Xəbər lenti
05/07/2020 [20:41]:
“Mayor Platov” daha 12 il Kremldə oturacaq - Rus “çarı”nın qarşısında duran 3 seçim
05/07/2020 [20:35]:
190 manat veriləcək şəxslərin sayı AÇIQLANDI - VİDEO
05/07/2020 [20:27]:
“Forbes”: “Qafqazda dron müharibəsi olacaq”
05/07/2020 [20:15]:
Əməkdar artist uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib
05/07/2020 [19:40]:
Koronavirusa yoluxan alimin həyat yoldaşı da xəstəxanaya yerləşdirildi – YENİLƏNİB
05/07/2020 [19:36]:
Rusiya generalı erməniləri Qarabağdakı ağır məğlubiyyətdən necə xilas etdi - HƏRB TARİXİ
05/07/2020 [19:30]:
“Dörd-beş qəzetdən başqa bu gün ölkədə yazılı mətbuatı oxuyan yoxdur...”
05/07/2020 [19:26]:
"İrəvan xanlığının bayrağı döyüş bayrağı olduğuna görə ondan imtina etdik..."
05/07/2020 [19:11]:
ÜST daha bir preparatın kliniki testlərini dayandırıb
05/07/2020 [19:09]:
Azərbaycanda koronavirusa yoluxanların sayı 20 mini ötdü
05/07/2020 [19:05]:
“Fairmont Baku” otelində karantini pozanlar saxlanıldı - VİDEO
05/07/2020 [19:03]:
Ermənistandakı 102-ci bazada rus hərbçinin meyiti tapıldı...  
05/07/2020 [19:02]:
Konteyner qatarı Çindən Türkiyəyə rekord qısa müddətdə çatdırılıb
05/07/2020 [18:50]:
"Sobsan"boya fabrikində yenidən tüstüləmə başlayıb- Kəmaləddin Heydərov hadisə yerindədir
05/07/2020 [18:40]:
"Zakir Qaralov dedi ki, sizə kömək edərdim, amma maaşla dolanan adamlarıq..."
05/07/2020 [18:36]:
Azərbaycanda daha 523 nəfərdə koronavirus aşkarlandı – doqquz nəfər öldü + FOTO/VİDEO
05/07/2020 [18:20]:
Deputat onlayn qəbul keçirdi: Seçicilərini karantin rejiminin şərtlərinə əməl etməyə çağırdı
05/07/2020 [17:59]:
“Sobsan“ boya fabrikində baş verən yanğından FOTOREPORTAJ
05/07/2020 [17:54]:
BDU-nun daha bir tanınmış müəllimi vəfat edib - FOTO
05/07/2020 [17:43]:
“Sobsan”dakı yanğınla narkoloji dispanerdki yanğın arasında əlaqə var – ELMİ-LƏDUN...
05/07/2020 [17:36]:
Bakıda güclü yanğın başlayıb
05/07/2020 [17:17]:
Türkiyə Azərbaycana tibbi yardım göndərdi – Cihazlar, dərmanlar, qoruyucular + FOTOLAR
05/07/2020 [17:12]:
Cəmiyyətin təpkisi polisi hərəkətə keçirdi: “Fairmont”da "qulaqlama" əməliyyatı + VİDEO
05/07/2020 [16:54]:
“Qara Pantera”dan Vaşinqtona müharibə elanı: “Döyüş meydanından qarşımıza çıxın...”
05/07/2020 [16:46]:
Xaçmaz və Siyəzənin giriş-çıxışlarında müvəqqəti postlar quruldu
05/07/2020 [16:42]:
TƏBİB koronavirusa yoluxan alimlə bağlı məsələləri nəzarətə götürdü
05/07/2020 [16:35]:
ABŞ-da bir gündə 242 nəfər koronavirusdan öldü
05/07/2020 [16:35]:
Qənirə Paşayevdan növbəti xoş xəbər: "İdris Abbasov artıq "Yeni Klinika"dadır..."
05/07/2020 [16:26]:
"İnanıram ki, mәn mәğlub millәtin mәğlub şairi kimi dünyadan köçmәyәcәm..."
05/07/2020 [16:08]:
Bakının məşhur hotelində karantin qaydaları pozuldu - FOTO/VİDEO
05/07/2020 [16:03]:
Türkiyədə lunaparklar açılır
05/07/2020 [15:36]:
Bərdədə qanunsuz işləyən kafe sahibi həbs edildi
05/07/2020 [15:26]:
Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
05/07/2020 [15:24]:
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
05/07/2020 [15:00]:
Kəlbəcərin Qozlu kəndində küçələr  asfaltlanmağa başlandı...-FOTOLAR
05/07/2020 [14:44]:
"Öz-özümə düşünürdüm ki, Xudu Məmmədov hara, "Bakı" restoranı hara..."
05/07/2020 [14:38]:
BMU-da yaz imtahan sessiyası başa çatıb
05/07/2020 [14:29]:
Pandemiya keçmiş müdafiə nazirini canından artıq sevdiyi Azərbaycana həsrət qoyubmuş...
05/07/2020 [14:27]:
Qusara qanunsuz istirahətə gedənlər cərimələndi
05/07/2020 [14:25]:
