Xəbər lenti
27/10/2020 [10:31]:
Prezident: “Bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, əvvəl özlərinə baxsınlar”
27/10/2020 [10:28]:
Dövlət başçısı: "Həmsədrlərin fəaliyyəti münaqişənin həllinə deyil, onun dondurulmasına yönəlmişdi"
27/10/2020 [10:27]:
Prezident: “Konstruktiv yanaşma BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır”
27/10/2020 [10:26]:
Azərbaycan Prezidenti: "Hər şey Ermənistanın özünü necə aparacağından asılı olacaq"
27/10/2020 [10:24]:
Azərbaycan Prezidenti hərbi əməliyyatların hansı səbəblərdən başlandığını açıqlayıb
27/10/2020 [10:23]:
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
27/10/2020 [10:23]:
TDAV-dan Azərbaycana dəstək məktubu: Qəhrəmanlıq mübarizəsini qardaş Türkiyə qürurla izləyir
27/10/2020 [10:21]:
Vətən müharibəsinin 1 ayı tamamlandı- Azad olunmuş kəndlərin TAM SİYAHISI
27/10/2020 [10:16]:
BMT 1993-cü ildə bizim beynəlxalq hüquqdan irəli gələn haqqlarımızı rəsmləşdirib, qalıb icra edilməsi"
27/10/2020 [10:16]:
"Moskva ermənilərin xəyanətkarlığındansa, Azərbaycan və türk dostluğuna üstünlük verməkdədir"
27/10/2020 [10:10]:
"Bütün ermənilər Qarabağı tərk etməli, bundan sonra isə 30 il bizimlə ora qayıtmaq üçün danışıqlar aparmalıdırlar"
27/10/2020 [10:04]:
Separatçı başıboş "komandan"  “müdafiə naziri”nin yaralandığını etiraf etdi...-FOTO
27/10/2020 [10:04]:
Tərtərə atılan “Smerç” raketi rayonun Buruc kəndinə düşüb
27/10/2020 [09:52]:
Separatçıların “müdafiə naziri” yaralanıb
27/10/2020 [09:51]:
Ermənilər Tərtərin Düyərli kəndini raket atəşinə tutub - FOTO
27/10/2020 [09:32]:
Milli Məclis bu günə iclas çağırdı - 8 məsələ müzakirə olunacaq
27/10/2020 [09:27]:
Çin ABŞ şirkətlərinə sanksiyalar tətbiq edəcək
27/10/2020 [09:26]:
Koronavirusla bağlı SON STATİSTİKA
27/10/2020 [09:25]:
Ermənistan Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu raket atəşinə tutdu
27/10/2020 [09:02]:
“Azərbaycan artıq  Qarabağdakı erməni qüvvələrini məngənəyə sıxışdırır...”- POL QOBL
27/10/2020 [08:14]:
Türkiyədə bir terrorçu öldürüldü, digəri özünü partlatdı- İTKİ OLMADI...
27/10/2020 [08:02]:
Erməni diviziyasının qərargah rəisi gəbərdildi!.. - Cəbhədə son vəziyyət...
27/10/2020 [07:56]:
Haqq yolunda mətanətli olmaq üçün oxunan dua hansıdır?..
27/10/2020 [07:45]:
Əsgərə məktub
27/10/2020 [01:23]:
Paşinyan bu dəfə Trampa gileylənir
27/10/2020 [01:04]:
Tanınmış konfliktoloq: "Prezidentə ancaq bircə söz demək istəyirəm, gözlərindən öpürəm!"
27/10/2020 [00:47]:
