "Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir"
17/09/2019 [08:54]:
Hacıqabulda evakuator “Kamaz”a çırpıldı, sərnişinin ayaqları kəsildi
17/09/2019 [08:52]:
“Taxt oyunları” 10 “Emmi” aldı – FOTO
17/09/2019 [08:39]:
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək - AFİŞA
17/09/2019 [08:38]:
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub
17/09/2019 [08:13]:
Gənc karateçilərimiz Macarıstandan 3 qızıl, 5 bürünc gətiriblər
Bütün arxiv bir sırada
01/04/2019 [12:33] - Köşə - ( 1467 dəfə baxılıb)

Tonoyanın hədəsi, Quterreşin çəpiyi...

Elşad Paşasoy

Martın 1-də Minsk Qrupunun həmsədrləri bölgəmizə səfərdən sonra sevincək bəyanat yaydılar ki, bəs, liderlər görüşə razılıq verib.  Vasitəçilər həm də əhalini sülhə hazırlamaq barədə regionda gedən diskussiyaları “məmnunluqla qarşıladıqlarını” da demişdilər.

Ardınca nə baş verdi? Ermənistan hakimiyyəti Mehridə qiyam qaldıran əsgərləri Qarabağa - sürgünə (!) göndərdi. Özü də dünyanın  gözünün içinə baxa-baxa! Üstəlik, etiraz edən valideynlərə dedilər ki, burada qeyri-adi nəsə axtarmağa dəyməz, sadəcə, hərbçilərin yerdəyişməsi həyata keçirilib. Erməni əsgərlərin anaları bu məsələyə münasibətdə həmsədrlərdən, lap elə beynəlxalq təşkilatlardan daha ədalətli oldular. Heç olmasa illər öncə İrəvana “Qarabağa əsgər göndərmə” çağırışı edən, bununla bağlı xüsusi qətnamə yayan Avropa Parlamenti də etiraz səsini ucaltmadı.

Ardınca da... Vyana görüşündən iki gün qabaq ermənilər Azərbaycan əsgərini qətlə yetirdilər. Amma nə ATƏT-dən səs gəldi, nə matətdən. Bu mənada David Tonoyanın ABŞ-dan banlaması niyə təəccüb doğurmalıdır ki?

Düzdür, Vyana görüşündən fövqəladə gözlənti yox idi və əsaslı heç nə baş vermədi. Ola bilsin ki, nəticə olaraq əsir və girovların dəyişdirilməsi istiqamətində addımlar atılsın. Ancaq Paşinyanın Kəlbəcər girovlarını geri qaytaracağı da şübhəlidir. Vyanadan qayıdan kimi, Bako Saakyana telefon açıb ona “doklad” edən birisindən bu addımı gözləmək olmaz. Uzağı, deyəcək “gedin, Qarabağla danışın”. Amma hər halda, uzun fasilədən sonra rəsmi danışıqlara start verilməsi müəyyən ümidlər yarada bilərdi. Ancaq...

Ermənistanın müdafiə naziri David Tonoyanın təhdidi bu ümidlərə də yer qoymur. Tonoyan deyib: “Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən, ”ərazi qarşılığında sülh" formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni “yeni ərazilər üçün yeni müharibə”. Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür". Bu, həm də o deməkdir ki, “Paşinyan kimdir, burda mən varam!”

Onu danışdıran kimdir? Burada təkcə erməni diasporunun qarşısında “qəhrəman” kimi görünmək cəhdindən söhbət getmir. Şübhəsiz ki, erməni nazir Vyanada hansısa uğurun əldə olunmaması üçün əlindən gələni edən Rusiyadakı dairələrin sifarişini yerinə yetirib. Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində doğulmuş Tonoyan Rusiyadakı dairələrin təsiri altındadır. Onun məhz növbəti sülh danışıqları aparıldığı vaxt yekə-yekə danışması səbəbsiz deyil. Rusiya Vyana görüşündən heç də məmnun deyildi. Ermənistan XİN başçısı gecə ilə Lavrovun yanına əbəs yerə getməmişdi ki...

Nazir təyin olunandan bir həftə sonra Naxçıvan istiqamətindəki strateji mövqeləri itirən və bunu əhalidən gizləyən Tonoyan təbii ki, elə ötən həftə Qarabağda iki əsgərinin güllələnməsi faktını da ört-basdır etmək üçün belə hay-küy salır. Ancaq bu bəyanatın yalnız daxili ictimaiyyətə yönəldiyini də iddia etmək olmaz. Erməni nazir təxribatlar seriyasını davam etdirir. Onun bu sahədə təcrübəsi var, 2016-cı ilin aprel döyüşləri zamanı müdafiə nazirinin müavini olan David Tonoyan həmin təxribatlara rəhbərlik edənlərdən olub. O zaman Azərbaycan və Ermənistan liderləri Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində bir araya gələcəkdilər. Martın 31-də Vaşinqtonda sammit başladır, aprelin ilk günü isə Ermənistan mövqelərimizə hücuma keçdi... Sözsüz ki, ABŞ-ın moderatorluğu ilə keçiriləcək görüşü pozmaq planı olub.

Vyana görüşündən sonra da hər an vəziyyət gərginləşə bilər. Azərbaycanın rəsmi qurumlarının cavabı məncə, çox yumşaqdır. Ermənistana cavab daha sərt şəkildə verilməlidir. Qoy Tonoyan və digər yanlar görsünlər başından böyük danışmağın nəticəsi necə olur... 

Keçən il həmin bu Tonoyan demişdi ki, Ermənistan 2016-cı ilin aprel müharibəsindən hərbi dərs çıxarıb. Amma son bəyanatı əksini deyir. Apreldir. Dərsini oxumayan nazirin dərsə getmək vaxtıdır.

BMT-nin baş katibi Antonio Quterreş isə Ermənistanın zibilliyə atdığı BMT-nin 4 qətnaməsinin həllini tələb etmək əvəzinə, Vyana görüşündən məmnunluq ifadə edib. Bəlkə durub bir Tonoyana da çəpik çalasan, cənab Quterreş! Tonoyan Azərbaycanı Nyu-Yorkdan hədələyib - 26 il əvvəl Qarabağa dair 4 qətnamənin qəbul olunduğu BMT baş ofisinin yerləşdiyi şəhərdən. Bəlkə elə Quterreşin yanındaymış, kim bilir...

loading...
loading...
"10 il boyunca mənə uşaqlarımın gözü önündə təcavüz etdi" - AĞLASIĞMAZ...
Bu da oldu: Hindistanda "qaz çıxarma" yarışması keçiriləcək...
"Dünyanın ən xoşbəxt kirpisi" fenomenə çevrildi - MARAQLI
"Niyə təkcə “Kapital bank", başqa bankların bankomatları yoxdurmu..?"
Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Dədə Süleyman”dan acı xəbər- Gözü tutuldu...
Cəmiyyət
"Bu gün teatr və aktyor sənəti haqda bilən də, bilməyən də danışır, belə olmaz, ayıbdır"
Gündəm
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
Cəmiyyət
“Nəvələrimin toyunu görmək üçün Allahdan ömür istəyirəm...”
Siyasət
Türkiyənin Təkaltı dağından Ermənistana bayraq mesajı: "Vaxt gələcək, o ərazilər də..."
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
Bu da Pərviz Bülbülənin özündən hündür qızı - FOTO
"Məlumat gəldi ki, Ayaz Mütəllibovun bir maşın silahı Corat qəbiristanlığında gizlədilib..."
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247