Polis Şəkidə sərt karantin rejiminə nəzarət edir
05/07/2020 [14:17]:
Sabah Bakıda 37 dərəcə isti olacaq
05/07/2020 [14:12]:
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan, yataqdan videosu yayılan reper...
05/07/2020 [14:00]:
Elektron icazə portalında problem yaranıb, sahibkarlar qeydiyyatdan keçə bilmir
05/07/2020 [13:33]:
Buffon yeni rekorda imza atdı
05/07/2020 [13:32]:
Daha bir rayon su böhranı ilə üz-üzədir
05/07/2020 [13:32]:
“Sobsan”dakı dəhşətli yanğından sonra nazirlik araşdırmalara başladı - RƏSMİ AÇIQLAMA
05/07/2020 [13:23]:
Çurbanovun “xüsusi” səlahiyyətləri, Andropovla Şelokovun çəkişməsi- külə dönən sənədlər...
05/07/2020 [13:14]:
DİM 2 və 3 iyulda keçirilən imtahanların nəticələrini açıqladı
05/07/2020 [13:13]:
Tənəffüs aparatına qoşulu qalmağın “lüksü” - Məclis həvəskarlarının diqqətinə!
05/07/2020 [13:01]:
Ona görə gənclərimiz Quba ilə Qubadlını səhv salır...
05/07/2020 [12:56]:
3M və ya VƏTƏNDAŞ ANLAYIŞI...
05/07/2020 [12:50]:
"Ümidləri neft-qaz satışından gələn gəlirlərə bağlamaq çox təhlükəlidir, biz yubanırıq..."
05/07/2020 [12:39]:
Vahid Əhmədov səhhətindəki problemlə bağlı Türkiyəyə aparılıb
05/07/2020 [12:30]:
“Qaçmamışam, huşumu itirmişdim"- 3 nəfərin ağır xəsarət almasına səbəb olan sürücü
05/07/2020 [12:24]:
TIR aşdı, içindəki 15 min toyuğun beş mini tələf oldu - VİDEO
05/07/2020 [12:22]:
Marsın ən böyük kraterinin görüntüləri heyran etdi - VİDEO
05/07/2020 [11:58]:
Braziliya millisinin keçmiş baş məşqçisi koronavirusa yoluxub
05/07/2020 [11:55]:
DYP: Xüsusi karantin rejimini pozan 1818 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
05/07/2020 [11:53]:
Bu gündən bütün icazələr ləğv ediləcək - RƏSMİ
05/07/2020 [11:48]:
Ermənistanda daha 706 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb
05/07/2020 [11:31]:
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
05/07/2020 [11:27]:
İldırım 150 illik məbədi külə çevirdi - VİDEO
05/07/2020 [11:25]:
Mayk Tayson görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi – FOTO
05/07/2020 [11:23]:
"Virusu son dövrdə yayan da, yayılmanı sürətləndirən də nevroz, qorxu, vahimədir"
05/07/2020 [11:21]:
Bakıda istirahət mərkəzində karantini pozan qadınlar saxlanıldı
05/07/2020 [11:17]:
"İyulda əhalini və sahibkarları dəstəkləmək üçün vəsait ayrılmasa, bunun bədəlini..."
05/07/2020 [10:40]:
Naftalanda ər arvadını öldürüb, ögey qızını ağır yaraladı - TƏFƏRRÜAT
05/07/2020 [10:32]:
“Diplomatiyadakı nailiyyətlərdə Azərbaycan diasporunun əhəmiyyətli rolu var”
05/07/2020 [10:29]:
Magistral yolda iki yük maşını toqquşub - FOTO/VİDEO
05/07/2020 [10:24]:
Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq edib
05/07/2020 [10:23]:
Gəlir vergisi tutulmayan ölkələr hansılardır?
05/07/2020 [10:00]:
Bu ilin üçüncü Ay tutulması sona çatıb
05/07/2020 [09:58]:
Naftalanda ana və qızını bıçaqlayan şəxs saxlanıldı
05/07/2020 [09:53]:
Türkiyə bizə meydan oxuyur - Afina
05/07/2020 [09:51]:
“Koronavirus ABŞ kəşfiyyatının ən böyük əməliyyatıdır” - SENSASİON İDDİA
05/07/2020 [09:42]:
Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır
05/07/2020 [09:41]:
Yaponiyada daşqınlar nəticəsində azı 18 nəfər həlak olub - FOTO
05/07/2020 [09:37]:
Atəşkəs rejimi 43 dəfə pozulub
05/07/2020 [09:35]:
Yaxın onillikdə ən çox yayılacaq kibertəhlükələr açıqlandı
05/07/2020 [09:08]:
Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını ağır yaralayıb
Bütün arxiv bir sırada
17/03/2019 [16:43] - Araşdırma - ( 5714 dəfə baxılıb)