Xalqın İlhamı...
27/10/2020 [00:40]:
Torpaqları azadetmə əməliyyatlarının başlamasından bir ay ötür
27/10/2020 [00:29]:
Türkiyədə terror aktı törədilib - YENİLƏNİB + FOTO/VİDEO
26/10/2020 [23:59]:
İşğaldan azad olunan Qubadlı şəhəri - VİDEO
26/10/2020 [23:49]:
Niyə 13, Anna?
26/10/2020 [23:22]:
Türkiyədə antiterror əməliyyatı zamanı partlayış baş verib - FOTO
26/10/2020 [23:12]:
Sahiblərinin yanına qayıtmaq üçün 60 kilometr yol qət etdi - MARAQLI
26/10/2020 [22:48]:
Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndi - VİDEO
26/10/2020 [22:45]:
Ananın əlləri qalxacaq göyə, Şəhid ruhlarına dua edəcək...
26/10/2020 [22:41]:
Bütün ABŞ bu uşaqdan danışır - İnsan skleti ilə dostluq etməyə başladı...
26/10/2020 [22:37]:
İranda hər 4 dəqiqədə bir insan koronavirusdan vəfat edir RƏSMİ ETİRAF
26/10/2020 [22:24]:
İbrahim Kalın ABŞ-ın Milli Təhlükəsizlik üzrə məsləhətçisi ilə Qarabağ problemini müzakirə edib
26/10/2020 [22:13]:
Türkiyədə son sutkada koronavirusdan 75 nəfər ölüb
26/10/2020 [22:05]:
Təlxəyin arvadı 13 nəfərlik dəstəsi ilə üstümüzə gəlir...
26/10/2020 [21:46]:
“Qarabağa muzdlu döyüşçülər göndərirlər” - "Təlxək" yenə Türkiyə ilə Pakistana iftira atdı...
26/10/2020 [21:28]:
Prezidentin köməkçisi: “Ermənistan real hərbi itkilərini erməni xalqından gizlətməyə çalışır” - FOTO
26/10/2020 [21:26]:
Erməni əsgərlər arasında mübahisə - Mövqeləri tərk etdilər - VİDEO
26/10/2020 [21:05]:
Erməni əsgərlər aclıq içərisində - VİDEO
26/10/2020 [20:56]:
Sabiq deputatdan İlham Əliyevlə bağlı maraqlı təklif...
26/10/2020 [20:39]:
"Zəli kimi torpaqlarımızı işğalda saxlayanlar layiq olduqları cəzanı alırlar..."
26/10/2020 [20:15]:
Hərb tariximizin humanitar aspektləri
26/10/2020 [20:10]:
20 yaşında həyatına son qoyan modelin intihar səbəbi ortaya çıxdı...+ FOTOLAR
26/10/2020 [19:59]:
Paşinyan erməni əsgərlərin döyüş meydanından qaçdığını etiraf etdi
26/10/2020 [19:53]:
Müdafiə Nazirliyi qəhrəman hərbçilərimizi tanıdır - VİDEO
26/10/2020 [19:51]:
Qubadlının işğaldan azad olunan Padar kəndinin görüntüsü - VİDEO
26/10/2020 [19:49]:
Şamaxıda zəlzələ olub
26/10/2020 [19:41]:
Tarixi əsəri yerindən çıxararaq fransızları oğurluqda günahlandırdı - VİDEO
26/10/2020 [19:15]:
Canlı yayımdakı uğursuzluğundan bütün dünya danışdı -Yanağına qonan milçəyi bu cür uddu... + VİDEO
26/10/2020 [19:09]:
Ermənistanın atdığı mərmilər nəticəsində Daşkəsəndə meşəlik ərazidə baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
26/10/2020 [19:06]:
Hikmət Hacıyev: "Bu gün Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılıb"
26/10/2020 [19:04]:
MN: Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
26/10/2020 [19:02]:
“Ermənistana göstərilən hərbi yardımlar müharibənin taleyinə təsir etməyəcək”
26/10/2020 [18:46]:
Atəşkəsi pozan ermənilər Ağdam rayonunda körpələr evini artilleriya atəşinə tutub - FOTO
26/10/2020 [18:38]:
Başını itirmiş separatçı-terrorçu “komandan”ın hərbi müşavirəsi bu abırda keçdi... - FOTO
26/10/2020 [18:31]:
Ermənistan əsirlərin azad edilməsi, meyitlərin qaytarılması təkliflərinə cavab vermir
26/10/2020 [18:23]:
"Bütün hallarda Qarabağda son sözü Azərbaycan Ordusu deməli olacaq"
26/10/2020 [18:18]:
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur - Atəşkəs yenə də kobud şəkildə pozulur...
26/10/2020 [18:17]:
Pakistandan Azərbaycana növbəti DƏSTƏK
26/10/2020 [18:17]:
“Bibim deyirdi ki, ermənilər gözümün qabağında qaynanamı doğramışdılar...” - VİDEO
26/10/2020 [18:15]:
Baş Nazir Təhsil Nazirliyi ilə bağlı qərarını DƏYİŞDİRDİ
26/10/2020 [18:12]:
"Prezident İlham Əliyev ermənilərə dəstək verən qüvvələri fakt qarşısında qoydu"
26/10/2020 [17:56]:
Özündən 30 yaş kiçik tələbəsinə aşiq oldu, 4 dəfə evləndi, övladı vəhşicəsinə qətlə yetirildi
26/10/2020 [17:50]:
Düşmən kvadrokopteri məhv edilib - RƏSMİ
26/10/2020 [17:45]:
"Makron davranışı və yürütdüyü siyasəti ilə Fransanın beynəlxalq imicinə zərbə vurdu"
26/10/2020 [17:44]:
Qərbi Kaspi Universitetində respublika elmi konfransı keçiriləcək
26/10/2020 [17:42]:
"Siz bunları etdikcə Şuşada Qarabağ şikəstəsi yüksələcək, Təbrizdə Xətainin, Nadir Şahın..."
26/10/2020 [17:28]:
"Xocalı qatillərinin məhv edilməsi ilahi və tarixi ədalətin bərpasıdır"
26/10/2020 [17:26]:
"ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın çirkin əməlləri riyakarlığının göstəricisidir"
26/10/2020 [17:24]:
Ermənistanın sərhəd qoşunları komandanı işdən çıxarıldı
26/10/2020 [17:23]:
İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
26/10/2020 [17:22]:
“Ali Baş Komandanı Atatürklə müqayisə edərdim, o da həm hərbçi, həm də siyasətçi idi”
26/10/2020 [16:49]:
İşğalçılar Ağdamda məktəbi atəşə tutdu - FOTO
26/10/2020 [16:48]:
“Epidemiyanın yayılmasını əngəlləmək üçün müəyyən məhdudlaşdırıcı tədbirlər görülə bilər”
26/10/2020 [16:46]:
"Bu, onu göstərirdi ki, Ermənistan bu humanitar atəşkəsə da riayət etməyəcək"
Bütün arxiv bir sırada
28/03/2019 [11:19] - Ədəbiyyat - ( 1448 dəfə baxılıb)