“Dövlət üçün strateji hər hansı bir məsələdə rüşvət almaq dövlətə xəyanətdir…”

“Artıq İsrail mətbuatı Rövşən Cavadovu “gələcəyin prezidenti” adlandırırdı...”
Hər hansı bir siyasətçi və ya hərbçi üçün ən böyük səhv və həm də günah - özünü bütləşdirməkdir...


 Xalqımız və dövlətçiliyimiz üçün  olduqca həlledici, həm də ziddiyyətli, kritik bir mərhələyə təsadüf etmiş 1995-ci il Mart olaylarından artıq 24 il ötür. Müstəqilliyimizin bərpası ərəfəsindəki və sonrakı bir sıra hadisələr kimi,  QARDAŞ QIRĞINIYLA nəticələnmiş həmin olayların da hələ də  bir çox qaranlıq, sirli məqamları açıqlanmayıb...

Hələ bu günədək bəndənizə tam aydın deyil: “Necə oldu ki, 1993-cü ilin iyununda, ölkənin vətəndaş müharibəsinə hamilə olduğu, hər bir siyasi lider üçün qorxulu, təhlükəli və gərgin günlərdə o zaman Naxçıvan Muxtar Respublikası Ali  Sovetinin sədri olan mərhum Prezident Heydər Əliyevin mühafizəsini təşkil edərək Bakıya- düz Prezident Aparatınadək gəlməsinə şərait yaratmış, bizlərə verdiyi  müsahibə və çıxışlarında daim Qarabağı işğaldan azad etmək üçün xalqı və gəncləri Heydər Əliyev ətrafında sıx birləşməyə çağıran Daxili İşlər nazirinin müavini, torpaqlarımızın müdafiəsi və azad edilməsi uğrunda ən gərgin döyüşlərin iştirakçısı olmuş, qəzet və kitablarda ermənilərin başına külli miqdarda pul qoyması barədə yazılan “OMON” komandiri olan şəxs və ona sadiq onlarla döyüşçü iki il ötməmiş  ölkənin Prezidentinə, Ali Sovet sədrinə qarşı çıxdı və sonda özü və ətrafındakılar dövlət çevrilişinə cəhddə ittiham olundular?”... 

Düzdü, dövlət orqanları istintaq aparıb, cinayət işi açılıb, yüzlərlə hadisə iştirakçısı, bəndəniz də qarışıq şahidlər dindirilib, hökm verilib, cəzalarını çəkənlər çəkib və hələ də çəkənlər var, amma bu günədək içimizi gəmirən və cavabsız qalan suallar  var... 
...Hələ 1991-1992-ci illərdə yetkin yaşlarda olan Azərbaycan sakinlərinin xeyli hissəsi  artıq həm el arasındakı söhbətlərdən, həm də televiziyadan və qəzet səhifələrindən Rövşən Cavadovu erməni separatçı və terrorçuluğuna, təcavüzünə qarşı  mübarizə aparan bir döyüşçü komandir kimi tanımağa başladı. Şəhid Daxili İşlər naziri Məhəmməd Əsədovun yaratdığı “OMON” döyüşçülərinin fədakarlığının da komandirlərinin nüfuz qazanmasında böyük rolu vardı. Özüm gözlərimlə görməsəm də, Rövşən Cavadovun hələ “OMON”un  rota komandiri olarkən öz dəstə üzvləri ilə birgə konkret olaraq bizim kəndimizdə - işğal altındakı Laçın rayonunun Ağanus kəndində qonşu erməni kəndindəki yaraqlılara qarşı mübarizə aparmasından atam,  qohum və dostlarım danışırdı(O zaman tələbə olduğumdan  çox vaxt Bakıda olurdum)... 
.
..R.Cavadovun 1990-cı ilin payızında sakinlərdən Təvəkkül Məhərrəmovun şəhid edildiyi ağır vaxtlarda öz dəstəsi ilə  günlərlə  kəndimizdə qaldığını, evlərdən birində gecələdiyini də bilirdim. Sonradan o evin sahibi olan həmkəndlimiz R.Cavadovun gecələr öz əli ilə vətənpərvərlik, türkçülük haqqında ibrətamiz kəlamlar yazdığı bir dəftəri də bəndənizə vermişdi. Həmin dəftərdə belə bir cümləsi də vardı: “Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…” Rövşən həlak olandan sonra o dəftəri bir əmanət olaraq rəhmətlik anası Tamara xanıma çatdırdım... 

Rövşən Cavadovun “OMON” komandiri kimi  Xocalı faciəsi zamanı, AXC hakimiyyəti dövründə keçirilmiş Ağdərə əməliyyatlarında  və s. göstərdiyi fədakarlıqlar, döyüşlərin birində yaralanması və s. barədə yazılanlar və danışılanlar, televiziyada nümayiş etdirilənlər onun nüfuzunu gündən-günə artırırdı...

Xülasə, bu minvalla cəmiyyətdə  erməni işğalçılarına və ümumiyyətlə, cəmiyyətdə haqsızlığa qarşı döyüşən  igid, dönməz, prinsipial, qətiyyətli və səxavətli bir Rövşən Cavadov obrazı yarandı. Onu da deyim ki, burada  mərhumun gerçək keyfiyyətləri ilə yanaşı, məqsədli aparılan ictimai-siyasi  təbliğat   da  rol oynayırdı. Xatırladım ki, R.Cavadov hələ 1990-cı ildə sovet dövründə keçirilən parlament seçkiləri zamanı Laçın rayonundan namizədliyini də irəli sürmüş və bu zaman digər namizədlər və hökumət üzvləri ilə arasında müəyyən ziddiyyətlər də  baş qaldırmışdı...

Amma bütün hallarda 1992-1993-cü illərdə Rövşən Cavadovun nüfuzu, ona olan inam  o dərəcədə yüksəlmişdi ki, hətta o zaman Naxçıvan Ali Soveti sədri olan mərhum Prezident Heydər Əliyev də 1993-cü ilin məlum İyun olaylarında ölkə üçün ən gərgin, ən kritik və hər bir siyasi lider üçün təhlükəli günlərdə Naxçıvandan Bakıya gəlmək üçün öz şəxsi təhlükəsizliyini məhz keçmiş Daxili İşlər nazirinin müavininə,  “OMON” komandirinə  və onun döyüşçülərinə etibar etdi... Artıq Heydər Əliyev faktiki ölkə lideri olduqdan sonra R.Cavadovun Daxili İşlər naziri təyin ediləcəyi də gözlənilirdi. Lakin görünür, bu, məsləhət bilinmədi. Buna rəğmən onun nüfuzu yenə də artmaqda davam edirdi. Çünki hamı onu döyüşkən olmasıyla yanaşı, şəxsiyyətini qoruyan, hakimiyyətdə kimin olmasından asılı olmayaraq qəlbindən keçən tənqidi fikirləri çəkinmədən söyləməyi bacaran bir şəxs kimi tanıyırdı. Bu, özünü Daxili İşlər nazirinin müavini olaraq  Rövşən Cavadovun 29 aprel 1994-cü ildə Prezident yanında DİN-in rəhbər işçilərinin müşavirəsindəki çıxışında da göstərdi. Həmin çıxışında o, ölkənin hökumət qurumlarındakı neqativ  hallardan qısa və kəskin danışdı:

“Cənab prezident! Cənab zabitlər!Respublikamızın güc nazirliklərinin hamısı iflic vəziyyətindədir. Eləcə də Daxili İşlər Nazirliyi… Ona görə də məsələyə kiçik prizmadan baxmaq olmaz. Nə qədər ki, polis nəfəri öz maaşı ilə dolana bilmir, rüşvətxorluğun kökünü heç kim kəsə bilməz. Amma dövlət üçün strateji hər hansı bir məsələdə rüşvət almaq dövlətə xəyanətdi… O adamın bir cəzası var – ölüm… Kim cəzalanıb?! Heç kim?! Ona görə də təcili tədbirlər görmək lazımdır, bir-birimizi aldatmağın yeri yoxdu…”

Belə bir çıxış o zaman edilirdi ki, Vətənimizdə korrupsiya və rüşvətxorluq sovetlər dövründən qalmış kökləri üzərində hələ yenicə müstəqil(!) cücərtilər verirdi. Hələ Azərbaycan iqtisadiyyatının güclənməsi üçün böyük önəm daşımalı olan  “Əsrin müqaviləsi” imzalanmamışdı. Hələ büdcə pulları, neft-qaz gəlirləri bəzi üzdəniraq korrupsionerlərin əlinə keçib küçələrə sovrulmur, qızıl külçələrə dönüb zirzəmilərə yığılmır, London, Sürix banklarına yatırılmır, möhtəşəm villalar, göydələnlər ucaldılmır, yollar, körpülər tikilmir,  eyni küçədə üç aydan bir asfalt çəkilmir, səkilər döşənmirdi… Ancaq  hər bir hakimiyyətin daxilində olduğu kimi, burada da artıq vəzifədə ikən əlinə keçəni “yeyib-dağıdıb” özünə, nəslinə gün-güzəran qurmaq məqsədi güdənlər vardı…Təbii ki, Rövşən Cavadovun çıxışı onların ürəyincə deyildi və birləşərək məddahlığı sevməyən, hər kəsin üzünə gerçəyi deməyi bacaran belə bir rəqibə tələ qurub aradan götürməyi planlaşdıra bilərdilər...

Hələ 1993-1994-cü illərdə — ölkənin dağıdıcı müharibə şəraitində olduğu bir zamanda Rövşənə ümid edən, güvənən nə qədər insan var idi... 

Tale elə gətirdi ki, 1993-cü ilin sentyabrında  Rövşən Cavadovun rəhbəri olduğu Xudu Məmmədov xeyriyyə cəmiyyətinin  təsisçisiliyi ilə nəşr edilən “Təzadlar” qəzetində cüzi maaşla müxbir, az sonra isə baş redaktor müavini işləməyə başladım...  Yaxşı yadımdadır, 1994-cü il iyunun 24-də gözlərini bu dünyaya yummuş  şairimiz Xəlil Rza Ulutürk ölümündən iki gün öncə son məktubunu Azərbaycan Demokratik Gənclər Birliyinin sədri kimi Rövşən Cavadova ünvanlayaraq yazırdı: “Son ümidim sizə -gənclərədir…”. Şair mayın 12-də Bişkekdə təslimçi “atəşkəs” sazişinə imza atmış o vaxtkı parlament sədri Rəsul Quliyevə ünvanlanmış “Ləkə” şeirini yazmış və bundan az sonra ürək xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi... Artıq o zamanlardan Rəsul Quliyevlə Rövşən Cavadovun da münasibətləri daha da gərginləşməyə doğru gedirdi... 
Картинки по запросу Rövşən Cavadov Heydər Əliyevlə
Hər hansı bir hərbi, yaxud ictimai-siyasi lider üçün ən böyük səhv, həm də günahlardan biri öz gücünü, potensialını olduğundan çox dəyərləndirmək, özünü bütləşdirmək, eyni zamanda ətrafındakılar tərəfindən bütləşdirilməsinə şərait yaratmaqdır.. Təəssüf ki, artıq Qarabağ savaşında atəşkəs elan edildikdən sonra Daxili İşlər nazirinin müavini olmaqla yanaşı, ictimai-siyasi fiqur kimi də ortalığa çıxan Rövşən Cavadovda  da bütün mövcud müsbət keyfiyyətləriylə yanaşı, özündən razılıq, öz gücünə həddindən artıq inam yarandı. Bu da artıq onun ətrafında onunla eyni – Azərbaycanı, Qarabağı xilas etmək ideyasını yox,  bu nüfuzlu hakimiyyət fiqurundan yararlanıb maddi baxımdan nələrsə əldə etmək məqsədi güdənlərin: yaltaqların, dəstəkçilərin, məddahların  toplaşmasına səbəb oldu. Bununla da  Rövşən Cavadov şəxsiyyətinin də bütləşdirilməsinə rəvac verilirdi. Bu  gün də vəzifə başında olan, ictimai nüfuzlu şəxslərdən bəzilərini R.Cavadovun ətrafında quyruq  bulayan görümüşəm... Tez-tez reklam  xarakterli müəyyən tədbirlər, görüşlər təşkil edilir, cəbhə zonalarına haylı-küylü səfərlər edilir, adına  mükafatlar təsis edilir, idman turnirləri keçirilirdi. Bu cür hallar isə R.Cavadovun ətrafındakılar, daxili və xarici qüvvələrlə bağlı yanlış qərarlar verməsinə  səbəb olurdu... 