İlham Əziz - Nübar orucu



...Hamı məhşərdən qaçan tək qaçırdı o gün. Ən qabaqda babam qaçırdı. Ayaqyalın qaçırdı babam. Üzü Kürə qaçırdı babam. O Kür ki, həyatının cəhənnəmi olmuşdu,  o Kür ki, sonradan and yeri olmuşdu babamın, o Kür ki, acgöz əjdaha kimi ən gözəl, ən qıvraq balasını almışdı əlindən; əvəzində heç vaxt dinməyəcək dərd vermişdi...

Babam bibimi qucagında yox, kürəyində gətirdi. Kürün buz kimi suyu bibimin saçlarından, paltarından süzülüb babamın odlu sinəsilə aşağı axırdı. Yulğunlar, tikanlar da, elə bil, aralanıb yol verirdi babama. Gedəndə qaça-qaça getmişdi; ümidlə getmişdi, qayıdanda asta-asta qayıtdı; kürək dolu dərdlə qayıtdı babam. Bütün ölən balaların yükü vardı ata çiynində, bütün batan uşaqların ciyərlərindən qayıdan su tökülürdü kürəyinə. Kürəyindən, sinəsindən  axan su yanan ürəyinin istisində qaynayır, gozlərinə qayıdıb sel kimi tökülürdü. Evə qədər yol ömrünün ən uzun yolu oldu, bu yolu sakit gəldi, bu yolda qocaldı babam.

Bibim səhər hamıdan tez durmuşdu. Qonaq-qaralı ev, yır-yıgış, sil-süpür... Bir yandan da qardaşı instituta girib... Günəş qalxır, qoraların canına vəlvələ düşür, yarpaqların arasından oğrunca süzülən şüalar  həyətə yaşıl sərinlik salırdı. Üzüm şelinindən qopan yarpaqlar oynaya-oynaya bibimin saçlarında çələng olur, cənnətinə qovuşurdu. Qonşu qızların adda-budda eşidilən şıltaq gülüşləri hər tərəfdən uçub həyətimizə gəlir, bibimin dodaqlarına qonurdu. Gülüşləri özlərindən soraq gətirən qızlar qapımıza çatanda bibim də qəntərini  götürüb onlara qoşuldu. Al-əlvan qızlar, sanasan,  tozlu kəsəkli yolla bir dəstə gülə dönüb Kürə tərəf axırdılar.

Ətəyi dizindən yuxarıda düyünlənmiş qızların ayaqlarının ilığından vəcdə gəlirdi Kür, yatağına sığmır, özünü qayalara çırpırdı. Bibim salxımları çaya uzanan söyüdün arxasına çəkilib saçlarını çayın saçlarına qatıb yuyurmuş. Onda saçları qoca çayın saçlarına dolaşıb, əl atıb, əli hər yerdən üzülüb... Təslim olub, ruhu qoşulub illərdi Kürdə dinməzcə axan gənc ruhlara.

Görən bibim hansı nəğməni zümzümə edirmiş o anda, görən o hansı daş idi, xəyanət etdi bibimə, əl atdı əlindən yapışmadı...

Bibim Kürə qovuşmadan bir gün əvvəl atam zarafata bacısını tüfənglə qorxutmaq istəyib, tüfəng açılıb, güllə bir Allah bilir hara gedib. Bibimə heçnə olmayıb. Deyirmişlər, “od–yalov”du, özü güllə kimi qızdı, güllə öldürməz bunu. Oda can verməyən, suya can verdi.

 O gün, bu gün Kürə qarışıb Kürlə axır bibim. Bu qoca çay beləcə lal-dinməz axmağa təpər tapır; cavan-cavan qızların, oğlanların ruhun alır, gücünə güc qatır, gəncləşir. Nə kərmətdirsə, heç vaxt eşitmədim bir qoca Kürdə batsın.

Hər axır çərşənbə kiçik bibim tezdən  Kürə gedib su gətirir üstümüzə çiləyir, çilədikcə mənə elə gəlirdi ki, zərrə -zərrə, damla-damla evimizə qayıdır Nazilə bibim. Sonralar Kür  daşıb sahilindəki tuqay meşəsini basanda elə bilirdim bibim saçlarını çiyninə salıb darayır.

İllər sonra ilk dəfə anlamışdım qüssənin nə olduğunu; qəbiristanda atam bibimin başdaşına toxunanda... İlahi, necə nəvazişlə əzizləyirdi bir parça soyuq daşı...

Nənəm... Nənəm... Nənəmin dərdi bir başqa idi. Qardaşsız bacıların aglamağı ayrı olur, xısın-xısın, için-için.