1994-cü ilin yayından etibarən Rövşən Cavadov fiquru xarici güclərin də diqqətini cəlb etməyə başlayırdı... Bəzən daxildəki, yaxud dünyadakı qüvvələr hər hansı bir qabarıq fiquru daha da böyütmək üçün deyil, bir az da “şişirdib-partlatmaqla” məhv etmək  məqsədi güdürlər. Bunu o zaman  edirlər ki, o fiqur ipə-sapa yatmır və  həmin güclərin  taktiki və strateji planlarına əngəl olurlar... 

Şahidiyəm ki, artıq 1994-cü ilin avqustunda İsrail mətbuatı Rövşən Cavadova olmazın təriflər vurur,  “gələcəyin prezidenti” adlandırırdı... Təl-Əvivdə çıxan  rus dilində “Vesti” qəzetinin ardıcıl iki sayında “Komandir” adlı  böyük bir məqalə dərc olundu. Həmin məqaləni rəhbərliyin göstərişi ilə doğma dilimizə bəndəniz tərcümə etmişdi. Həmin qəzetlərin nüsxələrini  arxivimdə saxlayıram...

(Davamı var)

Sultan Laçın

loading...
"İrəvan xanlığının bayrağı döyüş bayrağı olduğuna görə ondan imtina etdik..."
"Öz-özümə düşünürdüm ki, Xudu Məmmədov hara, "Bakı" restoranı hara..."
İclas zamanı çılpaq görüntülənən bələdiyyə üzvü istefa verdi - VİDEO
Hamilə qadın sel fəlakəti zamanı uşaq dünyaya gətirdi - VİDEO
"MİQ imtahanın keçirilmə tarixlərinə və formatına dair müxtəlif ssenarilər hazırlanır"
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Qənirə Paşayevdan növbəti xoş xəbər: "İdris Abbasov artıq "Yeni Klinika"dadır..."
Cəmiyyət
"İyulda əhalini və sahibkarları dəstəkləmək üçün vəsait ayrılmasa, bunun bədəlini..."
Siyasət
"2024-cü ilin sentyabrında SSRİ bərpa olunacaq və paytaxtı Sankt-Peterburq olacaq"
Hadisə
İranda daha bir partlayış baş verdi...
Siyasət
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Yazar
İlham İsmayıl
Ermənilər bizdən niyə razılıq edirlər?!
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
Şadlıq saraylarının işçiləri Maliyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirdi...- FOTO
4 dəfə evlənən, erməni qayınanasına görə ailəsi dağılan, namus üstündə ölkədən gedən Xalq artisti
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
"Vəfa Quluzadəni Rəsulzadənin portretini çıxarıb yerinə Heydər Əliyevinkini asan yerdə tutdum..."
Zirəddin koronavirusun yox olacağı dəqiq tarixi AÇIQLADI
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247