O gün nənəm tez- tez qışqırırdı: “Mənim qızım olüb! Ay adamlar! Mənim qızım ölüb!” Mənə elə gəlirdi, onu ozündən başqa heç kim eşitmir. Elə bil ki, o da insanlara yox, Allaha qışqırırdı. Hardansa bulud peyda olmuşdu başının üstündə, çəkilmədi ki, Allah eşitsin nənəmi, çəkilmədi. Bir anda öyrəndi həyatın sirrini, bir anada qəbul etdi heç vaxt anlamayacağı mətləbləri. Bir anda dəyişdi hər şeyin mənası, hər şeyin dadı. Çaşmadı nənəm, öyrəndi, toxundu içindəki bütün toxunulmazlara.

İllər keçir, dərdi keçmir, hər il bibimin xatirəsini bir başqa cür oxşayır, başqa cür ağlayırdı.

Nənəm bişirdiyi çörəklərə bənzəyirdi; agappaq, yupyumru. Taleyi də çörək taleyi oldu, yoğruldu yapıldı həyatın təndirinə. Kütə getməz, gülləməzdi çörəkləri, əzizləyib danışardı onlarla.Təndirdən çıxaranda kimi görsə, and verirdi, çörək kəssinlər. Onda başa düşməzdim, indi bilirəm... Aclıq görmüşdü, hamını ac bilirdi.

Nişanlı qızların  toy yorğanını nənəm sırıyar, günlərini ilmə-ilmə, naxış- naxış təzə gəlinlərin ömrünə calayardı. İlmələrinə oxşayırdı bir az da.
Bəy qızı olub; hər şeyi bəyənməzdi, bacardığını bir başqa bacarardı. Boynunda hili, qulağında qırxdüymə sırğası.

Bəzən gözləri elə yol çəkərdi, deyərdin, o dünyaya baxır, qızını görür. Bibim öləndən  süfrəyə oturmadı, otura bilmədi. Tək yedi yeməyini. Elə bil, süfrəsində biradamlıq yer var, onu da qızına saxladı. Yeməyinə qənd atardı, ağuya dönmüşdü bibimdən sonra yediyi.

Nübar yemədi nənəm... Ölüm ayagında  çiyələk istəmiş, atam başqa kənddən çiyələk tapıb gətirmişdi. Bir az da ilin-günün tərs vaxtı çiyələk tapdığına sevinmişdi. Çiyələyi gətirib yatağının yanına qoymuşdular. Son qisasını da belə aldı nəfsindən; bir çiyələyə baxdı, bir yuxarı, üzünü çevirib, orucağız qovuşdu Nazilə bibimə.

loading...
"Bütün ermənilər Qarabağı tərk etməli, bundan sonra isə 30 il bizimlə ora qayıtmaq üçün danışıqlar aparmalıdırlar"
Sahiblərinin yanına qayıtmaq üçün 60 kilometr yol qət etdi - MARAQLI
Bütün ABŞ bu uşaqdan danışır - İnsan skleti ilə dostluq etməyə başladı...
Təlxəyin arvadı 13 nəfərlik dəstəsi ilə üstümüzə gəlir...
20 yaşında həyatına son qoyan modelin intihar səbəbi ortaya çıxdı...+ FOTOLAR
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Siyasət
BMT 1993-cü ildə bizim beynəlxalq hüquqdan irəli gələn haqqlarımızı rəsmləşdirib, qalıb icra edilməsi"
Gündəm
“Ermənistana göstərilən hərbi yardımlar müharibənin taleyinə təsir etməyəcək”
Gündəm
“Epidemiyanın yayılmasını əngəlləmək üçün müəyyən məhdudlaşdırıcı tədbirlər görülə bilər”
Cəmiyyət
“Bütün bloqerlər cəbhə bölgəsindən çıxarılsın, reytinq xatirinə ora gediblər”
Cəmiyyət
Ramiz Rövşən Qubadlıdan danışdı: "Belə tez alınacağını gözləmirdim”

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247